СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

İmperator Yustinian və Qeysəriyyəli Prokopi

Нажмите, чтобы узнать подробности

Bizans imperatoru Yustinian: (11 may 482-14 noyabr 565). Yustinianlar sülaləsinə məxsus 527-565 ci illərdə Bizans imperatoru olmuşdur. 

Qeysəriyyəli Prokopi (490-507), görkəmli antik yunan alimi, hüquqşünas və tarixçisi olmuşdur.

Просмотр содержимого документа
«İmperator Yustinian və Qeysəriyyəli Prokopi»

İmperator Yustinian və Qeysəriyyəli Prokopi

Bizans imperatoru Yustinian: (11 may 482-14 noyabr 565). Yustinianlar sülaləsinə məxsus 527-565 ci illərdə Bizans imperatoru olmuşdur. Yustinianın hakimiyyəti imperiyanın bərpası (renovatio imperii) ilə əlamətdardır. Onun generalı Belisarius, şimali Afrikada yerləşən Vandal krallığını fəth etdi və bu krallıq 534-cü ildə süqut etdi. Sonradan Belisarius, Narses və digər generallar Ostroqot krallığını zəbt edərək Dalmatiya, Siciliya, İtaliya və Romanı ostqotların yarım əsrdən çox hökmranlığından sonra imperiyaya qaytardılar. Prefekt Liberius İberiya yarımadasının cənubunu geri alaraq İspaniya əyalətini yaratdı. Bu yürüşlər qərbi Aralıq dənizi üzərində Roma nəzarətini bərpa etdi və imperiyanın illik gəlirini bir milyon solididən çox artırdı.Yustinianın hakimiyyəti dövründə Qara dənizin şərq sahilində, əvvəllər heç vaxt Roma hakimiyyəti altında olmamış Tzani xalqını da tabe etdi. O, şərqdə Sasani hökmdarı I Qubadın dövründə, daha sonra isə I Xosrovun dövründə Sasani imperiyası ilə müharibələr aparmışdır. Onun hakimiyyətinin əks-səda doğuran cəhəti bir çox müasir dövlətlərdə hələ də mülki hüququn əsasını təşkil edən Roma hüququnun, Mülki hüquq toplusunun (Corpus Juris Civilis) vahid şəkildə yenidən yazılması idi. Onun hakimiyyəti dövründə Bizans mədəniyyəti çiçəkləndi və Ayasofya kimi memarlıq abidəsi inşa edildi. O, Şərqi Pravoslav Kilsəsində “İmperator Müqəddəs Yustinian” adlanır. Onun bərpa fəaliyyətlərinə görə, Yustinianı bəzən tarixşünaslıqda “Son Romalı” kimi qeyd edirlər. Yustinian dövründə yaşamış salnaməçi Con Malalas onun xarici görünüşünü qısa, açıq dərili, qıvrım saçlı, yuvarlaq üzlü və yaraşıqlı kimi təsvir edir. Başqa bir tarixçi Prokopi, Yustinyanın görünüşünü zalım imperator Domitian ilə müqayisə edir, baxmayaraq ki, bu, ehtimal ki, böhtandır.

Bizans Yustinianın hakimiyyəti illərində

İmperator Yustinianın (527-565) hakimiyyəti dövründə Bizans imperiyası daha da möhkəmləndi. Onun daxili və xarici siyasəti keçmiş Roma imperiyasının bütün torpaqlarını ələ keçirib vahid, qüdrətli qədim Roma imperiyasını yenidən dirçəltməyə yönəlmişdi. O, qədim Roma imperiyasını ancaq ərazicə bərpa etməyə çalışmır, həm də quldarlıq münasibətlərini yenidən hakim istehsal üsuluna çevirməyə çalışırdı. O dövr üçün nisbətən mütərəqqi olan feodal münasibətlərinin aradan qaldırılmasına və vaxtını keçirmiş köləlik rejiminin bərpasına yönəldiyi üçün Yustinianın siyasəti olduqca mürtəce xarakterə malik idi. İmperator Yustinian məqsədinə nail olmaq üçün, əvvəlcə Bizans imperiyasını daxilən möhkəmləndirdi. Xalq hərəkatına, həmçinin mərkəzi hakimiyyətdən narazı ictimai qruplara amansız divan tutdu. Bundan başqa, imperiyanın daxilən möhkəmləndirilməsində mövcud ictimai münasibətlərin qanuniləşdirilməsinin mühüm rolu oldu. Çünki Yustinianın dövründə artıq keçmiş quldarlıq münasibətlərinin əvəzində yeni feodal munasibətləri meydana gəlməkdə idi. İctimai-iqtisadi munasibətlərdə meydana gəlmiş bu dəyişiklik hüquq normalarında da öz əksini tapmalı idi. Yeni yaranmaqda olan ictimai qrupların cəmiyyətdəki mövqeyi, hakim sinfin ictimai-iqtisadi mənafeyi qanunla təsbit olunmalı idi. İnkişafın özü mövcud qanunvericilikdə əsaslı dəyişiklik yaradılmasını tələb edirdi. Bu məqsədlə imperator Yustinian dövrün ən məşhur hüquqşünaslarından ibarət bir komissiya yaratdı. Bu komissiya 528-534-cü illər ərzində, keçmiş Roma hüququnu əvvəldən-axıradək əsaslı şəkildə təhlil etmək nəticəsində “Mülki hüquq külliyyatı” hazırladı. Həmin külliyyat üç hissədən ibarət idi. Birinci hissə “Yustinian məcəlləsi” adlanırdı. Bu hissə 12 kitabdan ibarət idi. Buraya Adriandan Yustiniana qədər Roma imperatorlarının mülki məsələlərə dair ən mühüm fərmanları daxil edilmişdi. “Mülki hüqüq külliyyatının” ikinci hissəsi 50 kitabdan ibarət idi. “Digestlər” və ya “pandektlar” adlanan bu hissədə məşhur Roma hüquqşünaslarının fikirləri cəmlənmişdi. Üçüncü hissə “İnstitusiyalar”dan ibarət idi. Sonralar Yustinianın hakimiyyəti illərində verilən butün qanunlar da bir yerə toplanıldı və “Mülki hüquq külliyyatının” dördüncü hissəsini təşkil etdi. İmperator Yustinianın qanunlarından ibarət olan bu hissə “Novellalar”, yəni Yeni qanunlar” adlanırdı.Yustinian dövrünün qanunvericiliyi Bizans imperiyası ərazisində feodalizm formasiyasının inkişafa başladığını və bu yeni mütərəqqi ictimai-iqisadi münasibətlərə qarşı vaxtını keçirmiş quldarlıq quruluşunun mübarizəsini əks etdirirdi. Bundan başqa həmin qanunvericilikdə imperator hakimiyyətinin qeyri-məhdud olması, dövlətin kilsə ilə sıx ittifaqı, təriqətçilərin təqib edilməsi siyasəti də geniş əks olunmuşdu. Yustinian qanunlarından məlum olur ki, quldarlıq münasibətlərinin böhranı ilə əlaqədar olaraq qullar qanunla azadlığa buraxılır, onlara pekuli adlı xırda torpaq parçaları verilir, azad icarədarlar mühüm ictimai qrupa çevrilməyə başlayır, kolonat bir təsərrüfat forması kimi hüquqi cəhətdən də qanuniləşdirilirdi. Sənətkarlıq məhsulları istehsalı və ticarət sahəsində xüsusi mülkiyyətin qorunması və daha da inkişafını əks etdirən qanunlar bir tərəfdən həmin dövrdə şəhər həyatının tərəqqi etdiyini göstərirsə, digər tərəfdən, sənətkar və tacir birliklərinin dövlət tərəfindən himayə olunduğunu sübut edir. Roma hüququ əsasında xüsusi mülkiyyət huququnun əsaslandırılması və qorunması Yustinianın “Mülki hüquq külliyyatı”nın mühüm xüsusiyyəti idi. Məhz buna görə də Yustinian qanunları Bizansda feodalizmin inkişafına təkan verdi. İmperator hakimiyyətini daha da möhkəmləndirdi.

Yustinian qəsbkar xarici siyasət yeridirdi. O, Roma imperiyasını və imperiya ərazisində quldarlıq quruluşunu bərpa etməyə çalışırdı. Bizans qoşunları Velisarinin başçılığı altında 534-cü ildə Vandal-Alan krallığını aradan qaldırdı. Şimali Afrika ərazisi Bizansa qatıldı. Bundan sonra Bizans qoşunları Ostqot krallığına qarşı İtaliyaya hücum etdilər. 536-cı ildə Velisarinin başçılıq etdiyi Bizans hərbi qüvvələri Romanı ələ keçirdilər. Lakin quldarlıq qaydalarını bərpa edən Bizans ağalığına qarşı dərhal Şimali Afrikada və İtaliyada xalq hərəkatı başlandı. Şimali Afrika üsyançılarının müqaviməti, böyük çətinliklə, VI əsrin 40 - cı illərinin sonunda qırılsa da, İtaliyada azadlıq mübarizəsi uzun zaman davam etdi. Bizans qoşunlarına qarşı hərbi əməliyyata Ostqot kralı Totila (541-552) başçılıq edirdi. Yadellilərə qarşı azadlıq müharibəsində qullar, kolonlar, azad torpaq sahibləri fəal iştirak edirdilər. Bu ictimai qruplara arxalanan və onların mənafeyinə uyğun siyasət yeridən Totila Bizans qoşunları üzərində parlaq qələbələr qazandı. O, Romanı azad etdi (546) və ölkənin çox hissəsini öz hakimiyyəti altına keçirdi. Lakin Ostqot kralının müvəffəqiyyətləri uzun sürmədi. İri torpaq sahibləri, o cümlədən Ostqot və Roma əyanları Totiladan üz döndərdilər. Onun ardıcıl olmayan siyasəti geniş xalq kütlələrini də azadlıq hərəkatından uzaqlaşdırdı. Nəticədə sərkərdə Narsesin başçılığı ilə 552-ci ildə İtaliyaya hucum etmiş yeni, daha qüvvətli Bizans hərbi qüvvələri Totilanın qoşunlarını darmadaqın etdilər. Ostqot krallığı aradan qaldırıldı. Siciliya, Sardiniya və Korsika adaları da daxil olmaqla İtaliya tamamilə 555-ci ildə Bizansın hakimiyyəti altına keçdi. Yustinian Vestqot krallığını aradan qaldırmaq məqsədi ilə İspaniyaya da qoşun göndərmişdi. Bizans hərbi qüvvələri bu barbar dövlətini aradan qaldıra bilməsələr də, Pireney yarımadasının cənub-şərqini zəbt etdilər. Balear adaları da ələ keçirildi. Bundan başqa Adriatik dənizi sahilindəki Dalmasiya da Bizansa qatıldı. İşğal olunmuş bütün bu ərazilərdə keçmiş Roma quldarlarının torpaqları özlərinə qaytarıldı. Azadlığa buraxılmış qullar, kolonlar, xırda icarədarlar yenidən kölə vəziyyətinə salındılar. Beləliklə, Bizans ağalığı ancaq yadelli əsarəti mənasında deyil, həm də vaxtını keçirmiş quldarlıq qaydalarının bərpası mənasında da mürtəce xarakterə malik idi. Elə buna görə də Yustinianın həyata keçirdiyi istilalar möhkəm deyildi. Yustinianın hakimiyyəti illərində Bizansla Sasanilər arasında da uzunsürən müharibə baş verdi. Bizans - Sasani müharibələrinin (540-562) mühüm səbəbi hər iki ölkənin Çin ipəyi, Hindistan ədviyyatı və başqa Şərq malları ilə ticarətdə vasitəçiliyi ələ keçirməyə çalışması idi. Bizans Cənubi Qafqaz ərazisini ələ keçirmək üstündə də Sasanilərlə rəqabət aparırdı. İran bu müharibədə qalib gəlsə də, çoxdankı arzusuna - Qara dəniz və Aralıq dənizinə çıxış yolu əldə etməyə nail ola bilmədi….

Qeysəriyyəli Prokopi (490-507), görkəmli antik yunan alimi, hüquqşünas və tarixçisi olmuşdur. İmperator Yustinian müharibələrində Roma generalı Belisariusun katibi olan Prokopi VI əsrin əsas Roma tarixçisi idi. “Müharibələr Tarixi”, “Məxfi Tarix” əsərlərinin müəllifidir. Ellinləşdirilmiş suriyalı Prokopi, Fələstinin Prima əyalətinin inzibati mərkəzi olan Qeysəriyyədə anadan olub, burada klassik təhsil (Qeysəriyyədə məşhur ritorika məktəbi var idi), sonra isə hüquq təhsili alıb. Senator aristokratiyasının tərəfdarı olan Prokopi, Bizansın müasir inzibati sistemini Romanın idarəetmə sistemi ilə əlaqələndirir, Roma senatorluq ənənələrinin davamçılarını Bizansın ən yüksək məmurlarında görürdü. Prokopinin inzibati karyerasının başlanğıcının təfərrüatları məlum deyil, lakin onun 527-ci ildə imperator Yustinian tərəfindən imperiyanın aparıcı sərkərdələrindən biri olan Flavi Belisariusun katibi və müşaviri vəzifəsinə təyin edilməsi onun əldə etdiyi yüksək nüfuzdan danışır: belə bir təyinat yalnız imperator və ya onun ən yaxın adamlarından biri tərəfindən həyata keçirilə bilərdi. 527-531-ci illərdə Prokopi imperiyanın şərq bölgələrində Belisariusla birlikdə olaraq, İranla müharibədə bilavasitə iştirak edir. 532-ci ildə o, Konstantinopolda olarkən, burada Nikanın möhtəşəm üsyanının şahidi olur. 533-536-cı illərdə - Belisariusun Vandallar krallığını fəth etdiyi Şimali Afrikada, 536-540-cı illərdə - Belisariusun qotlarla müharibə apardığı İtaliyada və digər yürüşlərdə iştirak etmişdir. Prokopi o dövrdə Bizans tarixində baş vermiş mühüm hadisələrin şahidi olmaqla yanaşı, həm də tutduğu vəzifə sayəsində məlumatlara, o cümlədən məxfi məlumatlara ən yüksək səviyyədə çıxış əldə etmişdi. Üstəlik, Belisariusun katibi vəzifəsinə görə Prokopi yazışmalarını aparır, Belisariusun Yustinian qarşısında hesabatlarını tərtib edir və o dövrün ən mühüm dövlət xadimləri ilə danışıqlarda iştirak edirdi - və bu, onun əsərlərinə xüsusi dəyər verir, çünki Prokopi mətndən sitat gətirir. Belisariusun bir nitqindən və ya məktubundan əmin olmaq olar ki, bu mətnin yüksək ehtimalla həqiqi olduğuna əmin ola bilərsiniz - çünki Prokopi özü onu yazmışdır. Qeyri-adi ədəbi istedada malik olan Prokopi dövlət fəaliyyəti dövründə etdiyi qeydlərdən ən yaxşı şəkildə istifadə etmişdir. Hadrianın katibi olan Qay Suetonius Tranquillus əsərlərini yazarkən imperiya arxivlərindən istifadə etdiyi kimi, Prokopi də ədəbi ləyaqət və etibarlılıq baxımından ən qiymətli miras qoymuşdur. “Müharibələr tarixi” və “Məxfi tarix” adlı əsərləri çox məhşurdur. Onun həcmdə ən böyük əsəri, müəllifin birbaşa iştirak etdiyi Belisariusun yürüşlərini təsvir edən 8 kitabdan ibarət “Müharibələr tarixi” əsəridir. Bu kitablarda Bizans imperiyası ilə bağlı siyasi və hərbi məlumatlarla yanaşı, xalqların etnoqrafiyası və Prokopinin səfər etdiyi bölgələrin coğrafiyası, hadisələrin iştirakçılarının psixoloji portretləri və gündəlik eskizlər haqqında da çoxlu maraqlı məlumatlar vardır. Maraqlıdır ki, əsərlərində imperator Yustinianı tərifləyən Prokofi gecələr yazdığı “Məxfi Tarix” əsərində imperator Yustinianı və onun arvadı Teodoranı tənqid etmişdir. Bu əsər vəfat etdikdən sonra Qeysəriyyəli Prokofinin gizli saxladığı saxdığında aşkar edilmişdir.

İstifadə edilmiş resurslar:

1.bit.ly/3vbhe5Q

2.https://az.wikipedia.org/wiki/I_Yustinian

3.https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/18293/bizans-sivilizasiyas%C4%B1.html

4.http://historic.ru/books/item/f00/s00/z0000017/st090.shtml

Foto: https://az.wikipedia.org/wiki/Yustinian_k%C3%B6rp%C3%BCs%C3%BC



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!