СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Русская литература XIX века

Категория: Литература

Нажмите, чтобы узнать подробности

Просмотр содержимого документа
«Русская литература XIX века»

Dilarə

Gün batar-batmaz idi. Palçıqçı Bəşir pulunu alıb evə qayıdırdı. O, xəstələnmiş, borca düşmüşdü. Bu gün bütün borclar bitir, hətta bir qədər artıq pulu da qalırdı. Kiçik qızı Dilarə üçün yemiş almaq istəyirdi. Uşağın paltarı da yox idi, amma Bəşirin hələ buna pulu çatmırdı. Küçədən, müəllimləri başda olmaqla, təmiz geyinmiş, gülərüzlü kiçik-kiçik qızlar, oğlanlar gedirdilər. Bəşir öz qızını xatırladı. Dilarə bunlardan da yaraşıqlıdır. Belə geyinərsə, lap gözəl görünər. O da bu uşaqların arasında olsaydı, nə olardı?!

Ay xanım… Dili dolaşdı, nə deyəcəyini bilmirdi. Müəllim iri gözləri ilə Bəşirə baxdı. Bağışla, xanım, səndən bir xahişim var… Mən özum palçıqçıyam. Bir balaca qızım var, soruşuram ki, onu neyləyim? Əmi qızın neçə yaşındadır? Səkkiz yaşında. İndi vaxt keçmişdir, lakin hər halda gətir bir cür düzəldərik…

Sabah Bəşir qızını müəllimin yanına aparacaqdı. O, müəllimdən sevinə-sevinə ayrıldı. Əvvəl bir qədər yeyinlədi. Sonra yavaşıdı. Düşünürdü: “Nə yaxşı adamdır”. Qızıda gözəl geyinəcək, oxumuş olacaq, qonşuları onu tərifləyəcəklər. Bəlkə bir zaman o da bu müəllim kimi olacaqdır. Lakin qızı ayaqyalın necə aparsın? Birdən dayandı. Özünü itirmişdi. Bazara getdi. Bir çüt köhnə çəkmə, bir köhnə paltar da alıb, evə qayıtdı.

Dilarə qışın soyuğuna baxmayaraq, atasını qarşılayıb, ətəyindən yapışdı: Ay ata, o nədir? O çəkmələr kimindir? - deyə təcublə soruşdu. Dilarə ömründə görmədiyi ayaqqabıları və paltarı geymiş, sevincindən sanki qanadlanıb uçurdu. O, çoxdan bəri həsrətlə uşaqların ayaqlarına baxır və bir gün onun da çəkiməsi ola biləcəyini heç ağlına da gətirmirdi.

Bəşir ömründə duymadığı böyük bi həvəs və sevinclə qızını bəzəndirdi. Çəkmələr köhnə də olsa, Dilarənin ayaqlarında yaraşıqlı göründü. Ay zalım, xozeyin qızlarına oxşayırsan… Cəhənnəm olsun dünya! Arvad, o tabağı bəri ver. Qızım, dur, bir oyna!

Tabaq taqqıldayır Dilarə atasının üzünü öpüb, böyük bir sevinclə oynayırdı. Səhər hava çox tutqun idi. Gecə yağış bütün küçələri dizədək paçıq etmişdi. Bu, Bəşirin heç xoşuna gəlmirdi. Çünki yaşadığı küçəyə daş döşənməmişdir. Bir az yağış yağan kimi, palçıq dizə çıxırdı, keçmək də mümkün olmurdu. Xüsusilə bu gün Dilarənin çəkmələri palçığa batacaqdı. Nə isə, Bəşir müəllimə söz vermişdi. Dünya dağılsa da, Dilarəni məktəbə aparacaqdı.

1. Bəşir müəllimdən necə ayrıldı?

a) Razılıqla

b) Nagüman

c) Narazı

d) Hirslə



2. Dilarə həmişə uşaqlara baxanda nə arzulayırdı?

a) Məktəbə getmək

b) Yaxşı oxumaq

c) Təzə çəkmə

d) Yeni paltar



3. Bəşir qızını geyindirdikdən sonra nə üçün onu xozeyin qızına bənzətdi?

a) Yaraşıqlı görünürdü

b) Hökmlü görünürdü

c) Səliqəsiz görünürdü

d) Müəlliməyə bənzəyirdi



4. Bəşi adətən yağışı niyə sevmirdi?

a) Gecə yağış bütün küçələri su edirdi

b) Çünki yaşadığı küçəyə daş döşənməmişdir

c) Bir az yağış yağan kimi palçıq dizə çıxırdı

d) Dilarənin çəkmələri palçığa batacaqdı



5. Mətndə belə dialoq yoxdur:

a) Bəşir- müəllim

b) Dilarə - Bəşir

c) Bəşir - arvadı

d) Dilarə - müəllim



6. Mətndə hansı sualın cavabı yoxdur?

a) Dilarə uşaqlara baxanda nə istəyirdi?

b) Bəşirin arzusu nə idi?

c) Dilarə məktəbə gedə bildimi?

d) Bəşirin sevincinə səbəb nə idi?



7. Mətnin sonunda Dilarənin:

a) Arzusu çin oldu

b) Aqibəti bilinmədi

c) Ayaqqabıları palçıq oldu

d) Arzuları suya düşdü



8. Sonuncu cümlədə “Dünya dağılsa da...” ifadəsini hansı ifadə ilə əvəzləmək olar?

a) Heç nəyə baxmayaraq

b) Dünya durduqca

c) Dünya var olduqca

d) Hər şey qaydasında olsa



9. Mətndə əsas ideyası nədən ibarətdir?

a) Atanın arzularının reallaşma fürsətindən

b) Müəllimlərin elmə verdiyi qiymətdən

c) Yağışın küçələrdə yaratdığı problemlərdən

d) Dilarənin ayaqqabı həsrətindən



10. Hansı fikir mətnə aid deyil?

a) Niyyətin hara, mənzilin ora

b) İstəmək əldə etməyin yarısıdır

c) Sən saydığını say, gör fələk nə sayır

d) Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır

1

2

3

4

5

6

7

8

9

10

A

C

A

B

D

C

B

A

A

D






Скачать

© 2020, 207 1

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!