СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qədim insanlar və məhv olmuş varlıqlar.

Категория: История

Нажмите, чтобы узнать подробности

   Bu yazıda ən qədim insanlar və onların yaşayış tərzlərindən bəhs edilir.

Просмотр содержимого документа
«Qədim insanlar və məhv olmuş varlıqlar.»

Qədim insanlar və məhv olmuş varlıqlar.

Ən qədim dövrlərdən insanlar yaşadıqları dünyanın obrazını yaddaşlara həkk etmək istəyiblər. Onlar daş,qaya üzərinə şəkillər çəkir, ağacdan müxtəlif insan və heyvan fiqurları yonurdular. Bunların sırasında ovladıqları, əhliləşdirdikləri quş və heyvan fiqurları çoxluq təşkil edirdi. Sonralar qədim insanlar həyatlarında baş verən bir çox mühüm hadisələri də əbədiləşdirmişlər.

Belə təsvir və fiqurlar içərisində elələri var ki, onlar olduqca qeyri-adidir və sadə izahı yoxdur.Qədim Misirdə e.ə. 3100-cü ildə yazı hələ yenicə yaranırdı. Lakin Misir sənətkarları yüksək bədii oyma təsvirləri hazırlamağı bacarırdılar. Belələrindən xüsusi mərasimlərdə daha çox istifadə edilirdi. Belə oyma təsvirli əşyalara ən çox Cənubi Misir padşahlığının paytaxtı olmuş İraknpol şəhərində rast gəlinmişdir.Bu təsvirlər xüsusi oymalarla işlənmiş, ov səhnələri və siyasi həyat epizodlarından ibarətdir.Çoxlu sayda insan, heyvan və quş şəkilləri böyük dəqiqliklə işlənmişdir. Xüsusən heyvan təsvirləri böyük dəqiqliklə işlənmişdir ki, onları asanlıqla müəyyən etmək olur.

Bu oyma naxışlı təsvirlərdən eləsi vardır ki, onlar haqqında “ müəyyənləşdirilmişdir” demək olmur.Onlardan biri hazırda Oksfordda Aşmoley muzeyində, digəri isə Qahirə Arxeologiya muzeyində saxlanılır.Bu fiqurlar üzərində uzun boyunları olan iki heyvan təsviri verilmişdir. Qeyd edim ki, ilk dəfə bu şəkilə 1979-cu ildə V sinifdə oxuyan zaman rast gəldim.O zaman məndən böyük qardaşımın 1956-cı ildə nəşr olunmuş V sinif Qədim Dünya Tarixi dərsliyi əlimə keçdi. Kitab olduqca köhnə idi,vərəqləri cırılmışdı.Lakin mən həmin təsviri kəsərərək indiyədək arxivimdə saxlayıram.(Şəkilə bax;)





Bu təsvir, onunla fərqlənir ki,şıfer mozaikanın ortasında –uzunboylu, boyunları bir-birinə dolanmış 2 qəribə heyvan rəsmi vardır.Uzun bədənləri və uzun quyruqları olan hər iki varlıq insan tərəfindən ram edilmiş vəziyyətdə təsvir edilmişdir. Hər bir heyvanın boynunda kəndir və kəndirin başından tutmuş misirli gözətçilər təsvir edilmişdir. Burada,ola bilər ki, illüstrasiya fantaziya formasında verilir. Belə ki, heç bir insan təklikdə belə heyvanların öhdəsindən gələ bilməz. Əllbəttə ki, belə varlıqlar bu gün elm tərəfindən qəbul edilmir.Belə “varlıqları “əfsanəvi” varlıqlar sırasına yazırlar. Təsvirə diqqətlə baxdıqda aydın olur ki, bu qərar heç də düzgün deyil.Əgər müasir elmin dediklərini kənara qoysaq və bu uzunboğazlı heyvanlara o dövrün real varlıqları kimi baxsaq, onda deməli belə qənaətə gəlmək olar ki, heyvanlar həqiqətən mövcud olmuşlar.!?

Beləliklə, qədim misirlilər təsvirdə göstərilən canlı varlıqlarla ünsiyyətdə olmuş, hətta nəinki ünsiyyətdə olmuş, onları əhliləşdirmişlər.Lakin elmə məlum olmayan bu varlıqların nəsli indi kəsilmişdir.Belə varlıqlara Konqonun bataqlıqlarında rast gəldiklərini oranın yerli əhalisi də məlumat verir.Onlar əfsanəvi varlıqlar mokele-mbembe haqqında məlumat verirlər.

Qeyd etmək lazımdır ki, qədim misirlilər belə qəribə varlıqlarla rastlaşan ilk insanlar olmamışlar..Belə ki, qədim misirlilərdən də çox-çox minilliklər əvvəl axrıncı buz dövründə yaşamış insanlar belə varlıqlara oxşar varlıqlara rast gəlmişlər.

Məlumdur ki, İspaniya və Fransada çoxlu sayda mağaralarda qədim insan tərəfindən çəkilmiş müxtəlif canlıların təsvirinə rast gəlinmişdir.Bu təsvir-rəsmlərin bəziləri itiuclu daşlarla,bəziləri kömürlə, bəziləri isə boya ilə çəkilmişdir.Ən maraqlı və heyrətləndirici odur ki, bu təsvirləri bizim “mağara adamı” adlandırdığımız insanlar yüksək bədii bacarıqla yararatmışlar.Sözsüz ki, bu təsvirlərdə heyvan rəsmləri ustünlük təşkil edir.Ən maraqlısı və mövzuyauyğun fakt odur ki, belə çəkilən 1000 rəsmdən ancaq və ancaq 2 şəkildə uzunboğazlı heyvan rəsmi təsvir edilmişdir ki, bu rəsmlər mövzumuzda danışılan varlıqlıqlardır.



Seyyub Əsədov

Azərbaycan Respublikası, Şirvan şəhər 11№-li tam orta məktəbin tarix müəllimi,2015-2016-cı dərs ilində keçirilmiş”Ən yaxşı müəlim” müsabiqəsinin qalibi




Скачать

© 2016, 580 14

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!