СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

”Kitabi- Dədə Qorqud”dastanında xalqımızın düşmənlərə qarşı apardığı mübarizə

Категория: История

Нажмите, чтобы узнать подробности

“Kitabi- Dədəm Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı, Azərbaycan tarixinin ana qaynağıdır. İndiki elmi biliklərə arxalanaraq, kitabın aparıcı və başlıca mövzularının çox - çox uzaqlara, hələ ibtidai- icma quruluşunun dağıldığı və “hərbi demokratiya” institutlarının yarandığı zamanlara gedib çıxdığını söyləmək olar.

Просмотр содержимого документа
«”Kitabi- Dədə Qorqud”dastanında xalqımızın düşmənlərə qarşı apardığı mübarizə»

”Kitabi- Dədə Qorqud”dastanında xalqımızın düşmənlərə qarşı apardığı mübarizə

“Kitabi- Dədəm Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı, Azərbaycan tarixinin ana qaynağıdır. İndiki elmi biliklərə arxalanaraq, kitabın aparıcı və başlıca mövzularının çox - çox uzaqlara, hələ ibtidai- icma quruluşunun dağıldığı və “hərbi demokratiya” institutlarının yarandığı zamanlara gedib çıxdığını söyləmək olar. Bir çox yüzillər boyu aşıq sənətinin kürəsindən keçərək, bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (pəhləvi) və ərəb dillərinə də “ Oğuznamə” (Oğuz kitabı) adı ilə çevrilmişdir.

“Kitabi- Dədəm Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı, Azərbaycan tarixinin ana qaynağıdır. İndiki elmi biliklərə arxalanaraq, kitabın aparıcı və başlıca mövzularının çox - çox uzaqlara, hələ ibtidai- icma quruluşunun dağıldığı və “hərbi demokratiya” institutlarının yarandığı zamanlara gedib çıxdığını söyləmək olar. Bir çox yüzillər boyu aşıq sənətinin kürəsindən keçərək, bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (pəhləvi) və ərəb dillərinə də “ Oğuznamə” (Oğuz kitabı) adı ilə çevrilmişdir. Kitabın əlyazmasında oğuzlar dənə-dənə müsəlman adlandırılsalar da, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələ də “allah” yerinə daha çox və daha tez-tez “tanrı” işlədirlər. Kitabda “tanrı“ sözü 73, “allah” sözü isə ( “Allahu - Səməd” variantı ilə) 54 yerdə işlədilmişdir. (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı 1989. səh.28 ). Hətta bir neçə yerdə qurandakı “Allah - tala” yerinə “ Tanrı-tala” yazılmışdır. Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilmirlər, onların özlərinin molla, seyid və müəzzinləri yoxdur: haradansa gəlmiş “saqqalı uzun “ bir tat əri əzan “banlamaqdadır”. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşa dolduqda və igidlik göstərib “ərlik işlədikdə” ad alırdılar, bu adlar islamdan çox-çox qabaq Oğuz dədələrin yaşatdığı türk adları idi. Halbu ki, şəriətə görə uşaqlar doğulan kimi onlara allahın, peyğəmbərin və imamların adları verilməli idi. Oğuzların qadınları, bütün “qız-gəlinləri” çadra, yaşmaq nə olduğunu belə bilməyirdilər; kişiləri isə yalnız bir qadınla ailə qururlar. İslam və şəriətin əksinə olaraq, onların hamısı təkarvadlıdır və heç biri nə iki, nə də çox arvad saxlayır. Oğuz ərləri “ağ üzümdən“ sıxılmış çaxır içirlər, “igidlərlə yeyib - içirlər”, yeniyetmələrə ad verdikdə də “yemə-içmə” yapırlar. Kitabın filoloji baxımdan araşdırılması da göstərir ki; boylardakı nəzm parçaları X-XI əsrlərdə kök salmağa başlamış əruz və heca vəznlərindən seçilir. “Kitabi- Dədəm Qorqud” islamın ilkin çağına düşən yazı sənəti abidəsidir. Ənənəyə görə, “Kitabi Dədə Qorqud”da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Dastanların əsas süjeti aşağıdakı 12 boyda əks olunmuşdur:1.”Dirsə xan oğlu Buğacın boyu”, 2.”Salur Qazanın evinin yağmalandığı boy”,3. “Bayburanın oğlu Bamsı Beyrək boyu”,4. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, 5.”Duxa Qoca oğlu Dəli Domrulun boyu”, 6.”Qanlı Qoca oğlu Qanturalı boyu”,7. “Qazılıq Qoca oğlu Yeynəyin boyu”,8. “Basat Təpəgözü öldürdüyü boy”, 9.”Bəkil oğlu Əmranın boyu”, 10.”Uşun Qoca oğlu Səgrəyin boyu”, 11.”Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy”,12. “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası Fridrix fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Drezden nüsxəsi üzərində sonradan “Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan” (“Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı”) yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilərək Azərbaycan Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda “Dədə Qorqud”un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır. “Kitabi-Dədəm Qorqud”eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir. Qeyd etmək lazımdır ki, VII - XI əsr Azərbaycanın ictimai-iqtisadi həyat şəraiti ədəbiyyat cərəyanlarında öz əksini geniş tapmışdır. Köçəri maldarlıqla məşğul olan əhalidə aşıq yaradıcılığı daha çox inkişaf etdiyi halda, oturaq əhalidə isə peşəkar yazıçıların əsərlərinə maraq daha çox idi.

Cərəyanların birincisində əsatir və folklorun böyük təsiri hiss olunurdusa, ikincisində realizm ünsürləri güclü idi. Azərbaycanın ədəbiyyat və incəsənəti inkişaf etdikcə peşəkar ustalar xalq poeziyasının motiv və surətlərindən daha çox istifadə edirdilər. VII əsrdə Azərbaycanda türk dilində şifahi xalq yaradıcılığının ilk abidələrindən biri “Dədə Qorqud” dastanı yayılmağa başlayır. Bu dastanda oğuz tayfalarının adət-ənənəsindən tutmuş, ölkədə baş verən hadisələrə qədər məsələlərdən danışılır. Bu dastan nəsildən –nəslə keçərək zamanımıza qədər gəlib çatmışdır.

Abidə haqqında ilk dəfə alman alimi Fridrix fon Dits məlumat vermiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı  və  M.Təhmasibin redaktəsi ilə),1962-ci ildə isə Moskvada nəşr olunmuşdur.

1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. “Kitabi-Dədə Qorqud” Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə1939-cu ildə akademik Həmid Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fransız dillərinə tərcümə edilmiş İngiltərədə, İsveçrədə,  ABŞ-da və İranda çapdan çıxmışdır. 1951-ci ildə “Kitabi-Dədə Qorqud” Azərbaycanda və Türkmənistanda “xalq düşməni” elan edilərək oxunması yasaqlanmışdı. “İnkişaf etmiş” sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə “yer tapılmadı”. Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.



Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!