СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Sipahilər üsyanı və Lakşmi Bay

Категория: История

Нажмите, чтобы узнать подробности

1857-1859-cu illərdə Hindistanda ingilis müstəmləkə rejiminə qarşı milli-qurtuluş mübarizəsi baş vermişdir. Tarixdə bu mübarizə “sipahilər üsyanı” adlanır.

Просмотр содержимого документа
«Sipahilər üsyanı və Lakşmi Bay»

Sipahilər üsyanı və Lakşmi Bay

1857-1859-cu illərdə Hindistanda ingilis müstəmləkə rejiminə qarşı milli-qurtuluş mübarizəsi baş vermişdir. Tarixdə bu mübarizə “sipahilər üsyanı” adlanır. Üsyanın əsas hərəkətverici qüvvələri kəndlilər və şəhər sənətkarları idi. Üsyançı qüvvələr əsasən əkinçilərdən təşkil edilmiş benqal ordusunun sipahi (döyüşçü) alayları tərəfindən təşkil edilmişdi. Üsyana yerli feodallar başçılıq edirdilər. Şimali Hindistanda yerləşən benqal ordusunun tərkibində 21,4 min ingilis və 137,5 min hindli (bunlardan; 112 min piyada, 19,3 min süvari, 4,7 min topçu, 1,5 min isə əlavə köməkçi qoşun) var idi. İcma-kəndlilərinin üzərinə qoyulan və onların torpaqlarının itirilməsinə gətirən, verginin kəskin artırılması, sənətkarların, ingilis sənayesinin istehsal etdiyi məmulatlarla rəqabətə dözə bilmədiklərinə görə müflis olması, brahmanların vergi imtiyazlarının ləğv edilməsi, sipahilərin Benqaliyadan kənarda vuruşduqlarına görə aldıqları maaş artımından və başqa imtiyazlardan məhrum olunması, ingilislər tərəfindən iri feodallarının mülklərinin əllərindən alınması, dini və kasta ziddiyətləri üsyanın əsas baş vermə səbəblərindən idi. Üsyan 1857-ci ilin əvvəlində benqal ordusunda başladı. Sipahi alaylarında gizli özünüidarə orqanları(pançayatlar) yaranmağa başladı, onların üzvləri ingilislərə qarşı ümumi üsyanın təbliğatını aparırdılar. Lakin üsyana hazırlıq pərakəndə gedirdi, ümumi mərkəz yox idi. Üsyanın başlanmasına bəhanə isə, ingilis ordusunda Enfild tüfənginin tətbiq olunması idi. Məsələ onda idi ki, bu tüfənglər donuz ya da inək piyi ilə yağlanırdı, bu baxımdan nə hindular, nə də ki, müsəlman hərbçilər bu tüfənglərə toxunmaq belə istəmirdilər. 1857-ci il mayında Dehlidən 60 kilometr şimal-şərqdəki Mirut (Meratx)şəhərində benqal ordusunun üç sipahi alayı üsyan qaldırdı. Mirutdakı üsyan tərkibində 135 min sipahi olan benqal ordusunun ingilislər əleyhinə üsyana başlamasına işarə oldu. Üsyançı hissələr Dehli şəhərinə tərəf irəliləyərək digər üsyan qaldırmış qoşun hissələri ilə birləşdilər. Onları paytaxt Dehlinin və ətraf kəndlərin əhalisi dəstəkləyirdi. Tezliklə üsyan Pəncabdan Benqaliyaya qədər böyük əraziyə yayıldı və ümumxalq qurtuluş müharibəsinə çevrildi. Üsyanın əsas mərkəzləri Dehli, Kanpur və Lakhnau oldu. Üsyançılar Böyük Moğol dövlətinin bərpa olunmasını istəyirdilər. Onlar ingilis hərbi və mülki məmur və zabitlərini, milli satqınları məhv edir, silah, sursat və təchizat anbarlarını ələ keçirirdilər. Silahlanan üsyançılar qalaları, möhkəmləndirilmiş rayonları və məntəqələri ələ keçirdilər. İngilislər nisbətən sakit olan cənuba qaçmağa başladılar. Lakin tezliklə səfərbəy olan ingilislər üsyanın yatırılmasına başladılar. 1857-ci il iyunun əvvəlində ingilislərin əsas qüvvələri Pəncabdan Dehliyə doğru hücuma keçdilər. Paytaxt Dehlinin müdafiəsi dörd aydan çox çəkdi. Xüsusilə ingilislərdən daha peşəkar olan üsyançı benqal topçuları fəallıq göstərirdilər. Üsyançılar qəfil cinah zərbə, düşmənin kiçik qruplarının dövrəyə alınaraq məhv edilməsi, gecə hucumları və pusqu taktikalarını tədbiq edirdilər. Lakin üsyançıların fədakarlıqla döyüşmələrinə baxmayaraq ingilislər şəhəri ələ keçirə bildilər. Dehlinin mühasirəsi ilə eyni vaxtda, ingilislər Kəlkütədən Qanq çayı vadisi ilə də hücuma başladılar. Onlar Lakhnauya yaxınlaşdılar, ancaq şəhəri ala bilmədilər. Şəhəri Əud Əhməd Şahın başçılığı ilə 50 min sipahi və könüllü müdafiə edirdi. İngilislər geri çəkilməyə məcbur oldular. 1858-ci il martında ingilislər 45 minlik qoşunla şəhərə yaxınlaşdılar və onu mühasirəyə aldılar. 19 mart 1858-ci ildə Lakhnau şəhəri alındı. İngilislər əsir düşmüş üsyançılara qarşı vəhşicəsinə davrandılar, onlar ailələri ilə birlikdə kütləvi surətdə güllələnirdi.

















Buna baxmayaraq üsyançılar mübarizəni davam etdirirdilər. İngilislər daha iki cəza yürüşü- biri Madrasdan Bandaya, başqası Bombeydən Qvaliyaraya təşkil etdilər. Üsyanın mərkəzi Chansi oldu, burada üsyana Hindistanın milli qəhrəmanı, Chansi knyazlığının hakimi, Sipahi üsyanının ən görkəmli liderlərindən biri, ingilis despotizminə qarşı hind müqavimətinin simvolu xanım Lakşmi Bay (1828-1858) başçılıq edirdi. (Hind dilində; लक्ष्मी बाई). Anadan olanda Lakşmi Baya Manikarnika (qısaca Manu) adı verilmişdi. Brahman ailəsində doğulmuşdur. Onun uşaqlıq və gənclik illəri haqqında çox az məlumat gəlib dövrümüzə çatmışdır. Hesab edilir ki, Manu lap uşaqlıqdan döyüşçü kimi tərbiyə almışdır. Bir qadının Hindistan cəmiyyətində asılı və aşağı mövqe tutmasına baxmayaraq Manu hərtərəfli təhsil almış, eynizamanda döyüş sənətini də mükəmməl mənimsəmişdir. Manu Chansi maxaradcası Qanqadara Rao ilə ailə həyatı qurur və adını Lakşmi olaraq dəyişdirir. Deyilənlərə görə Lakşmi Bay elə öz həyat yoldaşının razılığı ilə döyüş sənətini öyrənmişdir. 1857-ci ildə sipahilər üsyanı baş verəndə Lakşmi Bay üsyançıları müdafiə etdi. Həmin ilin iyununda Chansi qarnizonu üsyançılara qoşuldu. Toqquşmalar zamanı bir-neçə ingilis zabiti öldürülür. Üsyançılar bir çox qalaları ələ keçirirlər. Baxmayaraq ki, ingilislərin qətlində Lakşmi Bayın əli olmamışdı, lakin ingilislər bu işdə onu günahlandırırlar. Chansi knyazlığı ingilis generalı Rouzun hücumuna məruz qalır. Lakşmi knyazlığın müdafiəsinə qalxır. Sonradan Lakşmi Bay məhşur qəhrəman Tanti Topinin dəstəsində ingilislərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. Belə döyüşlərin birində isə qəhrəmancasına həlak olmuşdur. Üsyançıların inadlı müqavimətinə baxmayaraq Dehli şəhəri 1858-ci ildə ingilis qoşunları tərəfindən tutuldu. Üsyanın məğlub olmasının əsas səbəbi üsyançıların arasında yekdilliyin olmaması idi. Hindistan feodallarını ölkənin azad olunmasından daha çox öz imtiyazları maraqlandırırdı. Əvvəlcə üsyana qoşulan iri feodallar tezliklə ingilislərin tərəfinə keçdilər. Üsyançıların vahid idarəetmə mərkəzi yox idi. Bundan başqa müstəmləkəçilər hərbi cəhətcə daha güclü idi. Üsyançılar isə daha çox qeyri-nizami qoşunlardan ibarət idi. Feodalların müdafiə taktikası müstəmləkəçilərə təşəbbüsü ələ almağa imkan verdi. Məğlubiyətə baxmayaraq Sipahi üsyanı ingilis müstəmləkəçilik siyasəti üçün sarsıdıcı zərbə oldu. Tezliklə Ost-Hind kompaniyası ləğv edildi. Xüsusi ilə şimalda üsyan o qədər güclü idi ki, ingilislər Britaniya imperiyasının mühüm resurslarını bu üsyanın yatırılmasına yönəltməli oldular.



Şəkillər internetdən götürülmüşdür.









İstifadə edilmiş ədəbiyyat və resurslar:


1. «Советская военная энциклопедия». Москва, 1980. Военное издательство министерства обороны СССР T. 3

2.Вриндаванлал Варма. «Лакшми Бай, Рани Джханси».Москва, 1959. Иностранная литература.

3.https://ru.wikipedia.org/wiki/Лакшми_Баи

4. https://az.wikipedia.org/wiki/Sipahil%C9%99r_%C3%BCsyan%C4%B1_(1857-1859)

5. http://anl.az/el/Kitab/2018/07/cd/2017-2469.pdf


Tərcümə edən: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!