СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Osmanlı imperiyasının son şahzadə xanımlarından biri

Категория: История

Нажмите, чтобы узнать подробности

Devrilmiş sülalənin nəslinin normal və çox yaxşı (hətta paxıllıq doğuran) taleyi barədə 1937-ci ildə Amerikanın “Taym” (“Time”) jurnalı Heydərabad knyzalığının sonuncu hökmdarı Osman Əli Xanı ( VII Asəf Cah) o dövrdəki insanlar arasında ən zəngin adam adlandırmışdı.

Просмотр содержимого документа
«Osmanlı imperiyasının son şahzadə xanımlarından biri»

Osmanlı imperiyasının son şahzadə xanımlarından biri

Devrilmiş sülalənin nəslinin normal və çox yaxşı (hətta paxıllıq doğuran) taleyi barədə 1937-ci ildə Amerikanın “Taym” (“Time”) jurnalı Heydərabad knyzalığının sonuncu hökmdarı Osman Əli Xanı ( VII Asəf Cah) o dövrdəki insanlar arasında ən zəngin adam adlandırmışdı. Onu sultanbəyim adlandırırdılar. Hindistanda 3 iri sultanlıq mövcud olmuşdur - Dehli, Benqal və Baxmanid. Əslində Qərb üslubunda VII Asəf Cah şahzadə adlandırılsada o xanım idi. Yəni nizam Osman Əli xanın həyat yoldaşı idi.

Xədicə Hayriyə Ayşə Dürrüşəhvar – sultanbəyim 26 yanvar 1914-cü ildə Türkiyədə, İstanbul şəhərində dünyaya gəlmişdir. O, Osmanlı imperiyasının sonuncu xəlifəsi II Əbdülməcidin(P.S.1868-1944, Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 nömrəli qanun qəbul edildi və qüvvəyə mindi. Qanuna əsasən, Osmanlı xanədanının bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər; həmin axşam Əbdülməcid ailəsi və qulluqçuları ilə birlikdə İsveçrəyə sürgün edildilər) üçüncü arvadından doğulan yeganə varisi idi. Şahzadənin erkən uşaqlığı sarayda keçib, burada əla tərbiyə olunub, o dövrlərə uyğun olaraq yaxşı təhsil alıb, lakin 1923-cü ildə Osmanlı imperiyası dağılır və yeni Türkiyə hökuməti tərəfindən xilafət ləğv edilir. Altı aydan sonra rəsmi fərman verildi. Fərmana görə sultan sülaləsinin bütün nümayəndələri iki gün ərzində Türkiyəni həmişəlik tərk etməli idilər. Əks halda məhkəməyə veriləcəkdirlər. Bundan sonra on yaşlı Dürrüşəhvar valideynləri və qardaşı ilə birlikdə Avropaya qaçmağa məcbur oldu. Ailə Parisdə məskunlaşır və sonra Nitsaya köçür, burada gənc şahzadələr təhsillərini davam etdirirlər. Dürrüşəhvar əsl gözəl kimi böyüdü. O, hündürboylu idi, iri üz cizgiləri vardı və əlavə olaraq Avropa təhsili almışdı, ingilis və fransız dillərində təmiz danışırdı. Evlilik təklifləri gəlməyə başlayanda qızın hələ 17 yaşı var idi. Fars şahı, Misir padşahı və sultan sülaləsindən olan uzaq qohumları onu oğulları üçün almaq istəyirdilər. II Əbdülməcid Hindistanın Heydərabad knyazlığının şahzadəsi 25 yaşlı Əzəm Cah üzərində seçimini etdi. Bunun səbəbi bəyin atasının sürgündən sonra Türkiyənin keçmiş hökmdarının ailəsinə dəstək verməsi və hətta ona ömürlük müavinət (annuitet) təyin etməsi olmuşdu. Möhtəşəm toy şənliyindən az sonra gənc ailə ərinin vətəninə, Hindistana yollandı. Bəy ağıllı və gözəl Dürrüşəhvara laqeyd münasibət göstərirdi. Şahzadənin bu nikahdan iki oğlu oldu. Dürrüşəhvar özü onların tərbiyəsi ilə məşğul olurdu və eyni zamanda fəal ictimai həyat sürürdü: qadınların hüquqlarının müdafiəsini müdafiə edir, çadranın məcburi taxılmasına qarşı çıxıxır, məktəblər açdırır və qızlar üçün xəstəxanalar tikdirirdi. Onun adını daşıyan bəzi xəstəxanalar indi də fəaliyyət göstərməkdədir. Siyasi fəaliyyətlə yanaşı, Dürrüşəhvar idman və yaradıcılıqla məşğul olur, özü maşın sürürdü. Lakin şahzadənin bütün üstünlüklərinə baxmayaraq, bu, onu ərinin xəyanətlərindən qoruya bilmirdi. Ərinin onu keçməyə məcbur etdiyi bütün rəzalətlərə qadın səssizcə dözürdü.

1948-ci ildə Heydərabad knyazlığı zorla parçalandı və onun torpaqları Hindistanın bir hissəsi oldu. Dürrüşəhvarın oğullarından biri knyaz titulunu miras aldı, lakin bu, artıq ona heç bir hüquq vermirdi. Sultan II Əbdülməcidin ölümündən sonra Dürrüşəhvar birbaşa Türkiyə prezidenti ilə əlaqə saxlayıb və ondan ata-anasını atalarının vətənində, İstanbulda dəfn etmək üçün icazə istəyir. O, bu hüquqdan məhrub edilir. Sonralar Türkiyə hökuməti bütün Osmanlı sülaləsi üçün amnistiya elan edəndə Dürrüşəhvar prinsipə ora getmədi.

Ərinin ölümündən sonra İngiltərəyə köçdü, ömrünün qalan hissəsini burada keçirdi və qoca yaşınadək yaşayaraq dünyadan köçdü.

Mənbə:

https://bit.ly/3o9THvf


Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü








Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!