СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Ədəbiyyat təmayüllü siniflərdə təlimin məqsəd və vəzifələri

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье определены цели и задачи уроков литертатуры  в школах с литературным уклоном

Просмотр содержимого документа
«Ədəbiyyat təmayüllü siniflərdə təlimin məqsəd və vəzifələri»

Təmayüllü siniflərdə təlim – X-XI siniflərdə təhsilin elə differensiasiya (fərqləndirmə) və fərdiləşdirmə vasitəsidir ki, tədris prosesinin məzmunu, quruluşu və təşkilində şagirdlərin tələbat, maraq, meyil və bacarıqlarını daha əhatəli nəzərə almağa, şagirdlərinin inkişaf səviyyəsinə uyğun təlim şəraiti yaratmağa imkan verir.

Təmayüllü siniflərdə təlimə keçid imkan verir ki:

- ədəbiyyat təliminin məzmunu fərqləndirilsin, fərdi təhsil proqramlarının tərtibinə şərait yaradılsın;

- ədəbiyyat fənninin dərindən öyrənilməsi təmin edilsin;

- cəmiyyətin və əmək bazarının tələbatları nəzərə alınsın;

- ümumi və peşə təhsili arasında varislik və davamlılıq təmin olunsun.

Təmayüllü siniflərdə “Ədəbiyyat" fənnini dərindən öyrənmək sadəcə materialın genişləndirilməsini nəzərdə tutmur. “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilir ki, Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafında mühüm strateji istiqamətlərdən biri, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir... Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir.

Hazırda ümumtəhsil məktəblərində ədəbi təhsil sisteminin keyfiyyət göstəricilərinin yaxşıladırılmasına, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının, ədəbiyyat fənn kurikulumunun təkmilləşdirilməsinə ehtiyac vardır... təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslarının inkişafı, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması mühüm hədəf kimi göstərilir. (https://president.az/articles/9779/print )
Ədəbiyyatdan təmayüllü təhsil ideyasının həyata keçirilməsi əsas təhsil pilləsinin məzununu təmayül sahəsinə münasibətdə məsuliyyətli seçimə sövq edir. Pedaqoji, psixoloji, məlumatverici və təşkilati fəaliyyət sistemi olan təmayüllü siniflərdə təhsillə bağlı şagird təhsili davam etdirməyin, təhsil maraqlarını və imkanlarını anlamaq və qiymətləndirməyin mümkün yolları haqqında məlumat almalı və məsuliyyətli bir qərar verməlidir.

  • Təmayüllü siniflərdə ədəbiyyat təliminin məqsədi ədəbi təhsil proqramının yüksək səviyyədə mənimsənilməsi, əsasən, şagirdlərin sonrakı peşə təhsilinə hazırlaşmalarına, fərdi qabiliyyətlərini inkişaf etdirmələrinə, fənn üzrə bilik, bacarıq və fəaliyyət üsullarına sistemli yiyələnmələrinə, şagirdlərin humanitar inkişafında irəliyə doğru növbəti addım atmasına nail olmaq, şifahi və yazılı nitq bacarıqlarını müxtəlif situasilarda tətbiq etmək bacarığını formalaşdırmaqdır.



Vəzifələr:

- bədii əsərdə forma və məzmunun ayrılmaz əlaqəsini müəyyənləşdirmək, onu ədəbi-tarixi hadisə kimi qavramaq, dəyərləndirmək bacarığını zənginləşdirmək;

ədəbiyyat tarixi və nəzəriyyəsi üzrə biliklərdən istifadə etməklə ədəbi-tarixi dövrü, müəllifin idealını səciyyələndirmək bacarığını formalaşdırmaq;

  • bədii ədəbiyyatı və zəruri ədəbiyyatşünaslıq biliklərini, təhlil , dəyərləndirmə bacarıqlarını dərindən mənimsətməklə şagirdlərin ədəbi təhsil, tərbiyə və bədii, yaradıcı, tənqidi, məntiqi təfəkkürünün inkişafına nail olmaq;

  • incəsənətin bir növü olmaqla söz sənətinin – milli ədəbiyyatımızın tarixi inkişaf qanunauyğunluqları barədə təsəvvür yaratmaq;

  • bədii əsəri emosional-obrazlı qavramaq, ifadəlii oxumaq, yaradıcı dəyərləndirmək bacarıqlarını inkişaf etdirməklə mütaliə mədəniyyəti aşılamaq;

  • yazıçının tərcümeyi-halının, yaradıcılığının dərindən öyrənilməsi əsasında dünyagörüşü, şəxsiyyəti, həyat mövqeyi, yaradıcılıq amalı, ədəbi-estetik baxışları haqqında təsəvvür formalaşdırmaq;

  • ədəbi-tarixi prinsip əsas götürülməklə müxtəlif dönəmlərin ədəbi-mədəni vəziyyəti üçün səciyyəvi olan xüsusiyyətlərin mənimsədilməsi, ədəbi prosesin inkişaf yolu barədə təsəvvürün formalaşdırılması.

  • ədəbi əsəri yaradıcı oxumaq, məzmun və forma vəhdətində təhlil etmək bacarığını inkişaf etdirmək;

  • incəsənətin bir növü olmaqla ədəbiyyatın özəlliyinin, bədii dilin imkanlarının dərk edilməsi zəminində ədəbi əsəri real gerçəkliyin nümunəsi kimi təhlil etmək üzrə bacarıqların formalaşdırılması;

  • Əlavə mənbələr üzərində işləmək, tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək;

  • Şifahi və yazılı nitqi inkişaf etdirmək, ədəbi mövzu, problem, sənətkarın yaradıcı şəxsiyyəti ilə bağlı öz mövqeyini əsaslandırmaq;

  • milli və bəşəri dəyərlərə yiyələnmək, qazanılmış həyati bacarıqları real həyati situasiyalarda tətbiq etmək;

  • milli ədəbiyyatının özünəməxsusluğu və dünya ədəbiyyatında əhəmiyyətini göstərmək;

  • ədəbiyyatın incəsənətin digər növləri ilə qarşılıqlı əlaqəsini müəyyənləşdirmək;

  • ədəbi-tarixi proses, söz sənətinin inkişaf meyilləri, sənətkarın həyat və yaradıcılığı, bədii, ədəbi-tənqidi əsərlər barədə şifahi və yaılı təqdimatlar hazırlamaq, diskussiya və polemikalarda fəal iştirak etmək, öz mövqeyini əsaslandırmaq bacarığı aşılamaq;

Ümumi təhsil standartlarına uyğun olaraq, təmayüllü siniflərdə təhsilin əvvəlində məktəblilər klassik ədəbiyyatımız haqqında ümumi təsəvvürə malikdir. Bu təsəvvürlər təmayüllü siniflərdə daha da dərinləşdirilməli, məktəblilərin bədii mətnlə yanaşı, əlavə mənbələr - ədəbi-tənqidi məqalələr, tədqiqat əsərlərindən müvafiq hissələr üzrə araşdırmalar aparmaqla tamamlanmalıdır. Tədris ilinin sonunda təmayüllü sinfin şagirdləri bədii əsərləri standartlar səviyyəsində müstəqil oxumağı, qavramağı, təhlil və şərh etməyi, qiymətləndirməyi bacarmalıdır.

Təmayüllü siniflərdə şagirdlərin müstəqil işi, mövzu, problem və s. bağlı fəaliyyətləri fərqli istiqamətlər üzrə inkişaf etdirilməlidir. Məktəblilərdə təmayül üzrə təhsil və özünütəhsilə motivasiya yaradılmalı, öyrəndiklərini obyektiv qiymətləndirmək bacarığı formalaşdırılımalıdır.

Fənn standartlarının təmayül səviyyəsi şagirdin tədris prosesində şəxsi tələbat və maraqlarının nəzərə alınmasına, onun sonrakı peşə təhsili və ya peşə fəaliyyətinə hazırlaşmasına yönəlmişdir. Bununla yanaşı, istər təmayül siniflərdə, istərsə də təlimin təməl standartlar üzrə aparıldığı siniflərdə şagird şəxsiyyətinin mənəvi-əxlaqi və estetik inkişafında aparıcı rol oynayan ədəbi təhsilin ənənəvi paradiqması qorunub saxlanılır. Əsas fərqlər təmayülləşdirilmiş, ixtisaslaşdırılmış ədəbi təhsilin məzmununda, eləcə də bu istiqamətin məzunlarına qoyulan tələblərin xarakter və keyfiyyətində özünü göstərir:

• humanitar fənlərdəki ədəbi təhsil oxucu təfsirinin (tarixi, ədəbi və mədəni kontekstdə) ikitərəfliliyini təşkil edir;

• humanitar profildə bədii ədəbiyyatın, ədəbiyyat tarixinin öyrənilməsi elmi, tənqidi və bədii şərhlər də daxil olmaqla, baza səviyyəsindən daha geniş ədəbi mənbələrin cəlb edilməsi ilə aparılır.

Təmayülləşmə səviyyəsində ədəbiyyatın öyrənilməsi nəticəsində şagird bilməlidir:

- şifahi xalq ədəbiyyatının mahiyyətini və həyatı əksetdirmə özünəməxsusluğunu ;

- öyrənilən ədəbi əsərlərin məzmununu;

- klassik və müasir yazıçıların həyat və yaradıcılığını, yaradıcılıq təkamülündəki mərhələləri, əsərlərindəki həyat həqiqətlərinin bədii əksetdirmə üsullarını, sənətkarlıq xüsusiyyəıtlərini;

- əsərin tarixi və mədəni müstəvidə qavranılması, təhlili və qiymətləndirilməsini;

-ədəbi-tarixi dövrlərin səciyyəvi xüsusiyyətlərini;





Скачать

© 2023, 71 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!