СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qədim Qaraqorum şəhəri bərpa ediləcəkdir

Нажмите, чтобы узнать подробности

Monqol İmperiyasının ilk paytaxtı (1235-1260-cı illərdə) Qaraqorum bərpa olunacaq. Bu barədə Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux fərman verib.

Просмотр содержимого документа
«Qədim Qaraqorum şəhəri bərpa ediləcəkdir»

Qədim Qaraqorum şəhəri bərpa ediləcəkdir

Monqol İmperiyasının ilk paytaxtı (1235-1260-cı illərdə) Qaraqorum bərpa olunacaq. Bu barədə Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux fərman verib. “Böyük İmperator Çingiz xanın (1162-1227) anadan olmasının 860 illiyi münasibətilə Monqolustan Prezidenti Böyük Monqol imperiyasının paytaxtı Qaraqorum şəhərinin Orxon vadisindəki tarix-mədəniyyət abidəsində bərpa olunması haqqında sərəncam imzalayıb”. Yerli News.mn qəzeti cənab Xurelsuxun bugünkü çıxışından sitat gətirir. Prezident bildirib ki, Qaraqorum yeni sosial-iqtisadi, mədəni və mənəvi inkişaf mərkəzinə çevrilə bilər. Monqol imperiyası dövründə paytaxt dünya sivilizasiyalarını və dinlərini birləşdirə bilib, “şəhər müharibəsiz, münaqişəsiz sülh şəraitində mövcud olub” deyə prezident bildirib. Hazırda Qaraqorum Xarxorum samonunun seyrək məskunlaşan mərkəzidir. Onun ərazisində Xarxorum muzey kompleksi yerləşir. Qaraqorum şəhəri Monqolustan Respublikasının payraxtı Ulan-Batordan şərqə doğru 350 km məsafədə yerləşir.

Qara-Qorum sözü (türk dilində qara-böyük, qorum-qorunan deməkdir). Bu şəhər orta əsrlərdə Çingiz xan imperiyasının paytaxtı olmuşdur. Böyük Xan Temuçin (Çingiz xan) parlaq taktik - strateq, bacarıqlı sərkərdə və Ali Monqol Xaqanlığının (türkcə, Mengu-el: Əbədi Qüdrət) imperiyasının banisidir. O, köçəri (türk və monqol) xalqlarının Avrasiya üzərində çoxəsrlik hökmranlığının əsasını qoymuşdur. Çingiz xan həm də böyük qanunvericidir, o, məcburi qaydalar toplusu “Yasa” (türkcə: qadağa) tərtib etmişdir. Oqtay xaqan Ali Monqol Xaqanlığının (Mengu-el) imperiyasının ikinci böyük xanı Çingiz xanın oğludur. Quyuk xan Oktay xaqanın oğlu olmuşdur. Menqü xan Çingiz xanın nəvəsidir. Müasir türk xalqları haqlı olaraq Çingiz xan imperiyasını özlərinin tarixi irsi hesab edirlər.

İstifadə edilmiş resurslar:

1.https://news.mail.ru/politics/54489409/?frommail=1

2. https://multiurok.ru/files/monqolustan-prezidenti-cingiz-xanin-paytaxtinin-b.html

3. https://www.turantoday.com/2022/12/qara-qorum.html

Hazırladıi: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!