СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Тесты по методике преподавания литературе

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В материале даны образцы тестов по методике преподавания литературе

Просмотр содержимого документа
«Тесты по методике преподавания литературе»

Ədəbiyyatın tədrisi metodikası fənni üzrə testlər1


I

1. Ədəbiyyatın tədrisi metodikası sıx əlaqəlidir:

a) Pedaqogika, psixologiya, ədəbiyyatşünaslıq, dilçilik, etika, estetika, fəlsəfə, tarix, incəsənətin digər növləri ilə

b) Didaktika, estetika, ədəbiyyatşünaslıqla

c) Didaktika, ədəbiyyatşünaslıq, estetika, psixologiya, tarix, dilçilik, etika ilə

d) Ədəbiyyatşünaslıq, fəlsəfə, tarix, estetika ilə

e) Ədəbiyyatşünaslıq, dilçilik, etika, estetika, fəlsəfə, tarix, in­cə­sənətin digər növləri ilə


2. Ədəbiyyatın tədrisi metodikasının tədqiqat metodlarıdır:

a) statistik təhlil və uçot metodu, eksperiment, təcrübənin ümu­miləşdirilməsi, məqsədyönlü müşahidə

b) Qabaqcıl təcrübənin ümumiləşdirilməsi, ədəbiyyatın tədrisi pro­sesinin məqsədyönlü müşahidəsi, pedaqoji eksperiment, məktəb təc­rübəsinin öyrənilməsi, metodik irsin tənqidi öyrənilməsi, anket sor­ğusu

c) Məqsədyönlü müşahidə metodu, eksperiment, ümumiləş­dir­mə, sorğu

d) Pedaqoji eksperiment, məktəb təcrübəsinin öyrənilməsi, metodik irsin tənqidi öyrənilməsi, anket sorğusu

e) Qabaqcıl təcrübənin ümumiləşdirilməsi, ədəbiyyatın tədrisi prosesinin məqsədyönlü müşahidəsi


3. V-IX siniflərdə ədəbiyyat təliminin vəzifələrinə aid deyil:

a) Yazılı nitqin inkişafı üzrə işlərin təşkili

b) Şifahi nitqin inkişaf etdirilməsi

c) Sənətkarın həyat və yaradıcılığına dair oçerklərin öyrənilməsi

d) Müxtəlif ədəbi növ və janrlarda əsərlərin öyrənilməsi

e) Ədəbiyyat nəzəriyyəsi materiallarının öyrənilməsi



4. ...ziddiyyət şəklində olur, əsərdə qaldırılan problemlərə şa­girdlərin müxtəlif yanaşmalarını təmin edir, çoxlu cavab variant­larına, axtarışa yol açır. Nöqtələrin yerinə yazılmalıdır:

a) Epizodun təhlili

b) Obrazların təhlili

c) Mətnin məzmununun nağıl edilməsi

d) Problemli sual

e) Əsərin bədii xüsusiyyətlərinin təhlili




5. Hekayənin məzmunu üzrə görülən işlərə aid edilə bilməz?

a) Lüğət üzrə işlər

b) Əsərin oxusu

c) Plan tərtibi

ç) Yığcam, geniş, yaradıcı nağıletmə

d) Əsərin ideyasının müəyyənləşdirilməsi


6. Hansı təhlil növünün əsasında əsərin sujet xətti, epi­zodları, səhnələri, fəsilləri üzərində ardıcıllıqla iş aparılması durur?

a) Müəllif arxasınca təhlil

b) Obrazlar üzrə təhlil

c) Problem –mövzu üzrə təhlil

ç) Obrazlar üzrə və müəllif arxasınca təhlil

d) Obrazlar və problem –mövzu üzrə təhlil



7. Bədii əsərin təhlili zamanı buraxılan səhvlərə aiddir:

a) Fəal, interaktiv təlim metodlarından istifadə

b) Şagirdlərin müstəqillik və fəallığına geniş yer verilməsi

c) Fərdi, kiçik və böyük qruplar üzrə iş formalarından istifadə

d) Əsərin müəllim tərəfindən təhlil edilməsi

e) Ədəbiyyatşünaslıq təhlilindən məqsədyönlü istifadə


8. Bədii əsərin təhlili ilə bağlı səhv fikir hansıdır?

a) Əsərin bədii dil xüsusiyyətləri təhlil edilməlidir.

b) İrihəcmli əsərdə başlıca məsələlər təhlilə cəlb edilməlidir.

c) Növ və janr xüsusiyyətləri üzrə iş aparılmalıdır.

d) Əsərdə sənətkarın mövqeyi üzə çıxarılmalıdır.

e) Əsərdəki bütün məsələlər eyni dərinliklə təhlil olunmalıdır.



9. Dramatik əsərlərin öyrənilməsi zamanı görülən işlərə aid deyil:

a) Dramatik konfliktin təhlili

b) Remarkalar üzrə iş

c) Lirik ricət, haşiyə üzrə iş

d) Əsərdə qaldırılan problemlərin təhlili

e) Qəhrəmanların təhlili


10. Hansı əsərin öyrənilməsi zamanı rollar üzrə oxu, səhnələş­dirmə daha məqsədəuyğundur

1. Dramatik əsər

2. Lirik əsər

3. Epik əsər

4. Təmsil

5. Qəzəl

6. Müxəmməs

a) 1, 4 b) 2,5 c) 3,6 d) 1, 3 e) 2,4



11. Ədəbiyyat dərsinin hansı mərhələsində müəllimin sənətkar və əsər haqqında yığcam məlumatı, canlı təəssüratlar üzrə söhbət, rəsm­lərin nəzərdən keçirilməsi və s. üsullardan istifadə məq­sə­də­uyğundur?

a) Qiymətlndirmə

b) Motivasiya

c) Tədqiqatın aparılması

d) Nəticə və ümumiləşdirmə

e) Yaradıcı tətbiqetmə


12. İnteraktiv təlim metodlarına aiddir:

1. İnsert

2. BİBÖ

3. Şaxələndirmə

4. Nağıletmə

5. Əsərin oxusu

a) 1,2,3 b) 2.3,4 c) 3,4,5 d) 1,4,5 e) 2,4,5



13. İnteraktiv dərsdə motivasiya mərhələsi nə ilə ta­mam­lanır?

a) Nəticə və ümumiləşdirmə ilə

b) Tədqiqatın aparılması ilə

c) İnformasiya mübadiləsi ilə

d) İnformasiyanın müzakirəsi və təşkili ilə

e) Tədqiqat sualının müəyyənləşdirilməsi ilə



14. XIX əsrdə ədəbiyyat dərsliklərinin yaradılması sahəsində fəaliyyət göstərmişdir:

a) N.Nərimanov, M.Ə.Sabir

b) M.F.Axundzadə, N.Vəzirov

c) Ə.Haqverdiyev, N.Nərimanov

d) M.Ə.Sabir, A.Səhhət

e) M.Ş.Vazeh, S.Ə.Şirvani


15. XX əsrin əvvəllərində ədəbiyyat dərsliklərinin yaradılması sahəsində məhsuldar fəaliyyət göstərmişdir:

a) A.Şaiq

b) C.Məmmədquluzadə

c) M.Ə.Sabir

d) Ö.F.Nemanzadə

e) N.Vəzirov




16. Müasir ədəbiyyat müəlliminin əsas peşə bacarıqlarına aid­dir:

a) Dərsdə əsəri təhlil etmək

b) Şagirdlərə əsərin ideyasının şərhi

c) Əsərin qısa məzmununun nağıl edilməsi

d) Bədii söz ustası kimi çıxış etmək

e) Planlaşdırma, dərsdə bələdçi rolunu oynamaq


17. Dərsə verilən müasir tələblərə aid deyil:

a) Şagirdlərin bərpaedici fəaliyyətinə üstünlük verilməsi

b) Qiymətləndirmənin çevik formalarından istifadə

c) Şagirdlərlə həssas ünsiyyət və əməkdaşlığın yaradılması

d) Şagirdlərə fərdi və differensial yanaşmanın təmin edilməsi

e) Təlim vaxtının optimal bölüşdürülməsi


18. Hansı yazı işində sənətkarın bədii yaradıcılığında öz əksini tapmış müəyyən mənəvi problemin, əsərin, qəhrəmanların təhlili, müqayisəsi əsas yer tutur?

a) İfadə

b) Ədəbi mövzuda inşa

c) İmla

d) Sərbəst mövzuda inşa

e) İmla, ifadə


19. Şagirdlərin şəxsi həyat təcrübəsi, təəssüratı, müşahidələrini əks etdirən yazı işi:

a) İfadə, inşa

b) İfadə

c) İmla

d) Ədəbi mövzuda inşa

e) Sərbəst mövzuda inşa




20. Hansı əsərin tədrisi zamanı Azərbaycan dili, tarix, coğ­rafiya, musiqi, rəssamlıqla inteqrasiya imkanları daha genişdir?

a) Ə.Məmmədxanlı”Qızıl qönçələr”

b) İ.Hüseynov ”Zəhər”

c) S.Vurğun”Azərbaycan”

ç) C.Məmmədquluzadə ”Poçt qutusu”

d) S.Rəhimov”Minnətsiz çörək”


21. A.Səhhətin “Vətən” şeirinin tədrisi zamanı bu mövzuda öy­rənil­miş digər bədii əsərlərlə əlaqə yaradılması necə adlanır?

a) Fəndaxili əlaqə

b) Fənlərarası əlaqə

c) Tarixlə əlaqə

d) İncəsənətin digər növləri ilə əlaqə

e) Fəndaxili və fənlərarası əlaqə



22. Sinifdənxaric oxu ilə bağlı düzgün fikri müəyyənləşdirin.

a) Sinifdənxaric oxu üçün yalnız irihəcmli əsərlər tövsiyə edil­məlidir.

b) Sinifdənxaric oxu proqram üzrə öyrənilən əsərlərlə əlaqələn­diril­məlidir.

c) Şagirdlərin müstəqil oxuduğu bütün əsərlərin dərsdə müza­kirəsi aparılmalıdır.

d) Sinifdənxaric oxu üçün yalnız Azərbaycan ədəbiyyatı nümunələri töv­siyə olunmalıdır.

e) Sinifdənxaric oxu dərslərində sinifdənxaric iş element­lərindən istifadə olunmamalıdır.


23. Müəllim bu dərslərdə müzakirə etmək üçün əsər seçməkdə sərbəstdir. Şagirdlərə müstəqil mütaliə bacarıqları, kitabxana-bib­lioq­rafiya vərdişləri aşılanmasında rolu böyükdür. Proqram üzrə öy­rənilən əsərlərlə əlaqəli keçilir. Kitab sərgisi, səhnələşdirmə, ədəbi oyunlar və s. geniş yer verilir. Söhbət hansı dərslərdən gedir?

a) Təkrar və ümumiləşdirmə dərsləri

b) Ədəbiyyat dərsləri

c) Tərcümeyi-hal dərsləri

d) Nitq inkişafı dərsləri

e) Sinifdənxaric oxu dərsləri






24. İcmal mövzuların öyrənilməsi zamanı:

1. Şagirdlərə yığcam ədəbi-tarixi biliklər verilir.

2. Ayrı-ayrı sənətkarların tərcümeyi-halı haqqında geniş məlu­mat verilir.

3. Müəyyən dövrün ədəbi mühiti haqqında təsəvvür yaradılır.

4. Qazanılmış biliklərin təkrarı və ümumiləşdirilməsi aparılır.

5. Bədii əsərlərin qısa məzmunu mənimsədilir.

a) 1, 4

b) 2, 4

c) 3,5

d) 1, 3

e) 2, 5


25. Sənətkarın tərcümeyi-halının öyrənilməsi zamanı görülən işlərə aid deyil:

a) Ədibin ayrı-ayrı əsərlərinin qısa məzmununun nağıl edilməsi

b) Sənətkarın həyatından əhəmiyyətli faktların öyrənilməsi

c) Sənətkarın ailəsi,valideynləri haqqında yığcam məlumat ve­rilməsi;

d) Sənətkarın təhsili, oxuduğu məktəblər haqqında yığcam mə­lumat verilməsi

e) Sənətkarın ədəbiyyata gəlişi, ilk əsərləri, kitabları ilə bağlı fakt­ların öyrənilməsi



26. Bədii əsərin ifadəli oxusu dedikdə nə başa düşülür?

a) Əsərin təhlili

b) Əsərin məzmununun başa salınması

c) Əsərdə təsvir edilənlərin səslənən sözlə çatdırılması

d) Yazıçının tərcümeyi-halı haqqında biliklərin mənimsənil­məsi

e) Ədəbiyyat nəzəriyyəsi üzrə biliklərin mənimsənilməsi



27. “Nəticəyonumluluk”dedikdə kurikulumda nə

nəzərdə tutulur?

a) Fərdin, cəmiyyətin və dovlətin dəyişən ehtiyac

və tələbatlarının nəzərə alınması.

b) Fəaliyyətin təhsilalanın potensial imkanlarının

inkişafına yonəldilməsi.

c) Təhsilalanın həyati bacarıqlarını inkişaf

etdirməklə onlarda milli və bəşəri dəyərlərin

formalaşdırılması.

d) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr

formasında əvvəlcədən muəyyənləşdirilməsi.

e) Təhsilalanların nailiyyət səviyyəsinin

qiymətləndirilməsi.




28. Muəllimin innovativ fəaliyyətinə aid deyil:

a) İnnovativ təlim və informasiya

texnologiyalarını tətbiq edir.

b) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini

daim təkmilləşdirməyə səy gostərir.

c) Pedaqoji prosesə yeni yanaşmalar əsasında

səmərəli təlim usulları yaradır.

d) İnkişafetdirici, diferensial və inteqrativ

yanaşmaları tətbiq edir.

e) Təlim proresində şagirdə obyekt kimi yanaşır.




29. Variantlardan biri fəal (interaktiv) təlimin

xususiyyətidir:

a) Problemin həlli prosesində biliklərin mustəqil

əldə edilməsi və mənimsənilməsi

b) Hazır halda əldə edilən biliklərin

mohkəmləndirilməsi yolu ilə mənimsəmə

c) Yeni biliklərin muəllimin məlumatları və

izahları vasitəsilə qavranılması

d) Monoloji təlim

e) Hafizəyə əsaslanan təlim


30. Aşağıdakılardan hansı iş formasıdır?

a) Muzakirə b) Cutlərlə iş

c) Soz assosiasiyası d) Debat

e) Beyin həmləsi


31. Fəal dərsin mərhələlərinin duzgun ardıcıllığını

muəyyən edin:

1. Motivasiya

2. Qiymətləndirmə

3. Məlumat mubadiləsi

4. Tədqiqatın aparılması

5. Umumiləşdirmə və nəticələrin cıxarılması

6. Məlumatın muzakirəsi

7. Yaradıcı tətbiqetmə

a) 1,2,4,3,6,7,5 b)1,4,3,5,7,6,2

c) 1,4,3,6,5,7,2 d) 1,2,6,3,5,4,7,2

e) 1,3,4,2,5,7,6


32. Diaqnostik qiymətləndirmənin əsas məqsədi

nədən ibarətdir?

a) Təlimin hər hansı bir mərhələsində şagirdlərin

ilkin bilik və bacarıqlarının səviyyəsinin uzə

cıxarılmasını təmin etmək

b) Şagirdlərin ozunuqiymətləndirmə bacarığını

inkşaf etdirmək

c) Tədris ilinin sonunda şagirdlərin nailiyyətlərini

qiymətləndirmək

d) Şagirdlərin muvəffəqiyyəti barədə valideynləri

məlumatlandırmaq

e) Şagirdlərin tədris vahidinin sonunda əldə

etdikləri bilik və bacarıqların hansı səviyyədə

olduğunu yoxlamaq


33. Muasir qiymətləndirməyə aid edilə bilməz:

a) Şagirdlərin yarımillik qiymətlərinin

cıxarılmasında formativ qiymətləndirmə əsas

rol oynayır.

b) Qiymətləndirmə tədris prosesinin butun

mərhələlərində tətbiq edilir.

c) Qiymətləndirmə təhsil keyfiyyətinin

yuksəldilməsinə zəmin yaradır.

c) Məzmun standartlarının reallaşdırılma

səviyyəsini olcmək ucun qiymətləndirmə

standartları muəyyənləşdirilir.

c) Şagirdin nailiyyətləri qiymətləndirilir, inkişafı

sistemli şəkildə izlənilir.


34. Kicik summativ qiymətləndirmə vasitələri kim

tərəfindən hazırlanır?

a) Məktəb direktoru b)Direktor muavini

c) Fənn muəllimi d)Xususi komissiya

e) Fənn uzrə metodist


35. Boyuk summativ qiymətləndirmə tədris ilinin

hansı mərhələsındə aparılır?

a) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini

qiymətləndirmək məqsədi ilə təlimin istənilən

mərhələsində

b) Bəhs və ya bolmənin sonunda fənni tədris edən

muəllim tərəfindən aparılır.

c) Yarımillərin sonunda təhsil muəssisəsinin

rəhbərliyi tərəfindən yaradılan muvafiq

komissiyanın nəzarəti ilə fənni tədris edən muəllim

tərəfindən aparılır.

d) Dərs ilinin əvvəlindən başlayaraq gundəlik

e) Təlim prosesisinin əvvəlində


36. Aşağıdakılardan biri kurikulumun əsas

xususiyyətlərinə aiddir:

a) Fəndaxili və fənlərarası əlaqə məqsədyonlu

və sistemli xarakter daşımır.

b) Təklifyonumludur.

c) Qiymətləndirmə standartları və mexanizmləri

muəyyən edilmişdir.

d)Muəllimyonumludur.

e) Bilikyonumludur.



37.Bilik kateqoriyasına aid olanı secin.

a) Psixomotor

b) Deklarativ

c) İdraki

d) Unsiyyət

e) Emosional-affektiv



38. Variantlardan biri fəal (interaktiv) təlimin

xususiyyəti deyil:

a) Problemin həlli prosesində biliklərin mustəqil

şəkildə əldə edilməsi və mənimsənilməsi

b) Hazır halda əldə edilən biliklərin

mohkəmləndirilməsi yolu ilə mənimsənilməsi

c) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi

d) Dialoji təlimə ustunluk verilməsi

e) Təfəkkurə əsaslanması


39. Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə

verilən tələblərə uyğun deyil:

a) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.

b) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.

c) Coxlu tapşırıqlar əks olunmalıdır.

d) Dərsin məqsədinə uyğun olmalıdır.

e) Tapşırıqların cətinlik dərəcəsi eyni olmalıdır.


40. Refleksiya mərhələsi nəyə xidmət edir?

a) Şagirdlərin nailiyyətlərinin nəticəsini muzakirə

etməyə

b) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas

mərhələlərini dərk etməyə

c) Yalnız muəllimin soylədiklərini yadda saxlamağa

d) Əldə olunmuş biliklərin muzakirəsinə

e) Tədqiqatın nəticələrini muzakirə etməyə


41. Summativ qiymətləndirmə hansı məqsədlə

aparılır?

a) Bəhs və ya bolmənin, yarımilin və tədris ilinin

sonunda şagirdin nailiyyət səviyyəsini

qiymətləndirmək məqsədilə

b) Fənn uzrə təlimin hər hansı bir mərhələsində

şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini

qiymətləndirmək məqsədilə

c) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda

yekun attestasiya aparmaq məqsədilə

d) Dərsin sonunda şagirdlərin bilik və bacarıq

səviyyəsini qiymətləndirmək məqsədilə

e) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini uzə

cıxarmaq məqsədilə


42. Məktəbdaxili qiymətləndirmənin novləri:

a) Yarımillik, illik, diaqnostik

b) Diaqnostik, formativ, summativ

c) Formativ, şifahi, praktik

d) Diaqnostik, formativ, illik

e) Yarımillik, illik, summativ


43. Diaqnostik qiymətləndirmə hansı mərhələdə

aparılır?

a) Dərs ilinin, bolmənin tədrisinin əvvəlində,

həmcinin zəruri vəziyyət yarandıqda (şagird yeni

məktəbə kecdikdə və s.)

b) Hər ayın əvvəlində

c) Bolmə və bəhslərin, yarımilin sonunda

d) Təhsil səviyyələrini başa vurarkən

e) Tədris ilinin sonunda


44. Boyuk summativ qiymətləndirmənin (BSQ)

xususiyyətlərini secin:

1. Bəhs və ya bolmənin sonunda kecirilir.

2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi

tərəfindən hazırlanır.

3. BSQ –nin kecirilmə tarixi fənn muəllimi

tərəfindən muəyyən edilir.

4. Yarımilin sonunda kecirilir.

5. BSQ-nin kecirilmə tarixi illik planlaşmada

nəzərdə tutulur.

A) 1,3,5 B) 2,4,5 C) 1,2,3

D)1,3,4 E) 2,3,4


45. Hansı fikir ənənəvi təlimə aiddir?

a) Şagirdin təlimdə obyekt olması

b) Şagirdin təlimdə subyekt olması

c) Şagirdin tədqiqatçı, müəllimin bələdçi olması

d) Dialoqun və əməkdaşlığın zəruriliyi

e) Şagirdə psixoloji dəstək, hörmət və etimadın olması


46. Aşağıdakılardan biri kurikulumun əsas

xususiyyətlərinə aiddir:

a) Fəndaxili və fənlərarası əlaqə məqsədyonlu

və sistemli xarakter daşımır.

b) Təklifyonumludur.

c) Qiymətləndirmə standartları və mexanizmləri

muəyyən edilmişdir.

d)Muəllimyonumludur.

e) Bilikyonumludur.



47. Fəal təlimin reallaşdırılması mexanizminə aid

deyil:

a) Şagird- tədqiqatcı, muəllim – fasilitator, bələdci

b) Biliklərin hazır şəkildə mənimsənilməsi

c) Təlim məqsədinin duzgun muəyyənləşdirilməsi

d) Dialoqun və əməkdaşlığın zəruriliyi

e) Psixoloji dəstək: hormət və etibar


48. Fəndaxili əlaqəyə aid deyil:

a) Ədəbi janr baxımından əlaqə

b) Həmin mövzuda digər əsərlərlə əlaqə

c) Ədəbi növ və janr baxımından əlaqə

d) İncəsənətin digər növləri ilə əlaqə

e) Ədəbiyyat nəzəriyyəsi ilə əlaqə


49. Fənlərarası əlaqəyə aid deyil:

a) Tarix və coğrafiya ilə əlaqə

b) Ədəbi növ və janr baxımından əlaqə

c) Coğrafiya ilə əlaqə

d) Azərbaycan dili ilə əlaqə

e) Təbiətşünaslıqla əlaqə


50. Əsərin qəhrəmanlarının səciyyələndirilməsi zamanı görülən işlərə aid edilə bilməz?

a) əsərin janr xüsusiyyətləri;

b) obrazın bədii portreti;

c) əsərin qəhrəmanının yaşadığı mühit;

d) qəhrəmanın xarakteri, başqalarına münasibəti;

e) qəhrəmanın nitqi, özü haqqında dedikləri.










1 111-148-ci testlər Bakı şəhəri üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsi üçün təqdim olunmuş nümunələrdir.


Скачать

© 2023, 150 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!