СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

G?z?l v?t?n! M?nan d?rin!

Категория: Литература

Нажмите, чтобы узнать подробности

Göz?l v?t?n! M?nan d?rin!

Просмотр содержимого документа
«G?z?l v?t?n! M?nan d?rin!»

Gözəl vətən! Mənan dərin!


Gözəl vətən! Mənan dərin,
Beşiyisən gözəllərin,
Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan,
Şeir sənət ocağısan.

Bu misralar görkəmli,dahi şairimiz Səməd Vurğunuz qızıl qələmindən süzülmüş,bu günümüzə qədər gəlib çıxmış qızıl sözlər,cümlələr,misralardır.Vətənimizi qarış-qarış gəzmiş,ona heyran-vurğun olan Səməd Vurğun daima vətən sevgisi,vətən eşqi ilə yazıb yaratmışdır.

Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902-1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.

Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif,Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.

Mənim vətənim Azərbaycandır.Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm,bütün varlığımla bu füsunkar diyara bağlıyam.Mənim vətənim gözəlliklər məskəni,gözəlliklər diyarıdır.Mən vətənimin laləli çöllərini,zirvəsi ağ örpəkli,ətəyi yaşıl meşəli dağlarını,coşqun çaylarını,füruzə qaşlı üzüyə bənzər güllərini,şır-şır axan bulaqlarını canımdan artıq sevirəm.Yaşıl ormanlar,mavi səma,ağ çalmalı dağlar,dərələrdən axan şəffaf çaylar,yurdumun füsunkarlığını birı-min artırır.Təbiətin əfsanəvi gözəli Göygölə kim vurulmaz?!
Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz,yazıçılarımız çoxlu əsərlər yazmış,bəstəkarlarımız musiqi bəstələmiş yazıçılarımız öz əsərlərində dolğun əks etdirmişlər.
Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur,heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki,insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır,göyün bütün işığı və nuru onun qəlbinə,fikrinə dolur.Mən də bütün qəlbimdə ana ocağa,ata yurdum Azərbaycana – Odlar diyarına,bu müqəddəs torpağa bağlıyam.Onun fərəhi mənim fərəhim,onun kədəri mənim kədərimdir.
İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir.Sonsuz əngəlliklərə,doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər,hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu nəğməni zümzümə edir.Bu nəğməni hərə bir cür oxuyur.Onu döyüş harayi,Koroğlu nərəsi,qılınc zərbəsi ilə də oxuyanlar olub.Bulaq pıçıltısı,qadın isməti,Nigar vəfası,Həcər sədaqəti ilə oxuyanlar da.
Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var.Bu nəğmənin hər kəlməsi Vətəndir,hər notu,hər səsi Vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir.
Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz məhəbbətlə sevirəm.Mənim müqəddəs borcum Vətənə,onun çiçəklənməsinə xidmət etmək,Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır.Xüsusən indiki vaxtda , Vətən ərazisinin 1/5 hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla,bütün canımla onu qorumağa hazıram.Mən bu gün Vətənə borcumu oxumaqla,sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla,iqtisadiyyatın və mədəni-siyasi müxtəlif sahələrində çalışmaqla verəcəyəm.Vətəni qorumaq ,onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi,vətəndaşlıq borcudur.
Vətən sevgisi nədir?İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir.Vətəni sevmək,Vətən naminə yaşamaq,ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət,peşə sahibi olmağa lüzum yoxdur.Fəhlə də,həkim də,alim də Vətən üçün yaşaya,öz əməli ilə Vətənin şöhrətini artıra bilər.Kifayətdir ki,ürəkdə təpər,istək,təəssübkeşlik olsun.Əsgər döyüş meydanlarında vuruşur,Vətən qarşısında borcunu səngərdə yerinə yetirir.Fəhlənin,mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır.Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.
Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur.
Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsl vətəndaş odur ki,öz vətənini öz qəlbi ilə,cani ve qanı ile sevir.Onun azadliq ve istiqaliyyəti uğrunda hər an canını qa verməyə hazirdır.İnsan həyata bir defe gəlir və bir dəfə nə vaxtsa köçüb gedir.Lakin Vətən uğrunda canıdan keçən qərəmanlar əbədi bir həyata qovuşur,ölənlərdən sonra şərəflə yad edirlər.
Ana Vətenimiz Azerbaycan Cavanşir,Babək,Koroğlu,Mehdi,Qafur,Hezi kini igidlər yurdudur.Bu qəhrəmanlar Vətəmizin azadlığı,xoş həyatı namiə mübarizə aparmış,bu yolda öz canlarını da qurban vermişlər.
Fikrləşirəm ki, niyə bıs indi elə igidlər qəhrəmanlar yetişdirmiş bu torpaq?Hanlı igir Babəklər,Qoç Koroglular,Qaçaq Nəbilər?Bəlkə keçmişimizə güvənib bu günümüzü itirmişik.
Fikirləşdikcə də nə qədər səhv düşündüyümü,səhvə yol verdiyimi anlayıram.Şəhidlər Xiaybanı yaıma düşür.Şəhid ruhralı qarşısında özünü müqəssir görür,Fikirlərimdən özüm utanıram.Həyatda nakam getmiş bu vətən övladlar doğma yurda sədaqət rəmzi,məhəbbət sinvoludurlar.Onlar vətən uğrunda vuruşmuş,vətən uğrunda canlarını qurban vermişlər!Eşq olsun belə qəhrəmanlara.Eşq olsun onların amalına məskəninə!Bax budur esl vətəndaşlıq borcu,vətəndaşlıq amalı.Vətən müqəddəsdir,vətən əzizdir.Bizim bütün sevgilərimizin əvvəlidə,axırıda vətənlə bağlıdır.
Mən “Vətən” anlayışını müqəddəsliyini dahi Üzeyirin Koroqlu verturasını dinləyəndən,Sabirlə Mirzə Cəlili oxuyub dərk etməyə başlayandan duymuşam.Bu müqəddəslik mənim qəlbimə ana laylası ilə,ana zümzüməsi ilə axıb,Vətən təkcə torpaq,yurd-yuva deyil.Vətən bizik,hamımızıq.Onun dünəninə də,bu gününə də və sabahına da hamımız cavabdehik.Əməyimizlə lazım gəlsə canımızla və qanımızla.
Vətən dəyişmir, satılmır,köhnəlmir,qocalmır.O tabe qismətidir,ulu yaradan tərəfindən bizlərə bəxş olunub.Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur.O əbədi və əzəlidir.Onun göylərində əcdadlaımızın ruhları dolaşır.Bu vətəni bizlərə babalarımız ərmağan etmişlər.Əcdadlarımız onun uğrunda vuruşmuşlar,qan tökmüşlər,yağılardan qorumuşlar.Bu vətəndə övladlarımız dünyaya gələcək…
Vətən yalnız üstündə gəzmək,qayğısız ömür sürmək,sərvətlərinə,gözlərinə baxıb güllənmək üçün bu məkan deyildir.Biz vətənimizlə qurur duyduğumuz kimi,həmdə onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.
Mən də öz ölkəmin vətəndaşıyam.Vətən qarşısında məndə bütün həyatımı,bütün varlığımı borcluyam.Lazım gələrsə,vətən uğrunda hər an canımı qurban verməyə hazıram.Bu,təkcə mənim yox,mənim kimi bütün gənclərin fikridir.Biz hər an vətənin keşiyindəyik,hər an canımızla,qanımızla onu müdafiyə etməyə hazırıq.

 







Şirvan şəhər T.Bağırov adına 11№li tam orta məktəb:

ƏLiş Əzimov




İstifadə olunmuş Ədəbiyyatlar:
1.Səməd Vurğunun Vikipediya




Скачать

© 2016, 261 1

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!