СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Ur Zikkuratı: İkiçayarasının (Mesopotamiyanın) qədim möcüzəsi

Нажмите, чтобы узнать подробности

Müasir İraq ərazisində qədim tanrılara həsr olunmuş, bişmiş və çiy kərpicdən tikilmiş qülləli tikili ucalır.

Просмотр содержимого документа
«Ur Zikkuratı: İkiçayarasının (Mesopotamiyanın) qədim möcüzəsi»

Ur Zikkuratı: İkiçayarasının (Mesopotamiyanın) qədim möcüzəsi


Müasir İraq ərazisində qədim tanrılara həsr olunmuş, bişmiş və çiy kərpicdən tikilmiş qülləli tikili ucalır. Qədim dünyanın ən qədim və təsir edici tikililərindən biri olan Ur şəhərinin zikkuratı Şumer sivilizasiyasının ixtiraçılıq və təsir edici qabiliyyətlərinin davamlı sübutu olaraq qalmaqdadır. Əsrlər boyu bu nəhəng tikili inanc simvolu, insanların bir çox nəsilləri üçün ibadət və ziyarət yeri, sirli tarixə malik izaholunmaz möcüzə olmuşdur. Minilliklər ərzində məbəd dağıntılara məruz qalmış, təbiət və eroziya qüvvələri tərəfindən xarab olmuşdur. Müasir “yenidən kəşfdən” əvvəl səhra səyahətçiləri onu uzaqdan seyr edir, hansısa bir qədim, itirilmiş sivilizasiyanın belə bir möcüzə yarada biləcəyi ilə maraqlanırdılar. Bu böyük zikkurat necə qurulmuşdu və onun hansı sirləri vardır? Ur şəhərindəki zikkurat, onun tarixi, məqsədi və davamlı irsi qədim memarlıq dünyasında xüsusi yer tutur. Bu suallara cavab vermək üçün İkiçayarasının (Mesopotamiyanın) özünün tarixini araşdırmaq lazımdır.

Zikkurat: İkiçayarasının (Mesopotamiyanın) simvolu

Zikkurat qədim İkiçayarasında yaranmış unikal memarlıq quruluşudur. Zikkuratlar memarlıq obyekti kimi əsrlər boyu bütün bu bölgələrdə yayılmışdır. Hətta belə zikkuratlar Cənubi Amerika da mövcuddur. Misir piramidalarına bənzər, zikkurat zirvəyə qalxan tetraedral quruluşdur, lakin düz, daimi yüksəliş əvəzinə tərəflər addımlarla düzülür. Bu hündür pilləli piramidalar ümumi tikinti ənənələrinə uyğunlaşmaq və dini mərkəz kimi xidmət etmək üçün tikilmişdir. Zikkuratların qədim İkiçayarasının yer səltənətini ən yüksək tanrılarla bağladığına inam var idi. Zikkuratlar İkiçayarasının dini və mədəni həyatının ayrılmaz hissəsi olmuşdur. Onları yaradan qədim sivilizasiyaların gücü və bacarıqlarının simvolu kimi xidmət edir. Onlara hələ də müasir İraq ərazisində - qədim şumerlərin, babillilərin və digər sivilizasiyaların qalıqlarında rast gəlmək olar. Ən məşhur nümunələrdən biri olan böyük Ur zikkuratı eradan əvvəl 2100-cü ildə indiki İraqın cənubunda Ur şəhərində tikilmişdir. Bu heyranedici obyekt qismən bu günə qədər gəlib çatmış və dörd min ildən çox keçmişə aid qədim tarixlə birbaşa əlaqədir.

Zikkuratın tikintisi

Ur şəhərində zikkuratın tikintisi eradan əvvəl XXI əsrdə Üçüncü Ur sülaləsi dövründə Şumer padşahı Ur-Nammunun rəhbərliyi ilə başlanmışdır. Bununla belə, hökmdar çox güman ki, onun tamamlanmasını görməmişdir. Məlum olduğu kimi, kərpiç zikkurat nəhayət, eyni əsrdə padşah Ur-Nammunun oğlu və varisi padşah Şulqinin dövründə tamamlanmışdır. Nəhəng zikkurat tamamlandıqda, ehtimal ki, uzunluğu 64 metr və hündürlüyü 30 metrdən çox olmuşdur. Ancaq onun əsl hündürlüyü dəqiq məlum deyil, çünki bu günə qədər yalnız bünövrəsi salamat qalmışdır. Ur-Nammu Ur şəhərinin himayədarı olan ay tanrısı Nannaya bu zikkuratı həsr etmişdi və yəqin ki, onun üstündə məbəd də olmuşdur. Bu quruluş dini əhəmiyyətindən əlavə, çox güman ki, şəhərin inzibati, bürokratik və ticarət işlərində əsas rol oynamış, müxtəlif məqsədlər üçün insan kütləsini cəlb etmək məqsədi daşımışdır. Zikkuratın hündürlüyü onun səyahətçilərin və yerli əhalinin toplaşdığı təbii məkana çevrilərək, şəhər dövlətə görkəmli simvolu kimi xidmət etmişdir. Şöhrətinin zirvəsində bu məbəd, şübhəsiz ki, gözəl bir tamaşa yeri olmuşdur.

Yeni babillilər tərəfindən bərpa

Zaman keçdikcə və sivilizasiyalar yüksəlib yıxıldıqca, Ur şəhər zikkuratı əsrlər boyu aşınmalara məruz qalaraq tərk edilmiş və məhv olmuşdur. Ancaq tarix boyu bir neçə dəfə bərpa edilmişdir. İlk böyük bərpa antik dövrdə aparılmışdır. Yeni Babil imperiyasının hökmdarı Nabonid eradan əvvəl VI əsrdə bərpa işləri aparmış və yalnız iki yuxarı terranı dəyişdirərək, qədim quruluşun əksəriyyətini qoruyub saxlamışdı. Padşah pilləkənlərin dizaynını dəyişmədən yeni çiy kərpiclərdən pilləkənlər də qoydurmuşdur. Lakin o, qədim xarabalıqları sökdürərək, öz zövqünə uyğun olaraq abidənin yuxarı hissəsini yenidən tikdirmişdi. Nabonidin dövründə bərpasına rəhbərlik etmək üçün orijinal strukturun demək olar ki, heç bir qeydlərini tapmamışdı. Zikkuratın bütün məbəd kompleksi çox güman ki, artıq itirilmişdi. Buna görə də o, bərpanı orijinal üç mərhələdə deyil, yeddi mərhələdə həyata keçirməyə məcbur olmuşdu. Onun bərpa işləri zikkurata yeni məna vermişdi. Zikkurat Yeni Babil imperiyasının gücünün və mədəniyyətinin mühüm simvoluna çevrildi. Lakin, təbiətin və minilliklərin qüvvələri yenidən öz zərərini göstərdi və Ur şəhərinindəki zikkurat xarabalığa çevrilərək tərk edildi.

Müasir qazıntılar və Ur zikkuratının yenidən kəşfi

Zikkurat yalnız XIX əsrin ortalarında yenidən kəşf edilmişdi. 1920-ci illərdə arxeoloq Leonard Vulli Britaniya Muzeyi ilə Pensilvaniya Universiteti arasında birgə proqram çərçivəsində bu strukturun qazıntısına rəhbərlik etmişdir. Vulli komandası bütün ərazini təmizləyərək, üç səviyyəli terraslı və hündürlüyü 30 metrə qədər olan nəhəng düzbucaqlı piramida quruluşu aşkar etdi. Zikkuratın özəyi bişmiş kərpiclərdən hazırlanmışdı, yalnız aşağı hissəyə təxminən 720.000 bişmiş kərpic qoyulmuşdur ki, bu da o dövr üçün heyrətamiz bir hadisədir. Abidə ilə yanaşı, Vulli komandası qızıl əşyalar, oyma heykəllər və baş geyimləri də daxil olmaqla qədim Yaxın Şərq sənətinin çox nadir xəzinələrini də kəşf etdilər. Vulli komandasının işlərinə və kəşflərinə baxmayaraq, ərazinin çox hissəsi tədqiq edilməmiş olaraq qalır və gələcək kəşflər üçün yeni imkanlar açır. Qədim zikkurat 1980-ci illərdə Səddam Hüseynin dövründə kiçik, lakin əhəmiyyətli bir dərəcədə bərpa edilmişdi. Çox təəssüflər ki, 1991-ci ildə Körfəz müharibəsi zamanı bu möhtəşəm abidə zədələnmişdir.

Zikkuratın gələcəyini təmin etmək

Ur şəhərindəki zikkuratının qorunub saxlanılması gələcək nəsillərin Qədim İkiçayarasının (Mesopotamiyanın) inanılmaz tarixini daha yaxşı başa düşməyə və qiymətləndirmək üçün böyük əhəmiyyət kəsb edir. Bəşər sivilizasiyasının ən erkən monumental tikililərindən biri olan zikkurat belə qədim mədəniyyətin memarlıq və mühəndislik şücaətinin sübutu kimi qalmaqdadır. Dəyərli mədəni və tarixi irs obyekti olaraq, bölgənin dini və siyasi mənzərəsini anlamağa kömək edir. Ur zikkuratını qorumaqla biz təkcə onu quran qədim sivilizasiyaya hörmətlə yanaşmırıq, həm də bəşər tarixi haqqında anlayışımızı zənginləşdirir və gələcək nəsillərə dünyada hələ də çox tanınmayan və maraqlı abidələrin olduğunu xatırladaraq onları yeni arxeoloji axtarışlara ruhlandırırıq.

Mənbə: bit.ly/42HS6QG

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).







Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!