СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Nə üçün Ümumdünya daşqını barədə miflər planetimizdəki qədim mədəniyyətlərin hekayələrində daha çox rast gəlinir ?

Нажмите, чтобы узнать подробности

Dünyada daşqın miflərinin yayılması bizə erkən insan miqrasiyası və ya hətta beynimizin necə işləməsi haqqında nəsə deyə bilərmi?

Просмотр содержимого документа
«Nə üçün Ümumdünya daşqını barədə miflər planetimizdəki qədim mədəniyyətlərin hekayələrində daha çox rast gəlinir ?»

Nə üçün Ümumdünya daşqını barədə miflər planetimizdəki qədim mədəniyyətlərin hekayələrində daha çox rast gəlinir ?

Dünyada daşqın miflərinin yayılması bizə erkən insan miqrasiyası və ya hətta beynimizin necə işləməsi haqqında nəsə deyə bilərmi? Antropoloq Klod Levi-Stross “The Structural Study of Mif” əsərində qeyd etdiyi kimi, “çox fərqli bölgələrdə toplanmış miflər arasında heyrətamiz oxşarlıqlar” vardır. Qədim Yunanıstanın şəhər-dövlətlərindən tutmuş Amazon meşələrindəki ovçu-yığıcı qəbilələrə qədər qəhrəmanların canavarları öldürməsi, danışan heyvanların bir-birinə oyun oynaması və qısqanc qohumların (adətən qardaşların) biri-biriləri ilə döyüşməsi ilə bağlı şübhəli oxşar hekayələr mövcuddur. Qlobal daşqınlar və kataklizmdən sağ çıxan şanslı bir neçə nəfərin hekayələri dünya mifologiyasında xüsusilə yayılmışdır, məsələn, Bibliyadakı Nuh və Utnapiştim, Gilqamış dastanında gəmi qurucusu, bu mətnlər İbrahim dinlərindən də daha qədim sayılır. Astek mifologiyasında Tata adlı bir adam və arvadı Nena allah Teskatlipoka onları gələcək daşqın barədə xəbərdar etdikdən sonra sərv ağacından gəmi düzəldirlər və hindu folklorunda ilk insan olan Manunun qayığını dənizə aparan bir balıq barədə söz açılır. Siyahını artırmaq olar... Bütün bunlar belə bir sual doğurur: Nə üçün coğrafi baxımdan bir-birindən ayrılmış xalqların şifahi ənənələri arasında belə təəccüblü oxşarlıq var? Antropoloqlar, psixoloqlar və arxeoloqlar illərlə bu suala cavab axtarırlar. Bununla belə, hər kəsin razılaşacağı tutarlı bir nəzəriyyə hələ də ortada yoxdur. Bəziləri iddia edirlər ki, bu cür oxşarlıqlar insan miqrasiyası başlamazdan əvvəl, uzaq keçmişdə mədəni ötürülmənin sübutudur. Digərləri hekayələrin müqayisə edilə bilən təcrübələr nəticəsində bir-birindən müstəqil şəkildə inkişaf etdiyini irəli sürürlər. Digərləri bunun beynimizin kodlaşdırılmış olması ilə əlaqəli olduğuna inanır. Bu fikirlərdən hansı, əgər varsa, düzgündür?

Dünyanın ən qədim daşqın əfsanəsi

Arxeoloji tədqiqatlar göstərir ki, bizim növümüz Saxaradan cənubda Afrikada yaranıb və sonra Yaxın Şərq vasitəsilə dünyanın qalan hissəsinə yayılıb. Bu o deməkdir ki, indi coğrafi cəhətdən ayrılmış mədəniyyətlər təxminən eyni ərazidə yaşadıqları dövrlərdə inanc və adət-ənənələrini mübadilə etmiş ola bilərlər. Beləliklə, dünya mifologiyasındakı nümunələr bizə erkən insan miqrasiyasının nümunələrini daha yaxşı başa düşməyə kömək edə bilər. Bu mövzuda araşdırmaların heç bir çatışmazlığı yoxdur. “Şimali Amerika hindularının yaradılış mifləri”nin müəllifi Anna Root 300-dən çox yerli amerikalı yaradılış miflərində daha incə povest detallarını təhlil etmiş və bu təfərrüatların çoxunun Avrasiyadan gələn miflərdə də olduğunu aşkar etmişdir. O, belə nəticəyə gəlmişdir ki, “təfərrüat-motivlərin xüsusi birləşməsinə görə, bu miflərin ümumi mənşəli olduğu düşünülməlidir”. Uilyam Lessa “Okeaniyada Edip nağılları”nda yazır ki, məşhur Yunan faciəsini xatırladan əfsanələr “Avropadan Yaxın və Orta Şərqə və Cənub-Şərqi Asiyaya, oradan isə Sakit okean adalarına uzanan qırılmamış bir qurşaq” üzərində yayılmışdır. Lakin onlar Mərkəzi və Şimal-Şərqi Asiyada, Afrikada, Avstraliyada və Amerikada ümumiyyətlə mövcud olmamışdır, bu isə bölgələr arasında mümkün mədəni ötürülmənin olmadığını göstərir. Daşqın miflərinin ortaq mənşəyi olduğu iddia edilir. Bizə məlum olan ən qədim mif Babildən, İkiçayarasından (Mesopotamiyadan) gəlir. Bu barədə erkən xristian tarixçisi Qeysəriyyəli Yevsebiy xatırladır, o, Babil tarixçisi Berosun itirilmiş əsərləri barədə yazır, Beros da öz növbəsində Babil tarixinin yaranmasına aid itmiş Babil qeydlərindən danışır. Berosa görə, təxminən e.ə. 2900-cü ildə yaşadığı güman edilən Şumer padşahı Kisutrosun dövründə böyük bir daşqın baş vermişdir. Daşqın barədə tanrı tərəfindən xəbərdarlıq edilən Kisuthros ailəsi, dostları və müxtəlif heyvanlar üçün gəmi düzəltdi - motivlər çox tanış səslənir. Onun da yağış dayandıqdan sonra torpaq tapmaq üçün quşlardan istifadə etdiyini nəzərə alsaq, bu əfsanənin Gilqamış və Nuh haqqında dastanın əsasını təşkil etməsi mümkündür.

Böyük Yuy

Lakin Babil prototipi dünyadakı bütün daşqın miflərinə şamil edilmir və antropoloq Klayd Klakhon “Mif və miflərin yaradılmasında təkrarlanan mövzular” məqaləsində yazdığı kimi, etnoqraflar “bəlkə də keçmişə gedib çıxan əfsanələri aydın şəkildə təsvir etməyə çalışmışlar. Yaxın Şərqdəki ən qədim və təsirli daşqın miflərinə və qətiliklə “doğma” görünür”. Yuxarıda qeyd olunan Hindistan və Mezoamerikan daşqın mifləri yalnız tanrıları, qayıqları və leysan yağışlarını ehtiva etdiyi üçün Mesopotamiyadakı analoqlarına bənzədiyindən, onların bir-birindən asılı olmayaraq inkişaf etdiyi iddia edilir. Onların arasında hər hansı oxşarlığın müqayisə oluna bilən, lakin ayrı-ayrı tarixi hadisələrə əsaslanması ilə əlaqədar olduğu deyilir. Başqa sözlə, Kisutros hekayəsi Mesopotamiyada baş verən daşqından ilhamlanıbsa, Astek və hindu versiyaları, ehtimal ki, başqa yerlərdə baş verən daşqınlardan ilhamlanıb. Müasir tədqiqatlar bizim qədim dünya və onun geologiyası haqqında anlayışımızı təkmilləşdirdiyi üçün bu fərziyyə son illərdə geniş yayılmışdır. Məsələn, bu yaxınlarda, 2016-cı ildə “Science” jurnalı Çinin Jişi dərəsində baş verən sürüşmə nəticəsində bir saniyə ərzində yarım milyon kubmetrdən çox suyun Sarı çaya tökülməsinə və ölkənin böyük hissəsinin su altında qalmasına dair sübutlar dərc edib. Bu araşdırmanın diqqətəlayiq cəhəti odur ki, tədqiqatçıların təxmin etdiyi bu xüsusi fəlakət - e.ə. 1920-ci ildə baş vermişdir. Bunlar da eyni dövrdə ortaya çıxan bir neçə Çin daşqın mifinə ilham verib. Bu, Sya sülaləsinin əfsanəvi qurucusu Böyük Yuy ilə bağlı bir mifin niyə digər daşqın miflərindən əsaslı şəkildə fərqləndiyini izah edir. Nuh, Utnapiştim və Tata və s. boğulmamaq üçün özlərinin gəmilərini qurduqları halda, Yuy daşqını haqqında mifdə Yuy özünə güvənərək, ovalıqları qurutmaq və xaosu ilahi kömək olmadan təkbaşına qaydaya salmaq üçün ixtirasına güvənir.

Mif və idrak

Digər, lakin daha şübhəli bir nəzəriyyədə bildirir ki, miflər bir-birinə oxşar eyni yerdə yarandıqlarına və ya oxşar hadisələrdən ilhamlandıqlarına görə deyil, şüuraltı səviyyədə hər bir insan beyni dünyanı eyni şəkildə “şərh etdiyi” üçün oxşardır. Bu nəzəriyyəni miflərin fiziki prosesləri izah etmək üçün istifadə olunan metaforalar olması ilə razılaşmayan psixoanalitik Karl Yunq populyarlaşdırmışdır.

K.Yunq hesab edirdi ki, miflər xarici aləmdən asılı olmayaraq şüurda mövcuddur.

O, inanırdı ki, tanrılardan və ruhlardan su axınının axmasını və məhsulun böyüməsini göstərmək üçün istifadə etmək ibtidai insanlar üçün çox böyük məntiqi sıçrayış olmuşdur. Robert Seqal “Miflərin nəzəriyyəsi” adlı kitabında Karl Yunqun ideyaları haqqında yazır: “İnsanların, beyinində onsuz da tanrı ideyası olmuşdur və bunu yalnız müşahidə etdikləri bitki örtüyü və digər təbiət hadisələri üzərində proyeksiya edə bilərdilər”. Karl Yunq “Şüursuzluğunpsixologiyası” adlı əsərində yazır: “ Bütün psixi olan hər şey öz daxili vəziyyətini özündə daşıyır, ona görə də eyni haqla iddia etmək olar ki, mif sırf psixolojidir və meteoroloji və ya astronomik hadisələrdən yalnız ifadə vasitəsi kimi istifadə edir...Bir çox ibtidai miflərin qəribəliyi və absurdluğu çox vaxt sonuncu izahı digərlərindən daha uyğun edir”. Hansı nəzəriyyənin doğru olmasından asılı olmayaraq - onların hamısında müəyyən həqiqət ola bilər və miflər arasındakı fərqlər əhəmiyyətsiz deyil. Əksinə, onlar antropoloqlara bir qədim mədəniyyətin inanc sistemləri, sosial quruluş və qəbilə dinamikası baxımından digərindən necə fərqlənə biləcəyini anlamağa imkan verir. Unutmamalıyıq ki, son nəticədə onlar hamımızın bu günə qədər paylaşdığımız inancları işıqlandırırlar.

Mənbə: bit.ly/3RTC7LI

Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!