СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Muşxuş: İkiçayarasından (Mesopotamiyadan) olan qədim protoəjdaha

Нажмите, чтобы узнать подробности

Muşxuş (latınca Mušḫuššu) - Babil miflərinə görə çox nazik pulcuqlu bədənə malik əjdahadır. Muşxuş və ya muşkuşşu qədim İkiçayrası (Mesopotamiya) mifologiyasından əfsanəvi bir məxluqdur.

Просмотр содержимого документа
«Muşxuş: İkiçayarasından (Mesopotamiyadan) olan qədim protoəjdaha»

Muşxuş: İkiçayarasından (Mesopotamiyadan) olan qədim protoəjdaha

Muşxuş (latınca Mušḫuššu) - Babil miflərinə görə çox nazik pulcuqlu bədənə malik əjdahadır. Muşxuş və ya muşkuşşu qədim İkiçayrası (Mesopotamiya) mifologiyasından əfsanəvi bir məxluqdur. Mifoloji hibrid, arxa ayaqları qartalın pəncələrinə bənzəyən, şirə bənzər ön ayaqları, uzun boyun və quyruqlu, başında iki buynuz, ilana bənzər dili və pulcuqlu heyvandır. Onu daha da dəhşətli etmək üçün ona buynuzlar, qulaqlar və nəticədə qanadlar verilmişdir. İlk mifik varlıqlardan biri olmaqla, İkiçayarası (Mesopotamiya) mifologiyasında kifayət qədər qədim bir tarixə malikdir və digər mədəniyyətlər üçün də tarixdə iz qoymuşdur. Bu ilk ibtidai əjdaha ola bilərdimi?

Muşxuş nədir?

İkiçayarası (Mesopotamiya) əjdahası kimi tanınan Muşxuş qədim İkiçayarasının qəhrəman tanrısı Mardukun simvoludur. Xüsusilə Babil səltənətinin qələbələrindən sonra ona böyük hörmət bəslənilmişdir. Marduk Yer kürəsini yaradan İkiçayarası dininin iki ilkin tanrısı Enki və Damqalnunnanın nəslindən idi. Ədəbiyyat və arxeologiyada ilk dəfə Marduk İkiçayarası (Mesopotamiya) mifində “Enuma Elişin əfsanəsi”ndə adı çəkilir. Bu hekayədə Marduk təhlükəli Muşkuşu məğlub edir və onu özünə qul edir. Bu, Mardukun simvolik və son zəfəridir və Muşxuş Mardukun əjdahası kimi tanınır. Muşxuş digər müqəddəs heyvanlarla birlikdə İkiçayarası (Mesopotamiya) mədəniyyətinin ikonoqrafiyasında sevimli və geniş yayılmış fiqurdur. Müqəddəs heyvanlar düşmənlərdən qorunma, tanrıların qorunmasının əlaməti, həm də ilahi şans kimi qəbul edilirdi. Odur ki, Muşxuşun təsvirini görə biləcəyiniz yerlərdən birinin İştarın “Böyük Qapısı” olması təəccüblü deyil. Onların qalıqlarından bəziləri bu gün Berlində (Almaniya) Perqamon Muzeyində görə bilərsiniz. İştar qapısı bir vaxtlar böyük şəhər quruluşunu əhatə edən qapılardan biridir. Bu qapıların e.ə. 575-ci ildə II Navuxodonosor tərəfindən Babil şəhərinin özünü hasara almaq və qorumaq üçün tikildiyi güman edilir. Qapılar şəhərin mühafizəsini təmin etməklə yanaşı, ona daha böyük əzəmət və əfsanəvi status veriblər. İştar darvazasının ən qeyri-adi cəhətlərindən biri də öküz, şir, bitki və əjdaha Muşxuş fiqurları ilə örtülmüş səhnələridir.

Mesopotamiyada və digər mədəniyyətlərdə əjdahalar

Əjdaha Muşxuş və Babil şəhərinə aid qaynaqlarda göründüyü kimi, Muşxuş Babil mədəniyyətində və yaradılış mifologiyasında özünəməxsus yer tutur. Babil miflərində ilkin su ilahəsi Tiamat əjdaha canavarlarının anasıdır ki, bu da onu Muşxuşun anası kimi qələmə verir. Bu əjdahalardan üçü Muşməx, Bəsmə və Usumgələ yüksək rütbəli titullara malikdir. Rəvayətə görə, bu əjdahalar və ya ”muşşu” üç buynuzlu idi və şumerlərin əkinçilik tanrısı Ninturna tərəfindən öldürülmüşdür. Məhz bu səbəbdən bu əjdahaların Serber adlı üç başlı it haqqında qədim yunan mifinin ilham mənbəyi olduğu irəli sürülür. Bir çox İkiçayarası (Mesopotamiya) və Babil canavarları tez-tez bürclərdə təsvir edilmişdir. Ən məşhur və ən qədimlərdən biri Basmu bürcü idi. Qədim Yunanıstanda bu bürc Hidra adlanırdı. Bu bürcə baxanda elə görünə bilər ki, ilan, balıq, aslan və qartal bir yerdədir. İkiçayarası (Mesopotamiya) sakinləri üçün əjdaha “cin-ilan” və ya “tanrı-ilan” əlaməti idi, çünki müxtəlif heyvanların qarışdığı hibrid xüsusiyyətlərə malik idilər. Miflər belə yayılır və inkişaf edir. Məsələn, Mardokun düşməni və antipodu olan Tişpak çox vaxt nazik ilan-əjdaha kimi təsvir edilirdi. Kalbu və ya Labbu mifi Enuma Eliş əfsanəsinin sələfi hesab edilir. Kalbu mifi kosmosun və bütün təbiətin yaradılması haqqında mifdir. Alimlər hesab edirlər ki, Kalbu Muşxuşun anası Tiamatın orijinal versiyasıdır. Eyni mifin sonrakı versiyasında Kalba külək tanrısı Enlil tərəfindən yaradılmışdır. Enlil Labbanı insanların yuxusunu pozduğu üçün məhv etmək üçün yaratdı. Digər tanrılar Labbudan o qədər qorxdular ki, fırtına və xaos tanrısı Tişpakdan onu məğlub etməsi üçün yalvarmışlar. Rəvayətə görə, Tişpakın hücumuna məruz qaldıqdan sonra Labbın qanaxmadan ölməsi üç il çəkmişdir. Labbu və Mardukun çox oxşar olduğu qeyd edilir. Buna görə də təəccüblü deyil ki, Mardukun əjdahası Muşxuş, Labbunun əksi olduğu üçün Tişpak tanrısının simvolu olmuşdur.

Oxşar miflər

Sanskrit şeirlər toplusu olan vedalarda Vritra kimi tanınan canavar haqqında oxşar mif vardır. Bu, quraqlıq dövrlərini təmsil edən əjdaha ilanı idi. Tədqiqatçılar tez-tez qeyd edirlər ki, Muşkuş su ilahəsi Tiamat tərəfindən yaradılıb və qonşu mədəniyyətlərdə ilan kimi əjdahalar quraqlığı təcəssüm etdirir. Vritra “asura” kimi təmsil olunur. “Asura”, həmişə ac olan, xüsusi bir yarıtanrı növüdür. Onu tez-tez gücə can atan, eqoist və qəddar kimi təsvir edirlər. Rəvayətə görə, Vritra hindlilərin səma tanrısı və bütün digər tanrıların lideri İndra tərəfindən məğlub edilmişdir. Bu hekayə Tişpakın Labbu üzərində qələbəsinə çox bənzəyir. Əjdahalara bütün dünya mədəniyyətlərində rast gəlinir. Onların mühüm rol oynadıqları yerlərdən biri də Çindir. İmperatorun ən məşhur simvolu odla nəfəs alan əjdaha idi. Qədim Çində əjdahaların əlverişsiz hava və zəlzələ kimi bir çox təbii fəlakətlərə görə məsuliyyət daşıdığına inanılırdı. Müasir Çində hazırda belə, əjdaha hələ də təqvimdə yer alır və Yeni il şənliklərində görünür. Çinin əsas əjdahasının adı Niendir. Rəvayətə görə, hər ilin sonunda Nien yerli kəndləri dəhşətə gətirir. Bunun qarşısını almaq üçün kənd sakinləri yüksək səslər çıxarır, rəngli kostyumlar geyinir, parlaq işıqlar və atəşfəşanlıqlardan istifadə edirlər. Bu ənənə bu günə qədər davam edir. Bununla belə, əjdahalar təkcə Şərqdə yayılmamışdır. Skandinaviya vikinqləri əjdaha simvolundan istifadə etmişlər. Onların gəmilərinin çoxu gövdəsində əjdaha başı ilə bəzədilirdi. Bu simvolu olan Drakkar (əjdaha gəmiləri) adlandırırdı. Bu, yəqin ki, Yer kürəsini əhatə edən və qədim Yunan Uraborsunun analoqu olan Midqard Ermunqand ilanını əks etdirən öz yaradılış mifləri ilə əlaqədardır.

Mənbə: https://bit.ly/49yDSoh

Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Əlavə məlumat üçün:

https://az.wikipedia.org/wiki/%C5%9Eumer

https://en.wikipedia.org/wiki/Mu%C5%A1%E1%B8%ABu%C5%A1%C5%A1u

https://sinxronfenler.blogspot.com/2023/11/musxus-ikicayarasndan-mesopotamiyadan.html




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!