СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Tanış səslənir: Devkalion və yunan daşqını mifi

Нажмите, чтобы узнать подробности

Qəzəbli tanrı və daşqın haqqında hekayə eşitmisiniz? Dünyanın suyun altında qaldığı, lakin bir ağıllı adamın qayıq düzəltdiyi və sağ qaldığı, sonra o və arvadı planeti yeni insanlarla doldurdu? Əlbəttə ki, bəli, ancaq bunun Nuhla bağlı olmadığını öyrənəndə təəccüblənə bilərsiniz.

Просмотр содержимого документа
«Tanış səslənir: Devkalion və yunan daşqını mifi»

Tanış səslənir: Devkalion və yunan daşqını mifi


Qəzəbli tanrı və daşqın haqqında hekayə eşitmisiniz? Dünyanın suyun altında qaldığı, lakin bir ağıllı adamın qayıq düzəltdiyi və sağ qaldığı, sonra o və arvadı planeti yeni insanlarla doldurdu? Əlbəttə ki, bəli, ancaq bunun Nuhla bağlı olmadığını öyrənəndə təəccüblənə bilərsiniz. Planetdə eyni hekayəni izah edən təəccüblü sayda apokaliptik hekayələr var. Belə ən qədim miflərdən biri, qəzəbli Zevsin ölkəni necə suya qərq etdiyini, lakin inanclı Devkalion və həyat yoldaşının sağ qaldığını izah edən yunan daşqın mifidir. Bu bir az dini hekayə kimi görünə bilər. Ancaq əsl sirr bunun niyə belə olmasıdır. Bu əfsanələr bir-birindən borc alırmı, onlar fəlakətli daşqın haqqında hansısa proto-mifdən yaranıb? Yoxsa bəşəriyyətin ilk xatirələrində oxşar hadisə ilə bağlı sonradan növümüzün bütün mədəniyyətləri tərəfindən danışılan və təkrarlanan bir şey var?

Qədim Yunanıstanın Nuha cavabı

Böyük yunan daşqını və Devkalion haqqında müxtəlif hekayələr vardır. Bəziləri bir-birinə çox bənzəyir və yalnız kiçik fərqlərə malikdir, digərləri isə heyrətamiz dərəcədə fərqlidir. Biz əsasən Ovidin (Roma şairi), eləcə də Apollodorun (eranın I və ya II əsr mifoqrafiyaçısı) versiyasına sadiq qalacağıq. Bu versiyalar Yunanıstan daşqın mifinin ən çox yayılmış aspektlərini ehtiva edir. Ovidin metamorfozlarında hekayə Zevsin Yer üzündə baş verən bütün əxlaqsız hadisələri öyrənməsi ilə başlayır. O, özü üçün baş verənlərə baxmaq qərarına gəlir və Arkadiya kralı Likaonun evinə baş çəkir. Tanrıların padşahını şəhərin dindar sakinləri hərarətlə qarşılayır və Likaon onun şərəfinə böyük ziyafət hazırlayır. Lakin Zevsin Likaonun onu aldatmağı planlaşdırdığını başa düşməsi ilə iş başqa cür cərəyan edir. Likaon, tanrının həqiqətən nə qədər hər şeyi bilən olduğunu yoxlamaq ümidi ilə oğlu Nikmitanı öldürüb bişirir və ziyafətdə Zevsə xidmət edir. Zevsi aldatmaq olmaz, axı o, tanrıdır, amma ölümlü padşah tərəfindən sınanmağı sevmir. Qəzəblənən Zevs Olimpa qayıdır və orada tanrılar şurasını toplayır. Qərar verildi: Liakon bəşəriyyətin taleyini möhürlədi. Zevs qərara gəlir ki, bütün bəşəriyyət bütövlükdə Liakon qədər pisdir və məhv edilməlidir. Onun etdiyi ilk şey, məhşur ildırımlarından birini Liakonun sarayına göndərmək, günahkar oğullarını partlatmaq və Liakonun özünü isə canavara çevirməkdir. Onun növbəti hərəkəti bir qədər böyükdür: Zevs bütün Tunc Dövrü bəşəriyyətini güclü bir daşqınla məhv edəcək, pisliyi Yer üzündən yuyub aparacaq. Bu, adətən Titan Prometeyin (insanlığa od verən) oğlu kimi təsvir edilən Devkalionun gəldiyi yerdir. Prometey yenidən Zevsə qarşı çıxır, bu dəfə oğluna daşqın barədə xəbərdarlıq edir. O, Devkaliona guya böyük sandıq, amma əslində nəhəng bir qayıq tikməyi tapşırır. Qədim yunan alimi Apollodor onu “aşağıdakı dizaynda sandıq” kimi təsvir edir: uzunluğu əlli qulac, eni on dörd və hündürlüyü səkkiz qulac olsun. Devkalion və onun əmisi oğlu (bəzi versiyalarda - həyat yoldaşı) Pirra qayığa minir. Zevs yer üzünü su basmağa, onu su ilə doldurmağa və bütün canlıları öldürməyə başlayanda onlar onu gəmiyə mindirirlər. Devkalion və Pirradan başqa hər şey canlı məhv olur. Zevs bu sağ qalan cütlüyün fərqinə varır, lakin onların dindarlığını görüb, onları əsirgəməyə qərar verir. O, buludları dağıdan və tufanı sakitləşdirən Şimal Küləyi göndərir. Cütlük mərhəmətli Zevsə (bir növ) təşəkkür edir və daşqının suları azalmağa başlayır. Doqquz gün keçir və sular kifayət qədər azalır ki, Devkalion və Pirra Parnas dağına (və ya bəzən versiyadan asılı olaraq Aetna, Athos və ya Otris dağlarına) enə bilər. Yalnız bundan sonra onlar sağ qalan fanilər olduqlarını başa düşürlər və Femida məbədini ziyarət etmək üçün Sefey bulaqlarına gedirlər. Femida, adətən kosmosun ilahi nizamında mühüm rol oynayan, ilahi qanun, nizam və adət-ənənələrin ilahəsi olan Titaniddir. Buna görə də, cütlük qərara gəldilər ki, o, Yer kürəsinin məskunlaşmasında kömək üçün müraciət ediləcək ən yaxşı məxluqdur. Femida məmnuniyyətlə kömək etməyə razılaşır, lakin onun cavabı bir qədər sirli idi. Femida cavab verdi: “Məbədi tərk et və başın örtülü və paltarın açıq, böyük ananın sümüklərini arxaya atın”. Devkalion və arvadı bir az fikirləşdikdən sonra başa düşdülər ki, Femida Yer Ana demək idi və onun mesajındakı sümüklər daşdır. Məbəddən uzaqlaşaraq arxalarına daş atdılar. Sonra bu daşlar yeni bir insan irqinə çevrilməyə başlayır, lakin insanlar fərqli bir modelə görə yaradıldılar, tanrılarla heç bir əlaqəsi olmayan insanlar. Bunu etdikcə heyvanlar özbaşına yerdən çıxmağa başladılar. Bu iki sağ qalanın sayəsində həyat yenidən dünyaya qayıtdı.

Devkalion və Pirra bir müddət səyahət edirlər və nəhayət Fesaliyaya gəlib çatırlar. Əraziyə gələrək, daşdan istifadə etmədən insanları köhnə üsulla yaratmağa başlayırlar. Onların Ellin və Amfiktion adlı iki oğlu var idi. Ellinin nəsilləri xüsusilə təsirli idi. Onun oğlu Eol Eoliyalıları, ikinci oğlu Dorus isə Doriləri banisidir. Onların hər ikisi son dərəcə əhəmiyyətli yunan xalqlarına çevrildi. Üçüncü oğlu Ksuf, axeylərin əsasını qoyan Axeyi və ionların əsasını qoyan İonu atasıdır. Amfiktion atasının yerinə Fesaliya kralı oldu və yunan şəhər dövlətlərinin dini və siyasi birliyi olan Amfiktiion liqasını yaratdı.

Deja vyu

Təəccüblü deyil ki, bütün bunlar sizə tanış görünə bilər. Yunan daşqın mifi apokaliptik daşqını əks etdirən yeganə qədim dini hekayə deyil. Xüsusilə, Mesopotamiyada “Gilqamış dastanı” (tarixdə qalmış ən qədim dastanlardan biri) və Nuhun gəmisi haqqında incil hekayəsi yunan versiyası ilə heyrətamiz oxşarlıqlara malikdir. Hər üç hekayədə bəşəriyyət qüdrətli bir tanrı tərəfindən qəbul edilən pis əməllərinin cəzası olaraq məhv edilir. Gilqamış dastanında tanrılar insanların pozğunluğu səbəbindən yer üzünü məhv edir, lakin müdrik və inanclı Utnapiştimə qayıq düzəltməyi və daşqından sağ çıxmağı əmr edir. Yaradılış kitabında tapılan Nuhun hekayəsində Allah da bəşəriyyəti məhv etmək qərarına gəlir, lakin Nuha gəmi tikməyi əmr edir. Hər üç hekayədə sağ qalan insanlar, proses haqqında çox təfərrüata varmadan və kütləvi qohumluq kimi xoşagəlməz məsələdən qaçmaq üçün bəzi sehrli təcrübələrə müraciət etmədən tez bir zamanda torpağı yenidən məskunlaşdırırlar. Detallar hekayədən hekayəyə fərqli olsa da, ümumi kontur demək olar ki, eynidir. Əslində, miflər o qədər oxşardır ki, ikinci məbəd dövrünün bəzi yəhudi və erkən xristian ilahiyyatçıları Nuh, Devkalion və Utnapiştimin eyni şəxs olduğuna inanırlar və hekayələrin hamısı bir vaxtlar Aralıq dənizi bölgəsində baş vermiş qədim daşqından bəhs edir. Digər bir şey maraqlıdır, yunan mifi ilə digər qədim daşqın hekayələri arasındakı paralellər Aralıq dənizindən çox-çox uzaqlara aparırı. Hind ənənəsində təəccüblü oxşarlıqları olan bir daşqın hekayəsi də vardır. “Mahabharata” hind eposunda Manu (və ya Matsya) hekayəsi kimi tanınan qlobal daşqın hekayəsi var. Devkalion kimi, Manu da yaxınlaşan fəlakətdən xəbərdar edilir və ona da həyat toxumlarını qorumaq üçün böyük bir qayıq tikmək tapşırılır. Sular qalxanda Manunun qayığı dağa enir, necə ki Devkalion gəmisi Parnas dağına lövbər salmışdı. Amerikanın yerli Hopi qəbiləsinin də oxşar daşqın mifləri vardır, bu miflərdə də ilahi qəzəb, gəmilərdə sağ qalma və Yerin sonrakı məskunlaşmasından bəhs edlir. Bu oxşarlıqlar bəşəriyyətin mənşəyi və problemlərinin izahında bu cür rəvayətlərin universallığını vurğulayan ümumi mədəni motivi nəzərdə tutur. Necə ola bilər ki, bu cür fərqli sivilizasiyalar belə inanılmaz dərəcədə oxşar tarixlərə malik ola bilərlər? Bu, Böyük Daşqının həqiqətən baş verdiyinə sübutdurmu? Sonda elə bir an gəlir ki, təsadüf nə qədər istəsən də, artıq təsadüfə bənzəmir. Uzun müddət insanlar dini rəvayətlərin doğruluğunu sübut etmək üçün mümkün olan hər şeyi etmişlər. Məsələn, bəziləri Nuhun gəmisinin Ağrı dağında dayandığına inanırlar. Bir çoxları dağdakı “qayıq formalı” birləşmələrin Nuhun gəmisinin sübutu olduğunu iddia edir, lakin bu iddialar heç vaxt etibarlı arxeoloji və ya elmi dəlillərlə sübuta yetirilməmişdir. Həqiqət budur ki, Böyük Daşqının bəşəriyyətin çox hissəsini məhv etdiyinə dair heç bir etibarlı arxeoloji sübut yoxdur. Amma biz bilirik ki, böyük daşqınlar qədim sivilizasiyaları məhv etmişdir. Təxminən eradan əvvəl 5600-cü ildə baş verən Qara dəniz daşqını, dəniz səviyyəsinin kəskin yüksəlməsi ilə xarakterizə olunurdu və bu, belə hekayələrin mənbəyi ola bilərdi. Eyni şəkildə İkiçayarasında (Mesopotamiyada) Dəclə və Fərat çayları tez-tez daşırdılar, bu da bölgədəki daşqınlarla bağlı miflərin mənbəyi ola bilərdi. İndinin özündə də daşqınlar planetimizin demək olar ki, hər yerində baş verir.

Daşqın hekayəsinin inkişafının müxtəlif mədəniyyətlərdə niyə bu qədər oxşar olduğu aydın deyil. Hekayələr arasındakı bu cür paralellər, çox güman ki, bir növ ortaq mədəni şüura və ya ümumi qədim ilham mənbəyinə işarə edir ki, bu da bəşəriyyətin daşqınlar və əxlaq dərsləri kimi təbii fəlakətləri mifologiya vasitəsilə izah etmək meylini əks etdirir.

P.S. Bax bu fikir doğrudur və bir tərcüməçi kimi mən də fikirlə tam razıyam.

Mənbə: bit.ly/3T09ooU

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).



https://sinxronfenler.blogspot.com/2024/02/tans-sslnir-devkalion-v-yunan-dasqn-mifi.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!