СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Uyğur soyqırımı

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Uyğur soyqırımı (uyğurca: ئۇيغۇر قىرغىنچىلىقى‎) Çin hökuməti tərəfindən Sincan-Uyğur muxtar bölgəsindəki uyğurlara və digər etnik-dini azlıqlara qarşı həyata keçirilən bir sıra insan haqları pozuntusudur.

Просмотр содержимого документа
«Uyğur soyqırımı»

Uyğur soyqırımı

Uyğur soyqırımı (uyğurca: ئۇيغۇر قىرغىنچىلىقى‎) Çin hökuməti tərəfindən Sincan-Uyğur muxtar bölgəsindəki uyğurlara və digər etnik-dini azlıqlara qarşı həyata keçirilən bir sıra insan haqları pozuntusudur. Bu hərəkətlər Sincanda məcburi assimilyasiya və etnosid və ya mədəni soyqırım kimi səciyyələndirilib. Uyğurlar Sincan-Uyğur muxtar bölgəsində yaşayan türk etnik qrupdur. Uyğurlar Çində ikinci ən böyük müsəlman etnik qrupdur və İslam uyğur kimliyinin mühüm aspektidirlər. Təxminən 10 milyon insan uyğur dilində danışır və bu dildən bölgədəki digər azlıqlar da istifadə edirlər.

(P.S. UYĞUR TÜRKLƏRİ

1944-cü ildə uygur türkləri Şərqi Türküstan Respublikası yaratdılar. Lakin 1949-cu ildə Çin Xalq Respublikası (ÇXR) bu dövləti süquta uğradaraq ərazisini işğal etdi. Bundan sonra Çində uyğur türklərinə qarşı assimilyasiya siyasəti həyata keçirilməyə başlandı. Onların hüquqları pozulur, dini ibadətləri məhdudlaşdırılırdı. Məcburi işlətmə, kütləvi həbslər, işgəncə beynəlxalq ictimaiyyət tərəfindən uyğur xalqının və mədəniyyətinin məqsədyönlü olaraq yox edilməsi kimi dəyərləndirirlir. ABŞ Çinin Sincan-Uyğur muxtar bölgəsində uyğurlara qarşı siyasətini söyqırımı kimi tanımış ilk dövlətdir. Daha sonra Kanada, Böyük Britaniya, Fransa və digər bir-neçə dövlətin qanunverici orqanları bu soyqırımı tanımışdır. Lakin bir çox dövlətlər Çinlə geniş iqtisadi əlaqələr və digər amillərlə bağlı olaraq uyğurlara qarşı siyasətə münasibət bildirmirlər. Çin isə uyğurlara qarşı həyata keçirdiyi siyasəti terrorizmlə mübarizə adlandırır. Əvvəllər Sincan-Uyğur muxtar bölgəsində toplama düşərgələrinin olduğunu inkar edən Çin artıq bu düşərgələrin uyğurlara peşə təhsili verən, onların radikallalşmasının qarşısını almaq və ölkəni terrorizmdən qorumaq məqsədilə yaradılmış “xüsusi məktəblər” adlandırır.

Qaynaq: Ümumi təhsil müəssisələrinin 11-ci siniflər üçün Ümumi tarix fənni üzrə dərslik. Bakı-2023, səh. 137).

Tarixən Çin sülalələri müasir Sincanın bəzi hissələrinə nəzarət etmişlər. Bölgə Çin imperiyasının qərbə doğru genişlənməsi nəticəsində Çinin hakimiyyəti altına düşmüşdür. Ərazilərin genişlənməsi Tibet və Monqolustanın da fəthinə də səbəb oldu.

2014-cü ildən bəri Çin hökuməti bir milyondan çox çinli müsəlmanın (əksəriyyəti uyğurdur) “yenidən təhsil düşərgələri” adlandırılan yerlərdə məhkəməsiz saxlanması ilə nəticələnən siyasət yürüdür. Bu, II Dünya Müharibəsindən sonra etnik və dini azlıqların ən böyük kütləvi həbsidir. Minlərlə məscid dağıdılıb və ya zədələnib, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılaraq internat məktəblərinə göndərilib. Uyğurlara qarşı tədbirlərə həmçinin məcburi əmək, ənənəvi dini təcrübələrin yatırılması, təlqin, sui-istifadə, məcburi sterilizasiya və kontrasepsiya və məcburi abort daxildir. Çin hökumətinin statistikasına görə, 2015-ci ildən 2018-ci ilə qədər, əsasən, uyğurların yaşadığı Xotan və Kaşqar bölgələrində doğum səviyyəsi 60%-dən çox azalıb. Eyni dövrdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalıb. Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf edib, lakin məcburi sterilizasiya və soyqırım xəbərlərini təkzib edir. 2019-cu ildə Sincanda doğum nisbəti milli azalma ilə müqayisədə 4,2% daha 24% azalmışdır.

Beynəlxalq reaksiya

Bütün bu hadisələrə beynəlxalq reaksiyalar müxtəlif olmuşdur. Bəzi hökumətlər, ictimai fəallar, müstəqil QHT-lər, insan haqları üzrə ekspertlər, akademiklər və mühacirətdə olan Şərqi Türküstan hökuməti Soyqırım Konvensiyasına əsasən bunu soyqırım adlandırmışlar. BMT-yə üzv ölkələrin bəziləri İnsan Haqları Şurasında Çinin siyasətini pisləyən bəyanatlar verib, bəziləri isə Çini dəstəkləyib. 2020-ci ilin dekabrında Beynəlxalq Cinayət Məhkəməsi iddia edilən cinayətlərin əksəriyyətinə görə Çin üzərində yurisdiksiyaya malik olmadığını əsas gətirərək araşdırma aparmaqdan imtina etmişdir.

19 yanvar 2021-ci ildə ABŞ Dövlət Departamentinin hüquq ofisi kifayət qədər dəlil olmadığı qənaətinə gəlsə də, hadisəni soyqırım kimi tanıyan ilk ölkə oldu. Bəzi ölkələrin qanunverici orqanları Çinin hərəkətlərini soyqırım kimi qiymətləndiriblər (Kanada İcmalar Palatası, Hollandiya Baş Dövlətləri, Böyük Britaniya İcmalar Palatası, Litva Seymi). Yeni Zelandiya, Belçika və Çexiya kimi digər dövlətlərin parlamentləri Çinin uyğur siyasətini insan hüquqlarının ciddi şəkildə pozulması və ya insanlığa qarşı cinayət kimi pisləyibdir. 2022-ci ilin may ayında BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Sincan-Uyğur muxtar bölgəsində olmuş və əldə olunan nəticələrlə bağlı mətbuat konfransı keçirmişdir. O cümlədən, yüksək vəzifəli şəxslərin illik görüşləri və yoxsulluğa qarşı mübarizə, terrorizmlə mübarizə, insan və azlıqların hüquqlarının müdafiəsi, məhkəmə və hüquqi müdafiə məsələlərini müzakirə etmək üçün işçi qrupunun yaradılması barədə razılıq əldə edilmişdir. Səfər “Amnesty International”, “Uyğurlar üçün Kampaniya” və “Dünya Uyğur Konqresi” kimi humanitar təşkilatlar, “The Guardian” və “The Washington Post” redaktorları, həmçinin ABŞ və Avropa ölkələrinin yüksək vəzifəli rəsmiləri tərəfindən tənqid edilmişdir. 2022-ci ilin avqustunda BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ofisinin hesabatı dərc olundu və orada uyğurların və digər azlıqların özbaşına həbsinin miqyası “ümumiyyətlə həm fərdi, həm də kollektiv əsas hüquqların məhdudlaşdırılması və məhrum edilməsi” kontekstində qeyd edildi, beynəlxalq cinayətlər, xüsusən də insanlığa qarşı cinayətlər kimi pislənildi.

Mənbə: https://ru.wikipedia.org/wiki/Геноцид_уйгуров

Yazı tərcüməsi və düzənlənməsi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://sinxronfenler.blogspot.com/2024/02/uygur-soyqrm.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!