СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Sülhə ümid: Mixael Laytman yazır…

Категория: Прочее

Нажмите, чтобы узнать подробности

P.S. “İnsan təkəbbürü onun nadanlığına bərabərdir”.

Eduard Corc Bulver-Litton (1803-1873), yazıçı.  Sülhə ümid: Mixael Laytman yazır…

Məşhur filosof Jan Jak Russo bir dəfə demişdi: “Şərin səbəbini axtarırsınız? Bu ancaq səndədir”.

Просмотр содержимого документа
«Sülhə ümid: Mixael Laytman yazır…»


P.S. “İnsan təkəbbürü onun nadanlığına bərabərdir”.

Eduard Corc Bulver-Litton (1803-1873), yazıçı.

Sülhə ümid: Mixael Laytman yazır…

Məşhur filosof Jan Jak Russo bir dəfə demişdi: “Şərin səbəbini axtarırsınız? Bu ancaq səndədir”. J.J. Russo tamamilə haqlı idi. Çünki dünyada mövcud olan yeganə dağıdıcı qüvvə bizim eqoizmimizdir. Dünyadakı bütün qüvvələr, insan mənliyimizdən başqa, təbii qüvvələrdir. Bizim anlayışımıza görə, onların arasında “müsbət” və “mənfi” qüvvələr var. Lakin onların hamısı hərəkətə gətirilir, vahid təbiət qanunu ilə dəstəklənir və maddənin varlığının cansız, bitki və heyvan səviyyələrində tam uyğunluq içində yerləşir.

Həyatın davamı üçün zəmanət

Bizə elə gəlir ki, harmoniya yoxdur və ona görə də biz həmişə təbiətin bizə zərərli görünən hansısa hissəsini məhv etməyə çalışırıq. Amma bizim təbiətə müdaxiləmizin acı təcrübəsi göstərir ki, təbiətdəki hər şey bir-biri ilə əlaqəlidir və homeostaz (dayanma; hərəkətsizlik; biologiyada homeostaz canlı sistemlər tərəfindən saxlanılan sabit daxili, fiziki, kimyəvi və sosial şəraitin vəziyyətidir. Bu, orqanizmin optimal işləməsi şərtidir, bədən istiliyi və maye balansı kimi bir çox dəyişənlərin əvvəlcədən müəyyən edilmiş müəyyən hədlərdə saxlanılmasını əhatə edir). Əhali homeostazı populyasiyanın müəyyən sayda fərdlərini uzun müddət saxlamaq qabiliyyətidir) vəziyyətindədir və ya ona doğru can atır. Yəni, maddənin bütün hissələri və səviyyələri arasında qarşılıqlı əlaqənin bütün səviyyələrində tarazlıq mövcuddur. Üstəlik, hər hansı bir obyekt yalnız daxili parametrləri xarici parametrlərlə tarazlaşdırıldıqda mövcud olmaq hüququna malikdir. Bu tarazlıq pozulduqda obyektin məhvi başlayır. Eyni qanun bioloji səviyyədə də işləyir. Buna görə də təbiətin bütün səviyyələrində homeostazın qorunması həyatın davam etdirilməsinin zəmanətidir. Təbiətin özü onda fəaliyyət göstərən bütün qüvvələr arasında tarazlıq vəziyyətini saxlayır. Ancaq insan öz hərəkətləri ilə bu tarazlığın hüdudlarından kənara çıxaraq, həm özünə, həm də təbiətə ziyan vurur.

Yeganə zərərli qüvvə

Təbiətdə yeganə zərərli qüvvə insanın eqoizmidir. Təbiətdə insandan başqa heç bir canlı eqoist deyil. Biri digərini yedikdə belə, bu, təbiət qanununa uyğun olaraq baş verir... başqasına zərər vermək niyyəti ilə deyil, təbii, instinktiv istəyinə görə yeyir. Yalnız insan başqalarına zərər vermək, onlardan istifadə etmək, istismar etmək niyyəti ilə rəftar edir, hətta ətrafdakılardan daha yaxşı vəziyyətdə olduqda belə bu işindən həzz alır. Başqasının kədərindən ancaq insan həzz ala bilər. Təbiətin bizim üçün, mövcudluq üçün lazım olan hər şeyi verdiyinə baxmayaraq, bu, bizim üçün kifayət deyil - biz bütün dünyanı tabe etmək istəyirik. Məhz insanın həyati ehtiyacları ilə yanaşı, dağıdıcı eqoizmidir ki, buna görə dünyada müharibələr, qətllər, terror hadisələri baş verir, yüz milyonlarla insan aclıqdan ölür, tibbi yardım ala bilmədikləri üçün ölürlər... Bu gün elə bir həddə gəlmişik ki, insan dünyaya münasibətini eqoistlikdən almaqdan verməyə dəyişməsə, artıq dünya mövcud ola bilməyəcək.

Həyatın mövcudluq qanunu

İstənilən canlı orqanizm bütün orqanlarının və hətta hüceyrələrinin hər birinin həyat qabiliyyətini saxlayır. Bədəndəki hər bir orqan və hər bir hüceyrə öz-özünə mövcuddur, lakin birlikdə ümumi orqanizm üçün işləyirlər. Bu, hər bir canlı orqanizmin mövcudluğu qanunudur. Bu əsl altruizm (altruizm - başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip) dir. Həqiqətən, qarşılıqlı əlaqə prosesində orqanlar bütün orqanizmin xeyrinə lazım olduqda bir-birinə “kömək edir” və hətta bir-birinə “yol verir”. Niyə biz insanlar özümüzü eyni şəkildə aparmırıq, şəxsi dəyərlərimizi ictimai rifah üçün niyə qurban vermirik? Fakt budur ki, bu gün eqoizmimiz maksimum dərəcədə inkişaf edib. Zövq istəyi isə bizdə elə bir güclə təzahür edib ki, onu təmin etmək üçün heç kimi, heç nəyi saymırıq. Bu, bizi həyatın bütün sahələrində böhrana gətirib çıxardıb. Bu böhran yuxarıdan gələn cəza deyil, təbiət qanununa riayət etməyin zəruriliyini xatırladır - yalnız varlıq üçün lazım olanı istehlak etmək və yerdə qalanını cəmiyyətə ötürməkdir. Deyə bilərik ki, əgər hər bir insan öz niyyətini islah etsə və təkcə özü üçün deyil, bütün bəşəriyyətin xeyri üçün çalışsa, təbiətdən ancaq xeyir alacaqdır. Çünki onunla (P.S. Ana təbiətlə) ən yüksək səviyyədə - düşüncə səviyyəsində tarazlıq vəziyyətində olacaqlar.

Əmr etmək yox, dərk etmək

Alimlərin araşdırmaları sübut edir ki, altruistlər bəşəriyyətin yalnız 10%-ni təşkil edir, qalanları eqoistlərdir. Amma vəzifə eqoistlərini diktatura və zorakılıqla cəmiyyətə nəsə verməyə məcbur etmək doğru deyil, onlara firavanlıqlarının yalnız cəmiyyətin firavanlığından asılı olduğunu dərk etmələrinə kömək etmək lazımdır. Axı insan tamamilə cəmiyyətdən asılıdır. Onların etdiyi hər şey yalnız cəmiyyətdən, ailədən və uşaqlardan sağ olun demək üçün edilir. Buna görə də cəmiyyət hər kəsə elə təsir göstərə bilər ki, o, davranışını almaqdan - verməyə dəyişməyə məcbur olsun. Başqaları onu altruistik hərəkətlərinə görə bəyənsələr və ya eqoist hərəkətlərinə görə qınasalar, insan sadəcə eqoist davrana bilməyəcək. O, başqalarının razılığını qazanmaq üçün cəmiyyətin xeyrinə hərəkət etməyə məcbur olacaq. Cəmiyyətdə bu cür dəyişikliklərin baş verməsi üçün hər bir dövlətin, ictimai təşkilatların media vasitəsi ilə altruistik hərəkətlərin dəyərini rəğbətləndirmək lazımdır. İnsanı qiymətləndirmək üçün yeganə meyar onun bəxş etdiyi əməllər olmalıdır. İnsan cəmiyyətə nə qədər çox geri qaytarma hərəkəti edibsə, bir o qədər hörmətli, məşhur olar və dünyada daha çox tanınar, daha şərəfli mükafatlar alar. İlk əvvəllər bunun süni bir proses olmasının heç də əhəmiyyəti yoxdur. Zamanla, ictimai rəyin təsiri altında, istəmədən belə, hər bir insan istər-istəməz altruizmi ən böyük dəyər kimi qəbul edəcəkdir.

Hər kəs üçün yaxşılıq

Keçmişdə kommunistlər cəmiyyətin məzlum təbəqəsi üçün daha yaxşı həyat yaratmaq istəyirdilər. Eqoist, yəni təbiət qanunlarına zidd hərəkət etmələri onların xeyrinə olmadı. Nəticədə, sülh və harmoniyaya nail olmaq əvəzinə, tənəzzül və nifrət yarandı. Axı, rifah bəzilərinin başqalarının hesabına nəsə qazanmaqla əldə edilməməlidir. Uduzanlar isə qaliblərə qalib gəlmək üçün səylərini heç vaxt


dayandırmayacaqlar. Onları yalnız mövcud qüvvələrin zəifliyi müvəqqəti olaraq ləngidə bilər. Ancaq onlar yenə də özlərini gücləndirmək və mümkün olduqda güclü tərəflərindən istifadə etmək yollarını axtaracaqlar. Doğrudan da, biz dünyanın daim kütləvi nümayişlərdən, etirazlardan, inqilablardan necə qızdırma içində olduğunu görürük... Həqiqi və uzunmüddətli rifahı ancaq hər kəslə və təbiətlə tarazlıq əldə etməklə qazanmaq olar. Çünki o zaman insan elə bir daxili dolğunluq əldə edər ki, ona heç bir maddi problem əngəl olmasın və bu, bütün müharibələri, terroru dayandıracaq, nifrətin kökünü kəsəcəkdir. Bu, təbiətin qanunudur. Bunu nə qədər tez başa düşsək və bununla yaşamağa başlasaq, bir o qədər tez və ağrısız şəkildə varlığımızın yeni mərhələsinə keçərik. Özümüz və ətrafımızdakı dünya ilə sülh, firavanlıq və harmoniyada mövcud olarıq.

Mənbə: https://www.michaellaitman.com/ru/articles/nadezhda-na-mir/


Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Xülasə:

https://sinxronfenler.blogspot.com/2023/11/sulh-umid-mixael-laytman-yazr.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!