СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Şagirdin gözü ilə: İdeal pedaqoq necə olmalıdır?

Нажмите, чтобы узнать подробности

Müəllim şagirdlərinin sevimlisi olmaq üçün necə olmalıdır?  Bunun üçün sizləri 5 açar xüsusiyyətlə tanış etmək istəyirik.  Hər müəllim arzulayır ki, onun şagirdləri məsuliyyətli, çalışqan, fəal olsun.

Просмотр содержимого документа
«Şagirdin gözü ilə: İdeal pedaqoq necə olmalıdır?»

Şagirdin gözü ilə: İdeal pedaqoq necə olmalıdır?

Müəllim şagirdlərinin sevimlisi olmaq üçün necə olmalıdır? Bunun üçün sizləri 5 açar xüsusiyyətlə tanış etmək istəyirik. Hər müəllim arzulayır ki, onun şagirdləri məsuliyyətli, çalışqan, fəal olsun. Müəllim sinfə böyük ümidlərlə daxil olur: onun şagirdləri bütün qaydalara riayət edəcək, ev tapşırıqlarını yerinə yetirəcək və öz uğurları ilə hər kəsi təəccübləndirəcəklər. Bəs medalyonun o biri üzü necə? Şagirdlərin müəllimlərindən gözləntiləri nədir? Bir anlıq təsəvvür edin. Əgər təhsilalanlar iştirak edəcəkləri fənləri seçə bilsəydilər, Siz onların diqqətini cəlb edib, onların cədvəlində yer tuta bilərdinizmi? Sözsüz, hər müəllimin əsas vəzifəsi şagirdi təhsil prosesinə cəlb etmək, fənnə maraq oyatmaq və ikitərəfli etibarlı münasibətlər qurmaqdır. Şagird və müəllim arasındakı bu cür tərəfdaşlıq qarşılıqlı gözləntilərə əsaslanır və hər iki tərəfin ehtiyacları qarşılananda hörmət və heyranlığa layiq olan güclü bağlar yaranır. Şagirdlər müəllimlərdən nə gözləyirlər?

1. Kiçik möcüzələr

Hətta qısamüddətli olsa belə həqiqi təəccüb anları əslində şagirdləri kəşflər etməyə və tədqiqata sövq edən güclü motivatordur. Məktəblilər öyrəndiklərindən ilham almaq istəyirlər. Onlar dərsdə sərf olunan vaxtın hədər getmədiyini bilmək istəyirlər. Şagirdləri təəccübləndirmək və ilhamlandırmaq əsl istedadlı pedaqoqun ən gözəl keyfiyyətidir. Şagirdlərinizin Sizin dərsinizdə bu gün öyrəndiklərini valideynlərinə həyəcanla danışmalarını arzulamırsınız?

2. Onların daxili dünyalarını anlamaq

Şagirdlər, xüsusən də, yuxarı sinif şagirdləri müəllimlərinə yuxarıdan baxırlar. Onların fikrincə, böyüklər populyar musiqilərə qulaq asmadıqları, stil geyimlər geyinmədikləri, trendləri izləmədikləri və ümumiyyətlə əylənməyi bacarmadıqları üçün müasir dünyada uşaqlara necə çətin olduğu haqqında təsəvvürləri yoxdur. Buna baxmayaraq, müəllim gənclərin dünyasına necə daxil olmaq, hörmət və anlayış göstərmək haqqında düşünməlidir. Öz şagirdləri ilə eyni dalğada olmaq üçün müəllim müasir texnologiya və qadjetlərdən istifadə etməyi yaxşı bacarmalıdır. Bu o deməkdir ki, Siz məxsusi bir zövq almasanız belə, şagirdlərinizin mədəniyyəti ilə maraqlanmalısınız.

3. Qarşılıqlı ədalət və etibarlılıq

İstənilən yaş həddində şagirdlərin daha çox şikayətləndikləri, işlətdikləri ifadə nədir? “Bu haqsızlıqdır, ədalətsizlikdir!”. Bilirsiniz, bir çox hallarda onlar haqlıdırlar. Həddindən artıq ev tapşırıqları və həddindən artıq dərəcədə çətin testlər- bu həqiqətən də ədalətli deyil. Məktəb qaydalarında ikili standartlar və əməllərə görə sərt cəzalar həmişə ədalətli olmur. Ədalət isə hər şeydən əvvəl etibar və başa düşülən gözləntilərdir. Əgər şagirdlər müəllimlərin sözlərinə və əməllərinə etibar etmir, özlərinə qarşı vicdanlı münasibətin olduğunu hiss etmirlərsə, onda müəllimin digər hərəkətləri də təəssüflər olsun ki, ciddi qarşılanmayacaq.

4. Bir az yumor hissi

Uğurlu və mehriban kollektiv yaratmaq üçün vacib element sinfin əhvali-ruhiyyəsidir. Müəllimin ünsiyyət tərzi necədir? Sinfin müəllimə qarşı münasibəti necə qurulub? Yadda saxlayın ki, gülüş - şən və məhsuldar əhvali-ruhiyyəni qorumağın açarıdır. Əgər müəllim yerli-yerində və gülüş doğuran zarafatlar edə bilirsə, onda o, ən ciddi müəllim olsa belə şagird onu sevəcək. Ağıllı zarafat və sağlam sarkazm təhsilaların cəlbolunma səviyyəsinə çox güclü təsir göstərir. Bu cür dərslər şagirdlərə daha az yorucu gəlir, onlar dərsə pozitiv istiqamətlənir və növbəti məlumatın yumorla bərabər qəbul olunmasına hazır olurlar.

5. Sinifdə canlı atmosfer

Canlı iş mühiti müəllimin fiziki məkanı və şəxsiyyəti sayəsində yaradılır. Yaxşı tərtib olunmuş sinif otağı şagirdləri vizual cəhətdən stimullaşdırmalıdır. Buna görə də iş məkanının qurulmasında hər şey: divarlarda plakatların, yaradıcı layihələrin sayı, plan, otağın dizaynı və hətta işıqlandırması nəzərə alınmalıdır. Digər tərəfdən müəllimin şəxsiyyəti də mühüm rol oynayır. Müəllim öz şagirdlərinin bütün enerjisini cilovlaya və düzgün istiqamətə yönəltməyi bacarmalıdır. Onun bütün sinfi birləşdirmək, “canlandırmaq” üçün optimist və məqsədyönlü olmağa kifayət qədər gücü olmalıdır.

Bu məsələlərdən sonra daha bir nüans…

Sinif rəhbərinin fəaliyyətində yolverilməz nüanslar - bunları etmək olmaz.

Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etməkdir. Həmçinin, sinif rəhbərinin əsas işi insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır.

Sinif rəhbərinin fəaliyyətində yolverilməz nüanslar:

Uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;

Şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;

Uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;

Şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.

Şagirdlər qarşısında öz həmkarlarını onların iştirakı olmadan müzakirə etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək.

Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:

Təlim prosesinin təşkili:

- sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;

- şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;

- şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;

- hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;

- valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);

- eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;

- Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.

Təşkilati-koordinasiya işi:

- ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;

- uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;

- fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;

- şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;

- təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif

kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;

- sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları);

- şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi;

- məktəbin tibb işçisi ilə əməkdaşlıq;

- fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;

- əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;

- məzunların peşə seçmələrinə köməklik göstərilməsi;

- həftəlik sinif saatları keçirmək;

- hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək;

- sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;

- təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;

- hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması,

-ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.

Kommunikativ iş:

- şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;

- müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması.

- müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;

- sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi;

Təhlil-proqnozlaşdırma işi:

- uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;

- şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;

- sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!