СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Yazılıqaya abidəsi

Нажмите, чтобы узнать подробности

Yazılıqaya qədim Het imperiyasının paytaxtında dini mərasimlərin keçirildiyi bilinən təqribən 3200 illik abidədir.

Просмотр содержимого документа
«Yazılıqaya abidəsi»

Yazılıqaya abidəsi


Yazılıqaya qədim Het imperiyasının paytaxtında dini mərasimlərin keçirildiyi bilinən təqribən 3200 illik abidədir. Bir qrup tədqiqatçıların fikirlərinə görə, o, həm də etibarlı təqvim, müqəddəs saatlar və kosmosa hetlərin baxışının simvolik əksi kimi də təqdim oluna bilər. Yazılıqaya - Mərkəzi Anadoluda (Türkiyə Respublikası) Boğazköy yaxınlığındakı qayalıqda yerləşən Het məbədidir. Abidəni 1839-cu ildə fransız alimi Şarl Teksyö aşkar etmişdir. Yazılıqaya kompleksinin qədim hissəsi və keramika nümunələri e.ə. təqribən XV əsrə, əsas tikililər, tanrıların relyefləri və yazılar isə e.ə. XIII əsrə aiddir. Yazılıqaya, yanında məbəd tikilmiş əsas binadan, həmçinin tanrılar və şeytanların təsvirləri olan köməkçi binalar kompleksindən ibarətdir. Yazılıqayanın məbəd yerləşən mərkəzi hissəsindəki qayalarda hurrilərin tanrılar panteonunun təsviri çəkilmişdir. Burada hurri tanrılarının adları və bəzi hurri sözləri Het heroqlifləri ilə yazılmışdır. Yazılıqaya monumental üslubun ən görkəmli nümunəsidir. Türk dilində “yazılı qaya” “qayalar üzərindsə yazı” deməkdir. İnanılmaz oymalara malik bu möhtəşəm Tunc dövrü abidəsi bir neçə onilliklər ərzində tədqiq edilsə də, bir qrup mütəxəssis abidənin vaxtı ölçmək üçün cihaz kimi xidmət edən funksional alət olduğunu irəli sürür. Tədqiqatçılar bu yaxınlarda “Journal of Skyscape Archeology” saytında bu abidə ilə bağlı kosmik simvolizmi araşdırdıqları bir məqalə dərc etmişlər. Fransız arxeoloqu Ş.Teksyö 1834-cü ildə Yazılıqaya abidəsini ilk tədqiq edən şəxs olmuşdur. O, belə qənaətə gəlmişdir ki, Het dövlətinin süqutundan bir neçə onilliklər əvvəl (təxminən e.ə. 1190-cı il) daş üzərində oymaçılar iki təbii qaya üzərində insanların, heyvanların və mifik varlıqların 100-ə yaxın relyefini yaratmışlar. Teksyönün bu fikirləri Avropa alimlərinin diqqətini cəlb etdi, çünki heç kim belə bir orijinal sənətin Orta Anadolunun ucqar bir bölgəsində aşkar olmasını gözləmirdi.

Yeni astronomik üfüqlər

2019-cu ildə “Luwian Studies” beynəlxalq qeyri-kommersiya fondunun prezidenti Eberxard Tsanger və onun Bazel Universitetindən olan həmkarı Rita Qotşi tədqiqat məqaləsi dərc etdilər. Məqalədə qeyd edilirdi ki, 1990-cı ildə Xuan Antonio Belmonte B palatasında 12 eyni kişi tanrının tapılması günəş ilinin 12 ayına uyğundur. Bundan əlavə, amerikalı astronom Edvin K. Krapp qədim yazılarda, onun sözləri ilə desək, “səma elementlərinin əlamətlərini” və müəyyən bir “kosmik rəvayət”i tapmışdır. Bu ipuçlarının ardınca alimlər Het dini, eləcə də Babil astronomiyası ilə bağlı çoxsaylı elmi traktatlar oxumuş və Hattusda (qədim Het dövlətinin paytaxtı) “33.000-dən çox sənəd və fraqment” tapmışlar, “onlardan ən azı 50-si astronomik və ya astroloji məsələlərlə əlaqəlidir”, onların fikrincə, hetlər təxminən 3000 il əvvəl bu bilikləri Mesopotamiya kahin-astronomlarından öyrənmişlər. Qaya üzərində oyma ayın 30 gününü təsvir edir və alimlər fərz edirlər ki, qədim insanlar ayın əvvəlində 30 tanrıdan birincisini qeyd ediblər və sonra vaxtı izləmək üçün geriyə qayıdıblar. Astronomiyaçı alimlər tədqiqatlarını genişləndirərək, het strukturlarının günəş gündönümü və bərabərlik günlərini qeyd edəcək şəkildə yönəldildiyini və düzüldüyünü aşkar etmişlər.

Gündönümü Divarları və İşıq Qapıları

Eberxard Tsanger yazır: “Biz tezliklə başa düşdük ki, Yazılıqayada tikilən sonuncu binanın şimal divarı qış gündönümündə gün batımı ilə eyniləşib”. Bu iddia “inşaatın ən azı üç ayrı-ayrı mərhələsində ucaldılmış məbəd binalarının maili düzülüşünə” əsaslanırdı. Nəhayət, belə qənaətə gəlindi ki, ilk bina yay gündönümünə, ən sonuncusu isə qış gündönümünə yönəldilmişdir. Yay gündönümü zamanı hökmdar, ailəsi və baş kahinlər günortadan sonra dini ayin üçün məbədə toplaşır, qapı isə günəş ilahəsi Arinna üçün giriş kimi xidmət edirdi. Gün batanda günəş şüaları darvazadan keçərək, alimlərin fikrincə, ilahənin həmin yerdə quraşdırılmış zərli heykəlini işıqlandırırdı. İlahənin qızıl heykəlindən əks olunan işıq hökmdarın şəklinə düşdü. Beləliklə, o, simvolik olaraq Günəş ilahəsi ilə birləşir, onun dünyəvi məhsuldarlıq və böyümə səlahiyyətlərini almış olurdu, çünki o vaxtlar padşahların taleyi yerin və insanların taleyindən ayrılmaz idi.

Məhsuldarlığın ilahi qadın gücləri

Alimlər tanrıların kompleksin qərb tərəfində yerləşməsi ilə bağlı “məqbul” izahlar tapsalar da, etiraf edirlər ki, şərq tərəfdə “klimaktik səhnənin funksiyası və qadın tanrıların heykəldə yürüşü haqqında zərrə qədər təsəvvürə malik deyildilər”. “Qeydləri öyrənərək, onlar ”19 qadın tanrısı”nın yürüşünə və “səkkiz qadın fiqurunun alt dəstini” ayıran təbii daş sütunu tədqiq etdilər. Astronomlara və astroloqlara aydın oldu ki, “on doqquz” və “səkkiz”, günəş illərini və ay aylarını, qədim yunan astronomlarına “oktateris” və “enneadecaeteris” kimi tanınan dövrləri sinxronlaşdırır. Səmada 19 günəş ilindən (235 ay və ya 6940 gün) Günəşlə Ayın bir bürcdə birləşdiyini bilən alimlər qadın tanrıların böyük ehtimalla günəş illərini simvollaşdırmalı olduğunu hesablayıblar: “Görünür, Yazılıqaya Hetlərin yaşadığı və kahinlərin öz təqvimlərini saxladıqları” yer olmuuşdur və sadə, günəş şüası ilə hərəkət edən oymalarla günü, ayı və ili yazırmışlar. Bu yolla ilin ən mühüm kənd təsərrüfatı, mülki və ritual tarixlərini müəyyən etmək üçün yeni il, gündönümü və gecə-gündüz bərabərliyi hesablana bilərdi. Vaxtı qeyd etmək üçün ən böyük motivasiyalardan biri bayramların düzgün tərifi idi, çünki hetlər öz saysız-hesabsız tanrılarından heç birinə hörmət etmək fürsətini heç vaxt qaçırmayıblar. Tsangerə görə, “Kahinlər üçün problem mümkün qədər çox bayram üçün tarix təyin etmək olmuşdur. Belə bayramlar ildə 165 olardı”.

Daha dərin qazmaq

Tsanger və onun həmkarları, Het kompleksinin həm də hetlərin kosmosu necə gördüklərinin qrafik təsviri olduğunu irəli sürmüşlər. “Journal of Skyscape Archeology” jurnalındakı məqalələrində onlar yazır ki, “bütün ziyarətgah o cümlədən onun statik səviyyələri (yer, səma, yeraltı dünya) və yeniləşmə və dirçəlişin tsiklik prosesləri (gündüz/gecə, ay, fazalar, yay/qış)” kosmosun simvolik təsviridir. Tsanger hetlərin “dünyanın yaradılmasının necə baş verdiyi barədə şübhəsiz təsəvvürə malik olduğunu” söyləmişdir. Dünya xaos içində başladı və sonra yuxarıda qeyd olunan statik səviyyələrdə təşkil edildi. O, heç vaxt üfüqdən aşağı batmayan qütblü ulduzların Hetlər üçün xüsusilə əhəmiyyətli olduğunu və onların Yazılıqayada tanınmış tanrılar qrupu ilə təmsil olunduğunu söyləyir. O, həmçinin qeyd edib ki, Misirdə də oxşar obrazlar vardır, çox güman ki, bu hetlərə təsir etmiş bir mədəniyyətdir. Tədqiqatçı müəyyən etmişdir ki, oymaların bəziləri hetlərin yer və yeraltı dünyasına baxışları ilə bağlı ola bilər.

Nəhayət, Tsanger hesab edir ki, hetlərin “həyatın vaxtaşırı yenilənməsi” və təbiətdəki hər şeyin dövriliyi ilə bağlı fikirləri Yazılıqayada görülə bilən təqvim təsvirlərində öz əksini tapıb.

İstifadə edilmiş resurslar:

1.https://etm-club.site/yazylykaya-3200-letnij-hram-s-drevnej-kartoj-kosmos/?fbclid=IwAR0K_G41ox_tvoZXu8ncfMz-fBd9pkB1g-QTNDZNt-LoZ5g_jxKB1cNpv9A

2.https://az.wikipedia.org/wiki/Yaz%C4%B1l%C4%B1qaya

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Похожие файлы

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!