СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Əli Vardi “İraq tarixinin sosial mərhələləri”

Нажмите, чтобы узнать подробности

Əli əl-Vardi görkəmli alim, sosioloq. 1913-cü ildə Bağdad şəhərində anadan olmuşdur. 1995-ci ildə vəfat etmişdir. 

Просмотр содержимого документа
«Əli Vardi “İraq tarixinin sosial mərhələləri”»

Əli Vardi “İraq tarixinin sosial mərhələləri”

-Anilik müəllimin ikinci adıdır-


Qısa məlumat: Əli əl-Vardi (ərəbcə: علي حسين محسن الوردي), Sosial Tarix üzrə ixtisaslaşmış İraq sosioloqu (24 oktyabr 1913-13 iyul 1995). Sosial Elmlər üzrə alim və həkim.1913 -cü ildə Bağdad şəhərində dindar ailəsində anadan olmuşdur. Atası onun sənətkar olmasını istəyirdi. Lakin əl-Vardinin kitablara böyük sevgisi vardı. İbtidai və orta məktəbi əla qiymətlərlə bitirən Əli İraq Krallığının bir nömrəli şagirdi kimi mükafatlandırıldı. 1943-cü ildə Beyrutdakı Amerika Universitetində bakalavr təhsili alır. Vətənə qayıtdıqdan sonra isə ailə həyatı qurur. Müəllimlik edir. Bir neçə ildən sonra magistr və fəlsəfə doktoru adı almaq üçün ABŞ-a yollanır. 1948-ci ildə ABŞ-ın Texas Universitetində magistr dərəcəsi alır, 1950-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edir.

Əli əl-Vardi bir çox sanballı əsərlərin müəllifidir. Onlardan; “Müasir İraq tarixindən psixoloji nəticələr”, “İraq cəmiyyətinin təbiətinin araşdırılması”,

“İraq şəxsiyyəti: yeni psixoloji elmin işığında İraq şəxsiyyətinin araşdırılması”,

“Sultanların təbliğçiləri”, “İnsan zehninə istehza”, “Xarakterinə, mədəniyyət və şəxsiyyətinə əsaslanaraq ibn Haldunun öyrənilməsi”, “Gözəl sənətlər müdriki”, “Elm və inanc arasındakı xəyallar”, “Uğurlu şəxsiyyətin sirləri”, “Müasir İraq tarixinə sosial baxışlar” ,“İraq tarixində sosial mərhələlər” və s. Əli əl- Vardidən dərin məna kəsb edən bir hekayə. Bu hekayəni özünün “İraq tarixində sosial mərhələlər” adlı əsərində vermişdir.

1917 -ci ildə İraqdakı ingilis işğalçı qüvvələrinə rəhbərlik edən general Stenli Mud çöllükdə qoyunları otaran bir çobana rast gəlir. Tərcüməçi vasitəsilə çobana bildirir ki, əgər çoban sürünü qoruyan itlərindən birini öldürsə, ona bir funt verəcək. Çobanın itləri çox sədaqətli idilər.Sürünü qurdlardan qorumaqda, təhlükə baş verdikdə onu xəbərdar etməkdə çox gərəkli idilər. Amma generalın təklif etdiyi pulla çoban sürünün yarısını alıb qoyunlarının sayını artıra bilərdi. Çoban sürüdən bir qoç ayırıb onu generalın ayaqları altında qurban kəsməyə qərar verdi, lakin general bundan imtina edib iti öldürməyi əmr etdi. Çarəsiz qalan çoban öz sadiq itlərindən birini öldürdü. General çobana itin dərisini soymaq müqabilində daha bir funt vəd etdi. Çoban pulu aldı və generalın dediyini etdi. General Mud bildirdi ki, əgər çoban ölmüş iti tikələrə parçalasa ona daha bir funt verəcəkdir.Çoban iti kiçik parçalara ayırdı. General pulu verib və getməyə hazırlaşırdı ki, çoban ayağa qalxıb söylədi:

-“Bir funt da versəniz mən bu tikələri yeməyə hazıram!”.

General Mud:

-“Mən sadəcə sənin təbiətini öyrənmək istəyirdim. Başa düşdüm ki, sən öz ehtiraslarının köləsisən! Sən ən sadiq dostunu üç funta görə boğub öldürdün, dərisini soydun və parçaladın. İndi isə hətta dördüncü funta görə onun tikəsini də yeməyə hazırsan. Sənin haqqında bilmək istədiyim tək şey elə bu idi”.

General öz əsgərlərinə üzünü tutaraq dedi:

-“Nə qədər ki, burada belə acgöz insanlar var, narahat olmayacaq bir şey yoxdur”.

Bu hekayə bizə öyrədir ki, cəmiyyətdə pul üçün düşmənə, zülmkara dostlarını, xalqını satmaq üçün hazır olan belə insanlar olanda o cəmiyyətdə parçalanma olacaqdır və eləcə də yalan dəyərlər yayılacaqdır.

Allah bizi belələrindən qorusun!


İstifadə edilmiş ədəbiyyat və resurslar:

1.«Социальные этапы в истории Ирака»

2.0tvet.com›literatura/question42742956

3.ua-cam.com›video/hF3hHHCG_3Q/obra-enie-k-e-enskim

4.insta-advert.com



Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!