СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Eridu: Şumerlərin cənnət bağı və dünyanın ən qədim şəhəri

Нажмите, чтобы узнать подробности

Qədim Eridu şəhəri (bu gün Tell-Əbu-Şəhreyn kimi tanınır) məşhur Ur şəhərindən təxminən 20 km cənub-qərbdə yerləşir.

Просмотр содержимого документа
«Eridu: Şumerlərin cənnət bağı və dünyanın ən qədim şəhəri»

Eridu: Şumerlərin cənnət bağı və dünyanın ən qədim şəhəri

Qədim Eridu şəhəri (bu gün Tell-Əbu-Şəhreyn kimi tanınır) məşhur Ur şəhərindən təxminən 20 km cənub-qərbdə yerləşir. Gördüyünüz şəkildə (şəkil 1) bişmiş gil kitabə üzərində doqquz sətir vardır. Bu sətirlər e.ə. 2100-2000-ci illərdə Eridu şəhərinin hökmdarı olmuş Amar-Suenin damğasıdır. Şəhərin xarabalığı müasir İraqda (Cənibi Mesopotamiya) Tell-Əbu-Şəhreyn adlı yerdədir. Kitabə hazırda London muzeyində saxlanılır. Müasir dövrdə Eridu çox vaxt Mesopotamiyanın və bəlkə də dünyanın ən qədim daimi yaşayış məntəqələrindən biri hesab olunur. Bundan əlavə, qədim şumerlərin özləri də Eridunun dünyada ilk şəhər olduğuna inanırdılar və bu inamı Şumer hökmdarları siyahısında və “Eridu Yaradılışı”nda sənədləşdirmişlər. Bu ərazidə müxtəlif dövrlərə aid ən azı 18 qat (təbəqə) yaşayış məskəni aşkar edilmişdir, görəsən qədim Şumer inancı doğrudurmu? Arxeoloji qazıntılar sübut edir ki, ən erkən tikililər eradan əvvəl VI minilliyə aiddir. Şəhər eradan əvvəl IV minillikdə özünün ən yüksək inkişaf zirvəsinə çatmışdır. Təxminən eradan əvvəl VII əsrə qədər burada məskunlaşma davam etmişdir. Lakin bu vaxtlar artıq şəhər əvvəlki qüdrətini itirmişdi.

18 təbəqədən (qatdan) ibarət şəhər

Müasir adından da göründüyü kimi, arxeoloji sahə əvvəlki yaşayış məntəqələrinin xarabalıqları üzərində yeni yaşayış məskənlərinin salınması nəticəsində min illər ərzində əmələ gəlmişdir. Əsas mərkəz nəhəng kurqan olan Telldir. Kurqanın hündürlüyü 7 metrə çatır və arxeoloji qazıntılara görə o, 18 yaşayış məntəqəsinin qatları üzərində əmələ gəlmişdir. Onların əksəriyyəti eradan əvvəl VI minillikdən IV minilliyə qədər davam edən Ubeyd və Uruk dövrlərinə aiddir. Eridunun qədimliyini şumerlərin özləri qeyd etmişlər. Məsələn, Şumer hökmdar siyahısında deyilir ki, “Səltənət göydən endikdən sonra padşahlıq Eriduqda idi”. Bundan əlavə, “Eridunun Yaradılışı” kimi tanınan yaradılış mifində onun tufandan əvvəl mövcud olan beş şəhərdən biri, digərlərinin isə Bad -Tibira, Larak, Sippar və Şuruppak olduğu bildirilir.

Eridu məbədinin tanrısı

Eridunun himayədar tanrısı su tanrısı Enki (Akkad dilində Ea kimi də tanınır) idi. Şumer mifologiyasına görə, Eridu Enki tərəfindən qurulmuşdur və sivilizasiya başqa ölkələrə də məhz bu şəhərdən yayılmışdır. Enki əvvəlcə yerli tanrı olsa da, şəhərin təsiri artdıqca onun qüdrəti artdı və bu, onun digər şəhərlərin panteonuna daxil olmasına səbəb oldu. Eriduda Enkinin məbədi E-Abzu kimi tanınır (Abzu “Dərin Okean” kimi tərcümə oluna bilər, şumerlər bütün həyatın yarandığına inandıqları yeraltı bulağı belə adlandırırdılar). E-Abzuda aparılan arxeoloji qazıntılar göstərdi ki, məbəd alimlərin “kult yuvası” və “qurban süfrəsi” adlandırdıqları kiçik otaq kimi fəaliyyətə başlamışdır. Ancaq minilliklər ərzində sakinlər hər biri əvvəlkindən daha böyük olan köhnə məbədlərin xarabalıqları üzərində yeni məbədlər tikmişlər. E-Abzu nəhayət, Enkinin baş tanrı statusunu vurğulayan böyük bir zikkurata çevrildi. E-Abzunun qədim Mesopotamiya zikkuratlarının ən böyüyü ola biləcəyi güman edilir.

İqtisadi fəaliyyət

E-Abzunun zikkuratı ərazinin əsas arxeoloji nöqtəsi olsa da, başqa maraq elementləri də vardır. Sonrakı qazıntılar, məsələn, Ubeydlər dövründə şəhərin dulusçuluq mərkəzi olduğunu göstərdi. Bunu dulusçuluq emalatxanaları sübut edir. Burada iri keramika qırıntıları və soba qalıqları aşkar edilmişdir. Bundan əlavə, qazıntı yerində balıq sümüklərinin qalıqları, çəkilər və hətta qamış qayıq maketləri aşkar edilmişdir ki, bu da balıqçılığın şəhər sakinlərinin məşğul olduqları əsas təsərrüfat işlərindən biri olduğunu göstərir. Eridu Ubeid dövründə Cənubi Mesopotamiyada dominant şəhər idi, lakin sonda Uruk şəhəri tərəfindən sıxışdırıldı. Bununla belə, o, birinci şəhər kimi hörmətlə yad edilir və E-Abzu zikkuratı vasitəsilə dini əhəmiyyətini saxlayırdı.

Güman edilir ki, ekoloji dəyişikliklər - körfəz sularının geri çəkilməsi və su səviyyəsinin aşağı düşməsi eradan əvvəl III minilliyin sonunda Eridunun tənəzzülünə səbəb olmuşdur.

Mənbə: https://bit.ly/3p2Ydjv

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!