СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Öz işinizlə məşğul olun, yəhudilər!-Mixael Laytman yazır...

Категория: Прочее

Нажмите, чтобы узнать подробности

Yəhudilərə nə öz dövlətləri, nə güclü orduları, nə də yəhudilərin hamı kimi olduğunu sübut etmək üçün nəzərdə tutulmuş qabaqcıl yüksək texnologiya və digər atributlar kömək etməyəcək. Mixael Laytman yazır...

Просмотр содержимого документа
«Öz işinizlə məşğul olun, yəhudilər!-Mixael Laytman yazır...»


Yəhudilərə nə öz dövlətləri, nə güclü orduları, nə də yəhudilərin hamı kimi olduğunu sübut etmək üçün nəzərdə tutulmuş qabaqcıl yüksək texnologiya və digər atributlar kömək etməyəcək. Mixael Laytman yazır...











Öz işinizlə məşğul olun, yəhudilər!

Qədim Babil. Qərb sivilizasiyasının beşiyi. 4000 il əvvəl burada insanlar, demək olar ki, bir ailə kimi sülh və harmoniya şəraitində yaşayırdılar. Elm, mədəniyyət, ticarət inkişaf edirdi. Amma bir gün hər şey bir göz qırpımında dəyişdi. İnsanlar artıq bir-birini başa düşmür, mehriban qonşuluq münasibətləri şübhə və düşmənçiliklə əvəz olunmuşdu. Beləliklə, bəşəriyyət ilk dəfə öz içində eqoizm dalğasını hiss etdi.

Kapitalist başlanğıcı

O dövrdə hökmranlıq edən padşah Nəmrud hədsiz qürur nümayiş etdirərək, gücünü ilahi elan etdi və ixtilafda olanları sərt şəkildə cəzalandırdı. Xalqı itaətdə saxlamaq üçün o, çoxsaylı mühafizəçilər və nəzarətçilər dəstələri yaratdı, məhkəmələr və vəkillər yaratdı. Başqa sözlə desək, bir vaxtlar mehriban cəmiyyətdə birdən-birə “kapitalist başlanğıc” peyda oldu. İş o yerə çatdı ki, babillilər səmaya çatacaq bir qüllə tikməyə qərar verdilər. Nəmrudun qüruru, hətta deyərdim ki, təkəbbürü o qədər böyük idi ki, ona artıq yer üzündə sadəcə gəzmək kifayət etmirdi.

İbrahim səbəbin kökünü tapır

Lakin bütün bunların içində bir “adəm övladı” var idi - İbrahim adlı bir mömin. Atası Terah və babası Nahor müdrikliyin böyük biliciləri, alim, astroloq və təbiətşünas idilər. Yəni o illər üçün İbrahimin ailəsi çox savadlı idi. Bir vaxtlar İbrahim “kapitalist dəyişikliklərində” fəal iştirak etmişdi, çünki o, bu gün deyəcəkləri kimi, əhali ilə ideoloji işlə məşğul idi. Bu “iş” çərçivəsində İbrahim yaranmış parçalanma problemini araşdırmağa başladı, çünki bu, şəxsən ona da aid idi. Hətta hesab edirəm ki, o, araşdırmalarına sırf eqoist nöqteyi-nəzərdən başlayıb. Axı, insanlar səmaya çatmaq istəsələr, bu, onun təsirini, gücünü və sərvətini təhdid edə bilərdi. Axı əvvəllər insanlar ona adi, gündəlik məsələlərlə bağlı məsləhət almaq üçün müraciət edirdilər: tarlanı sulamaq, nə vaxt balıq tutmaq, kimin kimlə evlənməsi və s.. İndi insanlar eqoist, narsist və özlərinə güvənən olmuş və artıq İbrahimə ehtiyac duymurdular. Ondan yaxşı pula satdığı tanrı heykəlciklərini almağı dayandırdılar. Beləliklə, İbrahim hiss etdi ki, yeni vəziyyət onun gələcəyini təhdid edir.

Təbii ki, bunları deməklə mən şişirtməyə yol verirəm, amma ilk vaxtlar İbrahim, həqiqətən də, adi bir eqoist idi və sadəcə olaraq, böyük imkanlarından istifadə edirdi. Statusunu itirməmək üçün İbrahim baş verənlərin səbəbini incələmək qərarına gəlir. Deməliyəm ki, qəlbən o, əsl tədqiqatçı idi. Yəni həqiqət onun üçün öz rifahından daha önəmli idi. Qarşılaşdığı fenomenin mahiyyətini araşdıran İbrahim çox maraqlı bir tendensiya - eqoizmin böyüməsini gördü. Eqoizm o qədər artmışdı ki, insanlar tanrılara etinasızlıq etməyə başlamışdılar, çünki öz eqoizmləri onların tanrısına çevrilmişdi. İbrahim düşündü: “Bu eqoizmin öhdəsindən birtəhər gəlmək olarmı? Deyək ki, eqoizm əslində təbiətin ən yüksək qüvvəsidir. Həqiqətən də, dünyada gördüklərimizdən belə bir təəssürat yarana bilər ki, insan eqoizmi hər şeyə hakimdir. O, məhv edir və yaradır, yaxşı və pis hər şeyi yalnız onun köməyi ilə və onun xatirinə edir. Amma kor-koranə onun ardınca getsək, o zaman biz mütləq hər şeyi məhv edəcəyik, bir-birimizi və bütün sivilizasiyanı məhv edəcəyik”. Demək lazımdır ki, padşah Nəmrud da İbrahimin gəldiyi nəticə ilə razılaşdı. Hətta problemin həllini də təklif etdi - sadəcə bir-birinizdən uzaqlaşmaq lazımdır. Kiçik bir Babil “kommunal mənzilindən” müxtəlif istiqamətlərə dağılmaq lazımdır. Sonra ehtiraslar sakitləşəcək və bütün bunlara son qoyulacaqdır.

İbrahimin öncəgörücülüyü

İbrahim isə daha uzağa baxdı: “Yaxşı, ayrıldıq, bəs sonra? Ayrılmaq döyüşün yalnız yarısıdır. Belə olan halda əvvəllər bir ailə kimi yaşayan, indi isə bir-birinə nifrət edən babilliləri həqiqətən də sakitləşdirəcək. Amma bu, sadəcə olaraq yubanmadır, problemi qətiyyən həll etmir. Bir müddətdən sonra eqoizm müxtəlif yerlərə dağılanlar arasında da özünü biruzə verəcək. Axı, əgər insan təbiətin əsasında dayanırsa, onu məğlub etmək mümkün deyil, yəni ondan düzgün istifadə etməyi başa düşmək lazımdır. Beləliklə, eqoizmin tədqiqi ilə məşğul olan İbrahim aşkar etdi ki, bu işlərin arxasında Yaradan, İlahi Güc dayanır. Babillilərdə eqoizmin artması təsadüfi bir hadisə deyil, Yaradanın məqsədyönlü hərəkətidir. Belə ki, insanlar onları ayıran eqoizmə yaxınlaşmağı öyrənsin və nəticədə qonşularına da özləri kimi sevgiyə nail olsunlar. Bu yolla mahiyyəti mütləq sevgi və ehsan olan Yaradanla birləşərdilər. Bu, insanın Yaradanın bərabərhüquqlu tərəfdaşı olacağı çıxdığı mənəvi “Babil qülləsi” olacaq. Amma bunun üçün o, hələ də oxumalı və öyrənməli olacaqdır. İbrahim həmfikir və ardıcıllardan ibarət bir qrup topladı və ən yüksək ehsan və məhəbbət keyfiyyətini əldə etmək üçün onlarla birlikdə Babili tərk etdi.

Yaradana doğru

Bu kiçik qrup sonralar yəhudi xalqı, İsrail xalqı oldu. “İsra - El” sözləri Yaradana doğru anlamına gəlir. Bəşəriyyət o vaxtdan bəri iki axına, biri digərində mövcud olan, lakin bir-birinə qarışmayan iki dünyaya bölündü. Yəhudi xalqı bəşəriyyətin bir hissəsidir və eyni zamanda bəşəriyyətə qaynayıb-qarışmır, çünki ta əvvəldən tamamilə fərqli bir cəmiyyəti təmsil edir və bir-biri ilə qarşılıqlı əlaqədədir. O, (İsrail xalqı) bütün dünyaya səpələnmişdir, lakin yoxa çıxa bilməz, çünki o, İbrahimin başladığı missiyasını yerinə yetirməyə borcludur - bir-biri ilə və onun vasitəsilə Yaradanla mənəvi yaxınlaşma üsulunu öz üzərində dərk etmək və bunu hamıya, dünya xalqlarına ötürməlidir. Bu yolda yəhudilər çoxsaylı enişli-yoxuşlu həyat yaşamışlar. Onlar dəfələrlə öz taleyini yerinə yetirməkdən yayınmağa çalışmış, lakin hər dəfə digər xalqların antisemitizmi onlara xatırladırdı ki, onlar hamı kimi deyillər və öz statuslarına uyğun yaşamağa borcludurlar (Yeri gəlmişkən, bu, antisemitizmin səbəbidir).

Həyat qanunu

Bu status “qonşunu özün kimi sev” qaydasına laqeyd olmamağı, onu həyatın qanununa çevirməyə məcbur edir. Nə öz dövlətləri, nə güclü orduları, nə də yəhudilərin hamı kimi olduqlarını sübut etmək üçün hazırlanmış yüksək texnologiyalı və digər atributlar yəhudilərin bu vəziyyətdən çıxmasına kömək etməyəcək. Yəhudilər hamı kimi deyil və həyatlarının əsas vəzifəsi qonşusuna da özləri kimi sevgi səviyyəsinə yüksəlmək və bunu başqa xalqlara öyrətməkdir. Necə yaşamağı deyil, necə sevməyi öyrət. Məhz buna görə də Kabbala elmi bu gün dünyaya açılır. Onun metodologiyasından istifadə etməklə biz İlahi Gücü, Yaradanı dünyaya tanıda bilərik və onlar tamamilə fərqli bir dünyada yaşamağa başlayarlar.

Mənbə: https://www.michaellaitman.com/ru/articles/zajmites-svoim-delom-evrei/

Məqaləni rus dilində oxudum və şəxsən mənə maraqlı gəldi. Qərara aldım ki, doğma Azərbaycan dilinə tərcümə edim. Tərcümə nə dərəcədə alınıb buna hörmətli oxucular dəyər verə bilərlər (P.S. Mən kabbalist deyiləm və kabbalizmi də təbliğ etmirəm. Bu sadəcə bir tərcümədir. Yaradan birdir! Allah bəşər övladının köməyində olsun).

Hörmətlə: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad: https://sinxronfenler.blogspot.com/2022/07/oz-isinizl-msgul-olun-yhudilr-mixael.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!