СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Buxara yəhudiləri: sivilizasiyaların kəsişməsində

Категория: История

Нажмите, чтобы узнать подробности

2023-cü il martın 3-dən iyunun 18-dək Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Buxara yəhudiləri: sivilizasiyaların kəsişməsində” adlı sərgi keçiriləcək.

Просмотр содержимого документа
«Buxara yəhudiləri: sivilizasiyaların kəsişməsində»

Buxara yəhudiləri: sivilizasiyaların kəsişməsində

2023-cü il martın 3-dən iyunun 18-dək Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Buxara yəhudiləri: sivilizasiyaların kəsişməsində” adlı sərgi keçiriləcək.

Layihədə Buxara yəhudilərinin tarixi və mədəniyyətini Mərkəzi Asiya mədəniyyətləri kontekstində xüsusi yəhudi kimliyi fenomeni kimi təqdim ediləcəkdir. Sərginin ekspozisiyası muzeyin mərkəzi foyesində açılacaq və qalereyada davam edəcək, tamaşaçıları maraqlı tarixi, mədəni və etnoqrafik səyahətə aparacaq. Eləcə də “Məişət və ənənəvi məişət mədəniyyəti”, “Dini adətlər”, “ Həyat dövrü”, “Ənənəvi peşələr və sənətkarlıq, musiqi, rəqs, teatr”, “Ənənəvi geyim” bölmələri fəaliyyət göstərəcəkdir. Sərgidə 200-ə yaxın eksponat nümayiş etdiriləcəkdir, onlardan bəziləri əvvəllər ictimaiyyətə nümayiş etdirilməyib. Bunlar xalq sənəti nümunələri və məişət əşyaları, əl işləri, ayin əşyaları, amuletlər, nadir tarixi sənədlər və fotoşəkillərdir. Layihənin əsasını XIX əsrin sonu - XX əsrin birinci yarısında Səmərqənd və Buxara ənənəvi yəhudi evlərinin müxtəlif dekorativ elementləri təşkil edəcək: onlar Buxara yəhudi ailəsinin məskənindən bəhs edən xüsusi yaradılmış instalyasiyanın əsasını təşkil edəcəklər. Ekspozisiyada Buxara yəhudilərinin ənənəvi geyimləri, toxuculuq və qızıl tikmə nümunələri mühüm yer tutur. Əsərlərin əksəriyyəti Rusiyadakı Yəhudi Tarixi Muzeyinin kolleksiyasının bir hissəsidir və Mərkəzi Asiyaya muzey ekspedisiyaları zamanı yəhudi ailələrindən toplanmışdır. Sərgidə həmçinin Rusiya Etnoqrafiya Muzeyinin, Mərcani Fondunun kolleksiyalarından və şəxsi kolleksiyalardan eksponatlar nümayiş etdiriləcək. Bu vaxtadək belə heç bir etnoqrafik, yəhudi və ya incəsənət muzeyində bu miqyasda və məzmunda sərgi olmamışdır. Xüsusi bir yəhudi sub-etnosu olaraq, Buxara yəhudiləri nəhayət XVIII əsrdə Orta Asiya müsəlman dövlətləri: Buxara əmirliyi, Kokand və Xivə xanlıqlarının ərazisində formalaşmışlar. Artıq orta əsrlərdə Buxara və Səmərqənd türk, fars və ibrani dillərində yəhudi təhsilinin və dini poeziyasının görkəmli mərkəzlərinə çevrilmişdi. Orta Asiyada məruz qaldıqları ayrı-seçkiliyə və dini təqiblərə baxmayaraq, Buxara yəhudiləri yerli musiqi mədəniyyətinin və ənənəvi sənətkarlığın inkişafında mühüm rol oynamışlar. XIX əsrin ortalarından etibarən Rusiya ilə Şərq ölkələri arasında beynəlxalq ticarət sistemində görkəmli yer tutmuşlar. Yəhudi tacirləri arasından fəal sahibkarlar, maarifçilər və xeyriyyəçilər çıxmışdır ki, onlar regionda sənayenin, yeni təhsil sistemlərinin tətbiqinin, teatrın və müasir kitab nəşrinin inkişafının qabaqcıllarına çevrilmişlər. Onların səyi ilə əsrin sonunda Qüdsdə Buxara məhəlləsi də yaradılmışdır ki, bu məhəllə Buxara - yəhudi mədəniyyətinin mərkəzinə və Müqəddəs Torpaqda yeni iqtisadi fəaliyyət mərkəzlərindən birinə çevrilmişdir. İnqilabdan sonra yaranmış Orta Asiya respublikalarında Buxara yəhudiləri sosialist modernləşdirilməsinin və ateist tərbiyəsinin müxtəlif formalarına cəlb edilmişdilər: onlar milli kolxozlar, yeni məktəblər yaratmış, Qızıl Orduda xidmət etmiş, Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Özbəkistan və Tacikistanın müxtəlif ixtisaslar üzrə alim və mütəxəssislərinin, eləcə də yaradıcı ziyalılarının əhəmiyyətli faizini təşkil etmişlər. Bu gün ənənəvi yaşayış yerlərindən kütləvi miqrasiya nəticəsində Buxara yəhudilərinin əksəriyyəti Qərbi Avropa, İsrail və ABŞ-a köçmüşdür. Bununla belə, Buxara yəhudiləri öz tarixlərinin bütün mərhələlərində və müxtəlif inteqrasiya proseslərində müxtəlif ölkələrdə xarici təsirlərə baxmayaraq, özünəməxsus mədəniyyətlərini, xüsusi adət və mərasimlərini, yəhudi xalqına sədaqətlərini qoruyub saxlaya bilmişlər. Bu xüsusi fenomenin təqdimatı - Buxara yəhudilərinin bütün tarixi yolu boyunca ətraf xalqların mədəniyyətləri kontekstində öz şəxsiyyətinin və mədəni kimliyinin qorunub saxlanması sərginin əsas mövzusuna çevriləcəkdir.

Kuratorlar: Qriqori Kazovski, Boris Xaymoviç

Sərginin dizaynı: Nana Abdraşitova

Vaxt: 3 mart - 18 iyun 2023-cü il

Mənbə: https://www.jewish-museum.ru/exhibitions/bukharskie-evrei-na-perekrestke-tsivilizatsiy/

Tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad:

https://sinxronfenler.blogspot.com/2023/03/buxara-yhudilri-sivilizasiyalarn.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!