СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Nə üçün hunlar Roma imperiyasını sevmirdilər?

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Roma imperatorları ilə Hun padşahları arasındakı münasibətdən xəbər verə biləcək əsas mənbələrdən biri də 449-cu ildə Atillanın Dunay çayının o tayındakı qərargahına göndərilən Bizans səfirliyinin üzvü olan tarixçi Prisk Paniusun hesabatıdır.

Просмотр содержимого документа
«Nə üçün hunlar Roma imperiyasını sevmirdilər?»

Nə üçün hunlar Roma imperiyasını sevmirdilər?


Roma imperatorları ilə Hun padşahları arasındakı münasibətdən xəbər verə biləcək əsas mənbələrdən biri də 449-cu ildə Atillanın Dunay çayının o tayındakı qərargahına göndərilən Bizans səfirliyinin üzvü olan tarixçi Prisk Paniusun hesabatıdır. Hun hökmdarının nəhəng düşərgəsində o, “barbar”ların adətlərinə uyğun geyinmiş və onların saç düzümü ilə eyni saç düzümünə malik bir adamla qarşılaşır. O, sivil dünyanın adamlarını görüb söhbətə ilk olaraq - yunanca başlayır. Diplomat çox təəccüblənir, çünki yalnız Dunay boyunca əsarət altına alınan Roma əsirləri bu dili bilirdilər. Amma belə zavallıları asanlıqla tanımaq olurdu. Priks dəfələrlə imperiyadan olan belə insanlarla görüşmüşdü, onlar cırılmış paltarda üzləri tüklü və çirkli olurdular. Lakin bu adam çox, lap çox varlı görünürdü. Onlar danışmağa başladılar və məlum oldu ki, o, sərhəddə yerləşən Viminaki şəhərində yaşayan yunandır. Atilla tərəfindən əsir götürüldükdən sonra o, hun zadəganlarından birinin nökəri olur, sonra isə keçmiş həmvətənlərinə və üsyankar köçəri Akatsir tayfasına qarşı döyüşdə göstərdiyi şücaətə görə azadlıq əldə edir. O, bir “barbar”la evlənmiş, yüksək vəzifə və sərvət qazanmışdır. Yunan izah etdi ki, onun indiki həyatı əvvəlkindən qat-qat yaxşıdır, çünki Roma imperiyasında insanlar yüksək vergilər ödəməyə məcburdurlar, “barbar”larla müharibə başlasa, haqsız yerə məhkum edilə və asanlıqla ələ keçirilə bilərlər. Eyni zamanda hunlar arasında məskunlaşan yadellilərin sülh və əmin-amanlıq şəraitində yaşadığına həmsöhbətlərini and içərək inandırdı. Əlbəttə ki, Priskin həqiqətən belə bir şey söyləyən bir yunanla qarşılaşıb-qarşılaşmadığnı bilmək elə də əhəmiyyətli deyil. Bütün bu sözlər şübhəli şəkildə Roma sui-istifadələrinin üstüörtülü tənqidi kimi səslənir - xüsusən də müəllif imperiyanı kifayət qədər bacarıqsız şəkildə müdafiə etməyə başlayandan sonra (Tərcüməçidən; P.S.Əslində həqiqətən belə idi). Atillanın özü, Priskə görə, romalılara xor baxır və Romanı yalnız sərvət mənbəyi hesab edirdi. Bir dəfə Bizans elçiləri Hun hökmdarı ilə razılaşmadıqda, Atilla tələbləri yerinə yetirilməsə imperiyanı işğal edəcəyi ilə hədələmişdi. Digər bir çox maraqlı hekayə var. X əsr Bizans Ensiklopediyası Sudada belə bir əfsanə verilir. Atilla ölümündən bir il əvvəl İtaliyaya hücum edəndə onun qoşunları imperiyanın əsas şəhərlərindən biri olan Milanı (Mediolanum) da işğal edirlər. Sarayların


birində o, Roma imperatorunun ayaqları altında hunların görünüşünə bənzəyən bir adamın uzandığı bir şəkilə rast gəlir. O, onlardan özünün qızıl taxtda, aşağıda isə Roma imperatorlarının torbalardan qızıl çıxardığı yeni bir şəkil çəkməyi tələb edir. Aydındır ki, Atilla Roma İmperiyasının əzəmətindən o qədər də heyran deyildi və onu öz hakimiyyətinə tabe ola biləcək bir ölkə kimi görürdü.

Lakin zaman keçdikcə Atillanın səhv etdiyi üzə çıxdı. Romalılar qotlarla ittifaqda Katalaun çölündə “barbar”lara qarşı çıxa bildilər. Bir az sonra Atilla öz nikah yatağında öldü və oğulları dövlətin əvvəlki nüfuzunu bərpa etmək üçün ağır müharibələr aparmağa başladılar.

Tədricən qüvvələri tükənən hunlar Roma ordularında muzdlu əsgərə çevrildilər və bir-birinə qarşı düşmən mövqedə olan Roma və Konstantinopol hətta onlardan döyüşçü kimi istifadə edirdilər. Bir çox hun döyüşçüləri Dunay çayının cənubundakı imperiya torpaqlarında məskunlaşmağa başladılar və nəticədə Bizans cəmiyyətinə tam inteqrasiya olundular. Bu dövrə qədər onlar, şübhəsiz ki, bir çox Roma vərdişlərini mənimsəmişdilər.

Mənbə: https://bit.ly/3r3HHgk

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!