СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Sfinks - piramidaların himayəçisi

Категория: История

Нажмите, чтобы узнать подробности

Sfinks - Misirdəki ən sirli və bəlkə də ən qədim tarixi abidədir. Bu qədim və əzəmətli abidə öz sirli ilə insanları bu gün də heyrətləndirməkdədir.

Просмотр содержимого документа
«Sfinks - piramidaların himayəçisi»

Sfinks - piramidaların himayəçisi

Sfinks - Misirdəki ən sirli və bəlkə də ən qədim tarixi abidədir. Bu qədim və əzəmətli abidə öz sirli ilə insanları bu gün də heyrətləndirməkdədir. Qədim yunanlar onu “ Sfinqa” (boğucu, boğan), qədim misirlilər isə “şepses anx”(“canlı obraz”) adlandırmışlar. Mifoloji sfinks, özündə qadın üzü, aslan bədəni və ayaqları, qartal qanadları və öküz quyruğu olan əfsanəvi varlığı təcəssüm etdirir. Qədim yunan mənbələrində göstərilir ki, sfinks Misirin qədim Fev şəhəri yaxınlığnda yaşamışdır və səyahətçilərə 3 tapmacanın həll olunmasını təklif etməklə məşğul olmuş, bu tapmacaları tapa bilməyənləri isə boğaraq oldürən varlıq olmuşdur. “Şepses anx”(“canlı obraz”) adının mənası isə bu günədək izah edilməmişdir.

Sfinks qədim piramidaların əbədi qoruyucusu olaraq, bəşər cəmiyyəti tarixinin ən qədim və möhtəşəm abidəsi kimi Misirdə Giza vadisində yerləşir. Bu möhtəşəm abidənin uzunluğu 57 metr, hündürlüyü isə 20, 4 metrdir. “Fironlar ölkəsi”nin qədim əfsanələrinə görə, qadın başlı nəhəng yırtıcı fironların əzəmətli məzarlarının keşiyində durur və gücünü kosmosdan alır. ... eləcə də “üçüncü göz”ün köməyi ilə planetlərin və günəşin hərəkətini izləyir. Sfinksi həm də qədim misirlilərin həyatında çox mühüm rol oynayan

Siriusla ( Zöhrə ulduzu, Dan ulduzu) da əlaqələndirirlər. Misir kahinləri bu ulduzun hərəkəti ilə Misirin əkinçilik üçün əsas mənbəyi olan Nil çayının daşqınlar dövrünü təyin edərmişlər (P.S. çox maraqlı faktdır ki, Nil çayı hər il noyabr ayının 19-da daşarmış....bunun səbəbi də ayrıca araşdırma qaynağıdır... ). İlk əvvəllər, Sfinksin piramidalarla eyni vaxtda inşa edildiyi güman edilirdi, lakin bu o dövrün heç bir yazılı mənbələrində öz əksini tapmamışdır. Bundan başqa, sfinksin yaradılma tarixinin dəqiq və hətta təxmini göstərildiyi heç bir sənəd də yoxdur. Qədim Misir mirzələri piramidaların tikintisinə sərf edilən hər şeyin dəqiq qeydlərini, hesablarını, tikinti zamanı sərf olunan daşların sayından və yolların uzunluğundan tutmuş, inşaatçılara verilən məhsullara qədər, hətta onların adlarını belə qeydə alırdılar. Lakin Sfinkis inşası ilə bağlı belə heç bir qeyd bu günədək tapılmamışdır. Yalnız Giza vadisindəki piramidaların inşasından 400 il sonra sifinksdən bəhs edilən yazılara rast gəlinir. E.ə. V əsrdə yaşamış, “Tarixin atası” adlandırılan yunan tarixçisi Heradot (e.ə. 484 - e.ə.425) öz məhşur “Tarix” əsərində Misirə səyahət edərkən gördüyü və eşitdiyi hər şeyi ətraflı şəkildə izah edir. Qeydlərində piramidaların inşası ilə bağlı bütün təfərrüatları ilə ətraflı şəkildə məlumat verməklə sadalayan Heradot bu piramidaları dünyanın ilk möcüzəsi adlandırır, lakin Sfinksdən söhbət açmır.

Qədim romalı tarixçi Böyük Plininin “Təbii tarix” əsərini oxuyarkən Heradotun nə üçün bu möhtəşəm abidə haqqında məlumat verməməsinin səbəbini aydınlaşdırmaq olar.Böyük Plini yazır ki, Sifinks səhradan gələn güclü qum fırtınaları nəticəsində müəyyən dövrlərdə qum altında qalmışdır.... lakin hər dəfə bu abidə qumdan təmizlənmişdir. Bu baxımdan Heradotun sfinksdən bəhs etməməsi məsələsi aydın olur, çox güman ki, Heradot Misirə səfər etdiyi zaman abidə qum altında olmuşdur.

Müasir dövrdə (XX əsr) Misirdə I Tutmosun hakimiyyəti (e.ə. XVI əsr-e.ə. 1493) ) dövrünə təsadüf edən kitabə aşkar edilmişdir. Kitabədə Misir fironunun qəribə bir yuxu gördüyü, tanrıların ona bir işarə göndərməsi bildirilir. Əgər o, I Tutmos sfinks abidəsini qumdan təmizlətsə, Misiri uzun müddət və uğurla idarə edə biləcəkdir. İlahi əmrləri yerinə yetirmək üçün I Tutmos abidənin qumdan təmizlənməsini əmr edir və bu iş bir il çəkir. Sonrakı dövrlərdə sfinks Ptolomeylər sülaləsi və Roma imperiyası dövründə və ərəb hökmdarlarının hakimiyyəti illərində də qumdan təmizlənmişdir.

Son zamanlarda sfinkslə bağlı bir - neçə sensasiyalı hadisələr baş vermişdir. İlk sensasiya bərpa işləri zamanı baş vermişdi. Belə ki, yaponiyalı arxeoloqlar sfinksin düzəldildiyi daş pilətələrin piramidaların tikildiyi pilətələrdən daha qədim olduğunu müəyyən etmişlər. Onlar sfinksin altında tunel olduğunu və bu tunelin Xeops piramidasına doğru uzandığını təsdiqlədilər. Yaponiyalı alimlər bu yeraltı yolun Sfinkisin yaradılması sirrinin açılmasına kömək edəcəyini düşünürlər. Qədim Misir əfsanələrinin birində sifinksin sirrinin bu abidənin pəncəsi altında olduğu barədə məlumat vardır. Lakin bu günə qədər Misir hakimiyyət orqanları abidənin altında qazıntı işlərinə icazə vermir...

Hidroloqlar tərəfindən Sfinksin tədqiqatından sonra yeni bir sensasiya meydana gəldi. Hidroloq alimlər abidənin səthində eroziya izləri aşkar etmişlər. Sfinksin səthindəki bu cür izlər yalnız böyük su axınlarından əmələ gələ bilərdi və bu da Nil çayının daşması ilə bağlı deyil, çox böyük su kütlələrinin şimaldan cənuba doğru axmasının nəticəsi ola bilər. Bu isə alimlərə abidənin e.ə. XII -VIII minillikdə (bəlkə də e.ə.XVI minillikdə) baş vermiş Ümumdünya daşqını vaxtından da daha çox əvvəl inşa olunduğunu düşünməyi təxmin etməyə imkan verir.

Görəsən Dünya tarixinin ən qədim abidəsinin yaradıcıları kimlərdir?

Bəlkə də bu abidə qədim atlantlar tərəfindən yaradılmışdır və yaxud da daha qədim sivilizasiya tərəfindən?...

Alimlər bu sirrin yalnız abidənin altındakı tunelin qazıntısı zamanı əldə edilə biləcəyinə inanır və ümid edirlər ki, əgər qazıntıya icazə verilsə bu sirr açılacaqdır.












Mənbə: https://salik.biz/articles/79382-sfinks-strazh-piramid.html

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!