СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Omul:ancaq Baykal gölündə yaşayan ən dadlı balıq

Нажмите, чтобы узнать подробности

Baykal omulunun, pelagik (selenqa) balıqlarının ölçüsü təxminən iki dəfə artmışdır. Alimlər nə baş verdiyini anlamırlar.

Просмотр содержимого документа
«Omul:ancaq Baykal gölündə yaşayan ən dadlı balıq»

Omul:ancaq Baykal gölündə yaşayan ən dadlı balıq

Baykal omulunun, pelagik (selenqa) balıqlarının ölçüsü təxminən iki dəfə artmışdır. Alimlər nə baş verdiyini anlamırlar. 1985-ci ildə bu balığın çəkisi 300-500 qram idi, indi 600-800 qramdır. Tədqiqatçılar omul adlandırılan pelagik (selenqa) balıqlarının ölçüsünün artdığını qeyd edirlər. Bu barədə cümə günü (20 may 2022) Ümumrusiya Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun (ÜTBOİ)Baykal bölməsinin rəhbəri Vladimir Peterfeld məlumat verib. Baykal omulu qiymətli kommersiya balığıdır. Həm də yalnız bu göldə yaşayan ən məhşur balıqdır. 2017-ci ilin oktyabr ayından etibarən Baykal gölündə sayının kəskin azalması səbəbindən sənaye istehsalına və omulun həvəskar ovlanmasına qadağa qoyulub. Qış aylarında yalnız tilovla tutulmağına icazə verilir. Bəzi məhdudiyyətlərlə omulu Sibirin yerli xalqları və eləcə də elm adamları tərəfindən və süni çoxalma üçün balıq yetişdirmə zavodları tərəfindən tutula bilər. V. Peterfeld bildirir: “Son illərdə biz tarixdə pelagik omulun ən yüksək artım tempini qeydə almışıq. Yəni bu qədər çox omul heç vaxt kürü verməyə gəlməyib. Bu, ən çox pelagik qrupda özünü göstərir. Məsələn, 1985-ci ildə bir kiloqramda 300-350 qram olan üç omul var idisə, indi hər biri demək olar ki, 600-800 omul gəlir”. Alimlər böyüməyə nəyin səbəb olduğunu bilmirlər. 2022-ci il mayın 23-də altı günlük ekspedisiyanın keçirilməsi planlaşdırılır. Ekspedisiyada Baykal omulunun ölçüsü tədqiqat mövzularından biri olacaq. ÜTBOİ və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Limnoloji İnstitutunun mütəxəssisləri ekspedisiyada iştirak edəcəklər. “Ekspedisiya zamanı biz balığın nəinki biokütləsini, həm də ölçü xüsusiyyətlərini hesablayacağıq. Bizdə çoxlu sayda yaşlı və gənc omul balığı vardır. Bu ekspedisiya zamanı aparılacaq analiz növlərindən biri də omul balığının toxumalarında mikroelementlərin tərkibidir” - deyə Limnoloji İnstitutun derektoru Andrey Fedotov jurnalistlərə bildirib. Gələcəkdə tədqiqatçılar qışda Baykal omulunun necə və hansı dərinliklərdə yaşadığını öyrənməyi planlaşdırırlar. Peterfeldin sözlərinə görə, son vaxtlar qışda Baykal gölündə balıqları 150 -200 metr dərinlikdən yemlə ovlamaq populyarlaşıb. Məlum olub ki, fərdlər belə bir dərinlikdə əvvəllər düşünüldüyü kimi, aktivdirlər və “qış yuxusuna” getmirlər.

Mənbə:

https://news.mail.ru/society/51395601/?frommail=10

https://news.mail.ru/society/51395601/gallery/8176397/




Tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü



P.S. Maraqlıdır, Azərbaycanda tut ağacı məhsulları bu il çox iri məhsul gətirmişlər. Görəsən bu nə ilə əlaqədardır. Müşahidə etmisinizmi?




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!