СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Canni Rodari və onun uşaq dünyası

Нажмите, чтобы узнать подробности

Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır.

Просмотр содержимого документа
«Canni Rodari və onun uşaq dünyası»



Canni Rodari və onun uşaq dünyası

Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı - Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır.Bu sahədə böyük uğur qazanıb. C. Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir.

1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır. “Celsomino Yalançılar Ölkəsində” Canni Rodarinin ikinci uşaq romanıdır.


-Mənim bədbəxt atam!

Səni cinayətkar kimi oğrular və qatillərlə bir yerdə həbsxanaya salıblar! ...

-Nə danışırsan, nə danışırsan, - oğlum deyə ata mehribancasına oğlunun sözünü kəsdi, - həbsxanada çoxlu sayda vicdanlı insanlar da vardır!

-Bəs nə üçün onları həbsxanaya salıblar? Onlar nəsə pis işmi görüb? - deyə uşaq soruşdu.

-Heç bir pis iş görməyiblər oğlum, buna görə də onları həbs ediblər. Ləyaqətli insanlar şahzadə Limonun xoşuna gəlmir.

-Deməli həbsxanaya düşmək böyük şərəfdir? - deyə uşaq yenidən soruşdu.

Ata dedi:- Belə çıxır ki, hə... Həbsxanalar ondan ötəri tikilibdir ki, orada qatillər və oğrular otursun... ancaq şahzadə Limon üçün bu əksinədir: - qatil və oğrular onun sarayında yaşayır, həbsxanada isə ləyaqətli vətəndaşlar. ..













Canni Rodari (it. Gianni Rodari), (1920-1980), məşhur italyan uşaq yazarı və jurnalist

Mənbə:

https://twitter.com/PisateliFilosof/status/1526934934098690048?s=20&t=SeAs_mQHFctRZb7v1AUT0g

https://az.wikipedia.org/wiki/Canni_Rodari


Materialı hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!