СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Monqol istilasının logistikası (Rus dilindən Azərbaycan dilinə tərcümə)

Категория: История

Нажмите, чтобы узнать подробности

Müasir kütləvi tarix anlamında XIII əsr monqol istilası, Rus torpaqları və Qızıl Orda münasibətləri məsələsi ən böyük maraq və güclü emosional reaksiyaya səbəb olur. Keçmiş sövet və xarici tarixçilərin əsərləri ilə  bağlı araşdırmalar, indiki yeni nəsl arxeoloq və tarixçilərin araşdırma və yenidən nəşrləri ilə əvəz edilir və şərh olunur. 

Просмотр содержимого документа
«Monqol istilasının logistikası (Rus dilindən Azərbaycan dilinə tərcümə)»

Monqol istilasının logistikası

(Rus dilindən Azərbaycan dilinə tərcümə)

(Əlavə 1. Logistika-məhsulun, əmtəənin, servizin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur. Ətraflı: https://az.wikipedia.org/wiki/Logistika)






Şəkil 1. Monqol ordusu yürüşdə. “Yeni əsgər” (№050) jurnalına illüstrasiya. Monqol döyüşçüsü, 1200-1350-ci illər.

Müasir kütləvi tarix anlamında XIII əsr monqol istilası, Rus torpaqları və Qızıl Orda münasibətləri məsələsi ən böyük maraq və güclü emosional reaksiyaya səbəb olur. Keçmiş sövet və xarici tarixçilərin əsərləri ilə bağlı araşdırmalar, indiki yeni nəsl arxeoloq və tarixçilərin araşdırma və yenidən nəşrləri ilə əvəz edilir və şərh olunur. Orta əsr köçəriləri arasında qəbilə və dövlət quruluşlarının spesifikliyi və davamlılığı, Ali Monqol Xaqanlığının ikili (sağ və sol qanad) və ya üçlük (iki qanad və mərkəz) prinsipi və ulus (ölkə) inzibati bölgüsü, Qızıl Orda və onun dağılmasından sonra yaranmış xanlıqlarında rus elitasının Qızıl Orda dövlətçiliyi sistemindəki rolu və yeri, tarixi və hüquqi problemləri məsələlərin həlli aspektləri genişlənir. Yalnız peşəkar tarixçilərin deyil, həm də tarix sevənlərin, xüsusən də hərbçilər arasında böyük marağa səbəb olan məsələlərdən biri də monqol ordusunun hərbi kampaniyalarının təşkili məsələsidir. Bu yazıda Qərb tarixşünaslığında “müharibə”(«warfare»), termini deyilən, monqolların rus torpaqlarına hücumunun müxtəlif aspektlərini elmi istiqamətdən təhlil etmək istəyirik, yəni ümumi deyil, monqol döyüş maşınının necə qurulduğuna, şimali-şərqi Rusiyada Batı xanın ilk fəthində monqol qoşunlarının necə fəaliyyət göstərməsinə diqqət yetirmək istəyirik. Bunun üçün diqqətimizi hərbi logistika adlı bir elmə yönəltməliyik. Məlumat və ensiklopedik ədəbiyyatlar yuxarıdakı termini ”hərbi elm, insan və materiallar resursların cəmlənməsi, onlara dəstək, hərəkəti haqqında” məlumat kimi ifadə edir. XIX əsrin böyük fransız sərkərdəsi Napoleon Bonapart ifadəsi ilə desək:”Ordunu ac saxlama”. Bir vaxtlar məşhur ingilis tədqiqatçısı S. Ternbul bu məşhur kəlmənin hərbi tarixə əbədi olaraq daxil olduğunu, hərbi kampaniyaları izah edərkən maddi və texniki məsələlərin nəzərə alınmasının vacibliyini qeyd etmişdir.







Şəkil 2.Hülakü xan və ordusu. F. Rəşid-əd-dinin “ Cəmi ət-təvarix”(“Tarixlərin cəmi”) əsərindən minatür. XV əsr. Herat.


(Əlavə 2. Məlumat üçün bax; Научно-исследовательская работа на тему “Азербайджан и государство Золотая Орда“ Введение

https://multiurok.ru/files/nauchno-issliedovatiel-skaia-rabota-na-tiemu-azier.html

Научно-исследовательская работа на тему “Азербайджан и государство Золотая Орда“ Резюме 

https://multiurok.ru/files/nauchno-issliedovatiel-skaia-rabota-na-tiemu-azi-1.html )

Tarixşünaslıqda monqol ordusunun qida və yem olmadan da uzun yol qət edə bilmələri nöqteyi-nəzəri təsdiq edilmişdir. Bəzi tədqiqatçıların fikrincə, bütün köçərilər kimi, monqol əsgərləri oturaq həyat sürən əsgərlərdən fərqli olaraq az qida ilə döyüş şəraitində uzun müddət tab gətirə bilirdilər. ( P.S. Hələ yaşadığı dövrdə görkəmli təbib Hippokrat hunlar haqqında və onların qurudulmuş pendir və qaxac ət yemələri barədə məlumat vermişdir). Bu nəticələrin ərəb-fars və Avropa orta əsr müəlliflərinin çoxsaylı dəlillərinə əsaslandığını güman etmək olar. Məşhur islam tarixçilərindən biri İbn əl-Əsirin əsərində belə bir məlumata rast gəlirik ki, “Tatarlar yeməyin olmamasından narahat olmurdular, çünki yalnız ət (qaxac ət) yeyirlər”. Bir zamanlar monqolların yemək yemədən 10 gün yol qət edə biləcəyini yazan tacir və səyyah Marko Polonun kitabında daha ətraflı məlumatlar verilir. Lakin, fikrimizcə, uzun yürüşlər etmək, aktiv hərbi əməliyyatlar aparmaq və mühasirə əməliyyatlarını uzun müddət davam etdirmək üçün monqol döyüşçüsü təbii olaraq yaxşı yeməli, itirilmiş enerjini doldurmalı idi, bunun üçün hərbi komandanlıq qoşunların tədarükünə xüsusi diqqət verirdi. Prussiya hərbi nəzəriyyəçisi və XIX əsrin tarixçisi Karl fon Klauzevits yazırdı; “...çətinliyə dözmək qabiliyyətinin əsgərin ən yaxşı fəzilətlərindən biridir, onsuz həqiqətən döyüşkən ruha sahib bir ordu yoxdur; lakin bu cür məhrumiyyətlər, sistemdə qurulmuş bir fəlakət, və ya minimum ehtiyacın tələsik ödənilməsi deyil, düşmənlə mübarizədə keçicidir. Əks təqdirdə məhrumiyyətlər həmişə insanın fiziki və mənəvi zəifləməsinə səbəb olacaqdır”.








Şəkil 3. Monqol döyüşçüsü, atı və dəvəsi ilə. Naməlum rəssam. Çin, 1271-1368

Məşhur rus tədqiqatçısı L.V. Milovun məlumatlarına görə, XVIII əsr üçün, adambaşına düşən taxılın illik nisbəti 24 pud, kalori baxımından isə 3200kkal olmuşdur. Mal-qaranın qidalanması və taxılın bazarda satılması xərclərini nəzərə alaraq, adambaşına “norma” 18 pud, kalori isə 2100-2400 kkal olur. Qeyd etmək vacibdir ki, XIII əsrdən XVIII əsrədək bir insan üçün minimumun fizioloji enerji dəyəri əhəmiyyətli dərəcədə dəyişməmişdir. İndinin özündə də Batı xanın 1237-1238-ci illərdə Şimal-Şərqi Rus torpaqlarına işğalçı yürüşü zamanı monqol ordusunun sayı məsələsi mübahisəli olaraq qalır. Tarixçilər təxminən üç müxtəlif rəqəmlər söyləyirlər: 30-40 min nəfər arası; 50-80 min nəfər arası və 120 min-140 min nəfərə qədər.Yuxarıda göstərilənlərə əsasən 30-40 minlik bir ordu gündə ən az 18-24 ton, 50-60 min nəfərlik ordu 48-54 ton, 140 min -150 min nəfərlik ordu isə təxminən 140 ton ərzaq istehlak etməli idi. Bundan başqa, yazılı mənbələrin təhlilinə görə, monqol döyüşçülərinin hər birində ən azı 2 at var imiş. Cənubi Sun səfiri Syuy Tin yazırdı:“Onların (tatar) ordusu [yürüşə] çıxdıqda, başçılar bir ata minirlər və onun yanında əlavə 3-4, bəzən isə 5-6 at olurdu. Adi bir döyüşçü [yürüşə] çıxdıqda, bir və ya iki atla kifayətlənərdi”.Çin əyalətində Çingiz xanın əmrinə görə bir döyüşçünün 2 atı, yüzbaşının 5 atı, minbaşının isə 6 atı olmalı idi. Beləliklə, 150 minlik qoşun üçün ən azından 300 min at, 55-65 minlik qoşun üçün 110 min at, 30 minlik qoşun üçün isə ən azından 60-70 min at lazım idi.Tarixi ədəbiyyatlarda XX əsrin əvvəllərində rus ordusunda 1 at üçün gündəlik 4 kq yulaf, 4 kq ot və 1,6 kq saman ayrılması barədə məlumatlar vardır. Öz növbəsində qeyd etmək lazımdır ki, monqol atları yulaf yemədiyi üçün onların atı gündəlik 6 kq ot yeməli idi. Beləliklə, 60-70 min at gündə ən az 360-250 ton ot, 110 min at- 660 ton, 300 min at isə -1800 ton ot yeməli idi.











Şəkil 4. Monqol ordusunun arxa sistemi. Monqol döyüşçüsü.“Yeni əsgər” (№ 050) jurnalı üçün illüstrasiya. 1200-1350-ci illər

Bir zamanlar, fransiskian rahibi Covanni Del Plano Karpini yazırdı ki, monqollar atlardan əlavə öz arabalarını, “yurt” adlanan evlərini daşımaq üçün müxtəlif qoşqu heyvanlarından, öküzlərdən istifadə edirduilər: “...kiçik arabalar üçün (yurt) bir öküz, daha böyük arabalar üçün isə üç, dörd və daha çox öküzdən isitfadə edilirdi. Öz növbəsində, 1253-1255-ci illərdə Fransa kralı IX Lüdoviqin əmri ilə monqolların yanına səfər etmiş flamand –fransikian rahibi Qilom de Rubruk bir arabaya 22 öküzün qoşulduğunun şahidi olduğunu yazmışdır. Bir sıra tədqiqatçılar hesab edirlər ki, belə arabalarda ərzaq, müxtəlif silahlar, alətlər, ağır mancanaqlar və s. daşınırdı. Müvafiq olaraq, monqol komandirlərinin vəzifələrinə yalnız döyüş atları üçün deyil digər heyvanlar üçün də yem ehtiyatının qorunması və nəzarət edilməsi daxil idi. Xüsusilə qeyd etmək istərdim ki, araşdırmada verilmiş riyazi hesablama monqol ordusunun müəyyən bir hərbi rasiona malik olmasından irəli gəlmir, burada əsas diqqət çöl toqquşmaları zamanı hərbi hissələrin həyati funksiyalarını təmin etmək üçün minimum qidanın və ərzağın nə dərəcədə müəyyən edilməsinə yönəldilmişdir və bura həm də 1237-1240-cı illərdə Rus torpaqları ərazisində mühasirə əməliyyatları da daxildir. Beləliklə, aydın olur ki, birincisi, monqol hərbi komandanlığının ordunun uzun məsafələrə yürüş edə biləcəyi, uzunmüddətli döyüş əməliyyatları apara biləcəyi, özünü və heyvanları qida ilə təmin edə biləcəyi bir hərbi sistem yaratmalı idi; ikincisi, monqol döyüşçülərinin qida rasionu çox mənbə və tarixçilərin əsərlərində rast gəlindiyi kimi təkcə “kumıs və qaxac ət” dən ibarət olmadığına diqqəti çəkməkdir; üçüncüsü, yürüş zamanı monqol atları və digər heyvanlar özləri yem tapırdılar fikri, xüsusən qış dövrlərində mübahisəli məsələdir.










Şəkil 5.Macar kralı IV Bela, Kadanın monqol ordusundan qaçır. “Chronicon Pictum” macar xronikasından miniatür. 1358-ci il.

Əsrlər boyu davam edən müharibələr göstərir ki, tədarük problemini həll etməyin ən sadə və ən qədim yolu öz həllini döyüşçülərin çiyninə yükləməkdir. Döyüşçülər özləri sialh, sursat və ərzaq, eləcə də atları üçün yem tədarükü etməli, onun necə daşınılması barədə qərar verməli idilər. Bununla yanaşı, Çingiz xanın Ali Monqol Xaqanlığında göstərişlərinə ciddi şəkildə əməl olunduğunu da qeyd etmək vacibdir: “Hərbi üstünlüyə çatmaq istəyirsinizsə, ordunuza qulluq edin”, yəni təchizat problemi təkcə sıravi əsgər və onun yaxın komandirlərinin deyil, həm də baş komandanlığın da diqqət mərkəzində olmuşdur. Məşhur şərqşünas T.D. Skrınnikovun hesab etdiyi kimi, hərbi əməliyyatların aparılması üçün peşə koordinasiyasına ehtiyac duyulurdu, qərargahdakı ən yüksək hərbi rütbəlilər monqol ordusunun iqtisadi həyatı üçün məsuliyyət daşıyırdı. M.V. Qorlikinin fikrinə əsasən, onların (yüksək rütbəli hərbçilərin) vəzifələrinə ordunu ərzaq, geyim, silah, avadanlıq, yatacaq ilə təmin etmək daxil idi: Onların tabeleyində digər məmurlar da var idi. Eşbidən olan Davidin əsərində qoşunların yemək və içmək tədarükü, təmin edilməsi üçün cavabdeh olan “bavurçi” və ya “baurçi” adlı məmur təsvir edilmişdir. Monqol ordusunun komandanlıq sistemindəki daha vacib vəzifələr olan axtançi (“qoyun sürülərinə nəzarət edən”) və yurdçu “arabalara və çadırlara” nəzarət edən vəzifələr də var idi. 1368-1369-cu illərdə tərtib edilmiş ”Yuan Şi” Çin rəsmi salnaməsinə görə, monqol ordusunda atları qorumaq üçün də vəzifələr olmuşdur. 5 nəfər atları qoruyan, 3 nəfər isə atlar üçün yem toplayan (P.S. ancaq neçə baş at üçün bu qədər adamın lazım olması barədə məlumat verilmir...) Böyük bir ehtimal ilə güman etmək olar ki, XIII əsrin 30-cu illərində yuxarıda adı çəkilən məmurların hamısı Batı xanın Şimali-Şərqi Rus torpaqlarına ilk yürüşündə də öz funksiyalarını yerinə yetirdilər.












Şəkil 6. Hakata körfəzində döyüş.Monqol döyüşçüləri. 1293-cü ildə naməlum rəssam tərəfindən çəkilmiş rəsmin sürəti. Müəllif - Fukuda Tayka, 1846 - cı il.Tokio Milli Muzeyində saxlanılır.

Monqol ordusunun quruluşunun əyalət əhalisinin mövcud quruluşu ilə üzvi şəkildə bağlı olduğunu qeyd etmək vacibdir ( P.S. xalq-ordu, ordu-xalq prinsipi). Onun təməlləri qəbilə həyatının ərazi səviyyəsinə söykənirdi, yəni hər qəbilə dolaşacağı ehtimal olunan ərazinin məkanına görə təyin olunurdu (Bax. Bahəddin Ögəl. Böyük Hun imperiyası). Belə qəbilələrin hər birində yurtlar (araba üzərində) onlarla, yüzlərlə, çoxsaylı qəbilələrdə və minlərlə xüsusi hərbi-ərazi başçılarının nəzarəti altında birləşmişdilər.Qoşun toplayanda, hər on ailədən bir əsgər (20-30 yaş arası olan) çağırılırdı. Hər 10 nəfərə 1 onbaşı, hər 100 nəfərə 1 yüzbaşı, hər 1000 nəfərə isə 1 minbaşı təyin edilirdi ( P.S. hər 10.000 nəfərin üstündə isə 1 nəfər tümən başı; yəni 10.000 nəfərin başçısı təyin edilirdi). Komandirlər (hərbi-ərazi rəisləri) işə cəlb olunan əsgərləri yürüş zamanı lazımi ərzaq və sursatla təmin etməli idilər. Beləliklə, monqol ordusu üçün əsas təminat mənbələrindən biri yalnız hərbi qulluqçular deyil, həm də hərbi-ərazi komandirləri (“onbaşılar”, “yüzbaşılar”, “minbaşılar” və “onminbaşılar” (“tümənbaşılar”) idi.







Şəkil 7.Köçəri küləkli havada atı ilə. Yuan sülaləsinə məxsus freska. Rəssam Çjao Menfu (1254-1322)

Şərqşünas A. V. Məliksətov köçərilər üçün əsas yemək mənbəyinin ev heyvanları olduğunu yazmışdır. Digər bir şərqşünas E.İ.Kıçanov yazır ki, monqollar at, inək və öküz, qoyun, keçi və az miqdarda dəvə bəsləyirdilər.Çin səfiri Syuy Tinin qeydlərinə görə: “Tatarların tədarükü məhdud idi - onlar yalnız yürüşlərdə [onları] izləyən qoyun sürüləri və at ilxıları idi”. 13-cü əsr erməni tarixçisi Hətəm Patmiç də bunları təsdiqləyərək yazır:“Tatarlar, yeməyin tükənməsindən ehtiyat etdikləri üçün bir ölkənin sərhədlərinə girərkən, özləri ilə inək, at və digər çoxlu heyvan sürüləri aparırdılar”.XIX əsr rus tarixçisi K.N. Bestujev-Ryumin yazırdı ki, yola çıxarkən və ya evə qayıdarkən monqollar yalnız at südü içər və bir qoç kəsərdilər. Bir monqol atlısının 6-7 qoyunu var idi, belə götürsək 100 atı olanın 600-700 qoyundan ibarət bir sürüsü olmuşdur. Yuxarıda adı çəkilən Qilom de Rubruk yazır ki, bir kəsilən qoyunun əti ilə 50-100 nəfəri yedirtmək olardı. Yəni, 30.000 nəfərlik bir ordunu birgünlük qida ilə təmin etmək üçün monqollara 300 qoyun, 50.000 nəfərlik üçün təxminən 500 qoyun, 150.000 nəfər üçün isə təxminən 1500 qoyun lazım idi. Qeyd etmək vacibdir ki, sürünün sürəti ən yavaş gedən qoyunun sürətinə bərabərdir. Zoololoqların fikrincə, 600-800 heyvan sürüsünün sürəti gündə orta hesabla 10-15 km-dir, lakin ot və su çatışmazlığı olan yerlərdə bu sürət gündə 6-10 km aşağı düşə bilər. Batı xanın hərbi yürüşünün qış dövründə həyata keçirilməsinə də diqqət yetirmək lazımdır, yəni birincisi, monqollar təkcə qoyunların otlaması ilə deyil, həm də su obyektləri ilə də problem yaşamalı idilər, ikincisi, qarlı ərazi sürətli olmağa kömək etməzdi. Bütün ordunun hərəkəti, yazılı mənbələrin təhlilinə görə, Şimal-Şərq Rus torpaqlarını, və təqribən 1,8 milyon əhalininin yaşadığı ən azı 450 kvadrat kilometrlik bir ərazini əhatə edirdi və bu ərazilər üç ay ərzində işğal edilmişdi. Bundan başqa, landşaft və mövsüm çətinlikləri yol boyu heyvanların xəstələnməsinə səbəb ola biləcəyini də nəzərə almaq lazımdır. Bütün bunlara əsaslanaraq, yüksək ehtimal ilə deyə bilərik ki, monqollar 1237-1238-ci illərdə qoyun sürülərini hətta ən yüksək sürətlə apara bilsəydilər belə çox saylı ola bilməzdilər. ( P.S. az sayla böyük ərazilər tutmaq asan iş deyil)....







Şəkil 8. Çin sənətkarı Lyu Quandaonun “ Xubilay xanın ovu” əsəri. Şəkil təxminən 1279-1300-cü illər Yuan monqol imperiyası dövrünə aiddir. Şəkil ipək parça üzərinə boya və mürəkkəblə çəkilmişdir. Ölçüsü 182*104.1 sm.Şəkil hazırda Tayvanın Taybey Kral Milli Muzeyində saxlanılır.

Yuxarıda adı çəkilən Cənubi Sun səfiri Syuy Tin yazır ki, monqollar qida daşınması tətbiq etbirlər. Çünki onların qidası öz yanlarındadır. Lakin, mövcud yazılı qaynaqların təhlilinə görə, hər bir monqol döyüşçüsü yanında yemək üçün saxsı qab və ya iki mis qazan, iki litə qədər tutumu olan (kamıs, su və ya süd) dəridən hazırlanmış dəri qab gəzdirərdilər. İki kiçik yəhər çantasında (xurcun) ərzaq və üst-başlarını dəyişmək üçün kətan paltarlar olardı. Hərbi yürüşlər dövründə monqol döyüşçülərinin əldəyməyən azuqəsi atın yəhəri altına bərkidilmiş 4 kq quru pendir, 2 litr süd və ya kumıs, bir-neçə parça qaxac ət olardı. Monqol döyüşçüsü hər səhər 1-2 övuc (təxminən 227 qram) qurudulmuş pendiri su ilə qarışdırıb dəri qaba dolduraraq yəhərdən asırdı. Bu yol boyu ona susuzluğunu yatırmaq üçün lazım olurdu. Ancaq qeyd etmək lazımdır ki, Plano Karpininin qeyd etdiyi kimi, “...qış aylarında kasıb monqolların heç bu quru südü də olmurdu. Monqollar səhər suda adrı qaynadıb yeyər, gündüzlər heç nə yeməz, axşamlar isə hamıya bir az ət verilərdi”. XV əsr Venesiya diplomatı, səyyah və dövlət xadimi İosafat Barbaro yazır: “Bunların hər biri (yəni tatarlar -məqalə müəllifi) öz dəstələrindən ayrıldıqda, darı unu ilə doldurulmuş, az miqdarda bal ilə xəmirə çəkilmiş kiçik bir keçi dərisini özləri ilə götürürlər. Həmişə yanında bir neçə taxta qab var. Əgər kifayət qədər ərzaqları yoxdursa, çöllərdə çox şey var və onlar əsasən əla ov edə bilirlər. Onlar özləri ilə götürdükləri məhsullardan olduqca yaxşı yemək hazırlaya bilirlər”. Bundan başqa, italyan taciri və səyyahı Marko Polo öz kitabında qeyd edir ki, əgər monqol döyüşçüsü ərzaq sarıdan korluq çəkirsə öz atının damarını kəsər və oradan çıxan qanı bir qaba doldurar, atın yarasını sarıyar və qanı içərdi. E. Xara-Davanın sözü ilə desək 1,5 kq qan doymaq üçün bəs idi.







Şəkil 9. “Monqol vəhşilikləri”. Parisli Matveyin minatürü.XIII əsrin ortaları

İtaliyalı Plano Karpini yazır ki, monqollar hətta ehtiyac olduqda insan ətindən də istifadə edirlər.“Buradan onlar (monqollar) bir Çin şəhərini mühasirəyə alıb vuruşduqları zaman, mühasirə uzun müddət davam etdiyi üçün və ərzaq ehtiyatı tükəndiyi üçün hər 10 nəfərdən biri yemək üçün ayırdılar”.(P.S. hesab edirəm ki, Karpino burada bir az şişirtməyə ypl verir. Aclıqdan biri-birinin ətini yeyənlər haqqında kifayər qədər məlumatlar vardır). Öz növbəsində, ingilis salnaməçisi, Parisli Matfey Rus torpağından olan yepiskop Peterə istinad edərək yazır ki, çox nadir hallaqda monqollar insan ətindən istifadə edə bilərdilər. Özü də bu zaman çiy yox, qurudulmuş ətdən. Ancaq qeyd etmək lazımdır ki, yuxarıda göstərilən dəlillərə baxmayaraq, monqol ordusununda kannibalizm haqqında məlumatlar son dərəcə şübhəlidir və bu mənbələrə etibar etmək mümkün deyildir. Qeyd etmək yerinə düşərdi ki, qoşunun ərzaq təminatı və ərzaq tədarükü üçün yerli əhalidən yem və ərzaq tələb olunurdu. XIII əsr dalmatiyalı salnaməçi Foma Splitski yazırdı: “ ...monqollar ancaq qarət yolu ilə ələ keçirdikləri ilə qidalanaraq, ərzaq tədarükünə elə də əhəmiyyət vermirdilər”. Yuxarıda göstərilənlərə əsaslanaraq, monqolların düşmən ərazilərinə etdiyi hərbi kampaniyalar zamanı “müharibə müharibəni bəsləyir” bədnam prinsipinin tam qüvvədə olduğunu söyləmək olar.










Şəkil 10. Monqol ordusu yürüşdə. Müasir rekonstruksiya

Bir çox tarixçilərin tədqiqatlarına görə monqollar fəth etdikləri ölkələrin əhalisi hesabına yaşayırdılar, lakin bu, sistematik şəkildə əlaqələndirilmiş və çox məhsuldar bir şəkildə həyata keçirilmişdir ki, bu da tarixçilərin fikrincə çöllərdə və dağlarda monqol qoşunlarının bərabər komandanlıqdan iadarə edildiyini təsdiqləyir. Xüsusilə monqollara həsr olunmuş ən qədim əsərdə, XIII əsr Çin səyyahı Çjan Xunun qeydlərində yazılır:” “Qənimət yüksək və aşağı sıralar arasında mütənasib hissələrə bölünür. İstər böyük, istərsə də kiçik olsun, həmişə imperatora təqdim etmək üçün bir pay saxlayırlar. ”XIX əsrin hərb tarixçisi 1-ci Rusiya Qərb ordusunun general-intendantı E.F.Kankrin yazır ki, müharibənin müharibəni bəslədiyi prinsipı hərbi fəaliyyət teatrlarında əhalinin sıxlığı 1 kvadrat kilometrdə ən azı 35-36 adam olduqda işləyir. Bu əhali sıxlığı, Şərqi Avropanın deyil, Qərbin ən inkişaf etmiş bölgələri üçün xarakterik idi. XVI əsrdə yaşamış knyaz və hərbi xadim A.M. Kurbsky yazırdı:” Şərqi Avropa əməliyyat teatrının xarakterik bir xüsusiyyəti, aşağı sıxlıq və inkişaf etməmiş infrastruktur idi və nəticədə burada fəaliyyət göstərən qoşunların ərzaq tədarükünə əhəmiyyətli dərəcədə maneə yaradırdı”. Tarixi demoqrafiyaya görə, Rus torpaqlarında XIII əsrdə əhalinin sıxlığı 1 kv.km-ə 4-5 nəfər olmuşdur. Bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Batı xanın yürüşü zamanı monqol ordusunun sayı bəzi qaynaqlarda göstərildiyi kimi elə də çox ola bilməzdi və Rus torpaqları ərazisində ənənəvi ordu təchizatı mənbələri hərbi logistika tələb olunduğu qədər əlçatan deyildi.













Şəkil 11. Batı xan, Kiyev divarları yaxınlığında, 1240. Rəssam Yejov A.

Fikrimizcə, monqol ordusunun təhzicat problemində ən uğursuz məqam Batı xanın Şimal-Şərqi Rus torpaqlarına, xüsusən Novqoqroda uğursuz hücumunda özünü daha aydın biruzə verir. Monqol ordusunun 1238-ci ilin mart ayında etdiyi hücumun vaxtının dəyişdirilməsini səbəbləri içərisində təbii və iqlim şəraiti rol oynasa da monqol ordusunun Novqoroda doğru irəliləməsinə heç də mane olmadı. Bəzi tarixçilərin fikrincə, baharın gəlməsi və qarın tez əriməsi çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olmuş və Novqorod ətrafındakı bütün ərazilər bir gecədə baatqlığa çevrilməsi monqol ordusunun cənub otlaqlarına tərəf getməsinə səbəb olmuşdu. Lakin, birincisi, tanınmış ingilis tarixçisi J. Fennel qeyd edir ki, mart ayının əvvəllərində bu torpaqların tatar süvariləri üçün keçilməz hala gəlməsi inandırıcı deyil. Müasir bir tədqiqatçı A.A. Şestakov Novqorod torpaqlarında qarın əriməsi aprel ayının ortalarından baş verir, yəni Torjka tutulmasından (5 mart) sonra monqolların Novqoroda çatması üçün ən azı bir ay yarım vaxt var idi. İkincisi, bir neçə il sonra, 1241-ci ilin mart-aprel aylarında Macarıstan krallığında monqol ordusu yalnız bataqlıqları və meşəlik əraziləri nəinki keçə bildi, hətta avropalı müəlliflərin hesabatlarının təhlilinə görə öz ordusundan qat-qat çox olan macar birləşmiş qoşunlarını belə məğlum etdi.









Şəkil 12. Monqol ordusu Avropaya yürüş zamanı. İllüstrasiya. T.V.Kanivets

Rus tarixçisi Y.V. Krivoşev yazır ki, ilahi qüvvələrin (Yaradanın özü, Müqəddəs Sofya, Kiril və pravoslav kilsəsinin digər müqəddəsləri) müdaxiləsi monqolların əməliyyat marşrutunu dəyişdirmə qərarına təsir göstərmişdir.Ancaq, fikrimizcə, bu fərziyyə obyektiv və konstruktiv deyildir, çünki Novqorod yaxınlığındakı “fövqəltəbii hadisələr” haqqında məlumatlar yalnız böyük Novqorod salnamələrində yer alır ki, onun da müəllifi din nümayəndəsi olmuşdur.

Sovet akademiki V.T. Paşuto yazır ki, fikrimizcə, Novqorod boyarlarının diplomatiyadan və ən “güclü silahlarından” – pul və qiymətli hədiyyələrdən istifadəsi bataqlıqlarda dolaşan məxluqlar anlayışından da daha keçərli olmuşdur. İnkişaf etmiş orta əsrlər tarixinin amerikalı tədqiqatçısı xanım Diana Zexler hətta monqol xanın ölümünü Novqorod şəhərinə hücum etməkdən imtina səbəbi kimi göstərir. Lakin monqol hökmdarı Ugedey xaqan ( Oktay kaan) 1241-ci ilin dekabrında vəfat etdiyi üçün XIII əsrin 50-ci illərdə Qərb kampaniyasına liderliyin Batı xana öldürüldüyünə görə bu fikrin səhv olduğunu qeyd etmək lazımdır.











Şəkil 13. “Sabuday - bahadır”. Ruşan Şamsutdinov. 1990-cı il.

Fikrimizcə, M.B. Yeliseyevin rəyinə diqqət yetirməyə dəyər:”Geri çəkilmənin səbəbi böyük insan itkisi və davamlı müharibə və uzun mübarizə nəticəsində qida ehtiyatlarının tükənməsi oldu”. Yuxarıda adı çəkilən hərbi tarixçi V.A. Volkov Batı xanın qərarının atların ölümü ilə izah edir, onsuz monqol at qoşunları rus knyazlıqlarına bundan sonra da hücum etməyə davam edə bilməzlər-deyə məlumat verir. Həqiqətən, bu sənəddə göstərilən amilləri nəzərə alaraq, 1238-ci ilin mart ayına qədər monqol ordusu qida ehtiyatlarını toplaya bilməzdi və onsuz da çətinkeçilən ərazidə, möhkəmlənmiş Novqorod şəhərinə hücum olduqca çətin olardı.Monqol qüvvələrinin cənub səhralarına geri çəkilmələri ilə qarşılaşdıqları Smolensk (ola bilsin), Vjiş və Kozyolsk yaxınlığında və bir sıra sonrakı hərbi uğursuzluqlar buna sübutdur.










Şəkil 14. Leqnits döyüşü. XIV əsr miniatürü

1242-ci ilin martında Xorvatiyanın Split şəhərinin mühasirəsi zamanı da oxşar bir vəziyyətin təkrarlandığını qeyd etmək lazımdır: “Və bir neçə gün sonra Kaydan, ordusunun kiçik bir hissəsi ilə gəldi, çünki bütün süvarilər üçün ot yox idi - bütün bunlar mart ayının başlanğıcında, soyuq havalar vaxtı baş vermişdi”.

Avropalı salnaməçi Foma Splitskinin qeydinə görə, yem olmaması səbəbindən monqol ordusu kiçik bir dəstə ilə mühasirə tədbirləri həyata keçirməyə məcbur oldu, bu da müvəffəqiyyətsizliklə geri çəkilməyə səbəb oldu.Baxılan hadisələri təhlil edərək, çox yüksək bir ehtimal ilə söyləmək olar ki, 1238-ci ilin martında monqol ordusunun cənub səhralarına çəkilməsi təkcə məcburi deyil, həm də hərbi baxımdan Batı xanın strateji cəhətdən verdiyi düzgün qərarı idi.

(Əlavə 3. Azərbaycan Ali Monqol Xaqanlığı tərkibində.Məlumat üçün bax; https://multiurok.ru/files/az-rbaycan-ali-monqol-xaqanligi-t-rkibind.html)

Beləliklə, yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr çıxara bilərik:birincisi, döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün Monqol hərbi komandanlığı şəxsi heyətin bir kampaniya üçün lazım olan hər şeyi, xüsusən də ərzaqla təmin etmək məsələlərinə xüsusi diqqət yetirmişdir; ikincisi, ərzaq ehtiyatlarının əsas mənbəyi təbii mənşəli məhsullar - süd və ət olmuşdur;üçüncüsü, rus knyazlıqlarının əhalisinin az sıxlığı və inkişaf etməmiş infrastrukturu olmuş, qış dövrü monqol ordusunun yerli əhalidən tələb etməklə ərzaqla təmin etmək imkanını məhdudlaşdırdı;dördüncüsü, ordunun komanda və kadr quruluşunun, dəmir nizam-intizamının, döyüş təcrübəsinin və bir sıra digər amillərin inkişafına baxmayaraq, Batı xanın Rustorpaqlarına ilk yürüşündə monqol ordusu maddi-texniki səhvlər problemi ilə qarşılaşdı və nəticədə yürüş vaxtından əvvəl başa çatdırıldı.

Şişka Y.A.

Шишка Е.А.

https://vk.com/uhist - "История Украины"

https://www.facebook.com/groups/899402453852394/

https://vk.com/mongols_and_rus - "Монголы и Русь"

https://www.facebook.com/groups/mongols.and.rus/

Məlumat və şəkillər evshishka.livejournal.com saytından götürülmüşdür:

Rus dilində ling: https://evshishka.livejournal.com/8246.html?fbclid=IwAR2kH4qKRpqgR3bSOaa2uySrDFVodwJuEUrddiM3_wrvZ77KAbrEuR9Aues

Rus dilindən Azərbaycan dilinə tərcümə edən Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Hörmətli oxucu! Y.A. Şişka tərəfindən rus dilində yazılmış yazını oxudum. Maraqlı tarixi faktlar olduğunu nəzərə alıb yazını olduğu kimi tərcümə etməyə çalışdım. Əsas yazını dəyişmədən 3 yerdə göy rəhglə əlavələr etdim. (Əlavə 1, Əlavə 2, Əlavə 3).İnanıram ki, tarixlə maraqlanan azərbaycanlı oxucular üçün faydalı olacaqdır.

Daha ətraflı məlumat üçün:

http://multiurok.ru/seyyubasadov2/

https://videouroki.net/tests/my/

https://sinxronfenler.blogspot.com/






Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!