СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Nil çayının mənbəyi minillərdir ki, sirr olaraq qalır

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Nil çayının mənbəyi minillərdir ki, sirr olaraq qalır

(P.S. Çox maraqlıdır ki, Nil çayı hər il noyabr ayının 19-da daşırmış... Görəsən Niyə? Nə səbəbə?)...

Просмотр содержимого документа
«Nil çayının mənbəyi minillərdir ki, sirr olaraq qalır»

Nil çayının mənbəyi minillərdir ki, sirr olaraq qalır

(P.S. Çox maraqlıdır ki, Nil çayı hər il noyabr ayının 19-da daşırmış... Görəsən Niyə? Nə səbəbə?)...














Nil dünyanın ən uzun çayıdır, Afrikanın şimal-şərqindən 6650 kilometrdən çox məsafədə axır. Nil çayının mənbəyi qədim misirliləri heyran etmişdir və hələ də tam başa düşülməmişdir. Nil çayının mənbəyi haradan başalyır? Bu sual sadə görünsə də, Yer planetindəki ən uzun çayın mənbəyi minilliklər boyu insanları çaşdırıb. Hətta bu gün, çoxlu sayda peyklər və müxtəlif geofiziki elmlərin inkişafı dövründə, Nil çayının mənbəyinin sirri hələ də tam açılmamışdır. Sadə cavab budur ki, Nil çayının iki əsas mənbəyi var: Nil çayının ümumi axınının üçdə ikisini təşkil edən Efiopiyadan gələn Mavi Nil və Afrika Böyük Göllərindən və ondan kənarda yerləşən Ağ Nil. Bununla belə, tarixi vərəqləsəq, görərik ki, hər şey o qədər də sadə deyil. Qədim romalıların belə bir atalar sözü var imiş:” Nili caput quaerere”, bu da latınca “Nilin başını axtar” deməkdir. Bu məsəl, əlçatmaz və ya qeyri-mümkün olana can atmaq, əlçatmaz bir şey arzusunu təsvir etmək üçün istifadə edilmişdir. Hamıya meydan oxuyan romalılar eranın 60-61-ci illərində imperator Neronun başlatdığı ekspedisiya zamanı Nil çayının mənbəyini tapmağa çalışmışlar. Efiopiyalı bələdçilərin köməyi ilə imperatorun şəxsi mühafizəçilərindən ibarət kiçik bir qrup Nil çayı boyunca naməlum yerə doğru hərəkətə başladılar. Mənbələrdə qrupun bir su hövzəsinə çatdıqları yazılsa da, kəşfiyyatın necə bitidiyi barədə məlumat yoxdur. Bəziləri bunun müasir Cənubi Sudanın Cuba yaxınlığındakı dərə olduğunu, digərləri isə Uqandanın cənubunda yerləşən Merçison şəlaləsi olduğunu iddia edirlər. Hər halda, göndərilmiş qrup bu sirri həll edə bilmədi. Eranın 68-ci ilində Neronun ölümündən sonra görünür, Roma Misirdən kənarda Afrikaya hücumu istisna etdikləri üçün axtarış gündəmdən çıxarılmışdır. Romalılardan da əvvəl qədim misirlilər Nil çayının mənbəyini tapmağa çalışmışdılar. Qədim Misir sivilizasiyası öz torpağını qidalandırmaq və nəqliyyat arteriyası kimi onun sularına arxalanırdı. Misirlilərin Nil çayını Sudandakı Xartuma qədər izlədikləri və onun mənbəyini Efiopiyadakı Tana gölündən gələn Mavi Nillə əlaqələndirdikləri güman edilir. Eradan əvvəl III əsrdə Misir hökmdarı firon II Ptolemeyin göstərişi ilə Filadelfinin başçılığı altında göndərilən ekspedisiya, Göy Nilin mənbəyinin Efiopiya dağlarında ola biləcəyini müəyyən etmişdi. Mavi Nilin mənbəyi ilə bağlı fərziyyələr isə düzgün istiqamətdə idi, lakin qədim misirlilərin tapmacanın digər əsas hissəsini, Ağ Nil çayını nə vaxtsa araşdırdıqlarına dair heç bir sübut yoxdur. Bu gün Nil çayının Sudanın paytaxtı Xartumda qovuşan və sonra şimaldan Misirə axan Mavi Nil və Ağ Nil adlı iki mənbəyi olduğuna inanılır. Mavi Nil şərqdən Efiopiyanın Tana gölündə, Ağ Nil isə Viktoriya gölü bölgəsində, Uqandada Cindjedə meydana gəlir. Məhz buna görə də ərazisinə görə Afrikanın ən böyük gölü olan Viktoriya gölü çox vaxt Nil çayının

mənbəyi hesab olunur. Ancaq burada da hər şey o qədər də sadə deyil. 2016-cı ildə “Geographical” jurnalında məşhur macəraçı ser Kristofer Ondaatje izah etdi ki, Viktoriya gölünün özü başqa çaylarla qidalanan su anbarıdır. 1996-cı ildə Ondaatje Nil çayının mənbəyini tapmaq üçün Afrikaya ekspedisiyaya yollandı və Viktoriya gölünün sularının Albert gölünə boşaldığını aşkar etdi. Ağ Nil birbaşa Albert gölündən deyil, Konqo Demokratik Respublikasındakı Rvenzori dağlarından başlayan Kagera və Semliki çaylarından axır. Nəhayət, tədqiqatçı iddia edir ki, Ağ Nil birbaşa Kaqera çayına və Semliki çayına qədər izlənilə bilər. “Rvenzori Viktoriya gölü kimi Nil suyunun vacib mənbəyidir” deyə Kristofer Ondaatje yazırdı. Ümumiyyətlə, Nil çayının tək mənbəyə malik olmadığı, mürəkkəb çaylar və digər su hövzələri sistemi vasitəsilə qidalandığı bəllidir. Buna görə də, çayın mənbəyinin xəritədə dəqiq müəyyən edilə bilməsi ilə bağlı təsəvvürlər çox vaxt praktikada heç də həmişə reallığa uyğun gəlmir.

Mənbə: https://bit.ly/3OQsbkG

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad: https://sinxronfenler.blogspot.com/2023/08/nil-caynn-mnbyi-minillrdir-ki-sirr.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!