СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Çaldıran döyüşü: 1514 - cü il

Категория: История

Нажмите, чтобы узнать подробности

Çaldıran Xoy şəhərinin şimal-qərbində, Makunun yaxınlığında və Təbriz şəhərinin 20 kilometrliyində yerləşib Çuxur Səd bəylərbəyliyinə daxil idi

Просмотр содержимого документа
«Çaldıran döyüşü: 1514 - cü il»

Çaldıran döyüşü: 1514 - cü il

Çaldıran döyüşünün baş verdiyi yerdir bura. Güney Azərbaycanın Maku vilayətidi. İndi burda abidə qoyublar. Bura Türklük üçün çox ağır yerdir.Tanrı birdə Türk millətini belə sınağa çəkməsin!

Bu gün Çaldıran döyüşünün baş verməsindən 507 il keçir.

1514-cü il avqustun 23-də Osmanlı sultanı Səlimin (1512-1520) qoşunu ilə Şah I İsmayılın (1501-1524) qoşunu arasında şiddətli vuruşma olmuşdur. Bu vuruşma Çaldıran səhrasında (Çaldıran Xoy şəhərinin şimal-qərbində, Makunun yaxınlığında və Təbriz şəhərinin 20 kilometrliyində yerləşib Çuxur Səd bəylərbəyliyinə daxil idi) baş verdiyi üçün tarixdə “Çaldıran vuruşması” adı ilə məhşurdur. Həmin vuruşmada Səfəvi dövlətinin qoşunları məğlub oldusa da, bir çox cəhətdən qızılbaş (səfəviləri belə adlandırırdılar) ordusu özünün qəhrəmanlıq döyüş ənənələrini nümayiş etdirmişdir. Görəsən nə üçün Avropa dövlətləri Səfəvi- osmanlı münasibətlərinin kəskinləşməsini istəyirdilər? Bu məqsədlə hansı yollardan istifadə edirdilər? Əgər XVI-XVII əsr Səfəvi-Avropa əlaqələrinə diqqət etsək görərik ki, Avropa dövlətləri iki böyük türk imperiyasını bir-biri ilə vuruşdurmaq siyasəti aparmışlar. Məlumdur ki, Çaldıran döyüşü (1514) tarixdə iki qardaş türk dövləti üçün məğlubiyyət, Avropa diplomatiyasının qələbəsi kimi qiymətləndirilir. Bu fikri konkret olaraq 2 Avropa diplomatının öz ölkələrinə göndərdikləri məktubla (“Nə qədər ki, Səfəvilər osmanlılarla vuruşur, xristian dünyası sülh və əmin-amanlıq içərisində olacaqdır”) göstərmək olar. Bu diplomatların biri İspaniya diplomatı Antonio de Qoybea (XVII əsrin əvvəl- ləri), digəri isə 1583-1588-ci illərdə İngiltərənin Türkiyədəki səfiri Uilyam Harborn olmuşdur.

Əlavə məlumat üçün bax: Seyyub Əsədov “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası”. Bakı, 2021.səh. 49-58

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi.


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!