СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Şəhidlərimizi unutmayaq və unutdurmayaq!

Нажмите, чтобы узнать подробности

14.02.2015-ci il tarixində Hacıqabul rayonu, Meyniman kənd tam orta məktəbində  məktəbin məzunu  Qarabağın azadlığı uğrunda qəhrəmanlıqla vuruşaraq canından keçmiş şəhid Tacir İsgəndərovun anım günü qeyd olundu.

Просмотр содержимого документа
«Şəhidlərimizi unutmayaq və unutdurmayaq!»

Şəhidlərimizi unutmayaq və unutdurmayaq!

Şəhid İsgəndərov Tacir İsrail oğlu

(...Hər yeni maşın insanın təbii orqanlarının bir növ davamı olan süni orqana çevrilir. Bu minvalla insan bədəni həmin saat böyüyür. İnsan qəlbi isə, sürətlə böyümüş bu təzə bədəni idarə etmək üçün lazımi sürətlə genişlənə bilməyir...

Anri Berqson (1859-1941, Dünya müharibəsinin ideya üfüqləri M.,1915 səh.57). Qarşıma çıxan bir faktdan sonra ağlıma bir layihəni həyata keçirmək gəldi. Bunun üçün öncə ilkin məlumatlara malik olmalıydım. Ona görə də yüngülvari araşdırmamdan mənə məlum oldu ki, müxtəlif statistikalara görə Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda minlərlə Azərbaycan vətəndaşı şəhid olub. Lakin onların heç də hamısı mütamadi yad edilmir, geniş ictimaiyyətə tanıdılmır. Səbəb isə məlumatlar azlığıdır. Belə qərara gəldim ki, bu ədalətsizliyi aradan qaldırmaq üçün imkanım daxilində olan nəsə edim.

Qısa məlumat:

Soyad, ad, ata adı: İsgəndərov Tacir İsrail oğlu

Doğum və şəhid olduğu tarix: 14.I.1968 - 06.II.1995

Doğulduğu yer (şəhər, rayon, kənd): Hacıqabul rayonu, Meyniman kəndi

Dəfn olunduğu yer: Hacıqabul rayonu

Şəhid olduğu bölgə: Ağdam, Zəngişanlı kəndi

------------------------------------------------------------------------------------------

....14.02.2015-ci il tarixində Hacıqabul rayonu, Meyniman kənd tam orta məktəbində məktəbin məzunu Qarabağın azadlığı uğrunda qəhrəmanlıqla vuruşaraq canından keçmiş şəhid Tacir İsgəndərovun anım günü qeyd olundu. Tədbirdə şəhidin qardaşı və bacısı, Hacıqabul rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi, Təhsil şöbəsinin nümayəndəsi Kifayət Əmirbəyova, şəhidin döyüş yoldaşları və sinif yoldaşları iştirak etdilər.

Tarix bir millətin taleyində dönə-dönə qara səhifələrlə təkrarlananda çox vaxt bəxt-tale deyilən bir anlayışla ya razılaşır, ya da öz fəaliyyətsizliyindən başına gətirilən münasibətlərə xalqın içində bir üsyan baş qaldırır. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firavan həyat arzulayan biz azərbaycanlıların tarixi keşməkeşli günlər, qara səhifələrlə zəngindir. Çünki biz, edilən pislikləri tez unudur, sözün həqiqi mənasında tapdanan haqqımızın bərpasını tələb etməyi bacarmırıq.Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də mədəniyyətinə təsir edə bilməmişdir.Tarix də vətən kimi, ana kimi tale payı, alın yazısıdır, ondan qaçmaq mümkün deyil: nə onu dəyişə bilərsən, nə ondan imtina eləyə bilər, nə də onu seçib-sonalaya bilərsən. Babalarımızın tariximiz boyu tikdiyi saraylar, abidələr də bizimdir, yaratdıqları mədəniyyət də, qazandıqları qələbələr də, uğradıqları məğlubiyyətlər də. Azərbaycan xalqı tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyanın zoru ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır. Əsrlərlə azad yaşamaq istəyən Azərbaycan xalqı bütün tarix boyu torpağımıza göz dikmiş nəhəng imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik əldə etmiş respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində sıxılır.

Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. İndi ölkəmizdə, hətta xaricdə yaşayan elə bir azərbaycanlı tapmaq olmaz ki, şəhidlər haqqında bilməmiş olsun. Hər yerdə, hər ailədə şəhidlərimiz var desəm yanılmaram. Tacir İsgəndərov Hacıqabul rayonu Meyniman kəndində anadan olmuşdu. Sinif yoldaşımız idi. Paralel siniflərdə oxuyurduq. Uşaqlıq xatirələrimdə o sakit lakin mərd bir uşaq kimi qalıb. Bizim hər birimiz kimi o da öz el-obasını, qohum - qardaşını sevirdi. Bilirdi ki, Vətən müqəddəsdir, əzizdir. Bilirdi ki, onu göz bəbəyi kimi qorumaq müqəddəs borcdur. İnsanın həyatında elə anlar olur ki, insan öz döğmalarının həyatı naminə ölümə gedir. Onun döyüş yoldaşı rəhmətlik İnqilab Şirəliyev deyirdi ki, döyüş zamanı Tacir güllələrdən, atılan mərmilərdən qorxmurdu. ...Bax belə bir igid idi Tacir. Elə bir gün gəldi ki, şəhidliyin nə demək olduğunu anladıq, onu yaşadıq və şəhidliyə sayğı ilə, qürurla yanaşmağı da öyrəndik. Həyat bunu bizə öyrətdi. Torpaq uğrunda ölən varsa Vətən olurmuş. Şəhidlərimiz torpağı bizlər üçün Vətən halına gətirdilər. Vətən uğrunda ölməyin gərəkliyini göstərdilər. “Şəhidlər haqqında öldü, deməyin. Onlar diridirlər” deyir Uca Rəbbimiz “Qurani - Kərim” də. Şəhidliyə bundan yüksək qiymət ola bilərmi?!. Bəli, şəhidlər ölmür. Amma Rəbbimiz tərəfindən verilmiş ömür payını yaşamaq məcburiyyətində qalanlar da var axı. Şəhidlərin valideynləri, doğmaları, ailə üzvləri. Başsız qoyduqları həyat yoldaşları, atasız qalan uşaqlar, köməksiz qalan ata - analar, bacı və qardaşları. Bəs onlar necə yaşasın? Bu mənada dövlətimiz mənəvi itki ilə yanaşı, həm də sosial çətinliklər yaşamasınlar deyə şəhid ailələrinə qayğı göstərilməsi istiqamətində indiyədək bir sıra mühüm və təqdirə layiq addımlar atıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması haqqında fərman imzalayıb.

Vətəni sevmək təkcə ölüm deyil. Şəhidlər heç vaxt ölmürlər. Onlar əbədi olaraq onu istəyənlərin, əsl vətənpərvər, el-obasına qiymət verən insanların qəlbində yaşayırlar. İndiki gənc nəsil bilməlidir ki, biliylə, bacarıqlada xalqa xidmət edə bilərsən. Bizim gənc nəslin vəzifəsi yaxşı oxuyub, gələcəkdə savadlı mütəxəssis, əsl insan olmaqdan ibarətdir. Öz əməlləri ilə yaxşı ad qazanmaqdır. ... Tədbiri açıq elan edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Səadət müəllimə Tacir haqqında qısa məlumat verdi. Məktəb şagirdlərini və qonaqları məlumatlandıraraq Tacir İsgəndərovla qürur hissi keçirdiyini bildirdi. Sonra söz Meyniman kənd tam orta məktəbinin hərbi müəllimi Şıxaliyev Atamoğlan müəllimə verildi. O, çıxışında məktəbdə hazırda görülən hərbi vətənpərvərlik işlərindən danışdı. Bildirdi ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün gənc nəsil hərb sənətinə mükəmməl yiyələnməlidir. Bu iş isə orta məktəbdən başlanır. İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rəşad Səmədov Hacıqabul rayon icra başçısının məktəblərdə vətənpərvərlik tərbiyəsinə göstərdiyi qayğılardan söz açdı. Bildirdi ki, Hacıqabul rayonundan çoxlu igidlərimiz Vətən, torpaq uğrunda öz əziz canlarından keçmişdir. Döyüşlərdə yaralanaraq öz sağlamlıqlarını itirənlər də var. Onlara daima qayğı göstərilir. Daha sonra söz şəhidin döyüş komandiri, istefada olan mayor Telman Əmiraslanova verildi. Telman Əmiraslanov bildirdi ki, orta məktəbdə mən Tacirdən iki sinif yuxarıda oxuyurdum. Baxmayaraq ki, bir kəndə yaşamışıq, bir məktəbdə oxumuşuq mən Taciri əsl insan kimi döyüşdə tanıdım. Sanki onu yenidən kəşf elədim. Onun komandiri oldum. Tacir olduqca bacarıqlı kəşfiyyatçı idi. Telman Əmiraslanov onu da qeyd etdi ki, o vaxtlar dörd və daha çox düşmən texnikasını məhv edən döyüşçülərə Milli Qəhrəman adı verərdilər. Tacir də düşmənə aman verməzdi. Təkbaşına düşmənin iki tankını, bir özü hərəkət edən maşınını və bir QAZ - 66 markalı maşınını məhv etmişdi. Çıxış edən Hacıqabul rayon təhsil şöbəsinin nümayəndəsi Kifayət müəllimə Əmirbəyova Tacir İsgəndərovun 27 yaşında həyatdan köçdüyünü vurğuladı. Bildirdi ki, belə bir yaşda həyatdan köçmək, namuslu və yurdsevər bir igidin acı taleyi olsa da onunla fəxr etməyə dəyər. Məhz Tacir kimi oğullarımızın sayəsində bu gün şagirdlərimiz rahat dərslər keçir. Meyniman əhalisi Tacir İsgəndərovla fəxr etməlidir. Tacir İsgəndərov haqqında məlumatları toplayıb təqdim etdiyinə görə Meyniman kənd tam orta məktəbinin tarix müəllimi Qara Əhmədova öz minnətdarlığını bildirən Kifayət müəllimə onu da bildirdi ki, Tacirin qəhrəmanlığı Ali Baş komandan tərəfindən qiymətləndirilib.Tacir İsgəndərov ölümündən sonra15 yanvar 1995-ci il tarixində “ Hərbi Xidmətlərə Görə” medalı ilə təltif olunmuşdur. Şəhidin sinif yoldaşları adından Şirvan şəhər 11 №-li tam orta məktəbin tarix müəllimi Əsədov Seyyub danışdı. Məktəb günlərini xatırlayan Seyyub Əsədov bildirdi ki, Tacir onun yaddaşında qəlbi təmiz, mərd bir uşaq kimi qalıb. Orta məktəb günlərində baş verən maraqlı, lakin olduqca ibrətamiz hadisləri söyləyən Seyyub müəllim dedi: “Sözsüz ki, Tacir İsgəndərovun itkisini heç nə ilə əvəz etmək mümkün deyil. Bu cür itkilərin ağrısını Qarabağın işğaldan azad edilməsi ilə yüngülləşdirmək olar. O gün isə uzaqda deyil ! “ (P.S. Çox şükürlər olsun ki, torpaqlarımz işğaldan azad edildi).

Tədbirdə məktəbin XI sinif şagirdləri olduqca maraqlı hərbi kompozisiya nümayiş etdirdilər. Onlar and içdilər ki, Tacirin qanı heç vaxt yerdə qalmayacaq. Sonda məktəbin balaca şagirdləri Qarabağ müharibəsi veteranı, şairə Familə Fərmanın döyüş yoldaşı Tacir İsgəndərova həsr etdiyi “ Necə qaytarım “ şeirini söylədilər. Şeiri təqdim edirik...

NECƏ QAYTARIM ?!

(7-ci taborun rabitəçisi Həsənov Qəhrəman 18.04.95-ci il tarixdə saat 13:05-də telefonla belə dedi:”TACİR”i mənə ver!)

Məndən Taciri istəyən oğlan,

Keçən bir karvanı necə qaytarım ?

Ömürdən ötən gün qəmli tarixdir,

Ötüb keçən anı necə qaytarım ?

*****

Vətən can üstədir, bizi haraylar,

Qalxıb harayına Mehdi, Gəraylar,

Uçub xanimanlar, yanıb saraylar.

Sökülən bir danı necə qaytarım ?

*****

Lalələr açıbdı igid qanından,

Neçə igid keçib şirin canından,

Kişilər seçilib adı, sanından,

Tökülən bir qanı necə qaytarım ?

*****

Familə Fərmanlı, suala bir bax,

Lalənin bağrında sən xala bir bax.

TACİRİN bəxtində tonqala bir bax,

Dəyişən dövranı necə qaytarım ?!


FAMİLƏ FƏRMANLI

AĞDAM - ZƏNGİŞALI KƏNDİ


Allah Vətən Azərbaycanın azadlığı uğrunda əziz canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

İstifadə edilmiş resurs:

1.“Təhsil və zaman” qəzeti 27 yanvar 2015 № 01-02 “Şəhidlər qəlbimizdə yaşayırlar”.

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!