СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Məhşur “Troya atı” həqiqətən olmuşdur?

Нажмите, чтобы узнать подробности

Bu məsələ haqqında ilk qeyd  hadisədən yalnız 500 il sonra ortaya çıxmış və ilk mənbələrə əsaslanmır. Qədim yunanların heç şübhəsiz quşun yuvasına yumurta qoyan qu quşu kimi nəhəng taxta atın içində gizlənərək Troya şəhərinə daxil olduqları söylənilir.

Просмотр содержимого документа
«Məhşur “Troya atı” həqiqətən olmuşdur?»

Məhşur “Troya atı” həqiqətən olmuşdur?

Bu məsələ haqqında ilk qeyd hadisədən yalnız 500 il sonra ortaya çıxmış və ilk mənbələrə əsaslanmır. Qədim yunanların heç şübhəsiz quşun yuvasına yumurta qoyan qu quşu kimi nəhəng taxta atın içində gizlənərək Troya şəhərinə daxil olduqları söylənilir. Homerdən tutmuş Hollivuda qədər minilliklər boyu bu hadisədən danışılır, lakin bunun həqiqətən baş verdiyinə dair çox az dəlil vardır. Rəvayətə görə, Aqamemnon qoşunu ilə və Axilles kimi qəhrəman döyüşçülərlə birlikdə Troyanı 10 il mühasirədə saxlamış, lakin heç vaxt şəhərin müdafiəsini yarmaq mümkün olmamışdı. Məğlub olmuş kimi davranaraq yunanlar, içində 12 əsgər gizlənmiş böyük bir taxta atı sahildə buraxaraq yaxınlıqdakı adaya üzürlər. Nəhəng taxta heykəlin Afina ilahəsinə qurban edildiyinə inanan troyalılar atı şəhər darvazalarından keçirərək, şəhərin mərkəzinə gətirirlər. Gecə düşən kimi yunanlar atın içərisindən çıxmış və Troya şəhərini ələ keçirərək onu yandırmışlar. Bununla belə, arxeoloqlar hələ də Troya müharibəsinin bu qədər gülünc bitməsini nəzərə almasaq, heç bir tutarlı dəlil tapmayıblar. Məlum olan budur ki, Troya şəhəri Türkiyənin qərbində indiki Hisarlıq ərazisində tunc dövrünə aid bir şəhərin adıdır. 1870-ci illərdə alman tədqiqatçısı Henrix Şliman tərəfindən kəşf edilmiş ərazidə, çöküntü qatından az sayda ox ucları və təxminən eradan əvvəl 1200-cü ilə aid olan yanğın dəlilləri tapılmışdır ki, bu da təxminən Homerin qeyd etdiyi tarixlə üst-üstə düşür. Onun epik poeması “İliada” əsərində baş vermiş qədim döyüşə işarə edilir. Ancaq belə təvazökar tapıntıları on illik mühasirə ilə əlaqələndirmək olduqca çətindir. Böyük taxta ata gəlincə, Homer əslində “Odisseya” əsərində ondan qısaca bəhs edir və bu hadisənin ilk təfərrüatlı təsviri bu ideyanın həyata keçirilməsindən min ildən çox sonra yaşamış Roma şairi Vergili tərəfindən yazılmış “Eneida” əsərində tapıla bilər. Müasir arxeoloqların əksəriyyəti qədim şairin sözlərini duz qəbul edir və nəhəng atın çox güman ki, real obyekt deyil, metafora olmasından şübhələnirlər. Məsələn, Oksford Universitetindən doktor Armand D.Anqur izah edir ki, “arxeoloji sübutlar Troyanın həqiqətən də yandırıldığını göstərir, lakin taxta at, bəlkə də qədim mühasirə mühərriklərinin qarşısını almaq üçün at dəriləri ilə örtülməsi faktından ilhamlanaraq uydurmadır”. Başqa sözlə, mifik “ Troya atı” əslində əfsanələrdə deyildiyindən daha az mürəkkəb üsullarla axeylilərin Troyaya girməsinə imkan verən bir “mancanaq” və ya digər döyüş maşınına bənzəyirdi. Təəssüf ki, arxeoloqların belə bir cihazın qalıqlarını - quraşdırılmış və ya başqa şəkildə - tapa bilməsi ehtimalı azdır, çünki qədim taxta artefaktlar aşkar edilməzdən çox əvvəl məhv olmuşdur. Buna baxmayaraq, “Troya atı” ideyası müasir mədəniyyətdə möhkəm şəkildə yer almış və leksikon hətta adını zərərsiz kod parçası kimi maskalanaraq sistemlərə sızan bir növ kompüter üçün zərərli proqrama çevrilmişdir. İlkin ideya nə qədər qəribə görünsə də, bu konsepsiya daxildən zəbt edən və məhv edən bir anlayış üçün mükəmməl bir metaforadır. Bəlkə də buna görə qədim şairlər Aqamemnon və onun qoşununun Troya şəhərini məhv etmə prinsipini təsvir etmək üçün “Troya atı”nı icad etmişlər.

Mənbə: bit.ly/3y2el8L

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!