СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Son 70 il ərzində bəşəriyyətin Yer planetinə baxışı kəskin şəkildə dəyişmişdir

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

(P.S. 12 Aprel 1961- Yuri Qaqarin).

Bəzən bizə lazım olan tək şey perspektiv dəyişikliyidir.

Просмотр содержимого документа
«Son 70 il ərzində bəşəriyyətin Yer planetinə baxışı kəskin şəkildə dəyişmişdir»

Son 70 il ərzində bəşəriyyətin Yer planetinə baxışı kəskin şəkildə dəyişmişdir

(P.S. 12 Aprel 1961- Yuri Qaqarin).

Bəzən bizə lazım olan tək şey perspektiv dəyişikliyidir.

İnsan mövcud olduğu müddət ərzində dünyanı gəzmiş və zaman keçdikcə harada olduğumuzu və hara yönələ biləcəyimizi bilmək vacibliyi yaranmışdır. Dövrümüzə gəlib çatan ən qədim xəritələr 2500 ildən daha çox əvvələ aiddir və o vaxtdan bəri insanların texnoloji tərəqqi sayəsində ətraflarının təsvirlərini yaratmaq qabiliyyəti xeyli yaxşılaşsa da, ancaq son dövrlərdə ən əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərə səbəb texnoloji ixtiralar- fotoqrafiya, optika, aviasiya və aeronavtika olmuşdur. Təxminən 1800-cü illərin ortalarından başlayaraq insanlar ətrafdakı dünyanın vizual qeydlərini yarada bilmişlər, lakin 1930-cu illərə qədər biz nisbətən təvazökar 6,4 kilometr yüksəklikdən Yerin əyriliyinin fotoşəkillərini əldə edə bilmişik. Aviasiya göstərdi ki, havadan görüntülər yeni kəşflər verə bilər. Bir neçə il sonra stratosfer şarları 22 kilometrdən çox yüksəkliyə çataraq atmosfer haqqında əvvəllər görmədiyimiz təfərrüatlar təqdim edərək dünya rekordu qoydu. Ancaq planet haqqında əsl anlayış ilk peyklərin, sonra isə astronavtların kosmosa uçması ilə başladı. NASA Yerin kosmosdan və böyük hündürlükdən çəkilmiş tarixi fotoşəkillərdən, eləcə də digər planetlərdən Yerin fotoşəkillərindən ibarət diqqətəlayiq kolleksiya hazırlayıb. Bu, bizim kainat bucağımızın nə qədər xüsusi və eyni zamanda həssas olduğunu göstərir. Bu missiyalar, istər ekipajlı olsun, istər robot olsun, tərifə layiqdir (və fotolar sadəcə heyrətamizdir), lakin diqqətimizi çəkən daha çox şeylər vardır (fotoşəkillərə mənbədən baxa bilərsiniz). İlk operativ hava peyki 64 il əvvəl orbitə buraxılıb. 1960-cı il aprelin 1-də TIROS peyki (Television Infrared Observation Satellite) planetimizin şəkillərini ötürməyə başlayıb. O göstərdi ki, Yerin orbiti təkcə dərin kosmosun müşahidə yeri deyil. Əsasən astronomiya və astronavtika ilə əlaqəli kosmik agentliklər də Yeri müşahidə edən kosmik donanmalara malikdir. Son altımış beş il ərzində biz sadə şəkillərdən planetimizdəki bütün dəyişiklikləri izləyən geniş kosmik missiyalara keçmişik. Buludlar, yağıntılar, küləklər, buz təbəqələri, elektromaqnit sahələri və cazibə qüvvəsi hamısı göz qabağındadır. NASA, Avropa Kosmik Agentliyi və bir çox digər peyklər planetimizi və onun iqlim böhranına necə reaksiya verdiyini daha yaxşı başa düşmək üçün həm müstəqil, həm də birlikdə işləyirlər. Bu “səma gözləri” hava şəraitindən asılı olaraq geyiminizdən tutmuş beynəlxalq siyasətə qədər bir çox qərarlar haqqında məlumat verən fundamental məlumatları təmin edir. Planetimiz haqqında peyklərdən əldə edilən məlumatlar çox böyük rol oynayır və orbitdən getdikcə daha təkmilləşmiş və ixtisaslaşmış müşahidəçilər sayəsində təkmilləşmə davam edir.

Mənbə: bit.ly/4a9xOSZ

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).






Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!