СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Tədrisin keyfiyyəti dedikdə nə başa düşülməlidir?

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Tədrisin keyfiyyəti müəllimin təhsil fəaliyyətinin daim artan səviyyəsidir, şagirdlərin hazırlanmasında yüksək nəticələri ilə xarakterizə olunur, təhsil prosesinin bütün iştirakçılarının ehtiyaclarını ödəməyə qadir olan bir prosesdir.

Просмотр содержимого документа
«Tədrisin keyfiyyəti dedikdə nə başa düşülməlidir?»

Tədrisin keyfiyyəti dedikdə nə başa düşülməlidir?


Tədrisin keyfiyyəti müəllimin təhsil fəaliyyətinin daim artan səviyyəsidir, şagirdlərin hazırlanmasında yüksək nəticələri ilə xarakterizə olunur, təhsil prosesinin bütün iştirakçılarının ehtiyaclarını ödəməyə qadir olan bir prosesdir.

Təhsilin keyfiyyəti şagirdlərin cavablara hazırlıq səviyyəsi, fikri ifadə etmək bacarığıdır. Sadədən mürəkkəbə doğru bacarıq və biliklərin formalaşmasında özünü göstərir. Təhsilin keyfiyyətinin yüksəldilməsinin şərtlərindən biri müəllimin daimi və davamlı inkişafda olmalı olan peşəkar səriştəlilik səviyyəsidir. Müəllimin peşəkar səriştəsi inteqrasiya xarakterlidir və peşəkar işin səmərəliliyini müəyyən edən bilik və bacarıqların məcmusu kimi başa düşülür.

Tədrisin keyfiyyətinə təsir edən əsas amillər bunlardır:

1. “Müəllim şəxsiyyəti”. Müəllimin peşəkar bacarıqları. Müəllimin ixtisası. Tədrisin səviyyəsi və müəllimin dərsə metodik hazırlığının vəziyyəti. Müasir pedaqoji texnologiyaların mənimsənilmə səviyyəsi, təhsil fəaliyyətinin həyata keçirilməsinə qeyri-standart yanaşma. Metodların, tədris materiallarının, əyani dəstəklərin seçilməsi və tətbiqi, onların didaktik effektivliyi. Məqsədlərin qoyulmasında və əsas bacarıqların formalaşdırılması bacarığı, həmçinin reproduktiv işdən məhsuldar iş növlərinə keçid. Müəllimin nitq fəaliyyətinin intensivliyi.

2. “Şagirdin şəxsiyyəti”. Şagirdlərin motivasiya səviyyəsi. Bu amil şagirdlərin maraqlarından, motivlərindən, həmçinin dərsin mövzusundan və cari tədris materialından asılıdır. Şagirdlərin fərdi xüsusiyyətlərinin səviyyəsi. Şagirdlərin erudisiya və öyrənmə bacarıqlarının aşağı səviyyəsi, tənbəllik amili, müəllimə inamın aşağı olması, özünə inamının aşağı olması. Şagirdlərin nitq fəaliyyətinin intensivliyi.

3. “Ümumi amillər”. Maddi-texniki təchizat, fənn otağının əlverişli olması. İnternetə çıxış. Xarici təsir: media, televiziya, mobil telefonlar, oyunlar, ailə, sosial mühit. Tədris prosesinin təşkili. Tətillər və təlimdə digər fasilələr zamanı tədris materialının “unudulması”. Şagirdlərin bilik və bacarıqlarındakı boşluqların aradan qaldırılması və qarşısının alınması üçün yaxşı praktiki tövsiyələrin olmaması. Şübhəsiz ki, təhsil sistemində innovativ təhsil sahələri yeni tip müəllim tələb edir. Bəs belə müəllimi necə tapmaq olar? Bunun üçün pedaqoji kadrların yüksək səviyyəli ixtisasartırma sistemini təmin etmək lazımdır. Yaradıcı müəllimlərin “canlı ünsiyyətini” heç nə əvəz edə bilməz. Bunu isə internet saytlarında metodiki işlənmələrin, pedaqoji saytlarda nəşrlərin yerləşdirilməsi ilə təcrübə mübadiləsi, elmi-praktik konfranslarda, seminarlarda daha fəal iştirak, şəhər metodik həftələrinin, açıq dərslərin keçirilməsi və s. yolla etmək mümkündür. Xüsusilə işləməli olduğumuz uşaqların sağlamlığını unutmamalıyıq. Çox vaxt biz uşaqlarla işləyir, lakin onların yalnız 10%-ə qədərinin praktiki olaraq sağlam doğulduğunu unuduruq. Ona görə də bir çox uşaqlarımız dərslərdə, onlara verdiyimiz psixoloji və psixi gərginliyə tab gətirə bilmirlər. Müəllim və psixoloqların əməkdaşlığını qeyd etmədən təhsilin keyfiyyətindən danışmaq mümkün deyil. Hər bir uşaq fərdi xüsusiyyətlərə malikdir. Müəllim sinfin psixoloji-pedaqoji vəziyyətinin diaqnostikasının tətbiqi metodunda mahir olmalı və şagirdlərin təlim fəaliyyətini düzgün motivasiya etmək bacarığına yiyələnməlidir. Hər bir şagirdin (P.S. elə müəllimlərində) uğurlu təhsil alması üçün rahat şərait yaratmaq, sinif otaqlarını müasir avadanlıqla təchiz etmək, müəllimlər üçün avtomatlaşdırılmış iş yeri təşkil etmək lazımdır. Həm də müasir tələblərə cavab verən yüksək keyfiyyətli dərslikləri diqqətlə seçmək gərəkdir. Bu işdə şagirdlərin fərdi xüsusiyyətləri də nəzərə alınmalıdır.

Müəyyən bir fənnin tədris keyfiyyətinin yüksəldilməsi üçün əsas şərtləri müəyyən edə bilərik, yəni:

- bütün növ məşğələlərdə müsbət motivasiyanın yaradılması;

- inkişaf edən, psixoloji cəhətdən rahat intellektual və informasiya mühitinin təmin edilməsi;

- təhsil və məktəbdənkənar fəaliyyətlərdə bilik və bacarıqların praktikada tətbiqi ilə birbaşa əlaqəli fəaliyyətlərdə şagirdlərin özünü inkişaf etdirməsi üçün əlverişli şəraitin yaradılması;

- müəllimin peşəkar inkişafı, onun ümumi erudisiyası.

Təbii ki, təhsil cəmiyyəti formalaşdırır. Təhsil cəmiyyətin dəyərlərini, məqsədlərini, mənəvi və yaradıcı potensialını formalaşdırmaqda əvəzsizdir. Buna görə də təhsilə baxış əsaslı şəkildə dəyişməlidir, onun məqsədi təkcə bilik əldə etmək deyil, həm də insanın formalaşması, özünü, insan obrazını, unikal fərdiliyini mənimsəməkdir. Deyilənlərə yekun vuraraq qeyd etmək lazımdır ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir vasitə, metod və formalardan istifadə zəruri şərtdir. Ənənəvi sinif-dərs təhsil sistemi yaranandan bəri şagirdlərdə yüksək və sabit təlim motivasiyasının, fəal idrak fəaliyyətinin formalaşdırılması problemi həmişə mövcud olmuşdur...

İstifadə edilmiş resurs:

https://znanio.ru/media/faktory-vliyayuschie-na-kachestvo-prepodavaniya-2522594

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü





Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!