СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Şişka Y. A. Nikolayevka: yox olmuş kəndin naməlum tarixi

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

İstedadlı gənc tarixçi Yevgeniy Şişka yazır: Sözün doğrusu, bu kitab üzərində işləyərkən özümün şəxsi fikir və düşüncələrimə əsaslanaraq “borcundur” deyə düşünürdüm.

Просмотр содержимого документа
«Şişka Y. A. Nikolayevka: yox olmuş kəndin naməlum tarixi»


Şişka Y. A. Nikolayevka: yox olmuş kəndin naməlum tarixi


İstedadlı gənc tarixçi Yevgeniy Şişka yazır: Sözün doğrusu, bu kitab üzərində işləyərkən özümün şəxsi fikir və düşüncələrimə əsaslanaraq “borcundur” deyə düşünürdüm. Özün-özünə, yaxınlarına və qohumlarına, gələcək nəsillərə borcundur deyə yazdım kitabı. O yerlər ki, sənə doğma və əzizdir, o yerlər ki, hətta sən heç vaxt orada olmamısan, bəlkə də heç vaxt oralara gedə bilməyəcəksən və yaxud da oralara bir də qayıtmaq şansın olmayacaqdır. ...Bütün bunlara baxmayaraq biri var “şəxsi” məsələ, biri də var “prosessional” məsələ. Məhz bu baxımdan doğma yurdumun tarixini araşdırarkən paralel müqayisələr aparmağa cəhd etdim. Nəhayət, kitabımın çap nüsxələri mətbəədən götürüldü. Təəssüf ki, mənim tərəfimdən deyil və çox təəssüflər ki, kitabı yazarkən yaşadığım sevinc artıq indi yoxdur. Hazırda baş verənləri təhlil edəndə insan üç fikirlə qarşılaşır.

Birincisi, nə yazıq ki, bəzən yazdığın sətirlər peyğəmbərcəsinə söylənmiş fikirlərə çevrilir. Bunu təkcə öz yazdığım yazılarda deyil, digər müəlliflərin yazılarında da hiss etmək mümkündür. Müharibə başlamazdan bir ay əvvəl “Sizin üçün əziz olan və heç vaxt qayıtmayacağınız yerlər haqqında burada və indi yazmalısan!” sətirini yazmışdım. Yadımdadır, nədənsə bir neçə dəfə bu yazını sildim, sonra yazını yenidən öz yerinə qaytardım. Zaman göstərdi ki, mən haqlı imişəmmiş. Düzdür, ümid edirəm ki, mənim “heç vaxt” sözüm bu qədər hərfi mənada olmayacaq. Heç vaxt, heç zaman demə...

İkinci fikir “tarixçi” peşəsinə aiddir. Bugünkü müharibə bizə nə göstərir? Karamzin haqlı imiş:”...Tarix heç nə öyrətmir, ancaq nadanlığına görə cəzalandırır”. Nə 1917-1922-ci illərin vətəndaş müharibəsi, nə 1939-1940-cı illər Sovet-Fin müharibəsi, nə İkinci Dünya Müharibəsi, nə də son onilliklərin bir sıra regional münaqişələri heç nə öyrətmədi. Bəşəriyyət sanki dırmıq üzərinə ayaq qoyan insan kimidir. Hər dəfə eyni şey təkrarlanır. Bəzən mənə elə gəlir ki, tarixçilər düzgün dövrləşmə etməyiblər. Biz hələ də haradasa düşüncəmizdə, ehtiyaclarımızda, diplomatiya və müharibə aparmaq üsullarımızda orta əsrlər dövrünün son səviyyəsindəyik. “Yeni tarixi”i gozləmə mövqeyindəyik. …İllərlə “həqiqətləri” axtarıb tapmaq olar, amma insanların beyinlərindəki, avanqard siyasətçilərin və təbliğatın danışdığı “hekayə” olaraq qalacaqdır. Tariximizin bütün ölkələr və xalqlar üçün, hər biri özünəməxsus şəkildə yaxşı olduğunu göstərmək


olar. Lakin slavyan-arilərin olmadığı yerdə onları axtarmağa, olmayan xalqları uydurmağa, özünüz və başqaları üçün miflər və əfsanələr yaratmağa ehtiyac yoxdur. Hətta olsa belə, nəyi isə aydınlaşdırmaq və ya sübut etmək cəhdləriniz artıq heç bir məna kəsb etməyəcək.

Üçüncü fikir, tarixçinin şəxsi marağından başqa nələri var, hobbiləri? Hər hansı bir iş həm də sosial faydalı olmalıdır. Başqalarına kömək etmək, keçmişin, indinin və gələcəyin insanları üçün nəsə etmək ən böyük zövq deyilmi? Son aylar göstərir ki, hazırda ən vacib, ən çox ehtiyac duyulan funksiya “qorumaq”dır. Gəlin birlkdə maddi və mənəvi mədəniyyətimizi qoruyaq. Biz daha çox yazmalıyıq, rəqəmsallaşdırmalıyıq, sistemləşdirməliyik, ədəbiyyatı və sənədləri mümkün qədər çox sayda mediada yerləşdirməyi bacarmalıyıq. Nə qədər çox bacara bilsək, yeni nəsil bizi və keçmişimizi bir o qədər çox öyrənə bilər. Bu həm də, insan əməyinin hədər getməməsi ehtimalını bir o qədər azaldar. Mənə elə gəlir ki, kitabım belə nümunələrdən biridir. Bu kitab, artıq sorğu-sual edilə bilməyən və ya dünyalarını dəyişdiklərinə görə gələcək nəsillərə heç nə deyə bilməyəcək insanların hekayələrini əks etdirir. Kitabda Ukrayna və Rusiya tarixçiləri üçün girişin nə vaxt açılacağı bilinməyən sənədlər, arxivlərdə və elektron məlumat bazalarında olmayan fotoşəkillər, sənədlər dərc edilmişdir. Bu gün Ukraynada kənd və şəhərlər bombalanır. ..İnsanlar xilas olacaqmı? Dağıdılan memarlıq abidələri, kəndlər və şəhərlər yenidən qurulacaqmı? Heç kim bu suallara dəqiq cavab verə bilməz. Məhz bu baxımdan belə bir kitab insanların xatirələrinin, mədəniyyətimizə verilən töhfələrin qorunub saxlanacağına ümid verir. Sizləri ailənizin, kəndlərinizin, rayonlarınızın, şəhərlərinizin tarixini yazmağa çağırıram. Bacardığınız, imkan və vaxtınız olana qədər, mümkün qədər ətraflı və mümkün qədər böyük tirajlarla yaymağa çalışın tarixinizi. ...

Diqqətinizə Luqansk vilayətinin Popasnyanski rayonu, Nikolayevka kəndinin tarixinə dair elmi-populyar esse təqdim olunur. Kitabda sənədli sübutların təhlili, maddi mədəniyyət abidələri, ərazidə aparılan etnoqrafik tədqiqatlar əsasında Luqansk vilayətinin tarixinin indiyədək araşdırılmamış səhifələri araşdırılır. Bu kitabda siz rayonda əhalinin məskunlaşması, inkişafı, rayonun ilk sakinləri və onların əsrlər boyu keçdiyi ağır həyat yolu ilə tanış olacaqsınız. Öz taleyini qədim tarixə malik, lakin müasir coğrafi xəritələrdən silinən Nikolayevka yaşayış məntəqəsi ilə bağlayan rus generallarının, kazak yüzbaşılarının, Birinci və İkinci Dünya müharibəsi qəhrəmanlarının naməlum tərcümeyi-halı haqqında kitabda ətraflı məlumat əldə edə bilərsiniz.

Şişka Y. A. Nikolayevka: yox olmuş kəndin naməlum tarixi. II nəşr. Sankt-Peterburq. Skifiya-print, 2022

Kitabın PDF forması https://www.academia.edu saytında yerləşdirilmişdir.

Oxumaq istəyənlər üçün: https://bit.ly/3vKBR6M








Materialı hazırladı: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!