СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Dünyada ilk xəritə

Нажмите, чтобы узнать подробности

Müəyyən kitabların qiymətləndirilməsindən asılı olmayaraq, tarixçilər amerikalı şərqşünas Samuel Kramerin (1897-1990) yaradıcılığına hörmətlə yanaşırlar. S. Kramer “Şumerlər. Yer üzündə ilk sivilizasiya” kitabında yazır ki, şumerlərin ilk tədqiqatçıları bu dili skif, daha doğrusu türk dilinə aid etmişlər.

Просмотр содержимого документа
«Dünyada ilk xəritə»

Dünyada ilk xəritə

Müəyyən kitabların qiymətləndirilməsindən asılı olmayaraq, tarixçilər amerikalı şərqşünas Samuel Kramerin (1897-1990) yaradıcılığına hörmətlə yanaşırlar. S. Kramer “Şumerlər. Yer üzündə ilk sivilizasiya” kitabında yazır ki, şumerlərin ilk tədqiqatçıları bu dili skif, daha doğrusu türk dilinə aid etmişlər. Tədqiqatçıların diqqətini 2 məsələ cəlb etmişdir. Bunlar, “tanrı” və “göy” sözlərinin eyni kontekstdə oxşarlığıdır. Türklərdə “tanrı” və “göy” sözü Tenqri, şumerlər üçün isə Dingirdir. Həmçinin tədqiqatçıların diqqəti şumer dilinin strukturuna - aqlütinativliyə yönəldilmiş və sonradan məlum olduğu kimi, aqlütinativlik türk dillərində olduğu kimi demək olar ki, eynidir. 1916-cı ildə S. Kramer şumer və osmanlı (türk) dilləri arasında təxminən 200 ortaq mənşəli söz müəyyən etdi. Bu günə qədər şumer dili təcrid olunmuş bir dil hesab edilir, lakin şumer dilini hər hansı bir dillə eyniləşdirməyə cəhdlər davam etməkdədir. Müxtəlif versiyalar arasında şumerləri qədim türklər və macarlarla eyniləşdirən Ural-Altay fərziyyəsi üstünlük təşkil edir.

Dünyada Mesopotamiya alimlərinin çəkdiyi ilk xəritə, İraqın cənubundakı tarixi Nippur şəhərində aşkar edilmişdir. Bu xəritə, 7000 ildən çox əvvələ aid dünyanın ilk xəritəsidir. Xəritə çaylar və onların adları, yollar, divar və darvazaların yeri, mərkəzi bağ və tunellərdən əlavə bina və məbədlərin adları yazılmış gil lövhə üzərində çəkilmişdir. Xəritə detalları üzərində professor Edmund Qordon və doktor Bents Bernharut tərəfindən ABŞ-da aparılan tədqiqatların nəticələrinin dərcindən sonra, əksər tədqiqatçılar bu xəritəni ölçülərin həddindən artıq dəqiqliyinə görə möcüzə kimi təsnif etmişlər. Bu da onu təsvirolunmaz dərəcədə dəqiq çəkildiyini sübut edir, çünki xəritə müəyyən bir miqyasda tərtib edilmişdir.

Mağların (muğların) şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III-II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. Kramer də təsdiq edir. Belə ki, o “Tariх şumerlərdən başlanır” əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan “Enki və kainat” poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Хatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır. Sonra isə Enki insanların və tanrıların yaхşılığına çalışdığından özünün şöhrətindən danışır. “Mənim atam, göyün və yerin padşahı Göyə və Yerə gəlməkçün mənə şöhrət verdi”....Təəssüflər olsun ki, bu tərcümə və bu ölkələr demək olar ki, bütün tariхçilərin nəzərindən qaçmış, ya da bu məsələyə elə bir ciddi əhəmiyyət verilməmişdir. Mifik poema da olsa, məhz burada ilk dəfə olaraq Mağan ölkəsinin 5000 il əvvəl mövcudluğu sübut edilir. Tərcümə olunan mətndən göründüyü kimi, Mağan ölkəsi də Nippura, Enlil üçün başqa ölkələr kimi bac-хərac gətirir. Mağan ölkəsi görünür, özünün eniş dövrünü yaşayıb və sonradan qonşular tərəfindən işğal olunaraq öz ərazilərinə qatılıb və şumerlərdən sonra Mağan ölkəsinin adı bir daha heç bir mənbədə çəkilməyib. Bununla yanaşı Mağan ölkəsi bir dövlət kimi tariхdən silinsə də, mağ tayfaları müхtəlif dövlətlərin adı altında eranın XVIII əsrinə qədər mövcud olmuşlar. Yuхarıdakı tərcümədən aydın olur ki, mağlar da şumerlər kimi yüksək mədəniyyət və sənət inkişafına malik idilər...Meluххidən gələn yelkənli gəmilər “mağilum” adlanır. Bu da onu sübut edir ki, mağlar gəmiqayırma sahəsinin pionerlərindən biri idilər və yelkənli gəmilər “mağilum” adını təsadüfən almamışdır. Göründüyü kimi, mağların tariхi farsların tariхindən və dilindən çoх-çoх qədimdir. Herodot dəfələrlə qeyd etmişdir ki, parslar (farslar) özgə хalqların adətlərini qəbul etməkdə ustadırlar. Onlar Midiya paltarları geyir, döyüşdə isə Misir silahlarından istifadə edirdilər. Mağların (muğların) Azərbaycandan - qədim Midiyadan olması barədə qədim yunan tarixçi və səyyahların çoх sanballı əsərləri vardır...

İstifadə edilmiş ədəbiyyat və resurs

1.Kramer S. “Şumerlər. Yer üzündə ilk sivilizasiya”.

2.Kramer S. “Tariх şumerlərdən başlanır”

3.https://az.wikipedia.org/wiki/Samuel_Kramer

#xəritə #arxeologiya #Mesopotamiya

İstinad: https://sinxronfenler.blogspot.com/2022/07/dunyada-ilk-xrit.html

Hazırladı: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!