СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Тесты по методике преподавания литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В материал включены образцы тестов  для учителей общеобразовательных школ и высших учебных заведений.

Просмотр содержимого документа
«Тесты по методике преподавания литературы»

Ədəbiyyatın tədrisi metodikası fənni üzrə testlər


I

1. Ədəbiyyatın tədrisi metodikası sıx əlaqəlidir:

a) Pedaqogika, psixologiya, ədəbiyyatşünaslıq, dilçilik, etika, estetika, fəlsəfə, tarix, incəsənətin digər növləri ilə

b) Didaktika, estetika, ədəbiyyatşünaslıqla

c) Didaktika, ədəbiyyatşünaslıq, estetika, psixologiya, tarix, dilçilik, etika ilə

d) Ədəbiyyatşünaslıq, fəlsəfə, tarix, estetika ilə

e) Ədəbiyyatşünaslıq, dilçilik, etika, estetika, fəlsəfə, tarix, in­cə­sənətin digər növləri ilə


2. Ədəbiyyatın tədrisi metodikasının tədqiqat metodlarıdır:

a) statistik təhlil və uçot metodu, eksperiment, təcrübənin ümu­miləşdirilməsi, məqsədyönlü müşahidə

b) Qabaqcıl təcrübənin ümumiləşdirilməsi, ədəbiyyatın tədrisi pro­sesinin məqsədyönlü müşahidəsi, pedaqoji eksperiment, məktəb təc­rübəsinin öyrənilməsi, metodik irsin tənqidi öyrənilməsi, anket sor­ğusu

c) Məqsədyönlü müşahidə metodu, eksperiment, ümumiləş­dir­mə, sorğu

d) Pedaqoji eksperiment, məktəb təcrübəsinin öyrənilməsi, metodik irsin tənqidi öyrənilməsi, anket sorğusu

e) Qabaqcıl təcrübənin ümumiləşdirilməsi, ədəbiyyatın tədrisi prosesinin məqsədyönlü müşahidəsi


3. V-IX siniflərdə ədəbiyyat təliminin vəzifələrinə aid deyil:

a) Yazılı nitqin inkişafı üzrə işlərin təşkili

b) Şifahi nitqin inkişaf etdirilməsi

c) Sənətkarın həyat və yaradıcılığına dair oçerklərin öyrənilməsi

d) Müxtəlif ədəbi növ və janrlarda əsərlərin öyrənilməsi

e) Ədəbiyyat nəzəriyyəsi materiallarının öyrənilməsi



4. ...ziddiyyət şəklində olur, əsərdə qaldırılan problemlərə şa­girdlərin müxtəlif yanaşmalarını təmin edir, çoxlu cavab variant­larına, axtarışa yol açır. Nöqtələrin yerinə yazılmalıdır:

a) Epizodun təhlili

b) Obrazların təhlili

c) Mətnin məzmununun nağıl edilməsi

d) Problemli sual

e) Əsərin bədii xüsusiyyətlərinin təhlili




5. Hekayənin məzmunu üzrə görülən işlərə aid edilə bilməz?

a) Lüğət üzrə işlər

b) Əsərin oxusu

c) Plan tərtibi

ç) Yığcam, geniş, yaradıcı nağıletmə

d) Əsərin ideyasının müəyyənləşdirilməsi


6. Hansı təhlil növünün əsasında əsərin sujet xətti, epi­zodları, səhnələri, fəsilləri üzərində ardıcıllıqla iş aparılması durur?

a) Müəllif arxasınca təhlil

b) Obrazlar üzrə təhlil

c) Problem –mövzu üzrə təhlil

ç) Obrazlar üzrə və müəllif arxasınca təhlil

d) Obrazlar və problem –mövzu üzrə təhlil



7. Bədii əsərin təhlili zamanı buraxılan səhvlərə aiddir:

a) Fəal, interaktiv təlim metodlarından istifadə

b) Şagirdlərin müstəqillik və fəallığına geniş yer verilməsi

c) Fərdi, kiçik və böyük qruplar üzrə iş formalarından istifadə

d) Əsərin müəllim tərəfindən təhlil edilməsi

e) Ədəbiyyatşünaslıq təhlilindən məqsədyönlü istifadə


8. Bədii əsərin təhlili ilə bağlı səhv fikir hansıdır?

a) Əsərin bədii dil xüsusiyyətləri təhlil edilməlidir.

b) İrihəcmli əsərdə başlıca məsələlər təhlilə cəlb edilməlidir.

c) Növ və janr xüsusiyyətləri üzrə iş aparılmalıdır.

d) Əsərdə sənətkarın mövqeyi üzə çıxarılmalıdır.

e) Əsərdəki bütün məsələlər eyni dərinliklə təhlil olunmalıdır.



9. Dramatik əsərlərin öyrənilməsi zamanı görülən işlərə aid deyil:

a) Dramatik konfliktin təhlili

b) Remarkalar üzrə iş

c) Lirik ricət, haşiyə üzrə iş

d) Əsərdə qaldırılan problemlərin təhlili

e) Qəhrəmanların təhlili


10. Hansı əsərin öyrənilməsi zamanı rollar üzrə oxu, səhnələş­dirmə daha məqsədəuyğundur

1. Dramatik əsər

2. Lirik əsər

3. Epik əsər

4. Təmsil

5. Qəzəl

6. Müxəmməs

a) 1, 4 b) 2,5 c) 3,6 d) 1, 3 e) 2,4



11. Ədəbiyyat dərsinin hansı mərhələsində müəllimin sənətkar və əsər haqqında yığcam məlumatı, canlı təəssüratlar üzrə söhbət, rəsm­lərin nəzərdən keçirilməsi və s. üsullardan istifadə məq­sə­də­uyğundur?

a) Qiymətlndirmə

b) Motivasiya

c) Tədqiqatın aparılması

d) Nəticə və ümumiləşdirmə

e) Yaradıcı tətbiqetmə


12. İnteraktiv təlim metodlarına aiddir:

1. İnsert

2. BİBÖ

3. Şaxələndirmə

4. Nağıletmə

5. Əsərin oxusu

a) 1,2,3 b) 2.3,4 c) 3,4,5 d) 1,4,5 e) 2,4,5



13. İnteraktiv dərsdə motivasiya mərhələsi nə ilə ta­mam­lanır?

a) Nəticə və ümumiləşdirmə ilə

b) Tədqiqatın aparılması ilə

c) İnformasiya mübadiləsi ilə

d) İnformasiyanın müzakirəsi və təşkili ilə

e) Tədqiqat sualının müəyyənləşdirilməsi ilə



14. XIX əsrdə ədəbiyyat dərsliklərinin yaradılması sahəsində fəaliyyət göstərmişdir:

a) N.Nərimanov, M.Ə.Sabir

b) M.F.Axundzadə, N.Vəzirov

c) Ə.Haqverdiyev, N.Nərimanov

d) M.Ə.Sabir, A.Səhhət

e) M.Ş.Vazeh, S.Ə.Şirvani


15. XX əsrin əvvəllərində ədəbiyyat dərsliklərinin yaradılması sahəsində məhsuldar fəaliyyət göstərmişdir:

a) A.Şaiq

b) C.Məmmədquluzadə

c) M.Ə.Sabir

d) Ö.F.Nemanzadə

e) N.Vəzirov




16. Müasir ədəbiyyat müəlliminin əsas peşə bacarıqlarına aid­dir:

a) Dərsdə əsəri təhlil etmək

b) Şagirdlərə əsərin ideyasının şərhi

c) Əsərin qısa məzmununun nağıl edilməsi

d) Bədii söz ustası kimi çıxış etmək

e) Planlaşdırma, dərsdə bələdçi rolunu oynamaq


17. Dərsə verilən müasir tələblərə aid deyil:

a) Şagirdlərin bərpaedici fəaliyyətinə üstünlük verilməsi

b) Qiymətləndirmənin çevik formalarından istifadə

c) Şagirdlərlə həssas ünsiyyət və əməkdaşlığın yaradılması

d) Şagirdlərə fərdi və differensial yanaşmanın təmin edilməsi

e) Təlim vaxtının optimal bölüşdürülməsi



Скачать

© 2021, 248 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!