СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik”

Категория: История

Нажмите, чтобы узнать подробности

Nizami durma gəl: xəzinəni aç,..

Xəzinən dünyanı nurlandıracaq...

      Bu misraların müəllifi Azərbaycan xalqının dahi şairi, mütəfəkkir və filosofu Nizami Gəncəvidir.

Просмотр содержимого документа
«“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik”»

Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik”

Nizami durma gəl: xəzinəni aç,..

Xəzinən dünyanı nurlandıracaq...

Bu misraların müəllifi Azərbaycan xalqının dahi şairi, mütəfəkkir və filosofu Nizami Gəncəvidir. N. Gəncəvinin “Xəmsə”si əsrdən -əsrə cavanlaşan böyük bir aləmdir. Bunun sirri ondadır ki, şair insanların hiss, həyacan, arzu və istəklərini elə tərənnüm etmişdir ki, bəşəriyyət yaşadıqca Nizami də yaşayacaqdır. Hekayələri gözəlliklə qələmə alan Azərbaycan xalqının sevimli oğlu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, türk dünyasının tanınmış şairi və mütəfəkkiri Nizami Gəncəvinin bu il 880 ili tamam olur. Bu münasibətlə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi İli” elan etmişdir.

Nizami Gəncəvinin dünyaya gəldiyi qədim Gəncə şəhəri o dövrdə Yaxın və Orta Şərqdə, Qafqazda ən mühüm ticarət və sənətkarlıq, elm və mədəniyyət mərkəzi olmuşdur. Gəncədə böyük rəngkarlar, zərgərlər, xəttatlar və filosoflar, memarların yetişməsi Azərbaycanımızın intibah dövründən xəbər verirdi. Bura həm də digər ölkələrdən sənətkarlar, alimlər, şair və fikir adamları gəlib, yaşayıblar. Əsl adı İlyas Yusif oğlu olan şair mükəmməl təhsil almışdı. Yazdığı əsərləri təhlil edəndə məlum olur ki, böyük filosof türk, ərəb və fars dillərinə, dünya ədəbiyyatına, riyaziyyat, astronomiya, astrologiya, kimya, fiqh, tibb, islam fəlsəfəsi ənənələrinə bələd olub, ezoterika, musiqi və təsviri sənət, eləcə də Quranın təfsirini bütünlüklə əxz edib. Xristianlıq, iudaizm, zərdüştlük, türk və iran mifologiyasına dərindən bilib. Onun elm dəryasında bir inci olması, gövhərlər dənizində bərq vurması yazdığı əsərlərdən də bəllidir. Nizami Gəncəvi aldığı təhsili belə izah edir:

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ,…

Hər gizli xəznədən bir dürr çıxardım.

Bizə yadigar “Xəmsə”də X-XII əsrlərdə İran, Qafqaz, Turan ellərində baş verən ictimai-siyasi hadisələr türk, ərəb və fars dilində böyük ustalıqla və elmi əsaslarla lirik dildə qələmə alınmışdır. Nizami elmin və biliyin insan cəmiyyətində, insan həyatında aparıcı və hərəkətverici qüvvə olduğunu dərk etmiş, elm adamlarını, sadə insanları da yüksək qiymətləndirmişdir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz!

Doğrudanda bu gün şahidi oluruq ki, hətta düşmənə qalib gəlmək üçün gənclərimiz elmlə silahlanmalıdırlar. Səlcuq Bayraqdar və onun dronları bu gün ən çox məni maraqlandıran ən maraqlı işdir. İstər Şərq, istərsə də Qərb şairləri olsun bütün tanınmış şairlər Nizami Gəncəvi dühasından bəhrələnmişlər. Şair ölməz sevgini, adil və ya qəddar hökmdarların ədalətini və zülmünü, insan hansı mərtəbədə mövqe tutmasından asılı olmayaraq sadəliyin əsas şərt olduğunu, var-dövlətin insana hər zaman rahatlıq gətirmədiyini, insan ruhunun təmizliyinin hər şeydən üstün olduğunu əsərlərində göstərməyə çalışır.

“Xəmsə”yə daxil olan əsərlərində Nizami estetik-fəlsəfi baxışları, ideyaları, enskolpedik biliklərini poeziya dilində çevirərək Şərq intibahının mənəvi-estetik dəyərlər tablosunu yaradıb, bəşər ədəbi irsinin, dünya şer xəzinəsinin dəyərli sərvətinə çevrilib.

“Kömək qapısını aç ey yaradan,

Göstər Nizamiyə düz yolu hər an”.

Şair əsərlərində Vətən, Yurd sevgisindən bəhs edərək insanları torpağa bağlı olmağını, bu torpağı qorumağı tövsiyyə edir. “Xosrov və Şirin” dastanında şair insana yaşamaq üçün gərək olan ən yaxşı xarakterlərdən, düşüncələrdən, ədalətdən söz açır. Zülmün qarşılıqsız qalmayacağına insanı inandırır. “Xəmsə” də baş verən məcara dolu hekayələrlə, rəvayət və əfsanələrlə insanı heyran edir. Şairin istedadı və böyüklüyü bir də ondadır ki, onun bir qəhrəmanı o birisinə bənzəmir. Hər dövrün öz qəhrəmanları, hər hadisənin öz süjet xətti vardır. Hətta obrazlar biri-biri ilə fikir, söz yarışmalarına girərək, həqiqətin harada olduğunu axtarırlar. Öz şeirləri ilə şair insanların ürəyinə və beyninə vətənə, yurda vəfa toxumu səpir. Onun fikrincə, hökmdar güclü olmadan əvvəl elmli-bilikli olmalıdır. Müharibə səhnələri belə, bu müzakirələrdə öz yerini elmə veir. Elm bütün müzakirələrdə qalib gəlir. Bu söhbətlərdə həm də, insanın əxlaqlı olaması da ön plana çıxarılır. N. Gəncəvinin fəlsəfi görüşü, baxışları belə deməyə əsas verir ki, o sözün əsl mənasında orta əsr türk ideallarını, yaşam tərzini, ədaləti, Vətən və yurd sevgisini, türk və milli düşüncələrini əsərlərində təbliğ edir. Nizami Gəncəvi türk düşüncə tərzinin, mədəniyyətinin milli sərvətidir. Beləliklə, hər bir sətri bir hikmət xəzinəsi olan, dahi N. Gəncəvi və onun yaradıcılıq nuru insanlıq və dünya durduqca şəfəq saçacaq və qəlbləri nurlandıracaqdır. O, bütün əsərlərində insan üçün hünər, cəsarət, mərdliyin xüsusilə vacib olduğunu göstərir. Xalıqına birinci növbədə öz keçmişini, tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini öyrənməyi, onu göz bəbəyi kimi qoruyub saxlamağı məsləhət görür. Xalqın mədəniyyətini və qəhrəmanlığını yaratmış şəxsləri unutmamağı, onları daim xatırlamağı tövsiyyə edir. Bu isə gələcək nəslin tərbiyəsi üçün olduqca vacibdir.

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!