СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

İnsan və su haqqında

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Bir zamanlar Musa peyğəmbərin müəllimi Xızır peyğəmbər insanlara xəbərdarlıqla müraciət etdi ki, ey insanlar! Dünyadakı bütün sular, əgər onları xüsusi bir yerdə saxlamasanız yox olacaqdır.

Просмотр содержимого документа
«İnsan və su haqqında»

İnsan və su haqqında

Bir zamanlar Musa peyğəmbərin müəllimi Xızır peyğəmbər insanlara xəbərdarlıqla müraciət etdi ki, ey insanlar! Dünyadakı bütün sular, əgər onları xüsusi bir yerdə saxlamasanız yox olacaqdır. Zaman keçdikdən sonra su təzələnəcək, başqa bir su ilə əvəz ediləcəkdir və bu sudan içən insanlar dəyişəcək, ağıllarını itirəcəklər. Peyğəmbərin bu sözünə yalnız bir nəfər diqqət yetirdi. O, su toplayıb təhlükəsiz bir yerdə saxladı və suyun dəyişməsini gözlədi. Deyilmiş vaxtda çayların axını dayandı, bütün quyular qurudu. Sözə diqqət edən kişi baş verənləri gördü, hər gün gizli anbarına gedib orada topladığı sudan içməyə başladı. ...Çaylar və bütün quyular su ilə dolanda bu adam gizləndiyi yerdən başqa adəm övladlarının yanına gəldi. Gördü ki, insanlar əvvəllərdənkilərdən çox fərqli danışır və fikirləşirlər. Hətta əvvəllər nə baş verdiyini belə xatırlamırlar. Onlara bu barədə xatırlatmaq, onlarla bu barədə söhbət etmək istəyəndə bu adamın dəli olduğunu dedilər. Gah onu dəli adlandırır, gah da rəğbət bəsləyirdilər, amma heç kim onu başa düşmürdü. ... İNSAN bundan çox məyus olmuşdu. Əvvəlcə ADAM təzə sudan içməməyə çalışırdı və hər gün gedib gizlətdiyi sudan içirdi. Ancaq illər ötdükcə tənhalığa və hamıdan fərqli yaşamağa, fərqli düşünməyə, davranmağa dözə bilmədi... Hamının içdiyi təzə sudan içdi və ətrafındakılar kimi oldu. O, köhnə suyu gizlətdiyi yeri də unutdu və hamı, onu tanıyan hər kəs bu ADƏM övladının sağaldığını və normal bir insana çevrildiyindən danışmağa başladılar. ..

Robert Qrin. “Gücün 48 qanunu”.

Şəkil: Kate DiCamillo. Despereauxun nağılı

İllüstrasiya: İqor Oleynikov, 2008 Mənbə:

https://www.facebook.com/sstranstviy/posts/pfbid02T1Jfnbo4XMnzr14xJQf5SpyuVkpSRQkWoGqiZJ7XRzvSRgN8oSh44T6i6GyrtwAvl

(P.S. Yeni 2022-2023-cü tədris ilinin tərəfimdən hazırlanmış təqvimi sizə hədiyyə)

https://sinxronfenler.blogspot.com/2022/07/20222023-cu-drs-ilinin-tqvimi_9.html

Hörmətlə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!