СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Canıbəy və ya “xeyirhax xan” (1342-1357)

Категория: История

Нажмите, чтобы узнать подробности

Yazını rus dilində oxudum. Maraqlı yazıdır və qərara gəldim ki, Azərbaycan - Qızıl Orda münasibətlərini və eləcə də digər ölkələrlə münasibətləri süzgəcdən keçirmək üçün bu yazını doğma Azərbaycan dilinə tərcümə edim. Müəllifə təşəkkür edirəm. Hörmətli oxucular xahiş edirəm nəzərə alasınız ki, bu sadəcə bir tərcümədir və tərcüməçi kimi, eləcə də tarixçi kimi bəzi nüanslara dəqiqlik gətirmək istəmişəm. Məsələ elmi mübahisə doğurmasın  çünki, müəllif kimi mən də tarixin dəqiq yazılması tərəfdarıyam.

Просмотр содержимого документа
«Canıbəy və ya “xeyirhax xan” (1342-1357)»

Canıbəy və ya “xeyirhax xan” (1342-1357)

Yazını rus dilində oxudum. Maraqlı yazıdır və qərara gəldim ki, Azərbaycan - Qızıl Orda münasibətlərini və eləcə də digər ölkələrlə münasibətləri süzgəcdən keçirmək üçün bu yazını doğma Azərbaycan dilinə tərcümə edim. Müəllifə təşəkkür edirəm. Hörmətli oxucular xahiş edirəm nəzərə alasınız ki, bu sadəcə bir tərcümədir və tərcüməçi kimi, eləcə də tarixçi kimi bəzi nüanslara dəqiqlik gətirmək istəmişəm. Məsələ elmi mübahisə doğurmasın çünki, müəllif kimi mən də tarixin dəqiq yazılması tərəfdarıyam.

Altıncı oçerk: Canıbəy və ya “xeyirhax xan” (1342-1357)

R. Y. Poçekayev. “ Orda padşahları. Qızıl Orda xanlarının və hökmdarlarının tərcümeyi-halları”.

Üçüncü hissə: Canıbəy xanın hakimiyyəti dövründə Qızıl Orda - italyan münasibətləri

Hətta Canıbəyin hakimiyyəti illərində zəifləyən Qızıl Orda öz güc və qüvvətini digər uluslara nisbətən qoruyub saxlamağa müvəffəq olmuşdu. Canıbəy Hülakülər ( Elxanilər) dövlətindən üstün mövqeyə malik olduğunu yaxşı dərk edirdi və Azərbaycan uğrunda əsrlərlə davam edən mübahisələrə son qoymaq qərarına gəldi. 1350-ci illərə doğru İran (P.S. Elxanilər dövləti) bir - neçə müstəqil mülklərə parçalanmışdı. Xorasan Müzəffərilər( ərəb mənşəli fars sülaləsi) tərəfindən idarə edilirdi. Orta İran (P.S. Elxanilər dövlətinin mərkəz hissəsi) Hülakü nəsli ilə əlaqəli olan və bu səbəbdən elxan tituluna iddia edən Cəlairi sülaləsinin hakimiyyəti altına düşdü. Bu vaxta qədər Azərbaycanı Sulduz qəbiləsindən olan Şeyx Həsən Kiçik və onun qardaşı Məlik Əşrəf Baş Əmir vəzifəsində idarə edirdilər(Onların dövründə hakimiyyətdə Hülakü nəslindən olan oyuncaq hökmdarlar taxta çıxarılırdı)..Heç sözsüz ki, hər üç sülalə (Elxanilər, Cəlairilər və Çobanilər) daim bir-biriləri ilə mübarizə aparırdı. 1356-cə ildə Elxanilər taxtında əyləşdirilən növbəti “xan” öldü və 1344-cü ildən faktiki hakimiyyətə sahib olan Çobani Məlik Əşrəf tərəfindən hakimiyyət yeni “xan” Həsən padşah gətirildi. Məlik Əşrəf yeni hökmdara tac qoyma mərasimi keçirənədək, Canı bəy Elxanilər taxtına yeni “xan” təyin edilməmişdən əvvəl hərəkətə keçmək qərarına gəldi və çoxdan işğal etmək istədikləri Azərbaycan torpaqlarını fəth etmək üçün qoşunun başında özü olmaqla yürüşə çıxdı. Qızıl Orda qoşunlarının sayı barədə müxtəlif mənbələrdə müxtəlif rəqəmlər göstərilir. Bəzi mənbələrdə qızılordalıların 100-300 min olması barədə məlumatlar verilir. Məlik Əşrəf isə yalnız 17-18 min ordu toplaya bilmişdi.

***

Məlik Əşrəf, mərhum qardaşı Kiçik Həsəndən fərqli olaraq bacarıqsız komandan idi. O, döyüşmədən Qızıl Orda qoşunlarına müqvimət göstərə biləcək dağ keçidlərini müdafiəsiz buraxdı. Canıbəyin başçılığı ilə Qızıl Orda qoşunları Azərbaycana daxil olduqda Məlik Əşrəf döyüşə belə girmədən öz xəzinəsini götürərək Azərbaycandan qaçdı..... Məsələ birtərəfli , müəllifin şəxsi fikrinə əsaslanır. ... (Bu barədə ətraflı oxumaq üçün bax: https://multiurok.ru/files/az-rbaycan-v-qizil-orda-dovl-ti.html ). Beləliklə, Qızıl Orda xanlarının Azərbaycan torpaqlarına sahib olmaq uğrunda bir əsrdən çox davam edən müharibədən sonra buna nail oldular.

Bu hadisə (Azərbaycanın işğalı) Bərəkə xan və ya Özbək xan dövründə deyil, “xeyirhax” Canı bəyin dövründə olması diqqətdə saxlanılasıdır. Lakin Canıbəyin qələbəsi qısa müddət davam etdi: ...Canıbəy tezliklə Azərbaycanı tərk etdi (P.S. müəllif nədənsə Qızıl Orda dövlətində hakimiyyət üstündə başlanan mübarizəni səbəb kimi göstərmir, ancaq canı bəyin xəstələndiyi qeyd edilir) və Azərbaycanda hakim kimi oğlu şahzadə Bərdi bəyi təyin etdi.

***

Qızıl Orda loğmanları Canı bəyi müalicə edə bilmədilər və bundan narahat olan Canı bəyin anası Taydula Rus mitropoliti Alekseyə məktub ünvanlayır, bu adam şəfa sahibi kimi şöhrət qazanmışdı. Təbii ki, xanın anası oğlunun ölüm ayağında olduğunu yaza bilməzdi. Bu səbəbdən məktubda özünün xəstə olduğunu yazır və guya gözlərində problem olduğunu qeyd edir. Bu versiya sonralar rus səlnamələrində öz əksini tapmışdır. Belə ki, məlumdur ki, Canıbəy birneçə il əvvəl rus ruhalilərini də Qızıl Orda xeyrinə vergi ödəməyə məcbur etmişdi. Bununla belə, Taydula xanım mitropolitin onun xahişindən imtina etməyəcəyini bilirdi. Çünki, 1354-cü ildə, xanın tətbiq etdiyi qanunları kompensasiya edərək, Provoslav Xristian kilsəsinin fəaliyətinə icazə verən yarlıq verilmişdi. Ola bilsin ki, xan anası başqa çıxış yolu görməmiş və məktubu göndərmişdir. Mitropolit Aleksey, bu dəvət çağırışını rədd etməyə cəsarət etmədi və Qızıl Ordaya yollandı. Canı bəyi ziyarət etdi, ona kömək etməyə çalışdı, lakin bunun heç bir nəticəsi olmadı: xanın vəziyyəti pisləşməkdə davam edirdi. Canıbəyin ölüm ayağında olduğunu öyrənən nüfuzlu əmirlərdən biri Toqlu bəy Bərdi bəyə təcili məktub göndərir. Məktubda Canı bəyin ağır vəziyyətdə olduğu bildirilir və təcili Saray –Bərəkəyə gəlməsi tövsiyyə edilir. Bu yolla Bərdi bəy yeni xan ola bilərdi. Bərdi bəy təcili olaraq Saray –Bərəkəyə qayıdır. Azərbaycan isə bir il ərzində Çobani nəslindən olan Əmir Əxicuğun əlinə keçir. Bu barədə müxtəlif mənbələrdə müxtəlif məlumatlar verilir. Bir çox mənbələrə görə Canı bəy Bərdi bəyin paytaxta çatmasından da əvvəl vəfat etmişdi.

***

Bəzi Qızıl Orda dövlətinə müxalif mənbələrdə göstərilir ki, Bərdi bəy paytaxta gələrək atasının sağalmaq üzrə olduğunu görüb Toqlu bəylə birlikdə onu boğmuşdur. Canı bəy 22 iyul 1357-ci ildə ( hicri 758-ci il şaban ayının 3-də) vəfat etdi. Atasının ölümündən dərhal sonra Bərdi bəy hakimiyyətə gəlmək iddiasında olan rəqiblərini aradan qaldırmağa başladı. Bir neçə gün ərzində Canı bəyin digər oğulları (hətta Bərdi bəyin körpə qardaşı da) - ümumilikdə 12 nəfər öldürüldü. Rus səlnamələrində bu hadisə qatil qardaşlar adını almışdır. Xan ailəsindən qaçmağa müvəffəq olanlar isə Bərdi bəyə qarşı çıxmağa cürət etmədilər. Tezliklə xan taxtına sahib olan Bərdi bəy mitropolit Alekseyə qarşı xoş rəftar göstərdi. Beləki, rus ruhanilərinin ləğv edilmiş bütün imtiyazlarının bərpası haqqında yarlıq verdi. Hesab etmək olar ki, bu Bərdi bəy tərəfindən mitropolit Alekseyə atasını müalicə etmədiyi üçün bir təşəkkür forması idi. Təbrizdə hakimiyyəti ələ keçirən Əmir Əxicuq isə qısa müddət ərzində Məlik Əşrəfin sağ qalan tərəfdarlarını ətrafına toplayaraq özünü müstəqil hakim elan etdi. Ancaq Qızıl Orda qoşunlarının Azərbaycanı tərk etməsi səbəbindən hakimiyyəti əldə saxlaya bilmədi və Müzəffərilər nəslindən olan fars hakimi Mübariz əd-din Məhəmməd tərəfindən məğlub edilərək öldürüldü ( P.S. Azərbaycanda hakimiyyət Cəlairi nəslindən olan Şeyx Üveysin əlinə keçdi). Bərdi bəy isə 1359-cu ildə iki ildən də az hakimiyyətdə olaraq öldü ( bəzi mənbələrə görə öldürüldü).

***

Bərdi bəyin ölümü ilə Şərq tarixşünaslıq ənənəsində (?? P. S. nə üçün Şərq tarixşünaslığı?) Qızıl Orda dövlətində bir əsr hakimiyyət sürən batı xanın nəslinin kəsildiyi düşünülür. Bu həm doğru və həqiqətə uyğun deyil. Bir məsələni qeyd etmək lazımdır ki, uzun illər ərzində hakimiyyətin atadan oğula və ya qardaşdan qardaşa fasiləsiz olaraq keçməsi sona çatdı. Digər tərəfdən, Özbək xanın taxt-taca haqqı çatan gənc nümayəndələri qalmışdı. Lakin Çingiz xanın bir çox vəsiyyətlərini pozan Batı xanın ailəsindən çıxan Qızıl Orda xanlarının davranışı, digər Cuci ulusunun nümayəndələrini və əmirləri narazı salmışdı. Nəticədə, Qızıl Orda dövlətində Cuci nəslindən olan bir neçə qohum qolun nümayəndələrinin iştirak etdiyi uzun sürən ( təqribən 25 il : tərcüməçidən) hakimiyyət uğrunda sülalə mübarizəsi başladı. Buna baxmayaraq, Batı xanın nəsilləri ( daha doğrusu, birbaşa Özbək xanın nəslindən olanlar) ən azından 1380-ci ilə qədər Qızıl Ordanın geniş ərazilərinin bir hissəsində hakimiyyəti qoruya bildilər. Bu işdə böyük rol oynamış minbaşı Mamay xan haqqında növbəti nəşrdə bəhs ediləcəkdir.

Mənbə: https://www.facebook.com/nomadsgreatsteppe/posts/2806208442837094

Əlavə məlumat üçün:

https://multiurok.ru/files/cuci-ulusunun-hulakul-r-dovl-ti-il-apardigi-muhari.html

https://multiurok.ru/files/monqol-istilasinin-logistikasi-rus-dilind-n-az-rba.html

https://multiurok.ru/files/rusiyada-monqol-k-sfiyyati-nec-f-aliyy-t-gost-rm-1.html

https://multiurok.ru/files/bati-xanin-mirasi-v-v-r-s-l-ri.html

https://multiurok.ru/files/qizil-orda-dovl-tinin-paytaxti-saray-bati-s-h-ri-r.html

https://multiurok.ru/files/cingiz-xan-v-ogullari.html

https://multiurok.ru/files/nauchno-issliedovatiel-skaia-rabota-na-tiemu-azi-1.html

https://multiurok.ru/files/nauchno-issliedovatiel-skaia-rabota-na-tiemu-azier.html

https://multiurok.ru/files/qizil-orda-xani-sadi-b-y-haqqinda.html

https://multiurok.ru/files/az-rbaycan-ali-monqol-xaqanligi-t-rkibind.html

https://multiurok.ru/files/az-rbaycan-v-qizil-orda-dovl-ti.html

https://multiurok.ru/files/monqollarin-ucuncu-yurusund-yaranmis-dovl-t-elxanil-r-hulakul-r-dovl-ti.html







Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Скачать

© 2021, 1818 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!