СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Slavyanlar və türklər

Категория: История

Нажмите, чтобы узнать подробности

Vasiliy Serqeyevin bu yazısı maraqlı olduğu üçün rus dilindən Azərbaycan dilinə tərcümə etdim. Yazını oxuyan oxuculara müraciət edirəm ki, bu yazı sadəcə bir tərcümədir. 

Просмотр содержимого документа
«Slavyanlar və türklər»

Slavyanlar və türklər:

Tarixi mifləri kənara ataraq, rusların əcdadlarının türklər olduğunu öyrənəndə təəccüblənirik (Vasiliy Serqeyev).

XV əsrin sonlarından, Qızıl Orda vassalları olan Moskva knyazları digər Şərqi-rus knyazlarından üstün mövqe tutaraq Moskva çarlarının hakimiyyəti barədə (bura eyni zamanda rus torpaqlarında yaşayan qeyri-rusları da əlavə etməklə) yeni siyasi mif yaratmağa başladılar. Bu məsələdə əsas rol Moskva knyazlarının guya, Roma imperatoru Oktavian Avqustun nəslindən olan Prusdan əmələ gəlmələri haqqında mif oynadı. Bu əfsanə haqqında ilk dəfə Savva Spiridon tərəfindən “Vladimir knyazlarının əfsanəsi” adlı səlnamədə çəkilir.

Sinopsis

Avropa dövlətləri və xalqları arasında bu əfsanəyə kimsə inanmadığına görə, tədricən XVI –XVII əsrlərdən Moskva çarlarının qədim tarixləri haqqındakı fikirlər ümümrus düşüncəsinə çevrilməsinə cəhd göstərilir. 1674-cü ildə, Kiyev – Peçersk monastırının arximandriti İnnokenti Gezəlin xeyir-duası ilə slavyan xalqlarının başlanğıcı haqqında geniş bir məlumat hazırlandı: “Sinopsis və ya slavyan –rus xalqının başlanğıcı haqqında müxtəlif səlnaməçilərin qısa bir toplusu və tanrı tərəfindən qurtulan Kiyev şəhərinin əsl şahzadələri və Kiyevin və Bütün Rus torpaqlarının Böyük knyazı nəcib Vladimirin həyatı, Bütün rus (Kiçik və Ağ Rusun ) Böyük knyazı Aleksey Mixailoviç ( Romanov) haqqında”. Bu irihəcmli və səylə yazılmış səlnamədə slavyan xalqalrının qədim zamanlarından, döyüşkən skif və sarmat tayfaları haqqında da məlumatlar vardır. Bu səlnamə çox populyar olduğundan XVIII əsrin əvvəllərinə qədər, daha doğrusu 1836-cı ilə qədər 30 dəfə yenidən çap edilmişdir. “Sinopsis” Moskva əfsənasinin formalaşmasına və eyni zamanda, bütün rus milli kimliyinə böyük təsir göstərmişdir. İskit və sarmatların slavyanların əcdadları olduqları barədə ilk məlumat verən məhşur alim Qotfrid Vilhelm fon Leybnits (1646-1716) olmuşdur. I Pyotrun göstərişi ilə o slavyanların tarixi barədə məlumat toplamalı idi. 1708-ci ildə alman alimi yazırdı: “ Sarmatlar dedikdə, slavyanlar və slavyanlardan da qədim də sarmat adlandırılan bütün slavyan qəbilələrini nəzərdə tuturam”. Qotlib Ziqfrid Bayerin skiflər (iskitlər) haqqında keçmiş və bir yad xalq olaraq, slavyanları isə yerli avtonom bir xalq olduğunu yazması isə siyasi sifarişdən başqa bir şey deyildir. Həmçinin fin, liv və estonlar da skiflərdən törəmişlər. Bu fərziyyə çox guman ki, alman alimi Herard Fridirix Millerin alman dilində nəşr olunan “Sammlung Rusische Geschichte” jurnalından əldə edilmiş və vaxtilə Herodotun “Tarix” əsərindən götürülən məlumatlardan əldə edilmiş bir yazıdır. Bu, Bayerin mütəxəsisi olduğu Şərqi Avropa orta əsrlər tarixi ilə bağlı məsələlərdə şişirtmə və təhrif olunmasına baxmayaraq Sankt-Peterburq Akademiyasının kolleksiyalarında xüsusi diqqət mərkəzində saxlanılmışdır. Təəccüblü olan budur ki, Bayerdən sonra Sankt-Peterburq Akademiyasına Bayerin qanlı düşməni, Elmlər Akademiyasında alman alimlərinə qarşı “vətənpərvər mübarizə “yə çox vaxt aparan M.V Lomonosov gəldi, lakin o da iskit məsələsində Bayerin nöqteyi-nəzərini tamamilə müdafiə edirdi və yazırdı: “...finlər- skiflərdir, slavyanlar- sarmatlardır”.

Bu əhəmiyyətli idi, çünki M. Lomonosov Bayeri və onun bütün fərziyyələrini belə təsvir edirdi: “Görünür o, (Bayer) özünü dumanlandıran bir məsələyə toxunur və bu işdə kimsənin başa düşmədiyi cavablar verməklə vəhşi keşişə bənzəyir”(M.V. Lomonosov. Tam əsərləri. Rus tarixi, sosial-iqtisadi məsələləri və coğrafiyası 1747-1765). Bu xüsusiyyəti M.V. Lomonosovun özünə də aid edilə bilər. Çünki o da iskitlərlə bağlı məsələdə özünü Bayer kimi aparırdı.

Qeyd edək ki, bura slavyan tarixi ilə bağlı bir “alimin” mövqeyini də əlavə etmək olar. O Herodota əsaslanaraq slavyanalrın əcdadlarının yaşadığı ərazini alan, roksalan, midiyalıların ərzazisi kimi baxırdı. M. Lomonosovun və ardıcıllarının əsa fikri odur ki, Rusiya imperiyasının bütün ərazisi slavyan torpağıdır və slavyanların özlərinin məhz kimdən törəməsi o qədər də əhəmiyyətli deyildir. Etiraf etməliyik ki, Sankt-Peterburq Elmlər Akademiyası “alimlərinin” iskitlərin tədqiqatındakı yaradıcılığı Herodotun “Tarix” əsərindəki adı çəkilən skif (iskit) tayfalarının slavyan olması haqqında miflərə yol açmış oldu. Burada başqa bir sual vermək vacibdir: Bu niyə lazımdır? Slavyanların iskit (skif) mənşəyi haqqında mif nə üçün meydana gəldi? Axı hətta arxeoloji məlumatlar da slavyan tayfalarının Oder çayından Dneprə qədər, Visla, Dnestr və Buq çayları arasında yaşadıqlarını sübut edir. Yalnız VI əsrdə onlar yeni torpaqlara köç etməyə başlayıblar və bu proses həm yazılı, həm də arxeoloji məlumatlarda öz əksini etibarlı şəkildə tapmışdır. Bəlkə də bu, Rusiya dövlətinin uzun və şərəfli bir tarixə sahib olan slavyanlar tərəfindən yaradıldığına inanmış vətənpərvər yoldaşlar arasında müəyyən bir kompleksdir. Belələri Rus dövlətinin yaranmasında digər xalqların rolunu Böyük Moskva knyazlığının güclənməyə başladığı və ərazisini genişləndirməyə başladığı XVI əsrdən hesablamağı qəbul edirlər. Bundan əvvəl, digər xalqların Rusiya dövləti üçün yalnız düşmən və dağıdıcı rol oynadığı vurğulanırdı. Belə çıxır ki, əcdadlarımız Vəhşi Çöllükdə bizi Qızıl Ordadan “qorumuşlar” və bunu bizə də vəsiyyət edirlər. Ancaq bu məsələlərdə nə isə qeyri- müəyyənliklər, anlaşılmazlıqlar vardır. Beləki slavyanların qədimliyindən danışanlar “Slavyan –Tripoli mədəniyyəti”ndən inamla danışanlar sübut tapa bilmirlər. Masaya inandırıcı şəkildə yumruqla zərbə vurmaqla, “Qədim rus” dövləti barədə tezislər irəli sürməklə deyil. Qədim sənədlər də sübut edir ki, Kiyev Rus dövlətində türk tayfaları slavyanlardan heç də az olmamışdır. Hətta “İqor polku haqqındakı dastan”da da qıpçaq sözləri işlədilmişdir. ...knyaz Syatoslav hətta vətənpərvər olmayan yuxusunda busurmanlarla qıpçaq dilində danışır... (O.Süleymanov. Az i Ya. “Jalın”, 1990, səh.439). Qeyd etmək lazımdır ki, Rusiya imperiyasının ən tanınmış 200 zadəgan nəslindən 132 - si məhz türk mənşəlidir.

Bu isə özlüyündə çox şey izah edir. “Vətənpərvərlər”in heç bir şəkildə etiraf etmək istəmədikləri də budur. Qədim Rus dövlətinin formalaşmasının ilk mərhələlərində türk dilli tayfaların- Peçeneq, Qıpçaq, Xəzər, Bulqar və başqa türkdilli tayfaların rolu olduğunu söyləmək istəmirlər. Əgər bunu qəbul ediriksə, onda türk tayfalarının rus xalqının formalaşmasında təsirini danmamalı və rus xalqının təmiz slavyan deyil, Dunay bulqarları kimi yarı slavyan- yarı türk mənşəli bir xalq olduğunu söyləməliyik. Məhz bu “vətənpərvərlə” üçün qorxuludur. Bu onların (“vətənpərvərlər”in) yaratdıqları mifi puç edir. Beləliklə, slavyanların tarixini daha da qədimlərə aparmaq üçün və heç bir türk olmamışdır deyilən bir məsəl yaranmışdır: “Qədim və saf bir kök var idi”. Lakin iskit (skif) - slavyan və onların türk kimi tanınması barədə əfsanələrdən ayrılmaq belə tarixçilər və arxeoloqlar üçün (P.S. rus ) çətin suallar yaradır. Etiraf etməyə məcburuq ki, türklər slavyan xalqlarına , Kiyev Rusuna, Qədim rus dövlətlərinə və bütün rus xalqlarının formalaşmasına böyük təsir göstərmişlər.

Bu bəzilərinin xoşuna gəlməyə bilər, ancaq bu faktdan qaçmaq olmaz.

Qaynaqlar:

Источники: https://amigooo.livejournal.com/55405.html, социальная сеть «Фейсбук», группа «Кочевники Великой Степи», блог

http://yakutiafuture.ru/2020/07/08/slavyane-i-tyurki-otbrosiv-istoricheskij-mif-my-s-udivleniem-uznayom-chto-predkami-sovremennyx-russkix-byli-tyurki/?_utl_t=fb&fbclid=IwAR2RozGi1WGOLKtMQSIyqdcxt2HZnrZjIfOfVlq7uxGf9ZXrRkLcyxRE_RY

Rus dilindən Azərbaycan dilinə tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

© 2021, 1054 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!