СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Roma imperiyasının qarşılaşdığı ən böyük ordu

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Roma tarixçilərinin fikrincə, məğlubedilməz Roma legionları 451-ci ildə Katalaun döyüşündə ən güclü ordu ilə üzləşdilər.

Просмотр содержимого документа
«Roma imperiyasının qarşılaşdığı ən böyük ordu»

Roma imperiyasının qarşılaşdığı ən böyük ordu

Roma tarixçilərinin fikrincə, məğlubedilməz Roma legionları 451-ci ildə Katalaun döyüşündə ən güclü ordu ilə üzləşdilər.

Flavius ​​Aetiusun başçılıq etdiyi 50.000 Roma legioneri və Alman federasiyasının 100.000 əsgəri, o cümlədən Kral Teodorikin başçılıq etdiyi vestqotlar, Reyn və Dunay çaylarından şərqdə məskunlaşmış bir milyon “barbar” süvari ilə döyüş meydanında görüşdülər. Bunlar Atillanın başçılıq etdiyi hunlar idi. Döyüş keçmişin digər döyüşlərinə oxşamırdı, hətta Kann döyüşünü (e.ə.216) belə müqayisə etmək mümkün deyildi. Bu, həqiqətən də bütün Şərqi Avropanı və Asiyanın bəzi hissələrini dəmir yumruğu ilə idarə edən Atillanın başçılıq etdiyi Şərqlə, ölməkdə olan Roma imperiyasının başçılıq etdiyi Qərb - Qərbi Avropa arasında gedən döyüş idi.

Keçmişdə german tayfalarının çoxlu sayda döyüşçüləri olduğu bilinir. Beş əsr əvvəl Qay Marius tərəfindən məğlub edilən kimvrlərin 200.000 nəfərə qədər ordusu var idi. 259-cu ildə Mediolanda məğlub olan alemannilərin təxminən 300.000 əsgəri vardı, eramızın 6-9-cu illərində Böyük İlliriya üsyanı zamanı bir milyon üsyançı Roma imperiyasına tabe olmayan müstəqil bir krallıq qurmağa çalışmışdılar. Lakin Katalaun çölündəki döyüşü həqiqətən də öz dövrünün “Döyüşlər Anası” adlandırmaq olar. Döyüş o qədər möhtəşəm idi ki, düşmən ordusu o qədər çox idi ki, Aetius və onun Roma legionerləri tərəfindən öldürülən çoxlu sayda insana baxmayaraq, düşmən okean axını kimi irəliləməyə davam edirdi. Bu döyüş, əlbəttə ki, düşmənin əzilmiş və məhv edildiyi Vercelli və ya Mediolan döyüşü deyildi. Katalaun çölündəki döyüş romalılar üçün yer üzündə yaşanan bir cəhənnəm idi. Əldən düşmüş və məğlubiyyətin kəndarında olan romalılar az qalmışdı ki, döyüşü uduzsunlar və hətta imperiyanı itirmək təhlükəsi yaranmışdı. Belə bir şəraitdə döyüşdə öldürülmüş vestqotların hökmdarı Teoderikin oğlu Torizmund düşmən xəttinin arxasına hücum etməyə cəsarət etdi və bununla da qüvvələr nisbətində azacıq dəyişiklik yaranmış oldu. Hər iki tərəfin qüvvələri tamamilə tükənmişdi. Buna görə də hərə öz ərazisinə geri çəkildi: Aetius İtaliyaya, Torizmund Akvitaniyaya (müasir cənub-qərbi Fransa), Atilla isə müasir Macarıstan ərazisində yerləşən imperiyasına qayıtdı. Faydasız ölümlərdən başqa heç kim heç nə qazanmadı. Taleyin işinə bax - Katalaun çölündə baş verən döyüşdən bir neçə il sonra həm Hun, həm də Roma imperiyaları dağılacaq və mövcudluqlarını sona verəcəkdilər. Hörmətli dostlar, oxuduğunuz üçün təşəkkürlər! Ümid edirəm ki, müəllifin təvazökar əməyini qiymətləndirəcəksiniz. Oxuduqlarınızı öz fikrlərinizlə tamamlayın. Keçmiş birmənalı deyil və ziddiyyətlidir, həqiqət isə ancaq mübahisədə doğulur!

Mənbə:

https://pulse.mail.ru/article/samaya-bolshaya-armiya-s-kotoroj-stalkivalas-rimskaya-imperiya-2994519147908730804-142861265660333372/?user_session_id=1ce690362fb7625&utm_partner_id=667&utm_campaign=main&utm_referrer=https%3A%2F%2Fpulse.mail.ru&utm_source=pulse_mail_ru&utm_test=x1&utm_content=lenta_main_mail_ru_v1

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!