СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Tarix dərslərində insanın mənəvi - əxlaqi keyfiyyətlərinin formalaşdırılması təcrübəsindən

Категория: История

Нажмите, чтобы узнать подробности

Məktəbdə tarix fənninin məqsədlərindən biri də şagirdlərdə Azərbaycan və dünya tarixinin bütün mərhələlərinin  qarşılıqlı əlaqələrini, müasir vəziyyəti və Azərbaycanın dünya tarixindəki rolunu dərk etmək üçün əhəmiyyətini nəzərə alaraq vahid bir mənzərə formalaşdırmaqdır.

Просмотр содержимого документа
«Tarix dərslərində insanın mənəvi - əxlaqi keyfiyyətlərinin formalaşdırılması təcrübəsindən»


Tarix dərslərində insanın mənəvi - əxlaqi keyfiyyətlərinin formalaşdırılması təcrübəsindən

Məktəbdə tarix fənninin məqsədlərindən biri də şagirdlərdə Azərbaycan və dünya tarixinin bütün mərhələlərinin qarşılıqlı əlaqələrini, müasir vəziyyəti və Azərbaycanın dünya tarixindəki rolunu dərk etmək üçün əhəmiyyətini nəzərə alaraq vahid bir mənzərə formalaşdırmaqdır. Hər bir xalqın, mədəniyyətin ölkənin tarixinə və dünya tarixinə verdiyi töhfə, Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafının əsas mərhələləri, habelə Azərbaycanın müasir siması haqqında məktəblilərin şəxsi mövqelərinin formalaşdırılması əsas şərtlərdəndir. Ona görə də tarixin əsas vəzifələrindən biri də humanitar dövrlərin subyekti kimi xalqların bəşəriyyət tərəfindən inkişaf etdirilən tarixi təcrübəsi və insanlara ötürülən mənəvi dəyərlərlə tanışlıq əsasında əxlaqi keyfiyyətlərin formalaşmasına köməklik etməkdən ibarətdir. Təbii ki, mənəvi-əxlaqi tərbiyənin ən mühüm amillərindən biri vətənpərvərlik, öz kiçik vətəni ilə, xalqının mədəniyyəti ilə birlik hissi tərbiyəsidir. Mədəniyyət isə ilk növbədə bizim tarixi köklərimizdir ki, bu da minilliklərə gedib çıxır. Dövlət Təhsil Standartları keçmişin əsas hadisələrinin fundamental qiymətləndirilməsini, müasir məktəblərdə Azərbaycan tarixinin tədrisinə əsas yanaşmaları, öyrənilməsi tövsiyyə edilən mövzular, anlayışlar, terminlər, hadisələr və şəxsiyyətlərin siyahısını əhatə edir. Tarix müəllimləri tariximizin dövrlərinin davamlılığını, dövlətçiliyimizin formalaşması və inkişafı proseslərinin davamlılığını, Azərbaycan tarixinin dünya tarixi prosesinin tərkib hissəsi kimi nəzərdən keçirilməsini unutmamalıdır. Tarix fənninin tədrisi potensialı da vacibdir, onun Azərbaycan vətəndaşı şəxsiyyətinin və vətənpərvərlik hisslərinin formalaşmasında müstəsna rolu vardır. Tarix dərslərinin mənəvi-əxlaqi potensialının praktikası konkret metodik üsullardan istifadə nümunəsində gözdən keçirilə bilər. Tarix fənninin tədrisi ölkənin keçmiş tarixindən canlı nümunələrlə doludur, məktəblinin emosional təcrübə qazanmasına səbəb ola bilir, biliyin, məsuliyyətin, tolerantlığın, Vətən qarşısında borcun, ailə dəyərlərinin tarixini göstərməyə qadirdir. Ona görə də ayrı-ayrı mədəniyyət abidələri konkret bir dövrün rolunu oynamaqla xalqın şüurunda xalqın özünün, dövlətçiliyin, tarixi missiyaların bilavasitə rəmzləri kimi qəbul olunmaqla, ideoloji və tərbiyəvi əhəmiyyətə malikdir. Belə ki, Səfəvilər dövlətinin banisi I Şah İsmayılın sizə “Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?” sözünü nümunə gətirək. Səfəvi dövlətinin yaranması vahid Azərbaycan dövlətçiliyinin yaranması simvoludur. Vahid dövlətin yaranması- ümumi mədəniyyətin daha yüksək səviyyəyə çatması, öz xalqı, nailiyyətləri, sənəti ilə fəxr hissini aşılamaq, bədii zövqü, tarixi biliyə məhəbbət aşılamaq üçün stimul verir.





“Tarixi relikt” metodu tarixin müxtəlif mərhələlərində mədəniyyət abidəsinin, tarixi obyektlərin dəyərinin nəzərə alınmasını nəzərdə tutur. Bunun unikallığı və mənəvi dəyəri onunla bağlıdır ki, tarixi obyektlər milyonlarla insanın həyatı ilə bağlıdır və belə tarixi abidələr Azıx mağarası, Qobustan qaya təsvirləri, qədim türklərə məxsus balballar, Şəki şəhərindəki Kiş alban kilsəsi, Dəmir qapı-Dərbənd, Əlincə qalası, Bəzz qalası, Qız qalası,Təbriz şəhəri, Ərdəbildəki “Şeyx Səfi“ məqbərəsi, Şuşa şəhəri və s. və ilaxır mənəvi məzmun mənbəyidir. Mədəniyyət abidələri insana emosional, estetik təsir gücünə malik olduğundan idrakın başqa forması- hissiyatın dərk edilməsi üçün də böyük əhəmiyyət kəsb edir. Tarixi abidələrin ictimai dəyəri də böyükdür, çünki mədəni tərəqqinin birbaşa və çox fəal amilləri kimi çıxış edirlər. Xronologiyanı öyrənərkən uzun müddət ərzində baş verən hadisələri kömək edən “Sinxronqraf” texnikasından istifadə edirəm. Bunu tarixçi həmkarlarıma da tövsiyyə edirəm. “Tarixdə bir il” bir yüzillik ərzində müvəqqəti paralel aparmağa imkan verir: Məsələn; Qədim Çində vahid dövlətin yaranması, Aşokanın hakimiyyətə gəlməsi, Atropatena dövlətinin yaranması, Cavanşirin sui-qəsd nəticəsində öldürülməsi, 944 slavyanların Bərdəyə hücumu, Amasiya sülh müqaviləsi, Gülüstan müqaviləsi, 1945 Dünya müharibəsinin sonu və s. və ilaxır kimi tarixi hadisələrin sinxron - xronoqrafların (Azərbaycan tarixində və dünya tarixində baş verən hadisələr) tərtibi mövzulara idrak marağının inkişafına xidmət edir.

Tarixin müəyyən dövrlərində meydana çıxan şəxslərin və onların mənəvi keyfiyyətlərini öyrənmədən tarixin tədqiqi mümkün deyil. Hər hansı bir xalqın əxlaqi keyfiyyətləri onların taleyinə düşən çətinlikləri necə dəf etmələri ilə qiymətləndirilə bilər. Azərbaycan xalqı buna ən bariz nümunədir. Azərbaycan tarixi göstərir ki, öz vətənlərini, müstəqilliyini xarici düşmənlərdən müdafiə etmək necə yaranmışdır. Çətin anlarda Azərbaycan xalqı ümumi bədbəxtlik qarşısında birləşərək ən yaxşı keyfiyyətlərini və mənəvi kamilliyini nümayiş etdirmişlər. Azərbaycan torpaqları həmişə işğalçı dövlətlərin müharibə meydanına çevrilmişdir. Gənc nəsil müasir həyatın özünəməxsus xüsusiyyətlərinə baxmayaraq, öz ata və babalarının şücaətinə biganə qalmır və ata-baba torpağının müqəddəs olduğunu çox gözəl dərk edirlər. Məktəbdə tarix fənninin tədrisi böyüyən gənc nəsli düşünməyə, cəsarət həvəsinə sövq edir. Bütün bu üsulların xüsusiyyəti ondan ibarətdir ki, onlar dərsin konteksinə üzvi şəkildə uyğunlaşır, mövzunun öyrənilməsinə xeyli vaxt ayırmadan, tez-tez dərsin məzmununu canlandırmağa imkan verir, şagirdi vacib suallar üzərində düşünməyə məcbur edir. Məktəblilər hadisələrə münasibətlərini tədricən müəyyənləşdirir və buna uyğun olaraq öz dəyərlər sistemlərini qururlar. ...






İstifadə olunmuş ədəbiyyat


Azərbaycan dilində

1.Seyyub Əsədov “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası”. Bakı, 2021

Rus dilində

2. Вяземский Е. Е., Стрелова О. Ю. Методика преподавания истории в школе: практическое пособие для учителей. М, 2001

3. Гузеев В. В. Методы организации и формы обучения. М, Народное образование, 2001

4. Михайловский Е.В. Общественное значение памятников архитектуры / Теория и практика реставрационных работ: сб. 3. М.: Изд-во лит. по строительству, 1972

5. Разбегаева Л.П., Кириллов Д.В., Крутова И.В. и др. Становление личности в пространстве гуманитарного образования: теоретический аспект. Монография. М., 2008.

İnternet resursları

1.https://www.facebook.com/Seyyub1967

2.http://multiurok.ru/seyyubasadov2/

3.https://sinxronfenler.blogspot.com/


Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!