СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Avropalı alimlər “monqol-tatar boyunduruğu”nun yeni şərhini təklif ediblər

Категория: История

Нажмите, чтобы узнать подробности

Avropalı alimlər “monqol-tatar boyunduruğu”nun (rus dilində «татаро-монгольского ига» - Monqol-tatar zülmü, iqo-  “zülm edən, kölə edən qüvvə”. Monqol-tatar feodallarının XIII-XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi) yeni şərhini təklif ediblər.

Просмотр содержимого документа
«Avropalı alimlər “monqol-tatar boyunduruğu”nun yeni şərhini təklif ediblər»

Avropalı alimlər “monqol-tatar boyunduruğu”nun yeni şərhini təklif ediblər

Avropalı alimlər “monqol-tatar boyunduruğu”nun (rus dilində «татаро-монгольского ига» - Monqol-tatar zülmü, iqo- “zülm edən, kölə edən qüvvə”. Monqol-tatar feodallarının XIII-XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi) yeni şərhini təklif ediblər.

Bir sıra avropalı alimlər köçəri xalqların, xüsusən də monqol-tatarların barbarlığı ilə bağlı uzun illər ərzində formalaşmış stereotipə yenidən baxılmasını təklif ediblər. Tengri Life xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The New Yorker”də yerləşdirilmiş məqalədə deyilir. Onların fikrincə, köçərilər liberal demokratiyaların bütün əsas xüsusiyyətlərinə malik idilər. Qondarma “tatar-monqol boyunduruğu” Rusiyanın inkişafına mane olmamış, əksinə inkişafa kömək etmişdir. Tarixin yeni təfsiri ilə bağlı bu fikirlər Paris-Nanter Universitetinin tarixçisi Mari Faveronun “Orda: Monqollar dünyanı necə dəyişdirdi”, Kennet V. Harlın “Çöllər İmperiyası”, Entoni Sattinin «Köçərilər” və Nikolas Mortonun ““Monqol fırtınası: Orta əsr Yaxın Şərqdə yaradılmış və məhv olmuş imperiyalar” adlı tədqiqatlarda səslənir. Yuxarıda adı çəkilən əsərlərdə köçərilər qan içən canavarlar kimi deyil, ticarətin inkişafına dəstək verən, söz və din azadlığını alqışlayan mahir idarəçilər kimi təqdim edilir. “Bəli, onlar şəhərləri ələ keçirdilər, lakin bu, dövlətin fəal inkişafı fonunda ümumi zərurət idi. Bəli, onlar yaxın və uzaq qonşularını əsarət altına aldılar - amma bir çox başqa xalqlar eyni şeyi etmişlər. Bu digər xalqlar da tez-tez belə işləri daha böyük qəddarlıqla törətmişlər” məqalədə deyilir. Monqol hökmranlığı haqqında ümumi qəbul edilmiş fikir, “boyunduruq” Rusiyanın inkişafına mane olan qəddar əsarətdir. Favero kitabında bunun əksini iddia edir. XIV əsrdə Rusiyanın şimal-şərqində 40 və ya daha çox şəhərin qurulduğuna işarə edərək yazır: “Rus knyazlıqları Ordaya tabe olduqda inanılmaz iqtisadi sabitlik nümayiş etdirdilər”. O, monqolların Rusiyaya (xərac almaqla) gəlir mənbəyi kimi baxdığını etiraf edir, lakin onların strategiyasının repressiv deyil, ticarət olduğunu müdafiə edir. Monqollar Rusiyanı birbaşa və ya dolayı yolla Volqa, Xəzər, Qara və Baltik dəniz regionları, eləcə də Çin, Yaxın Şərq və Aralıq dənizi bazarları ilə əlaqələndirdilər. “Tacirlərin və malların təhlükəsizliyi və sərbəst keçidi, elita, ruhanilər, tacirlər və sənətkarlar üçün imtiyazlı mövqe, diqqətlə planlaşdırılmış vergi və torpaq rejimləri, əsasən dolayı nəzarət - bütün bunlar həm tabe olan ruslar, həm də köçərilər üçün firavanlığın açarı idi” -deyə tarixçi yazır. Ali Monqol Xaqanlığının siyasəti Rusiyanın inkişafını ləngitmədi, əksinə onun inkişafına töhfə verdi. Tədqiqatçılar əsərlərində göstərməyə çalışırlar ki, köçərilərin tarixi heç də Avropa tarixindən az diqqətəlayiq deyil və heç də az əhəmiyyət kəsb etmir. “Ancaq öz əhəmiyyətimiz haqqında təsəvvürümüzə fərqli baxmağı öyrənməsək, özümüzü hər şeyin ölçüsü hesab etməyə davam edəcəyik” deyə nəşrdə bildirilir.

Mənbə:bit.ly/3SeEt8h

İnternet resurs:

https://az.wikipedia.org/wiki/Monqol-tatar_boyunduru%C4%9Fu

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).






Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!