СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

28 Mart Ümumdünya Tarixçilər Günüdür

Категория: История

Нажмите, чтобы узнать подробности

“Hadisələr haqqında bilərəkdən susan tarixçi, olmayan hadisələri uyduran adamdan daha çox yalançıdır”. Ammian Marselin (330-400-cü il) Res gestae XXIX 1, səh. 15.

Просмотр содержимого документа
«28 Mart Ümumdünya Tarixçilər Günüdür»


28 Mart Ümumdünya Tarixçilər Günüdür

“Hadisələr haqqında bilərəkdən susan tarixçi, olmayan hadisələri uyduran adamdan daha çox yalançıdır”. Ammian Marselin (330-400-cü il) Res gestae XXIX 1, səh. 15.

Martın 28-də bütün dünyada Tarixçi Günü qeyd olunur - həyatını tarix elmi ilə bağlayanların peşə bayramıdır 28 mart! Bu münasibətlə həmkarlarımı təbrik edir, onlara elmi kəşflər, məhsuldar və yaradıcı, həqiqətlə bağlı müzakirələr, enerji, qətiyyət arzulayıram!

Tarixçilər keçmişə nəzər salmağı bacaran insanlardır. Onların işi olmasaydı bəşəriyyət çətin ki, keçmiş haqqında bu qədər çox şey öyrənə bilərdi. Müasir tədqiqatçılar, Herodotun davamçılarının fərziyyələrində çoxlu uyğunsuzluqlar tapan peşə nümayəndələrinə iddialar irəli sürürlər. Amma nə olursa olsun, həm ənənəvi elmin tərəfdarları, həm də alternativ elm adamları 28 martı tarixçi günü kimi qeyd edirlər. Tarix elminin banisi e.ə. V əsrdə yaşamış Qalikarnaslı Herodot hesab edilir. Qədim yunan alimi yunanların farslarla müharibələrini, skiflərin və digər qədim xalqların adət-ənənələrini, yaşayış tərzini ətraflı təsvir edən ilk tarixi traktatın müəllifi kimi tanınır. Müasir mənada onun əsərlərini tədqiqat adlandırmaq olmaz. Herodot ədəbi mənbələrə, coğrafiya və təbiət elmlərinə dair məlumatlara istinad edərək traktatlar yazmışdır. Amma, belə yanaşma filosof və natiq Siseronun öz həmyerlisi adlandırdığı “Tarixin atası”nın əsərlərinin dəyərini aşağı salmır. .. Tarix şumerlərdən başlayır... Şumer, misir, yunan alimləri digər xalqların salnaməçiləri kimi, gil lövhələrə, papiruslara, xurma yarpaqlarına və ya kağıza həm dövrlərinin, həm də keçmiş günlərin hadisələrini qeyd edirdilər. ..

Müasir tarixçi alimlər kitabxanalarda, arxivlərdə və ya muzeylərdə saxlanılan yazılı mənbələrin öyrənilməsi əsasında keçmişi araşdırır və nəticə çıxarırlar. Ancaq tarixçilər heç də həmişə oxu otaqlarında oturmurlar - onlar etnoqrafik ekspedisiyalarda və arxeoloji qazıntılarda da iştirak edirlər.

Tarixin himayədarı qədim yunan ilahəsi Klio - 9 olimpiya muzlarından biri hesab edilir. Klionun anası yaddaş ilahəsi Mnemozina sayılır. O, həyat təcrübəsinin təcəssümü hesab olunurdu. Əfsanəyə görə o, “hər şey var idi, hər şey var və hər şey olacaq”ı bilirmiş. Tarix və yaddaş ayrılmaz şəkildə biri-birilə bağlıdır. İnsanların keçmişlərinin dəyərini anlamaları və mənşəyinə müraciət etməyin vacibliyini xatırlaması üçün 28 Mart Ümumdünya Tarixçilər Günü kimi qeyd olunur.

XIX əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov özünün “Gülüstai-İrəm” adlı məhşur əsərində yazır:”…Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilatı və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır”. …




28 mart bütün dünyada Beynəlxalq Tarixçilər Günü kimi qeyd edilir. Fəaliyyətləri bu və ya digər şəkildə tarix kimi bir elmin öyrənilməsi ilə əlaqəli olan bütün mütəxəssislər bu gün təbrik edilirlər.

Tarixçi peşəsi əcdadlarımızın həyatı haqqında məlumat əldə etməyimizə, təcrübələrini öyrənməyimizə və səhvlərimizi təkrarlamamağımıza imkan verən bir işdir. ...

Kiçik tövsiyyə:

-əldə edilən biliklərə görə müəllimlərinizə minnətdar olun;

- arxeoloqları, etnoqrafları və ümumiyyətlə tarixlə bağlı digər peşə sahiblərini yaddan çıxarmayın;

-bölgənizin tarixi ilə, tarixi abidələrlə maraqlanın;

-keçmişdəki real hadisələrə əsaslanan bədii və ya sənədli filmlərə baxın;

-çalışın səyahət edin və müxtəlif ölkələrdə olun.

Beynəlxalq Tarixçi Günü - ömrünü elm və təhsillə həsr edənlərə minnətdarlıq sözlərinin ünvanlandığı Beynəlxalq bir bayramdır.

BAYRAMINIZ MÜBARƏK TARİXÇİLƏR!

İstifadə edilmiş resurslar:

1.https://www.facebook.com/seyyub.asadov/posts/pfbid02XexFCnFHpcjRXC51PpxgEKpbLR8yTPix4X4k4ch8n58LZehF5ogebY3Zgh6wm8rol

2.https://kakoj-segodnja-prazdnik.com/mezhdunarodnye-prazdniki/vsemirnyj-den-istorika

(P.S. 28 mart həm də bu tarixi günlərdir)

Görkəmli Çex pedaqoqu və ictimai xadimi Yan Amos Komenski 1592-ci ilin bu günü dünyaya gəlib. Dərs ilinin başlanğıcı və sonu anlayışını məhz Komenski yaradıb. O həmçinin ili rüblərə bölərək dərs gününün davamiyyətini müəyyənləşdirib, sinif-dərs-təlim formasını hazırlayıb. (1592-1670)

*

1965-ci ilin 28 martında ABŞ-nın Alabama ştatında Martin Lüther Kinqin başçılığı ilə 25 min nəfər vətəndaş haqları uğrunda və irçilik əleyhinə nümayişə çıxmıdır.

**

28 mart Azərbaycan Milli Təhlükəsizlik orqanlarında çalışanların da bayramıdır. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla 28 mart Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

***

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad:

https://sinxronfenler.blogspot.com/2023/03/28-mart-umumdunya-tarixcilr-gunudur.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!