СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Zaman kapsulu: assuriyalı kərpic kəsən XXI əsr alimləri üçün qədim DNT-ni necə yaratmışdır

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

İkiçayarasında (Mesopotamiyada) tapılan gil kərpic yarım əsr Danimarka muzeyində saxlanılmış və o, təsadüfən çatladıqdan sonra arxeoloqlar yeni bir kəşf etmişlər.

Просмотр содержимого документа
«Zaman kapsulu: assuriyalı kərpic kəsən XXI əsr alimləri üçün qədim DNT-ni necə yaratmışdır»

Zaman kapsulu: assuriyalı kərpic kəsən XXI əsr alimləri üçün qədim DNT-ni necə yaratmışdır

İkiçayarasında (Mesopotamiyada) tapılan gil kərpic yarım əsr Danimarka muzeyində saxlanılmış və o, təsadüfən çatladıqdan sonra arxeoloqlar yeni bir kəşf etmişlər. Oksford (Böyük Britaniya) və Danimarkanın iki universitetindən (Kopenhagen və Alborq) olan bir qrup tədqiqatçı qədim Mesopotamiya dövləti Assuriya (müasir İraqın şimalında) dövrünə aid gil kərpicdən təxminən 3000 il yaşı olan bitki DNT-ni çıxarıb ardıcıllıqla sıralaya biliblər. Təhlil nəticəsində həmin sivilizasiyanın becərdiyi 34 unikal bitki qrupu aşkar edilmişdir. Alimlərin fikrincə, bu, yeni kəşfdir. Qədim DNT nümunələri gil və palçıq kütləsinin içərisində xarab olmadan effektiv şəkildə qorunaraq qalmışdır. Tədqiqatın nəticələri “Nature Scientific Reports” jurnalında dərc edilib.

“Saray əmlakı”

Belə bir maddələrə demək olar ki, bütün arxeoloji qazıntılarda rast gəlinir. Bu isə o deməkdir ki, təkcə floradan deyil, heyvanlardan, o cümlədən insanlardan da qədim DNT nümunələri çıxarmaq mümkündür. Məlum oldu ki, gil palçıq nümunəsi də bir növ zaman kapsulu kimi önəmli imiş. Hökmdar II Aşurnasirpalın (e.ə. 883-859) sarayında tapılan qədim gil kərpic Danimarka Milli Muzeyinə indiki İraqın Kalhu şəhərində (həmçinin bu şəhər Nimrud kimi də tanınır) qazıntılarda fəal iştirak etdikləri üçün bağışlanmışdı. Saray e.ə. 879-cu ildə tikilib və kərpicin üzərindəki

mixi (qədim akkad dilində) yazıda onun “Aşşur hökmdarı Aşurnasirpalın sarayının mülkü” olduğu bildirilir və onun tarixini e.ə. 879-e.ə. 869-cu illərə aparıb çıxarır. Artıq 2020-ci illərdə, kitabənin Danimarkaya gətirildiyindən 60 il sonra, artefaktların rəqəmsallaşdırılması zamanı bu kövrək gil kitabə çatladı. Təəssüflə yanaşı, bu hadisə elmi maraq da doğurdu. Mütəxəssislər tədqiqat üçün kitabənin lap içindən nümunələr götürə bildilər. 1958-ci ildə, kərpic Danimarkaya gələndə hələ mövcud olmayan qədim DNT-nin ardıcıllaşdırılması üçün yeni işlənmiş üsullardan istifadə edərək onları öyrənmək qərara alındı. Bənzər bir üsul bu gün sümüklərdə məsaməli materiallardan DNT çıxarmaq üçün istifadə olunur.

Yandırılmadan

Alimlər bitkilərin 34 müxtəlif taksonomik qruplarını müəyyən edə bildilər, ən çox yayılmış bitkilər kələm və heather (kiçik dekorativ kol) idi. Həmçinin 2900 il əvvəl Assuriyada ağcaqayın, dəfnə, çətirşəkilli gül və müxtəlif buğda nümunələri də yetişmişdir. Assuroloq və bioloqlar işə qoşuldular və yeni məlumatları İraqdakı qeydlər və qədim Mesopotamiya bitkilərinin təsvirləri ilə müqayisə etdilər. Tədqiqat müəlliflərinin sözlərinə görə, onlar 2900 ildən sonra gildən “təmiz” qədim DNT çıxarmağın mümkün olmasından çox həyəcanlanıblar. Qədim kərpic kəsən kərpicləri padşahının yeni sarayının tikildiyi Kalhu şəhəri yaxınlığında Dəclə sahillərində yığılmış gil və palçıq qarışığından düzəltdiyi məlum olub. O, materialı saman, heyvan təzəyi ilə qarışdırıb günəş altında qurudurmuş. Bu üsul, yandırılmadan, genetik materialın kərpicin içərində toxunulmaz qalmasına kömək etmişdir. Əlbəttə ki, kərpic kəsən gələcəyin alimləri üçün unikal məlumatları “qoruyub saxladığını” təsəvvür edə bilməzdi. Oksford Universitetinin Asiya və Yaxın Şərq Tədqiqatları Departamentinin müxbir üzvü Troles Arball yazır: “ Bu kərpic bir yer və onun hazırlanması haqqında məlumatları özündə əks etdirən biomüxtəlifliyin zaman kapsulu kimi xidmət göstərdi. Bu məlumatlar tədqiqatçılara qədim assuriyalıların həyatını unikal öyrənmə imkanı yaratdı”. Bu yazıda yalnız bitki DNT-si barədə məlumat verilsə də, müəlliflər qeyd edirlər ki, kərpic yalnız yeni tədqiqat imkanlarını göstərir və onlar müxtəlif arxeoloji mənbələrə tətbiq oluna bilər. İstənilən yerdə və dövrdə gildən qazıntılar zamanı təkcə floranı deyil, faunanı, o cümlədən onurğalı və onurğasızları da müəyyən etmək imkanı açır. Bu materiallar dəqiq tarixlərinə qədər aydınlaşdırıla bilər. Kəşf bizə itirilmiş sivilizasiyalar haqqında daha çox məlumat əldə etməyə və minillər ərzində nə qədər növün itirildiyini anlamağa imkan verəcəkdir.

Müəllif: Yeva Beletskaya

Mənbə: https://bit.ly/47J1ENA

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!