СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Məktəb WhatsApp qrup söhbətlərindən necə qorunmaq olar: yeddi ünsiyyət qaydası

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Məlumdur ki, insanlar müəyyən  WhatsApp qrup yaradaraq bir -biriləri ilə ünsiyyət saxlayırlar. Hər bir məktəbdə istər müəllimlər, istərsə də valideynlər arasında belə qruplar yaradılır. Belə platformanı qaynayan ehtiraslar ocağından məlumat əldə etmək və həqiqətən də vacib məsələləri həll etmək üçün bir vasitəyə necə çevirmək olar?

Просмотр содержимого документа
«Məktəb WhatsApp qrup söhbətlərindən necə qorunmaq olar: yeddi ünsiyyət qaydası»


Məktəb WhatsApp qrup söhbətlərindən necə qorunmaq olar: yeddi ünsiyyət qaydası

Məlumdur ki, insanlar müəyyən WhatsApp qrup yaradaraq bir -biriləri ilə ünsiyyət saxlayırlar. Hər bir məktəbdə istər müəllimlər, istərsə də valideynlər arasında belə qruplar yaradılır. Belə platformanı qaynayan ehtiraslar ocağından məlumat əldə etmək və həqiqətən də vacib məsələləri həll etmək üçün bir vasitəyə necə çevirmək olar?

Təsəvvür edək ki, siz uşağınız üçün məktəbə ehtiyacı olan hər şeyi almısınız, çanta yığılıb, onu məktəbin eşiyinə qədər apardınız (əgər o, artıq böyükdürsə, evdən yola saldınız) və rahat nəfəs aldınız... Lakin məktəbdə nələr baş verdiyini digər valideynlərlə müzakirə etmək də pis olmazdı. Bunun üçün WhatsApp qrupları vardır. Nəzəri olaraq, belə qruplar valideynlərin lazımi məlumatları tez bir zamanda mübadilə edə və uşaqların problemlərini tez həll edə bilmələri üçün yaradılır. Lakin, bir qayda olaraq, bu, sadəcə, əlçatmaz bir arzuya çevrilir. Valideynlərin qrup söhbətləri “ara söhbətinə” çevrilir, qeyri-məhsuldar və qeyri-adekvat onlayn ünsiyyət nümunəsi olur. Belə söhbətlər sonsuz mübahisələr, qəribə suallar və daha çox vulqar şərhlərdən ibarət olur, bunların arasında faydalı məlumatların qırıntılarını axtarıb üzə çıxarmaq lazımdır. Valideynlərin qrup söhbətlərini hər kəs üçün daha xoş və ya ən azı daha dözümlü etmək üçün iştirakçılar bir neçə rəqəmsal etiket qaydalarına riayət etməlidirlər:

1.Təkbətək söhbətlərə yol verməyin

Nəzərə alın ki, bu, yalnız məktəblə bağlı suallar və məlumat üçün qrup söhbətidir. Qrupda çoxlu müxtəlif məşğul insanlar var, bundan əlavə, onların həyatlarında bir çox başqa işləri də var. Onlar, məsələn, Filankəsin anasının filan cür idman ayaqqabılarını haradan və neçəyə aldığını öyrənməyə həsr olunmuş iki nəfərlik “bir kilometr uzunluğundakı ipi” oxumaqda heç də maraqlı deyillər.

2.Gərəksiz müzakirələr aparmayın

Məhz, valideyn qrup söhbətlərində bu, təəssüf ki, hər zaman belə olur. Kiməsə tamamilə adi bir sual vermək kifayətdir ki, “proses” başlasın. Əvvəlcə başqası məsələ ilə bağlı cavab verməyə çalışır, amma həmişə mövzudan ayrılmağa başlayan, iradlarına cavablar alan, müzakirənin dərəcəsi və məsələnin sürətlə böyüdüyü barədə aydın fikri olmayan valideynlər tapılacaqdır. Əgər sinif ehtiyacları üçün pul yığmaq və yaxud Müəllimlər Günü, ya da Yeni il üçün hədiyyələr seçmək kimi aktual məsələlərdən danışırıqsa, ümumiyyətlə işıqları söndürün - bir neçə yüz mesaja zəmanət verilir. Amma adətən müzakirələrin




nəticəsinin nə olduğunu anlamaq mümkün olmur. Hadisələrin bu cür inkişafı riskini azaltmaq üçün qrup söhbətində digər valideynlərin qeyri-müəyyən reaksiyasına səbəb olacaq bir şey haqqında yazmamalısınız. Mübahisəli məsələləri və uşaqlara aid problemləri, müəllim, sinif rəhbəri, məktəb rəhbərliyi ilə həll etmək daha yaxşıdır. Əks təqdirdə açıq şəkildə qalmaqal yaranacaq.

3.Qrupda “SPAM” yaratmayın

Məsələn, kimsə yığılan pulla bütün sinif üçün nəsə aldığını yazır, sonra on səkkiz nəfər buna “Sağ olun!” mesajına cavab verməyi öz vəzifəsi hesab edir. Hər kəsin telefonu on səkkiz dəfə zəng çalır (əgər onlar yatmaq və ya işləmək üçün bildirişləri söndürməyiblərsə). Əgər bu işlər barədə məlumatınız varsa, hər dəfə “təşəkkür edirəm” və ya “OK” yazmayın.

4.Axtarışdan istifadə edin

Sualı göndərməzdən əvvəl söhbət axtarışından istifadə edin: o, əvvəllər cavablandırılmış ola bilər. Unutmayın ki, “google”da axtarış kifayətdir.

5.Ancaq işin mahiyyəti barədə yazın

Çalışın ki, yazılarınız qısa olsun. Yazınızı mətləbə uyğunlaşdırın və səhvlərə yol verməyin. Xahiş edirəm, dərc etməzdən əvvəl yazdıqlarınızı yenidən oxuyun. İdeal yazı hərtərəfli, aydın və qısa olmalıdır. Hər dəfə bir sual verin - bu halda cavab almaq şansı daha yüksək olur.

6. Artıq cavablandırılmış suallar verməyin.

Artıq cavablandırılmış suala yenidən cavab verməyin. Belə olduqda qrupda da aydınlıq olar.

7.Dostlar üçün xatirələr saxlayın

Ən yaxşı niyyətlə belə kimlərisə əyləndirmək və ya müəyyən vəziyyəti aradan qaldırmaq üçün hansısa atmacalar atmağa dəyməz. Söhbətin mövzusundan uzaq gülməli ifadələr və ya şərhlər problemi daha da dərinləşdirər. Əgər istəsəniz özünüzə yaxın bildiyiniz bir neçə mehriban valideynlə şəxsi mesajlarda fikir mübadiləsi aparmaq daha yaxşıdır.

Mənbə:

https://deti.mail.ru/article/kak-vyzhit-v-shkolnom-sem-pravil/?frommail=ft_ml

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!