СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər

Категория: История

Нажмите, чтобы узнать подробности

Dahi Azərbaycan şairi Nizami Gəncəvi (İlyas Yusifoğlu) (1141-1209) özünün “Xəmsə”si ilə insanlıq tarixində silinməz iz qoymuşdur.

Просмотр содержимого документа
«Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər»

Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər

Məlum olduğu kimi 2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvinin 880 illiyinin keçirilməsi barədə Sərəncam imzalamışdır. Sərancamda deyilir: Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Mənbə: https://president.az/articles/49904

Dahi Azərbaycan şairi Nizami Gəncəvi (İlyas Yusifoğlu) (1141-1209) özünün “Xəmsə”si ilə insanlıq tarixində silinməz iz qoymuşdur.

Nizami Gəncəvi “İsgəndərnamə” əsərində yazır:

“Nizami durma gəl: xəzinəni aç,

Bəsdir, bu Gəncədə qalmısan möhtac.

Bir ov vurubsansa, çıxar meydana,

Bir xəzinən varsa, göstər cahana!”.

Daha sonra şair “Yeddi gözəl” əsərində yazır:

“Gövhər ustadıdək mən də yaratdım,

Belə xəzinəni ortaya atdım”.

Bu kimi hikmətli sözlər əsrdən -əsrə ötürülən böyük bir söz xəzinəsidir. Dahi şair insanların hiss, həyəcan, arzu və istəklərini elə tərənnüm etmişdir ki, bəşəriyyət yaşadıqca Nizami Cəncəvi də yaşayacaqdır. Məlumdur ki, Nizami Gəncəvi bütün ömrünü Gəncə şəhərində keçirmiş, bu şəhərdə yazıb-yaratmışdır. Dahi şair dərin elmi biliyə, geniş dünyagörüşünə malik olmuşdur. Burada qeyd etmək istəyirəm ki, XII yüzillikdə Gəncə şəhəri böyük elm və mədəniyyət mərkəzi olmuşdur. Çox təəssüflər olsun ki, bu dogma şəhərimiz 2020-ci ildə erməni faşistlərinin hədəfinə çevrildi, məktəblilər də daxil olmaqla insanlar həlak oldu. …

Şair ilk əvvəl insan övladına elm öyrənməyi, maddi aləmə, onun bəşəri sirlərinə bələd olmağı tövsiyyə edərək yazır:

“İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı”.

Nizami Gəncəvinin fikrinə görə hər bir insanın həyatda qazandığı ən əvəzsiz nemət onun yiyələndiyi elmi biliklərdir. Lakin şair öz əsərlərində israfçılığa yol verməmək, pul və ondan istifadə, qənaət etmək barədə də gözəl fikirlər söyləmişdir. Nizami Gəncəvinin bütün əsərləri olduqca maraqlıdır və hikmətdir. Burada bütün məsələlərdən bəhs edilir. Kamil insanın formalaşmasında elmin, təhsilin, biliklərə yiyələnməyin çox böyük rol oynadığını dönə-dönə qeyd edən şairin fikrinə görə insanı heyvanlardan fərqləndirən əsas əlamət onun ağlı, kamalıdır. Ağlın çırağı isə elmdir, bilikdir:

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz”.

Onun fikrincə, əməksevərlik, çalışqanlıq, halal əməklə yorulmadan məşğul olmaq insanda bir sıra müsbət əxlaqi keyfiyyətlər formalaşdırdığı kimi, tənbəllik, yeyib-yatmaq, avaraçılıq da mənfi sifətlərin öküzə, camışa, eşşəyə, milçəyə, ağcaqanada və s. eyvanlara xas olan cəhətlərin yaranmasına səbəb olur. Belə təsirli səhnələr yaratmaqla dahi şair başa salmağa çalışırdı ki, insanlar bir-birinə insani münasibət bəsləməli, var-dövlət, insanın bir tükünə dəyməyən taxt-tac üçün biri-birilərinə qənim kəsilməməlidir. Göründüyü kimi, insan öz əzmkarlığı, çalışqanlığı sayəsində nəinki şan-şöhrət sahibi olub uca zirvələrə qalxa bilər, hətta, böyük dəryaları qurudub yerində laləzarlıq yarada bilər. “Şöhrətə zəhmətlə ucalıbdı ərənlər”,-deyən şair başa salır ki, insan zəlillikdən qurtarıb öz niyyətinə çatmaq və ülviyyətə qovuşmaq istəyirsə, zəhmət çəkməlidir. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi misilsiz düha, qeyri-adi idrak sahibi Nizami Gəncəvi elmə, biliyə yiyələnməyin vacibliyini əsərlərində dönə-dönə qeyd etmişdir.

İsrafçılıq haqqında yazan şair deyir:

“Bir inci saflığı varsa da suda

Artıq içiləndə dərd verir su da”.

Məlum olduğu kimi, əmək tərbiyəsi ilə sıx bağlı olan tərbiyə sahələrində biri də iqtisadi tərbiyədir. Ölkəmizin bazar iqtisadiyyatına keçdiyi və həyatımıza yeni iqtisadi anlayışların getdikcə daha böyük sürətlə daxil olduğu indiki zamanda iqtisadi tərbiyə üzrə işlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılması qarşıda duran aktual vəzifələrdəndir. Milli pedaqogikamızda iqtisadi tərbiyənin mahiyyəti belə açıqlanır:”Bazar iqtisadiyyatı ilə bağlı olan anlayışların və faydalı keyfiyyətlərin gənc nəsldə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması prosesi iqtisadi tərbiyədir”. Həmin pedaqogikaya görə iqtisadi tərbiyənin başlıca vəzifələri sırasına daxildir:

- bazar iqtisadiyyatına aid olan başlıca anlayışlarla gənc nəsli tanış etmək;

- ailə həyatında və cəmiyyətin inkişafında iqtisadiyyatın rolu barədə gənc nəsldə təsəvvür yaratmaq;

- gənc nəsldə sahibkarlıq, təsərrüfatçılıq, qənaətcillik kimi keyfiyyətlər formalaşdırmaq;

- xalq əmlakına, başqalarının yaratdığı maddi və mənəvi sərvətlərə gənc nəsldə qayğılı münasibət formalaşdırmaq.

Qeyd olunan vəzifələr baxımından “Xəmsə”nin araşdırılması göstərir ki, dahi şair -pedaqoq həmin məsələlərin demək olar ki, hamısına bu və ya digər dərəcədə toxunmuşdur.

Dahi şair qənaətcillik kimi faydalı keyfiyyətə diqqət yetirilmişdir. “Xəmsə”dəki poemaların hamısında qənaətcillik məsələsinə toxunan şair “Leyli və Məcnun”da bu məsələ üzərində xüsusi dayanmışdır. Həmin poemanın “Şadlıq və qənaət” adlı hekayəsində şair öyrədir ki, qənaətcillikdə insan heç olmasa digər canlılardan nümunə götürməlidir. Belə ki, “insanlardan başqa bütün canlılar qənaət evində tutmuşdur qərar”. Yəni hər bir canlı nə ruzi tapsa onunla qənaətlə dolanır, öz qismətinə razı olur. Lakin qənaətcil olmayan acgöz insanlar öz payından şikayət edir, tanrıdan, təbiətdən, hətta, günəşdən narazılıq edirlər:

“Yalnız insan oğlu doymayan zaman,

Şikayət sədası ucalar ondan.

Əlindən tikəsi itsə bir kərə,

Naləsi, fəryadı çıxar göylərə.

Düşəndə damına bir damcı yağış,

Buludu töhmətlər dilində qarğış.

Insan daşa tutar günəşi yerdən,

Ona arpa boyda daş dəysə birdən”.

“Yeddi gözəl” poemasında şair - pedaqoq başa salır ki, qənaətlə yaşayan insanın həyatı sevinc-şadlıq içərisində keçər, o, hörmət sahibi olar. Lakin həvəsinin, arzu-istəyinin qulu olub hərislik, acgözlük edənlərin axırı yoxsulluqdur, qəmdir, kədərdir:

“Hər kim qənaətlə əgər şad olar,

O hörmətli olar, sərazad olar.

Arzu həvəsinə əməl edənin

Yoxsuldur axırı, olsa da zəngin”.

“İsgəndərnamə”də şair qənaətcilliyin faydasını göstərməklə bərabər, bir cəhəti də xüsusi qeyd edir ki, hər bir şeyə qənaətlə yanaşmaq xəsisliklə eyniləşdirilməməlidir. Xəsislik edib yeməyə qıymayanların sonu fəlakətdir:

“Xaqanın gəliri keçsə də ələ,

Sel kimi axıtma, yağıştək xərclə.

Malından bir az ye, bir az ver, ancaq”.

Dahi şair şəhər mühitində yaşayıb-yaratsa da, kənd təsərrüfatının bir çox sahələri, xüsusilə, əkinçilik haqqında əsərlərində geniş məlumat vermiş, bu istehsal sahəsinin xüsusiyyətlərini, əhəmiyyətini açıb göstərmişdir. Bu cəhətdən “Sirlər xəzinəsi” poemasında “Süleyman və qoca əkinçi” hekayəsi diqqəti daha çox cəlb edir. Həmin hekayədə şair, yuxarıda qeyd etdiyimiz kimi, həm sadə əmək adamlarına (qoca əkinçiyə) hörmət, həm də iqtisadi tərbiyə məsələsinə geniş yer vermişdir. Belə ki, şair burada qoca əkinçinin dili ilə insanlara çatdırmaq istəyir ki, əkinçilikdə yüksək məhsul sudan, torpaqdan daha çox halal zəhmətdən, “kürəyin tərindən”, mayaya haramlıq qatmamaqdan, əkin üçün sağlam toxum seçməkdən asılıdır:

“Şeytan ilə şərikli əkməsən əyər dəni,

Dən dolu sünbüllərin torpağa əyər dəni.

Səpdiyin əla toxum yaralı dən olanda,

Hər dən yırtar köynəyi sünbülə dən dolanda”.

“Xosrov və Şirin” poemasında bu məsələyə bir daha toxunan şair öyrədir ki, əkinçilikdə, xüsusilə, taxılçılıqda məhsuldarlığa təsir göstərən əsas amillərdən biri əkin üçün sağlam toxumun seçilməsidir:

“Cütcü saf tum səpsə torpağa əgər,

Şübhəsiz torpaqdan saf tum göyərər”.

Şairin iqtisadi görüşlərinin təhlili baxımından “Yeddi gözəl” poemasında verilmiş “Quraqlıq ili və Bəhramın rəiyyətə mərhəməti” adlı hekayə çox səciyyəvidir. Burada şair Bəhramın nümunəsində hökmdarlara, dövlət məmurlarına anlatmaq istəyir ki, ölkə başçısı hər cür iqtisadi çətinliklərə əvvəlcədən hazır olmalıdır ki, ölkəni aclıq bürüməsin. Məsələn, Bəhramın ölkəsində düz dörd il quraqlıq hökm sürdüyü üçün aclıq təhlükəsi yaranır. Ağıllı və ədalətli Bəhram şah tapşırır ki,taxıl anbarlarının və xəzinənin qapılarını açıb, əhaliyə dən və pul paylasınlar, yəni müasir iqtisadi anlayışla ifadə etsək, kompensasiya versinlər. Hətta, Bəhramın göstərişi ilə başqa ölkələrdən də taxıl alınması təşkil olunur:

“Səxavətli şahın dən anbarından,

Bol buğda apardı hər gələn insan.

Şahın karvanları yad ölkələrdən

Daşıyıb gətirdi təzə-təzə dən.

Xəznənin pulları dönmüşdü suya,

Bəhram şah qalırdı qeydə, qayğıya”.

Beləliklə ağıllı dövlət başçısı Bəhramın apardığı düzgün iqtisadi siyasət və həyata keçirdiyi ehtiyat tədbirləri nəticəsində ölkə əhalisi aclıq təhlükəsindən xilas olur.

“İsgəndərnamə” poemasında şair-pedaqoq əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə təsir göstərən digər bir amilə; əməkçinin iqtisadi həvəsləndirilməsinə, stimullaşdırmaya toxunur və göstərir ki, əkinçinin maddi marağı olmasa, o, həmin işə girişməz:

“Taxıldan bir fayda gəlirsə ələ,

Əkinçi əkinə başlar həvəslə.

Taxılın azalsa qədri, qiyməti,

Əkinçi buraxar işi, zəhməti”.

Əkinçiliyin sirlərinə çox yaxşı bələd olan şair “İsgəndərnamə”də göstərir ki, burada bol məhsul əldə etməyin əsas şərtlərindən biri əkini vaxtında əkməkdir:

“Qəlbə fərəh verir bu gözəl diyar,

Onun bərəkətli zəmiləri var.

Burda əkin əksən vaxtında əgər,

Məhsulu ən azı birə min verər”.

Beləliklə dahi şairin və böyük tərbiyəçi - pedaqoqun əmək tərbiyəsi, peşəyönümü və iqtisadi tərbiyə ilə bağlı fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

- əmək fəaliyyəti insan şəxsiyyətinin formalaşmasında başlıca amillərdən biridir;

- insan həyatının əsasını təşkil edən əmək həm maddi firəvanlıq, həm də şan-şöhrət mənbəyidir;

- insan mənəviyyatının saflığı onun halal, namuslu əməyindən çox asılıdır;

- əmək, zəhmət həm də ağıl tərbiyəsi və fiziki tərbiyənin başlıca amillərindən biridir;

- zəhmət tikanı insanı qanına qəltan etsə də o, namuslu əməyindən əl çəkməməli, kimsəyə möhtac olmamalı, it kimi yad süfrəsinə göz dikməməli, öz halal qazancı ilə yaşamalıdır;

- insan təkcə özü üçün deyil, bütün xalqı üçün, cəmiyyət üçün yorulmadan, usanmadan çalışmalıdır ki, “dünya əməlindən geysin zərxara”;

- qəflət yuxusunda qalıb müftəxorluq, avaraçılıq, meşşanlıq edən kəslər heç olmasa

arılardan, qarışqalardan zəhmətsevərliyi öyrənsinlər; heç bir işə yaramayan insan beli şikəst eşşəyə bənzər;

- həyatda hər bir peşənin öz gözəlliyi, öz əhəmiyyəti var; başlıcası, peşəni düzgün seçib onun kamil ustası olmaqdır, çünki, “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”;

- ölkədə hər kəs öz peşəsi, öz sənəti ilə məşğul olmalıdır, əks təqdirdə ölkədə xaos hökm sürər, fəlakət törəyər;

- ölkə başçısı hər bir sənətkarın, hər bir peşə sahibinin əməyini layiq olduğu qədər qiymətləndirməlidir;

- insan üçün ən faydalı keyfiyyətlərdən biri qənaətcillikdir; bu keyfiyyətə malik olmayanların sonu, nə qədər var-dövləti olsa da, yoxsulluqdur;

- iqtisadi bolluğun, əmək məhsuldarlığının başlıca şərtlərindən biri halal zəhmətdir, mayaya haram qatmamaqdır, “şeytanla şərikli dən” əkməməkdir;

- əkinçilikdə yüksək məhsul əldə etməyin mühüm amilləri:

a) əkini vaxtında əkmək;

b) əkin üçün sağlam toxum seçmək;

c) ona qulluq üçün əlləri dəmirə çevirib kürəyin tərini axıtmaqdır;

- ölkə başçısı ölkənin iqtisadi tərəqqisi üçün məsuliyyət daşımalı, əhalini iqtisadi tənəzzüldən, aclıq təhlükəsindən qorumaq üçün qabaqlayıcı ehtiyat tədbirləri görməlidir.





















Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

© 2021, 2567 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!