СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Ümumi tarix.IX sinif.KSQ № 5 (I və II variant)

Категория: История

Нажмите, чтобы узнать подробности

Burada Ümumi tarix IX sinif fənnindən KSQ № 5 ( 2 variant üzrə verilmişdir).

Просмотр содержимого документа
«Ümumi tarix.IX sinif.KSQ № 5 (I və II variant)»


KSQ № 5 (I variant)

Sinif IX (----)

Fənn:Ümumi tarix Tarix:________________________ Soyadı_______________________ adı__________________________


1.”Qəzzə-Əriha” sazişinin fələstinlilər üçün əhəmiyyəti nədir?

A) İsrail dövləti ilə dost oldular

B) SSRİ ilə dostluq əlaqələri yaradıldı

C) ABŞ-la dostluq münasibətləri quruldu

D) Qəzzə və Əriha vilayətlərində Fələstin muxtariyyəti yaradıldı

E) Ərəb- İsrail müharibələrinə son qoyuldu

2. Hindistana dominion hüququ verməyə məcbur olan Böyük Britaniya Hindistan ərazisində yaratdığı iki dövlət:

A) İran və Əfqanıstan

B) Cənubi və Şimali Koreya

C) Hindistan və Pakistan

D) Pakistan və Banqladeş

E) Hindistan və Birma

3. Hindistan Respublika elan edildi:

A) 1935-ci ildə

B) 1950-ci ildə

C) 1947-ci ildə

D) 1966-cı ildə

E) 1948-ci ildə

4. Hindistanın daxili və xarici siyasətinin əsas prinsipləri bu siyasi xadim tərfindən hazırlanmışdır:

A) İndira Qandi

B) Cəvahirləl Nehru

C) Mohandas Karamçand Qandi

D) Corc Buş

E) Raciv Qandi

5. Portuqaliyanın işğalı altında olan Qoa, Diu və Daman Hindistan Respublikasına qaytarıldı:

A) 1961-ci ildə

B) 1950-ci ildə

C) 1947-ci ildə

D) 1966-cı ildə

E) 1948-ci ildə

6. Hindistanın Baş nazirləri İndira Qandi və Raciv Qandi məhz qurbanı oldular:

A) Rüşvətin


B) İnamsızlığın

C) Terrorun

D) Təbii fəlakətin

E) Əməkdaşlığın

7.Əhalisinin sayına görə Çindən sonra ikinci yeri tutur:

A) Rusiya Federasiyası

B) ABŞ

C) Azərbaycan

D) Hindistan

E) Meksika

8. Müstəqil Banqladeş dövləti yarandı:

A) 1971-ci ildə

B) 1950-ci ildə

C) 1947-ci ildə

D) 1966-cı ildə

E) 1948-ci ildə

9. Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk üç dövlətlərdən biri:

A) Birma

B) Hindistan

C) Pakistan

D) İsrail

E) İran

10. Əfqanıstan Respublika elan edildi:

A) 1971-ci ildə

B) 1978-ci ildə

C) 1950-ci ildə

D) 1973-cü ildə

E) 1947-ci ildə

11.Xronoloji ardıcıllığını müəyyən edin:

1.Hindistanın respublika elan edilməsi

2.Pakistanın federativ respublika elan edilməsi

3.Əfqanıstanın respublika elan edilməsi

4.Çin Xalq Respublikasının elan edilməsi

A) 2,4,1,3

B) 1,2,3,4

C) 4,1,2,3

D) 4,3,2,1

E) 2,1,3,4

12. “Soyuq müharibə”nin başlanğıcını qoydu:

A) U. Çörçilin çıxışı

B) F.D. Ruzveltin çıxışı

C) V.Vilsonun çıxışı


D) İ. Stalinin çıxışı

E) R.T. Ərdoğanın çıxışı

13. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Təşkilatı (ATƏM) yaradıldı:

A) 1947-ci ildə
B) 1993-cü ildə

C) 2007-ci ildə

D) 1975-ci ildə

E) 1957-ci ildə

14. Bitərəf, bloklara qoşulmamaq siyasəti yeridirdilər:

A) Sosialist dövlətləri

B) Kapitalist dövlətləri

C) “üçüncü dünya” dövlətləri

D) Afrika dövlətləri

E) Latın Amerikası dövlətləri

15. Böyük Briytaniyanın baş naziri U. Çörçil ABŞ-ın Fulton şəhərində çıxışı ilə başlanğıcını qoydu:

A) “Ulduz müharibələri”nin

B) “Soyuq müharibə”nin

C) “Xalq demikratiyası”nın

D) “Bloklara qoşulmamaq”ın

E) “Yeni Avropa üçün Xartiya”nın

16. 1974-cü ildə “enozis” (ilhaq) siyasəti yeridən dövlət:

A) Türkiyə

B) SSRİ

C) Albaniya

D) Yunanıstan

E) İraq

17. U.Çörçil Fulton şəhərində çıxışı ilə “Soyuq müharibə” başlandı:

A) 1941-ci ildə

B) 1945-ci ildə

C) 1946-cı ildə

D) 1957-ci ildə

E) 1983-cü ildə

18.”Soyuq müharibə” başa çatdı:

A) Hindistanın respublika elan edilməsi ilə

B) SSRİ-nin dağılması ilə

C) Türkiyədə R.T.Ərdoğanın hakimiyyətə gəlməsi ilə

D) Avropa Şurasının yaranması ilə

E) Üsəma bin Ladenin ölümü ilə

19. Beynəlxalq terrorizm sırasında xüsusi yer tutur:


A) İtaliya mafiyası

B) Dəniz quldurları

C) İnsan alverçiləri

D) Erməni terrorçuları

E) İnsan orqanı alverçiləri

20. SSRİ-də Yerin ilk süni peyki orbitə çıxarıldı:

A) 1941-ci ildə

B) 1945-ci ildə

C) 1946-cı ildə

D) 1957-ci ildə

E) 1983-cü ildə












Sualların sayı:_____­­­­­­­­­­­­­­­­­­­­­________________

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Faiz:_____________________________

Qiymət:__________________________



Müəllim: /Əsədli S. Ə./

KSQ № 5 (II variant)

Sinif IX (----)

Fənn:Ümumi tarix Tarix:________________________ Soyadı_______________________ adı__________________________


1. Sovet hökuməti Əfqanıstandan qoşunlarını çıxarmağa məcbur oldu:

A) 1971-ci ildə

B) 1978-ci ildə

C) 1990-cı ildə

D) 1973-cü ildə

E) 1989-cu ildə

2. II Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsi başa çatdı:

A) Yaponların qələbəsi ilə

B) Homindançıların qələbəsi ilə

C) ABŞ-ın qələbəsi ilə

D) Kommunistlərin qələbəsi ilə

E) Ceki Çanın qələbəsi ilə

3. Hindistanın dövlət quruluşu:

A) Konstitusiyalı monarxiya

B) Monarxiya

C) Prezidentli respublika

D) Federativ respublika

E) Parlamentli monarxiya

4. Bənazir Bhutto Baş naziri olmuşdur:

A) İngiltərənin

B) Banqladeşin

C) Pakistanın

D) Hindistanın

E) Əfqanıstanın

5.”Böyük sıçrayış” siyasətinə görə:

A) Əfqanıstan iqtisadiyyatı inkişaf etməli idi

B) Yaponiya super dövlətə çevrilməli idi

C) Hindistan nüvə silahına malik olmalı idi

D) ÇXR-sı dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilməli idi

E) Monqolustan dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilməli idi

6. İngiltərə tərəfindən icarəyə götürülən Honkonq Çinə qaytarıldı:

A) 1897-ci ildə
B) 1997-ci ildə

C) 2007-ci ildə

D) 2017-ci ildə


E) 1757-ci ildə

7. ABŞ qoşunları tərəfindən yaponiyanın işğalı nə vaxta qədər davam etdi:

A) 1947-ci ildə qədər
B) 1997-ci ildə qədər

C) 2007-ci ildə qədər

D) 1952-ci ildə qədər

E) 1889 -cu ildə qədər

8. Yaponiyanın dövlət quruluşu:

A) Konstitusiyalı monarxiya

B) Monarxiya

C) Prezidentli respublika

D) Federativ respublika

E) Parlamentli monarxiya

9. 1951-ci ilin sentyabrında San-Fransisko müqaviləsi imzalandı:

A) Hindistanla-Pakistan arasında

B) Əfqanıstanla- SSRİ arasında

C) ABŞ və Yaponiya arasında

D) Koreya və İran arasında

E) Hindistanla- SSRİ arasında

10. 38-ci paralel bu iki dövlət arasında sərhəd oldu:

A) ABŞ və Kanada

B) Azərbaycan və Ermənistan

C) Vyetnam və Tailand

D) Şimali və Cənubi Koreya

E) Çin və Monqolustan

11. Xronoloji ardıcıllığını müəyyən edin:

1. İlk dəfə Hindistan-Pakistan müharibəsinin başlanması

2. Banqladeş dövlətinin yaranması

3.SSRİ-nin Əfqanıstana qoşun yeritməsi

4.Yaponiyanın yeni konstitusiyasının qəbul edilməsi

A) 1,2,3,4

B) 4,1,2,3

C) 4,3,2,1

D) 2,1,4,3

E) 3,2,4,1

12. Yuri Qaqarin dünyada ilk dəfə olaraq kosmosa uçdu:

A) 1961-ci ildə

B) 1945-ci ildə

C) 1946-cı ildə

D) 1957-ci ildə

E) 1983-cü ildə


13. Dünyada ilk dəfə Ayın səthinə enən astronavt:

A) Y.Qaqarin

B) V. Tereşkova

C) N. Armstronq

D) Ç. Çaplin

E) T.Drayzer

14. Kompüter texnologiyalarının inkişafında misilsiz xidmətləri olmuş azərbaycanlı:

A) Yusif Məmmədəliyev

B) Lütvi Ələsgərzadə

C) Tofiq Bayramov

D) Tofiq İsmayılov

E) Arif Rəhimzadə

15. Caz musiqisinin vətəni sayılır:

A) Azərbaycan

B) Rusiya

C) ABŞ

D) İngiltərə

E) Əfqanıstan

16. Amerika yazıçısı Ernest Heminquey “Qoca və dəniz” hekayəsinə görə Nobel mükafatına layiq görüldü:

A) 1941-ci ildə

B) 1945-ci ildə

C) 1946-cı ildə

D) 1957-ci ildə

E) 1952-ci ildə

17.”Sosializm realizmi” cərəyanı hakim idi:

A) İranda

B) Kapitalist ölkələrində

C) Sosialist ölkələrində

D)”üçüncü dünya” ölkələrində

E) ABŞ-da

18. Müasir dövrün dünya şöhrətli Azərbaycan yazıçısı:

A) Əzizə Mustafazadə

B) Müslüm Maqomayev

C) Rəşid behbudov

D) Çingiz Abdullayev

E) Alim Qasımov

19. Qədim Yunanıstanda ilk Olimpiya oyunlarının keçirilməsindən neçə il sonra Azərbaycanda I Avropa Oyunları keçirilmişdir?

A) 2017 il

B) 2791 il


C) 1197 il

D) 3791 il

E) 1500 il

20. Qərb ədəbiyyatında “Qəzəblənmiş gənc adamlar” cərəyanı yarandı:

A) XIX əsrin 50-ci illərində

B) XXI əsrin 50-ci illərində

C) XX əsrin 50-ci illərində

D) XVII əsrin 5-ci illərində

E) XV əsrin 50-ci illərində









Sualların sayı:_____­­­­­­­­­­­­­­­­­­­­­________________

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Faiz:_____________________________

Qiymət:__________________________



Müəllim: /Əsədli S. Ə./




















Скачать

© 2017, 2567 21

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!