СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qarabağ Azərbaycandır!

Категория: История

Нажмите, чтобы узнать подробности

Ümid edirəm ki, məqalə Qarabağ həqiqətlərinin geniş oxucu kütlələrinə, müəllimlərə çatdırılması işində yardımçı olacaqdır. 

Просмотр содержимого документа
«Qarabağ Azərbaycandır!»

Qarabağ Azərbaycandır!

Bəzi üzdəniraq siyasətşünasların təxribat xarakterli açıqlamalarına baxmayaraq, Qarabağ münaqişəsində dini və etnik heç bir problem yoxdur. Münaqişə sırf Ermənistanın Azərbaycana ərazi iddialarına əsaslanır və erməni separatçıları dünya ictimaiyyətini aldadaraq, köklü şəkildə fərqlənən “miatsum” ( Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası. Bu ideyanı ortaya atan erməni millətçiləri buna miatsum (ermənicə birləşmə) adı vermişlər. Miatsum ideyasına əsasən Qarabağ Ermənistana birləşdirilməli, Ermənistan və Qarabağda yaşayan bütün azərbaycanlılar isə öz ata baba torpaqlarından qovulmalı idilər) və “Qarabağ xalqının öz müqəddaratını təyinetmə” anlayışlarını həmişə manipulyasiya edirlər. Əgər “miatsum” Qarabağın Ermənistan Respublikası ilə birləşməsini nəzərdə tutursa, onda belə çıxır ki, Azərbaycan onların müstəqilliyini tanımalıdır? Qarabağın ta qədimlərdən Azərbaycan türklərinin yaşadığı və çarizmin köçürmə siyasəti nəticəsində (1813, Gülüstan və 1828, Türkmənçay müqavilələri) ermənilərin də yaşayış yerinə çevrilən ərazidə hansı “erməni öz müqəddaratını təyinetmə”dən söhbət gedə bilər? Dünya bilir ki, ermənilər artıq Azərbaycanın qədim İrəvan xanlığı ərazisində Ermənistan Respublikası yaratmışlar. Dağlıq Qarabağın Ermənistana məxsus olması barədə ağ yalanları üzə çıxartmaq üçün Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaranma tarixinə nəzər salmaq kifayətdir. 7 iyul 1923-cü il tarixində yaradılan “DQMV”-nin Azərbaycan xalqı üçün kədərli nəticələri oldu. Hətta Mikoyanın 22 may 1919-cu ildə V. Leninə göndərdiyi teleqramda yazılır ki, Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub və bölgənin erməni əhalisi də onu yaxşı bilir. Hamıya məlumdur ki, 1920-ci il aprel ayının 28-də Azərbaycanda Qafqazda ilk olaraq sovet hökuməti qurulmuşdur və ilk milli demakratik dövlətimiz Azərbaycan Xalq Cumhuriyyəti süqut etmişdir. AXC-nin süqutundan sonra “Ermanistan dövləti” sovet Azərbaycanına qarşı Qarabağ, Zəngəzur və Naxçıvan torpaqlarımıza hücumlarını davam etdirmişlər. O dövrkü Azərbaycan SSR hakimiyyəti bunların qarşısını qismən də olsa almağa cəhd etdi. Lakin Sovet Rusiyası birbaşa Dağlıq Qarabağ məsələsində münaqişənin Azərbaycan SSR və ya Daşnak Ermənistanın xeyrinə həll etməkdə tərəddüd göstərirdi. Bunun da bir çox səbəbləri var idi. O səbəblərdən biri də Türk xalqlarının getdikcə artan milli azadlıq hərəkatı idi. Lakin bu məsələlərdə Mustafa Kamal Atatürkün Türkiyədə apardığı azadlıq müharibəsini yaddan çıxarmaq olmaz. Əlbəttə, sovet Rusiyasının əsas hədəfi Cənubi Qafqazın sovetləşməsini başa çatdırmaq idi. Qafqaz ölkələrində sovet hökumətinin elan edilməsindən sonra Rusiya Kommunist (bolşeviklər) Partiyası MK-nın Qafqaz Bürosu Dağlıq Qarabağın taleyini həll edən orqana çevrildi. Məsələyə 21 iyun 1921-ci il tarixində Azərbaycan Kommunist (b) Partiyasının MK-nin siyasi və təşkilat bürosunda baxıldı. Erməni Levon Mirzoyannın sözləri ilə desək; “ ...erməni kəndlisi deyir ki, Bakı və Ağdamla sıx əlaqə olmadan yaşaya bilmərik və bizə mədəni inkişaf imkanı verilsin...”. Məsələ ilə əlaqədar RK(b) P-nın Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması ( P.S. verilməsi deyil) barədə qərar qəbul etdi. Bu işdə görkəmli ictimai xadim Nəriman Nərimanovun xidmətləri çox böyük olmuşdur. Bununla əlaqədar AK(b)P-nın MK-nin 1923-cü il 1 iyul tarixli iclasında mərkəz Xankəndi olmaqla Dağlıq Qarabağa mədəni muxtariyyətin verilməsi təklif edildi. Həmin ilin 4 iyulinda təklif qəbil edildi. Nəhayət, 7 iyul 1923-cü ildə Az. SSR tərkibində DQMV-nin yaradılması haqqında fərman verildi. Fərmanda deyilirdi: “Mərkəz Xankəndi olmaqla Az.SSR-in ayrılmaz tərkib hissəi olaraq Dağlıq Qarabağın erməni hissəində muxtar bölgə yaradılsın”. Beləliklə, “Qarabağ məsələsi” Qarabağda 1813 və 1828-ci illərdən sonra məskunlaşdırılan erməni əhalisinin xeyrinə həll edildi. Heç vaxt dövləti olmayan ermənilər tarixi Azərbaycan torpaqları hesabına özlərinə müvəqqəti sığınacaq tapmış oldu. DQMV-nin yaradılması qərarı geniş yayılmış erməni separatizminin və erməni terrorunun təməli oldu.

1988-ci ildə DQMV-nin XDS-nin muxtar vilayətin Ermənistan SSR-ə birləşdirilməsi qərarı Azərbaycan xalqının səbir kasasını doldurdu. Münaqişə daha da böyüdü. Moskvadakı müəyyən dairələr tərəfindən dəstəklənən erməni separatçıları cəzasız qaldılar. Azərbaycanlıların etnik təmizlənməsi başladı. Azərbaycanlılar həm Erməsitan ərazisindən, həm də Qarabağ ərazisindən zorla tamamilə qovuldular. Münaqişənin Azərbaycan torpaqlarında 30 ildən çox davam etdiyi bu illər ərzində erməni faşistlərinin ən qanlı cinayətləri sırasında Xankəndindən 10 km. məsafədə yerləşən, erməni terrorçularının və onların köməkçilərinin təcavüzü nəticəsində yerlə yeksan edilmiş “Şəhid şəhər” Xocalı faciəsi durur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni faşistləri tərəfindən 613 azərbaycanlı qətlə yetirilmişdir (onlardan; 63 uşaq, 106 qadın, 70 qoca idi, 8 ailə tamamilə məhv edilmişdi). Lakin dünya dövlətləri hələ də erməni vəhşiliyinə rekasiya verməyibdir. Dünya dövlətlərinin susması nəticəsidir ki, Ermənistan BMT-nin Ermanistanı işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağıran qətnamələrinin heç birinə əməl etməyibdir. 28 ildir ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün təsirli tədbirlər təklif edə bilmir. Hamıda status-kvonun yaxşı olduğu təssüratı yaranmışdı. 30 ildən sonra öz tarixi dədə-baba torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana müxtəlif təzyiqlər göstərilir. Azərbaycan ordusu öz torpaqlarında, işğal edilmiş torpaqlarının işğaldan azad etmək uğrunda və Ermənistan torpaqlarının bir qarışını da ələ keçirmədən vuruşur. Erməni hakimiyyəti isə döyüş bölgəsindən 10-larla, 100-lərlə km. uzaq məsafədə yerləşən Azərbaycanın dinc şəhərlərini qadağan olunmuş raket atəşinə tutur. Məsələn, 1941-ci ildə mühasirə vəziyyətində olan Sank-Peterburqda (Leninqrad) anadan olmasının 800 illiyi qeyd edilən dünya şöhrətli şair Nizami Gəncəvinin doğulduğu Gəncə şəhəri raket atəşinə tutulmuşdur. Məlumdur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan bizə qarşı hərbi əməliyyata başlamışdır. İlk saatlardan mülki əhalini, uşaqları və qocaları hədəfə götürmüşdür. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Ermənistan hərbi qüvvələrinin əsas istəyi enerji infrastrukturlarımızı ələ keçirmək istəyidir. Məlumdur ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri də bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etməkdir. Düşmənə ciddi cavab verildi. Respublikamız nəinki enerji üzrə, həm də beynəlxalq yükdaşımalar üzrə də regional mərkəzə çevrilmişdir.

Azərbaycan ordusu hər gün işğalçılara qarşı mübarizə apararaq şəhər və kəndlərimizi azad edir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və qaçmaq məcburiyyətindədir. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Ermənilərin bəzi havadarları bizi atəşkəsə dəvət etdilər. Biz onlara bu fürsəti verdik. Lakin onlar hər dəfə atəşkəsi vicdansızcasına pozurlar. Biz doğma torpaqlarımızı azad edəcəyik. Heç kimə sirr deyil ki, Ermənistan hakim dairələri dezinformasiya yaymaqla məşğuldurlar. Guya bizə Türkiyə və Pakistan köməklik edir. Bütün bunlar ağ yalandır. Azərbaycan öz ordusunun gücü və əhalisinin əzmi ilə torpaqlarını işğaldan azad edir. Oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum, Gəncə şəhərində insanların yaşadığı ərazini vurmaq, beynəlxalq terror əməlidir. Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü Bərdə şəhərinin atəşə tutulmasıdır. Bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşımalıdırlar. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri heç bir nəticə olmadan, yalandan vasitəçilik edirlər. Onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərmirlər. Buna görə Ermənistanın hərbi hücumlarından sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi və bunu uğurla edir. Azərbaycan dəfələrlə açıq şəkildə öz fikrini ifadə edib və Ermənistan hökumətinə müəyyən mesajlar vermişdi - Qarabağdan əl çəkin. Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın əzəli, ən qədim tarixi torpağıdır. Çox təəssüflər olsun ki, Ermənistanın indiki hökuməti bunları dərk edə bilmədi və öz bildiyini etdi. Biz isə onların cavabını verdik və verəcəyik də. Bu gün Azərbaycan ordusu ən müasir silahlarla silahlanmışdır. Bizi dəstəkləyən dövlətlər vardır; Türkiyə, Pakistan, Ukrayna, Qaqauziya, Gürcüstan, İran, Belarus, Macarıstan, Qazaxıstan və Orta Asiyanın digər Türk Respublikaları, İsrail kimi dövlətlər bizim haqq işimizi müdafiə edirlər.

Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirmişdir. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcəkdir.

İlk əvvəllər sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır öz evlərinə qayıtsın. 2020-ci il oktyabrın 10-da Moskvada Xarici işlər nazirləri birgə bəyanət verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Daha sonra Mingəçevirə, daha digər şəhərlərimizə raket zərbələri endirildi. Hazırda da Azərbaycanın dinc əhalisi, şəhər və kəndləri yenidən atəşə tutulur. Hər dəfə atəşkəsi ermənilər pozur. Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut yoxdur. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan, beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edir.

İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Düşmənin təqribən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusu qüdrətinin göstəricisidir. Möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımların nəticəsidir. Bir şeyi qeyd edim ki,1805-ci il may ayının 14-də Çar Rusiyası ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Gülüstan (1813) və Türkmənçay(1828) sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirilərək məskunlaşdırılmışdır. 70 illik sovet dövründə də ermənilər hər şeyə sahib olmuşlar. ….1988-ci ildən başlayaraq onlar yenidən öz məkrli əməllərini həyata keçirib torpaqlarımıza göz dikdilər. Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, onlara üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlarından azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır.

Artıq kifayətdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Belə bir məsəl var: “ Azərbaycan cənnət ölkə, Qarabağ isə onun tacıdır”.

P.S. Qarabağda, Qarabağın mərkəzi Şuşa şəhərinin simvolu olan çiçək açır. Adına Xarı - bülbül deyilir. Bülbülə bənzədiyi üçün bu çiçək belə adlanır. Bu çiçək ancaq bu torpaqlarda və ancaq sülh, əmin-amanlığın hökm sürdüyü yerdə çiçək açar. İnanıram ki, torpaqlarımız işğaldan azad ediləcək və Xarı-bülbül də çiçək açacaqdır.

İstifadə edilmiş internet resurslar:

Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi haqqında tezislər № 73 26.10.2020

Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi haqqında tezislər (№ 74) 26.10.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən tezis və çıxarışlar (N 75) 27.10.2020-ci il

https://vestikavkaza.ru/material/324932



Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi












Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!