СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Birinci sinifdə oxuyanda ilk dəfə kitabxanaya üzv olmağımın tarixçəsi

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Həmişə xatirimdədir. İlk dəfə 1-ci sinfə 1974-cü ilin 1 sentyabrında getmişəm. ..müəyyən qədər yazmağı və oxumağı azacıq bacarırdım.

Просмотр содержимого документа
«Birinci sinifdə oxuyanda ilk dəfə kitabxanaya üzv olmağımın tarixçəsi»

Birinci sinifdə oxuyanda ilk dəfə kitabxanaya üzv olmağımın tarixçəsi

Həmişə xatirimdədir. İlk dəfə 1-ci sinfə 1974-cü ilin 1 sentyabrında getmişəm. .. müəyyən qədər yazmağı və oxumağı azacıq bacarırdım. İlk 2-3 aydan sonra hecalarla da olsa oxumağı tam öyrəndim. O vaxtlar məktəb kitabxanalarında uşaqlar üçün şəkilli, yazılı (təqribən 8-10 səhifəlik) kiçik kitabçalar var idi. ... I sinifdə oxumağımın 6-7-ci ayı idi. Artıq belə kitabçaları da oxumaq istəyirdim və məktəb kitabxanasına getdim. Məktəb kitabxanası məktəbimizin arxa tərəfində binaya bitişik kiçik bir otaq idi. Qapısı taxtadan idi və qapıya dəmir zəncirlə “kilid” vurulmuşdu. Sadəcə qapını azca itələdim, gördüm ki, aralandı içəri baxmağa cəhd etdim. Sözsüz ki, qapı bağlı olduğu üçün içərini görə bilmədim. Elə bu vaxt bir xanım arxadan məndən soruşdu... a bala nə istəyirsən? ... Arxaya çevrilmədən bu kitabxanadır ? deyə soruşdum. Hə. .. Soruşdum nə vaxt açılacaq? Dedi: - Nə istəyirsən? Dedim ki, eşitmişəm burada yaxşı şəkili kitabçalar var, düzdürmü? ... Gülümsəyərək söylədi: - Sən 1-ci sinif şagirdi deyilsən? Mən də fəxrlə dedim: -BƏLİ, Əsədov Seyyub! ...Kitabxanaçı xala sən demə məni tanıyırmış. Çünki, bir kənddə yaşayırmışıq onunla. .. Kitabxanaçı əlində tutduğu açarla kitabxananı açdı buyur gir içəri dedi... Kitabxanaya daxil olanda mən sanki, möcüzəli bir yerə daxil oldum. .. kif iyi versə də, içəridə rəflər üzərində çoxlu kitabları gördüm. ... O, bir rəfə yaxınlaşıb ordan bir kitabça ( jurnal) götürüb öz masasına yaxınlaşdı və əyləşərək karton bir vərəq götürərək adımı, soyadımı və ata adımı orada qeyd etdi və söylədi. Sənin üçün indicə “kartoçka” açdım. Artıq sən bu kitabxananın üzvüsən dedi. .. Bu kitabçanı oxuyub qurtarandan sonra gətirib qaytararsan, digər ürəyin istəyən kitabları götürüb oxuya bilərsən. Mən həddindən çox sevincli idim. ... Axı mən artıq kitabxanaya üzv olmuşdum. ... Dərsdən evə qayıdan kimi, tez bu “kitabçanı” oxudum. Çox maraqlı idi. .. Sonra da səbirsizliklə səhəri günü gözlədim ki, məktəbə gedən kimi aldığım kitabçanı təhvil verib, yeni kitabçaları oxumaq üçün götürəcəm.. Çün ki, orada çoxlu kitabların olduğunu görmüşdüm axı... Səhərisi gün böyük həvəslə məktəbə yollandım. 2-ci saatdan sonra qaçdım kitabxanaya yenə də qapı“kilid”li idi. ... Təsəvvür edin, əlimdə dünən oxuduğum kitabça - jurnal, kitabxanaçı isə dünənki kimi yoxdur... qapını azca itələyirəm və jurnalı o aralı qapıdan içəri ataraq çıxıb getdim. ... Bir müddət sonra sinifə kitabxanaçı daxil oldu. Müəllimdən icazə alaraq mənə müraciət etdi... Sən Seyyub dünən aldığın kitabçanı nə üçün qapıdan içəri atmısan? .. Bir az duruxdum. ... Söylədim ki, bəs gəlmişdim siz yerinizdə yox idiniz. Nə etməli idim? Məgər sizdə iş vaxtı səhər saat 8.00-da başlamayır? ... Qadın müəllimimdən icazə alaraq məni kitabxanaya gətirdi. Mehribancasına mənimlə söhbət edərək bildirdi ki, əgər kitabxanadan kitab almısansa onu mütləq kitabxanaya təhvil verməlisən, qapıdan içəri atmaq olmaz. ... Heç 5 dəqiqə keçmədi ki, artıq 5 o cür kitabça-jurnal ilə sinif otağımda idim... O vaxtdan məndə kitab oxumağa böyük həvəs yarandı.

(P.S. Adi bir kənd məktəb kitabxanaçısı məndə kitablara böyük maraq oyatdı. İndi isə bəzi “məmurkimilər” insanı ruhdan salmaqla məşğuldurlar...).

Qələmə aldı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!